Qorxu və ümid zərurəti |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-01-2016, 20:23 | Şərh sayı: (0) | Baxılıb: 1048
Qorxu və ümid zərurəti
İnsanın Allah və Onun əzəməti qarşısında zəlil bir bəndə olması və öz miskinliyini anlaması onun səadətinə səbəb olur. Bütün yaxşılıqlar Allaha bağlıdır. Bütün çətinliklər və bədbəxtliklər isə insanın öz pis və seçiminin nəticəsidir. İnsan bilməlidir ki, əgər özbaşınalıq edib səhv yol seçərsə, əməldə Allahla döyüşə qalxmışdır və Allah səhv nəticəsində Allahın ən böyük əzabına düçar olub, pis aqibətlə dünyadan gedə bilər. Eyni zamanda, çox günahkar və alçaq olduğu halda Allah onu bu vəziyyətdən çıxarıb yaxşı aqibətlə mükafatlandıra bilər. İlahi cəzadan arxayınlıq hissi böyük günahlardandır. İnsan bütün ömrünü ibadətə sərf etsə belə sevinib və qürrələnmədən işin sonunu gözləməlidir. Allah qarşısında məğrurluq və özünə güvənmək çox böyük günahdır. İnsan həmişə qorxmalıdır ki, əgər Allah onu bir an özbaşına buraxsa, ən aşağı dərəcələrə enəcək.
Buna görə də peyğəmbərlər və övliyalar kimi Allaha daha yaxın olan şəxslər daha çox qorxmuşlar; onlar Allahın əzəmətini başqalarından daha çox düşünür və dərk edirlər. Allahın onlara verdiyi məqama baxmayaraq, Onun qarşısında bir an belə məğrur olmaqdan qorxurlar.
Digər bir tərəfdən, Allah Onun rəhmətindən naümid olmağı böyük günah sayır. İnsan nə qədər günahkar olsa da, Allahın rəhmətindən məyus olmamalıdır. Allahın rəhməti o qədər genişdir ki, insan həqiqi tövbə edib Ona tərəf qayıdarsa, Allah onu bağışlayar. Bəndə özünü Allah qarşısında kiçiltdikdə, ümid və qorxusunu kamala çatdırdıqda təkamül yolunda addım atmış olur: "Qəlbində iki nur olmayan heç bir bəndə yoxdur: qorxu və ümid nuru; əgər bu iki nur ölçülsə, biri birindən ağır gəlməz.”
İbadət tövfiqi, Allahın bəndəyə minnəti
İmam Allahın sifətlərin və Ona sitayişi yada saldıqdan sonra, insana əta olunmuş tövfiqlər haqqında bildirir: "Allahım, Səninlə söhbət etməyimə və Səndən istəməyimə icazə verdin”.
Duanın bu cümləsində çox incə və adətən, xəbərsiz qaldığımız bir nöqtə var. Biz təsəvvür edirik ki, dua etməklə böyük bir iş görmüşük və Allaha minnət qoya bilərik. Lakin bu cümlədə imam (ə) belə buyurur: "İlahi, evinə gəlib, dua və istəklərimi təkrarlamağıma icazə verməyinlə Mənə necə də böyük minnət qoymusan”. Ömür boyu günah yükümüz olduğu halda Allahın Onunla söhbətə icazə verməsinin necə böyük lütf olduğunu bəlkə də düşünmürük. İmam Səccad (ə) Allaha ərz edir: "İlahi, Sənin zikrinin dilimizə gəlməsi, Səni çağırmağa və Səninlə raz-niyaz etməyə icazə verməyin bizə olan ən böyük nemətlərdəndir.”
Bu incə nöqtənin aydınlaşması və zehnə çatması üçün (etiraf etmək lazımdır ki, mövzunu lazımınca çatdırmaq mümkün olmur) elə bir şəxs təsəvvür edin ki, uzun illər boyu dostuna məhəbbətini əsirgəməmiş və imkan daxilində ona kömək etmişdir; lakin dostu nəinki onun zəhmət və xidmətlərini dəyərləndirmir, hətta onunla düşmənlik etmək fikrinə düşür. Belə rəftara bir neçə dəfə dözmək mümkündür. Lakin sonda insanın səbri sona yetər və dostundan uzaqlaşar.
Bir belə hörmət qarşısında bu qədər cəsarət və ədəbsizlik?! Lakin Allahın öz bəndəsinə bu qədər nemət verməsinə baxmayaraq (əgər cin və insanlar yığışsa və
istəsələr Allahın bir bəndəsinə verdiyi neməti saysınlar, bacarmazlar) bəndə onunla müxaliflik edir, Allah isə nəinki onu özündən kənarlaşdırmır, hətta ona ibadət üçün tövfiq verir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər