RSS
 

Login:
Şifrə:
» » Dua edənlərin növləri

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Dua edənlərin növləri

 
Müəllif: Admin | Bölmə: Dualar | Vaxt: 16-06-2016, 20:33 | Şərh sayı: (0) | Baxılıb: 640

Dua edənlərin növləri


Dua edənlərin növləriİnsanlar Allaha diqqət baxımından eyni səviyyədə deyillər. Onları bu baxımdan dörd dəstəyə bölmək olar. Əlbəttə, bu dörd dəstənin hər biri ayrılıqda daha xırda qruplara bölünür:
1. Birinci dəstə bütün hallarda, istər rifah içində, istərsə də giriftarçılıq və bəla zamanı Allaha diqqətli olur, Onun dərgahına dua edir. Quranın dediyi kimi, hər sübh və şam öz Allahlarını yad edirlər və onların duası çətinliklərinə görə deyil: "Sübhlər və axşam...”
Bəlkə də bu halın səbəbi bütün nemətlər ixtiyarlarında qoyulduğu halda onların yenə də Allahdan ehtiyacsız olmadıqlarını, ən aşağısı bu nemətlərin sonunda Ona möhtac olduqlarını dərk etmələridir. Əlbəttə, hər kəs öz mərifət dərəcəsinə görə ehtiyacını dərk edir. Bu dəstə üçün nemət və ya bəlanın fərqi yoxdur.
Onlar həmişə Allahı yad edən və Ona diqqətli olan ləyaqətli bəndələrdir: "Onlar xeyir işlər görməyə tələsər, ümid və qorxu ilə bizi çağırar və həmişə bizim qarşımızda müti olarlar.”
2. İkinci dəstəyə əksər möminlər daxildir. Bu şəxslər nemət və rifah zamanı qürur və qəflətdə olurlar. Lakin qarşıya bəla çıxdıqda ayılaraq öz ehtiyaclarını hiss edir və Allaha münasibətdə ehtiyaclı olduqlarını göstərirlər. Bu dəstədən olanlar nisbətən yaxşı bəndələr sayılır. Lakin Allah onlardan narazıdır ki, nə üçün nemət verilən zaman Allahı unudurlar və nemətlərin onlardan alındığı zaman dua edirlər: "İnsana bir nemət əta etdiyimiz zaman üz döndərər və uzaqlaşar. Ona şər və bəla üz gətirən zaman geniş dua edər.”
Xalqın əksəriyyəti belədir. Çox az insanlar nemət zamanı Allahı unutmur.
3. Üçüncü dəstə bəzi bəlaların Allah tərəfindən gəldiyini düşünür. Buna görə də bu növ bəlalar onlara nazil olarkən dua edirlər. Çünki bu bəlanın qeyri-təbii vasitələrdən doğduğunu və ilahi əzabın nişanəsi olduğunu bilirlər. Məsələn, Yunusun qövmü ilahi əzab nişanələrini gördüyü zaman bu əzab çatmazdan öncə özünə gəldi və tövbə etdi. Allah da onlara nicat verdi.
Bu qism insanlar müəyyən bəlaların Allah tərəfindən gəlmədiyini təsəvvür edib həmin bəlalara qarşı diqqətsiz olurlar. Yalnız hər yerdən naümid olaraq heç bir kəsdən kömək gəlmədiyini gördükləri zaman Allahı çağırırlar.
4. Dördüncü dəstə o kəslərdir ki, hətta bəla və müsibət zamanı Allahı yada salmırlar. Allah bu qisim insanların rəftarını pisləmiş və onları əvvəlki dəstələrə nisbətən daha çox əzaba layiq bilmişdir. Qurani-Kərim bu insanlar barəsində belə buyurur: "Nə üçün bizim bəlamız onlara çatan zaman yalvarıb-yaxarmadılar? Çünki onların qəlblərini qəsavət tutmuş və şeytan pis əməllərini onlara gözəl göstərmişdir.” Başqa bir yerdə isə belə buyurulur: "Bundan sonra qəlbləriniz yenə sərtləşərək daş kimi, bəlkə, daha da bərk oldu. Həqiqətən, bəzi daşların içərisindən nəhrlər axar, bəzisi yarılıb içindən su fışqırar və bəzisi də Allahın qorxusundan yuvarlanıb düşər. (Amma nə sizin qəlbləriniz Allahın qorxusundan çırpınar və nə də gözlərinizdən bir qətrə yaş axar) Allah sizin etdiklərinizdən xəbərsiz deyil.” Əvvəldə dediyimiz kimi, həqiqi mömin heç bir halda duadan uzaqlaşmır. İstər rifah içində olsun, istərsə çətinlik içində! Onun nəzərində dua insanın kamillik səbəbidir. İstər adi vasitələr olsun, istərsə də olmasın! O, duadan əl çəkmir! Adi vasitələrin hazır olduğu yerdə bu vasitələri həqiqi səbəb bilməyərək dua edir və həqiqi səbəbə doğru əl açır. Allahı səbəbkar bildiyindən süfrəsində çörək olmasına baxmayaraq, doymağını Onun iradəsindən asılı bilir. Çünki öz ehtiyaclarının ödənməsində həqiqi səbəbkar yalnız Allahı hesab edir və maddi vasitələrin təsirini Onun icazəsindən asılı olduğunu anlayır. Adi vasitələr olmayan yerdə isə dua Allahın qüdrətinin adi vasitələrlə məhdudlaşmadığını göstərir. O inanır ki, Allah adi vasitələrsiz də onun ehtiyaclarını təmin edə bilər.
İndi isə baxaq görək, özümüz sadalanan hansı dəstədənik?! Allah eləməmiş, üçüncü və ya dördüncü dəstədən olaq! Allah insana bol-bol nemətlər vermişdir. Lakin bəzən əvvəlcədən təsəvvür olunmadığı halda bu nemətlər azalır və çətinliklər qarşıya çıxır. Məgər bunları təsadüfi hesab etmək olarmı? Məgər bu hadisələrin Allah ilə heç bir əlaqəsi yoxdurmu?
Bu işləri Allahla əlaqələndirmə ölçüsü bizim mərifət səviyyəmizə bağlıdır. Mömin insan heç bir şeyi Allahın tədbir və iradə dairəsindən xaric bilmir. Hətta əgər başı ağrıyarsa, əvvəlcə Allahdan şəfa istəyir, sonra həkim və ya dərmanın ardınca gedir. Dərman istifadə edərkən də onun Allahın icazəsi ilə təsir göstərdiyini düşünür. Əgər Allah istəməsə dərmanın heç bir təsiri olmaz. Qısası, bütün işlərin kökünün Allahın əlində olduğunu hesab edir və Allahdan başqa heç bir kəsi ilahi hakimiyyətdə və varlıq aləmində müstəqil səbəbkar bilmir. Bütün aləm Onun mülküdür və Onun izni olmadan heç kəsin sahiblik və səbəbkarlıq hüququ yoxdur.
Biz, adətən, öz etiqadi mübahisə və söhbətlərimizdə deyirik ki, Allahın tədbir və iradəsi ümumidir, hər şeyə şamil olur. Heç bir şey Onun tədbir və qüdrət dairəsindən xaric deyildir.
Fəlsəfədə də "feli tövhid” haqqında çox rahat bəhs edirik. Bu mövzunun digər mövzular kimi zehnimizdə çox rahat yer tutması mümkündür. Lakin, adətən, əməl zamanı bu həqiqəti unuduruq. Bir çox başqa etiqadlar kimi, Allahın hər yerdə hazır olmasına da inanır, lakin əməldə bu həqiqəti unuduruq. Feli tövhidə əqli yolla, ayə və rəvayətlərlə dəlil gətirərək onu sübut edirik. Lakin əməl zamanı bunları yaddan çıxarırıq.
Buna görə də çətinliklərlə qarşılaşdıqda bu çətinliklərdə Allahı təsirsiz hesab etmək olmaz. Bu çətinliklərdə Allahın nə dərəcədə təsirli olduğuna gəldikdə isə ən aşağısı inanırıq ki, əgər Allah istəsəydi bu çətinliklərin qarşısını alar və onların baş verməsinə mane olardı.
Bir tərəfdən insanın qarşılaşdığı bütün çətinliklər Quranın dediyi "bəsuna” ("bizim qəzəbimiz” –"Ənam” surəsi, ayə 43, 148; "Əraf” surəsi, ayə 4, 5, 97, 98; "Yusuf” surəsi, ayə 11; "Ənbiya” surəsi, ayə 12; "Ğafir” surəsi, ayə 84, 85) sözünə əsasəndir. Bəzi bəlaların Allah tərəfindən, bəzilərinin isə Allahdan qeyrisi tərəfindən olması fikri düzgün deyil. Çünki bütün işlərin ixtiyarı Allahın əlindədir. Hansısa bir şəxsə bəlanın çatması üçün Allahın təbii icazəsi bu bəlanın Allaha bağlı olmasının dəlilidir. Kamil mərifətə sahib olan və feli tövhidi daha çox dərk edən hər bir kəs bu mövzunu daha gözəl anlayar.
Bu mövzu fəlsəfədə geniş şəkildə şərh olunur. Əlbəttə, Allah tərəfindən insana nazil olan bütün bəlalar öz pis əməllərimizin nəticəsidir.
Bu mövzuda bir çox ayə və rəvayətlər vardır. Allah-təala Quranda buyurur: "Əgər Allah xalqa bir nemət verərsə, bu neməti heç zaman geri almayacaqdır. Yalnız bu xalq öz halətini dəyişsə geri alınar!” Allahın bir şəxsin bərəkətinə görə xalqdan hansısa bir bəlanın uzaqlaşdırması mümkündür. Baxmayaraq ki, xalq özü bu bəlanın uzaqlaşması üçün heç bir iş görməmiş olsun. Ya da ki, Allah nazil etdiyi bəlanı öz rəhməti və ya tədbirinə əsasən uzaqlaşdıra bilər. Lakin Allah xalqa verdiyi hansısa bir neməti heç zaman onlardan almaz. Amma xalq özü öz pis əməlləri ilə nemətin kəsilməsinə səbəb ola bilər.
Başqa bir ayədə buyurulur: "Hər hansı bir tayfa öz tövrünü dəyişməzsə Allah da onun tövrünü dəyişməz.” Bu ayənin məzmunu əvvəlki ayədəki kimidir. Lakin bu ayədə daha çox təkid olunur. Bu mübarək ayəyə əsasən, qəbul etməliyik ki, bəzi nemətlərin bəlaya çevrilməsinin səbəbi öz əməllərimizdir.
Quran təlimlərinə əsasən, çətinliklərimiz və qarşımıza çıxan müsibətlər öz əməl və rəftarlarımızın nəticəsidir. Əgər əməllərimizi və rəftarlarımızı islah etsəydik, nemətlər çətinlik və əzaba çevrilməzdi. Məşhur bir məsələ əsasən "bizə gələnlər bizdəndir”
"Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazdığınız günahların ucbatındandır. Allah bir çoxlarından keçər.”
Əgər Allah xalqın bütün əməllərini cəzalandırmaq istəsəydi, yer üzündə heç bir canlı qalmazdı: "Əgər Allah insanları günahlarına, haqsızlıqlarına görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı.” "Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, yer üzündə bir nəfər belə saxlamazdı.”
Allahın nazil etdiyi dünyəvi bəlalar xalqı cəzalandırmaq yox, onları tənbeh etmək üçündür. Beləliklə, insanlar bu vasitə ilə islah olsunlar və bilsinlər ki, Allahın hakimiyyətində yaşayırlar. "İnsanların öz pis əməlləri üzündən suda və quruda fəsad, pozuntu yarandı. Allah onlara etdikləri bəzi günahların cəzasını dadızdırar. Olsun ki, geri dönələr.” Adətən, bəla nazil olduqda hamıya şamil olur. Məşhur sözdür ki, qurunun oduna yaş da yanar. Beləliklə, bəla günahkar olmayanlar üçün imtahan, günahkarlar üçün isə əzab sayılır.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor