RSS
 

Login:
Şifrə:
» » Təsirli dualar

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Təsirli dualar

 
Müəllif: Admin | Bölmə: Dualar | Vaxt: 18-06-2016, 18:00 | Şərh sayı: (0) | Baxılıb: 1631

Təsirli dualar


Təsirli dualarDua xalis niyyətlə olduqda hansı dildə, hansı ləhcədə, hansı məkanda və zamanda olmasından asılı olmayaraq, təsirli və faydalı olur. Lakin ən üstün dualar ilahi övliyalardan nəql olunmuş dualar sayılır. Qurani-Kərimdə peyğəmbərlər və ləyaqətli bəndələrin dilindən nəql olunmuş dualar, girami peyğəmbər və pak imamlardan rəvayətlərdə nəql olunmuş dualar bu dualardan sayılır. İki səbəbə görə bu dualar başqa dualardan üstündür:
1. Bu dualar ibadətin qaydalarını bizdən daha yaxşı bilən kəslər tərəfindən deyilmişdir. Onların Allaha münasibətdə mərifətləri daha çox olmuş və dua etməyin
qayda-qanunlarını başqalarından daha yaxşı bilmişlər. Bundan əlavə, onlar daha kamil mərifət sahibi olduqlarından istəkləri bizim istəklərimizdən daha üstün və daha bəyənilmiş sayılır. Buna görə də necə dua etməyi onlardan öyrənməliyik. Demək olar ki, imamlardan nəql olunmuş dualar hər cəhətdən bizim dualardan, istək və düşüncə tərzimizdən fərqlidir. Adətən, onların duaları Allahı həmd-səna etməklə, Ona təsbih və təkbir deməklə başlanır. Onların istəkləri etiraz və tələbkarlıq yox, üzrxahlıq və bağışlanma istəyi ilə müşayiət olunur. Onlar nemətlərin inkarı, çətinlik və məhrumiyyətlərdən şikayət əvəzinə Allahın rəhmətlərini, sonsuz nemət və fəzlini yada salırlar. Dünyəvi mal və məqam, maddi istəkləri daha az, ilahi yaxınlıq, Allahın razılığı və insani kamillikləri isə daha çox dilə gətirirlər.
Başqa bir tərəfdən, rəvayət yolu ilə bəyan oluna bilməyən bir çox uca və dəyərli biliklər dualar yolu ilə, xüsusən imam Səccadın (ə) duaları ilə yayılmışdır. Çünki hidayət imamları dua halında haqqın zatı ilə qarşı-qarşıya olmuş və Onunla raz-niyaz etmişlər. Buna görə də ürəklərində olanları dilə gətirmiş və Allahla onu tanıdıqları kimi söhbət etmişlər; Ona həmd-səna demiş, Onu vəsf etmişlər. Lakin rəvayətlərdə adi insanlara müraciət olunduğundan bütün maarifi izah etməyə imkan olmamışdır. Rəvayətlərdə camaatın düşüncəsinə uyğun həqiqətlər izah olunmuşdur.
2. Peyğəmbərlər və hidayət imamlarından nəql olunmuş duaları oxumaqla həqiqətdə onlara ardıcıl olmuş oluruq. Allahın peyğəmbəri və Onun dostlarına ardıcıllığı tövsiyə edən bir sıra göstərişlər bizə ünvanlanır. Demək, imamlardan nəql olunmuş duaları oxumaqla ən yaxşı duaları ən yaxşı qaydada oxumuş oluruq. Bundan başqa, ilahi övliyaların üsuluna da riayət etmiş oluruq. Bu isə duanın özündən əlavə, ayrıca bir fəzilət sayılır.
Əlbəttə, böyüklərə ardıcıl olmağın bir çox faydaları vardır. Ən böyük fayda isə bu işlə insanın təkəbbürdən uzaqlaşması və ondan da böyük, ondan da qabaqcıl insanların olmasını hiss etməsidir. Bu nöqtə nəfsi təmizləmək üçün çox əhəmiyyətlidir. Bir çoxları nəfsi paklaşdırdıqdan sonra müəyyən kamillik mərhələləri keçirlər. Bununla da başqaları ilə müqayisədə özlərini onlardan üstün görür və təkəbbürə düçar olurlar. Bu iş də insani çirkinliklərdən sayılır. Lakin insan ilahi bəndələr və ilahi yol yolçularının hamısından öndə və hamının tabe olduğu karvan başçısı olduğunu nəzərə alarsa, Ona qarşı müti olar. Bu düşüncə insanın təkəbbürünə mane olar. Əhli-beyt (ə) vilayəti nemətindən məhrum kəslər bəzi vaxtlardakı xalis niyyətləri və çəkdikləri əziyyətlərə baxmayaraq, nəfsin paklaşdırılması üçün zəhmətlərindən bəhrə götürməmiş və bir sıra səhvlərə düçar olmuşlar. Bu da daha çox onların qüruru səbəbindəndir.
Onlar pak imamların məqamını tanımadıqlarından və onların insaniyyət karvanının rəhbər olduğunu anlamadıqlarından bəzən elə təsəvvür edirdilər ki, zirvə məqama çatmışlar və tam vilayət əldə etmişlər. Buna görə də bəzən onlardan bəndəliklə bir araya sığmayan sözlər eşidilirdi. Lakin yaranmışların ən şərəflisi olan girami Peyğəmbər (s) ömrünün son anına kimi belə deyirdi: «Əşhədu ənnə Muhəmmədən əbduhu...». Əhli-beytin sadiq ardıcılları heç zaman belə gümana düşmürlər. Bu da onların tabe olduqları vilayətin böyük bərəkətlərindən biridir.
Təsirli dualar bu cür fəzilətlidir. Lakin unutmamalıyıq ki, insaniyyətin üstün mərhələsini keçmiş və ilahi yaxınlıqda uca məqamlara çatmış şəxslər Allah ilə münacatlarında elə sözlər ərz edirlər ki, bizim o sözləri zikr etməyimiz yersiz olar. Çünki bu sözlər bizim halımıza uyğun deyil və bu mətləblərin bizim tərəfdən deyilməsi sadiqanə olmayacaq. Məsələn, dəyərli və şərafətli dualardan biri olan "Kumeyl” duasında həzrət Əli (ə) Allaha xitabən buyurur: "Ey mənim Ağam, ey Rəbbim, tutaq ki, əzab atəşinə səbr etdim, bəs Sənin ayrılığına necə səbr edəcəyəm? Tutaq ki, odunun hərarətinə dözdüm, bəs kəramət və lütfünə necə göz yuma bilərəm?”
Bu ifadələr yalnız və yalnız Allahın kamil övliyalarının halına uyğundur və hər kəs belə bir iddia edə bilməz. Bu sözləri yalnız ayrılıq və vüsalı tanıyan şəxslər deyə bilər.
O kəslər ki, vüsalın ləzzətini dadmış, ayrılığın, özü də həqiqi məhbubdan ayrılığın əziyyətini çəkmiş olsun. Lakin vüsalın nə olduğunu bilməyən şəxs Allahla ayrılıqdan əziyyət çəkdiyini deyə bilməz. Vüsalı anlamış və onu tanımış şəxs ayrılıqdan əziyyət çəkə bilər; məsələn, öz dostunu çox istəyən bir şəxs onunla vüsaldan ləzzət alır və onunla ayrılıqdan əziyyət çəkir. Lakin özgə birisi onunla ayrılıqdan heç bir əzab hiss etmir. Necə ki, onunla vüsaldan və ona qovuşmadan heç bir ləzzət duymur.
Biz Allahı tanımayıb, Onun kamalını dərk etməyənədək heç zaman Onunla ayrılıqdan əzab hiss etməyəcəyik. Beləliklə, necə deyə bilərik ki, Sənin əzabına dözərik, lakin ayrılığın bizim üçün çətindir?
Sadə dişağrı və adi başağrıdan fəryadı göylərə çatan, axirət əzabının milyardda biri də olmayan bu ağrı qarşısında səbirsizlik edib naşükürlüyünün həddini artıran insan cəhənnəm əzabına dözümlü, lakin Allahdan ayrılığa dözümsüz olduğunu necə iddia edə bilər?! Biz Allahla vüsaldan nə dadmışıq ki, Onun ayrılığı bizim üçün cəhənnəm əzabından daha çətin olsun!
Bu növ dualar yalnız Əmirəl-möminin (ə) kimi kəslərə layiqdir. Bu sayaq sözlərin nümayiş etdirilməsi bizim üçün həqiqətdən çox uzaqdır. Bununla belə, uyğun mətləblər təsirli dualarda çox gözə çarpır. Əgər bu sözləri öz adımızdan desək, yalan demiş olarıq və Allaha yalan danışmaq xalqa yalan danışmaqdan çox-çox pisdir. Buna görə də uyğun dualarda məqsədimiz hekayət olmalıdır. Məsələn, həzrət Əlinin (ə) Allah qarşısında ərz etdiklərini hekayət məqsədi ilə nəql edərək, bu şeyləri öz adımızdan bəyan etməməliyik. Çünki bu mətləbləri biz özümüz inşa etməmişik. Ya da məqsədimiz belə olmalıdır: Allahdan bizim üçün də elə bir mərifət əta etməsini istəyək ki, bu sayaq sözlər deməyə səlahiyyətimiz çatsın.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor