Nahar vaxtı oxunan dualar haqqında |
Müəllif: Admin | Bölmə: Dualar | Vaxt: 3-03-2015, 00:41 | Şərh sayı: (0) | Baxılıb: 1637
Nahar vaxtı oxunan dualar haqqında
Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir : "Süfrə açdığınız zaman mələklərdən bir neçəsi sizi əhatə edər. Yeməyə "Bismillah " deyərək başlayarsınızsa, mələklər cavabında deyərlər: "Allah bərəkət versin sizin yediyiniz şeylərə”. Sonra onlar Şeytana üz tutub deyər: Tərk et buranı ey fasiq ! Sənin onlar üzərində əsla ixtiyarın yoxdur. Qurtardıqdan sonra "Əlhəmdulillah "dedikdə isə mələklər deyərlər: Bunlar Allahın əta etdiyi nemətlərə şükür edən bəndələrdir. Yox əgər əvvəldə "Bismillah ", qurtardıqdan sonra isə"Əlhəmdulillah”deməsələr Şeytanı Çağırıb deyərlər: Ey fasiq! gəl sən də onlarla birlikdə çörək ye. Onlar Allahın nemətlərinə göz yuman nankor bəndələrdir.
İmam Hüseyn (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Süfrə saldığınız zaman Allahın adını çəkin (yəniBismillah deyin ), yeməyə başladığınız zaman isə deyin
(Bismillahi əla əvvəlihi və axirihi ).
Əli (ə) bu haqda buyurur: "Yemək yeməzdən əvvəl və sonra Allahın adını çəkən kəslərdən məhşərdə yedikləri (halal )yeməklər haqqında sorğu-sual olunmaz "
İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: "Allah-təala, hər tikəni ağzına qoyduğu zaman
(Bismillahi vəlhəmdu lillahi rəbbil aləmin ) deyən şəxsin günahını bağışlayar və onu özünün sevimli bəndələrindən biri qərar verər. ".
Bu haqda nəql olunmuş başqa bir rəvayətdə deyilir. Allah Peyğəmbəri (s) və onun davamçıları olan məsum imamlar süfrə arxasında oturduqları zaman bu dualardan birini oxuyardılar:
(Subhanəkə Allahummə ma əhsənə ma təbtəliyna subhanəkə ma tutina. Sübhanəkə ma əksərə ma tuafina Allahummə əusiələyna və əla fuqərail-muminiynə vəl-muminati vəl-musliminə vəl muslimat).
(Allahummə haza minkə və min fəzlikə və ətaikə fəbarik ləna fiyhi və səvviğnahu vərzuqna xələfən iza əkəlnahu və rubbə muhtacin iləyhi rəzəqtə fə əhsəntə.Allaumməcəlna minəşşakirin )
(Əlhəmdulillahilləzi həməlna fil bərrə və-bəhrə və rəzəqna minəttəyyibati və fəzzəlna əla kəsiyrin min xəlqihi mimmən xələqə təfziyla )
(Əlhəmdulillahil-ləzi yutimu vəla yutəm Allahummə əksərtə və ətəbtə barəktə ma şəbitu və ərvəytu Əlhəmdulillahil-ləzi yutimu vəla yutəm).
Əli (ə)-dan nəql olunmuş hədisdə deyilir: Süfrəyə neçə növ yemək qoyularsa onların hər birindən yediyiniz zaman Allahın adını çəkin və yemək yediyiniz zaman başqaları ilə söhbət etməyin. Əgər çarəsizlik üzündən danışarsınızsa yeməyə başladığınız zaman yenidən Allahın adını çəkin. Yemək mədənizə ağırlıq edərsə bu duanı oxuyun :
(Allahummə hənni-niyhi. Allahummə səvviğniyhi Allahummə əmraniyhi).
Bunu da qeyd etmək lazımdır ki, süfrə kənarında oturan şəxslərdən biri yeməyə başlamazdan əvvəl "Bismillah " desə başqaları bunu deməyə də bilər.
Əllamə Məclisi "Möminlərin zinəti"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər