Varlığı yaradan yeganə Allahdır və şəriki yoxdur |
Müəllif: Admin | Bölmə: Allahşünaslıq | Vaxt: 23-09-2015, 16:28 | Şərh sayı: (0) | Baxılıb: 626
Varlığı yaradan yeganə Allahdır və şəriki yoxdur
Bu məsələnin dəlili: Əgər bu məsələdə (varlığın yaradılışında) bir neçə tanrı fərz olunub hər birisi digərindən ehtiyacsız təsəvvür olunsaydı sözsüz ki, onların məqsədləri və iradələri bə`zi yerlərdə bir-birinin ziddinə olardı. Bununlada kainatın nizam-intizamı pozular, yer və göylərdə fitnə-fəsad olardı. Bu barədə Allah-taala Özü Qur`ani-şərifdə buyurur:
لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا
" Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı.”
İKİNCİ ƏSAS
ALLAH ADİLDİR
Mə`na budur ki, Allahın kiməsə zülm etməsi qeyri-mümkündür. Çünki, adillik və ədalət sifəti xeyir sifətlərindəndir. Amma zülm şərr xüsusiyyətlərindəndir. Zülm işə ədaləti icra edə bilməyən zəif və şərr adamlardan başqa birisi əl atmaz. Halbuki, Allah-taala bütün xeyirlərin mənşəyi və məxluqatın hamısına feyz verən və onların hamısından ehtiyacsızdır. Allahın zülm etməyə heç bir ehtiyacı yoxdur. Necə ki bu məsələyə Qur`an işarə edir:
أَيُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاء إِلَى اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ
"Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tə’rifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)”
Başqa ayədə buyurur:
"Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun savabını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!”
ÜÇÜNCÜ ƏSAS
Peyğəmbərlik
Allah-taala insanı və kainatı əbəs yerə yerə xəlq etməmişdir. Qur`ani-Kərimdə də Allah-taala bu məsələyə tə`kid etmişdir:
وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ (38) مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
"Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq! Biz onları yalnız haqq olaraq yaratdıq, lakin onların (insanların) əksəriyyəti (bunu) bilməz!”
Həqiqətən bu dünya insana axirətdən ötrü körpü qərar verilmişdir. Həmin cəhətdən insan bu dünyadakı öz hərəkət və davranışlarına görə axirət dünyasında insana mükafat və cəza vardır. O səbəbdən Allah-taala insana düzgün yolu göstərmiş və xeyir işləri ona tanıtdırmışdır. Bütün bu hidayət yolları insanlar arasında saleh və bu ağır İlahi vəzifənin ümmətlər arasında məsuliyyətini öhdələrinə ala bilən şəxslər vasitəsilə insanlara çatdırılmışdır. Belə şəxslər peyğəmbər adlanır.
Peyğəmbər, ümmətlər arasında İlahi risalət və tə`limləri öz öhdəsinə alan şəxsdir. Həqiqətdə Allah-taala keçmiş zamandan insanlara çoxlu peyğəmbərlər göndərmişdir. Bu peyğəmbərlərin ən çox tanınmışlarıdan həzrət Nuh (əleyhissalam), İbrahim (əleyhissalam) və yəhudilərə Tövrat kitabı gətirmiş Musa ibni İmran, xaçpərəstlərə İncil kitabı gətirmiş İsa (əleyhissalam) və nəhayət böyük İslam dinini yaymış və bütün insanlara Qur`anı gətirmiş həzrət Məhəmməd ibni Əbdullah ibni Əbdul-Müttəllib (səlləllahu ələyhi və alehi və səlləm)-in adlarını çəkmək olar. Məhəmməd peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm) sonuncu peyğəmbər olduğuna görə O həzrətdən sonra heç bir peyğəmbər gəlməyəcəkdir. O həzrət bütün İlahi elçilərin sonuncusu olduğuna görə Ondan sonra iddia olunmuş bütün hər hansı peyğəmbərlik iddiası yersiz və bu iddianı edən yalançı sayılır. Qur`an bu barədə buyrur:
مَّا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَكِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيماً
"Mühəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!”
Adlarını çəkdiyimiz beş peyğəmbər "Ulul-əzim” peyğəmbərlər adlanır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər