Allahın möminlər üzərində vilayəti |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 16-06-2016, 20:17 | Şərh sayı: (0) | Baxılıb: 413
Allahın möminlər üzərində vilayəti
Allahın insanlar üzərində bir neçə növ hakimiyyəti (vilayəti) vardır:
Mütləq hakim olduğu üçün bütün insanlar üzərində ümumi hakimiyyəti vardır və O hər şeyə hakimdir.
Möminlər üzərində xüsusi vilayət. Quran Allahın bu növ hakimiyyəti barəsində buyurur: "Allah iman gətirmiş kəslərin vəlisidir.” Bu hakimiyyət möminlərə məxsusdur. Allahın hidayəti də iki növdür:
Tanıma vasitələri və ağıl verdiyi insanlara aid olan ümumi hidayət.
Möminlərə aid xüsusi hidayət. Yəni peyğəmbərlərin və Allahın dəvətini qəbul edən şəxslər bu hidayət ilə haqq yolu taparlar. Allah onlara daha çox nuraniyyət, düzgün düşüncə, dərin mərifət əta edər. Bu hidayət Allaha iman gətirən və bütün işlərini Onun öhdəsində qoyan şəxslər üçündür. "Ərəfə” duasında oxuyuruq: "İlahi, öz seçiminlə məni seçim etməkdən ehtiyacsız et”. (Mənim işimi özün idarə et və məni öz tədbirimə möhtac qoyma).
Allah bu mərhələyə çatmış şəxslərə öz xüsusi hakimiyyətini tətbiq edər. Onların həyatlarının bütün sahələrində hakim olar, dünya işlərini idarə edər və onları öz tədbirləri ümidinə qoymaz. Buna görə də bəzən öz mömin bəndəsinə sağlamlıq əvəzinə xəstəlik, var-dövlət əvəzinə fəqirlik verər. Hətta bəzən mömin şəxs xəstələnib öz sağlamlığı üçün dua etdikdə bu duanın nəticəsində onun xəstəliyi daha da şiddətlənir! Beləliklə, xəstəliyin şiddətlənməsi Allahın ona bəxş etdiyi bir nemətdir. Duanın təxiri nəticəsində insan daha çox dözüm və hazırlıq əldə edir və səbir etmək nəticəsində daha üstün kamilliklərə yetişir. Buna görə də bizim dünyəvi işlərə aid bəzi dualarımız axirətimiz üçün azuqə olur, ya da fərdin xeyirinə başqa bir şəkildə bu dünyada gerçəkləşir.
Əlbəttə, bu sayaq hallar hamının qavrayacağı şəkildə deyil və yalnız bu məqama çatmış şəxslər uyğun sözləri dərk edə bilərlər.
Bu növ hakimiyyəti Allah bütün şəxslərə yox, yalnız öz xüsusi bəndələrinə tətbiq edir. Əlbəttə, Allah xəsislikdən uzaqdır. Lakin başqaları istəmədiyi üçün uyğun hakimiyyət onlara tətbiq olunmur. İnsan ixtiyari şəkildə qabağa getməli və könüllü olaraq özünü Allahın ixtiyarında qoymalıdır ki, Allah məsləhət bildiyi hər bir şeyi onun barəsində tətbiq etsin. Allah istəməyən şəxslər üçün öz xüsusi hakimiyyətini məcburi tətbiq etmir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər