Duanın yerinə yetməsinə mane olan 10 AMİL |
Müəllif: Admin | Bölmə: Dualar | Vaxt: 9-12-2015, 01:14 | Şərh sayı: (0) | Baxılıb: 924
Duanın yerinə yetməsinə mane olan 10 AMİL
Bir gün İbrahim Ədhəm Bəsrə bazarından keçirdi və insanlar onu əhatəyə alıb dedilər: "İbrahim! Allah Quranda buyurmuşdur:"Məni çağırın ki, Mən də duanızı qəbul edim". ("Ğafir" 60). Biz Allahı çağırırıq, ancaq dualarımız yerinə yetmir".
İbrahim dedi: "Səbəbi budur ki, ürəkləriniz 10 şeyə görə ölmüşdür. Dualarınızın səfası yoxdur və ürəkləriniz pak deyildir".
Soruşurlar ki, bu 10 şey nədir?
Deyir:
1. Allahı tanımısınız, ancaq haqqını əda etməmisiniz.
2. Quranı oxuyursunuz, ancaq ona əməl etmirsiniz.
3. Peyğəmbəri (s) sevdiyinizi iddia edirsiniz, ancaq övladı ilə düşmənçilik etmisiniz.
4. İddia edirsiniz ki, şeytanla (lən) düşmənsiniz, ancaq əməldə onunla razılaşırsınız.
5. Deyirsiniz ki, behiştə əlaqəniz vardır, ancaq behiştə girmək üçün bir iş görmürsünüz.
6. Deyirsiniz ki, cəhənnəm atəşindən qorxursunuz, ancaq bədənlərinizi ona atırsınız.
7. İnsanların eyblərini tutmaqla məşğulsunuz, öz eybinizdən qafil olmusunuz.
8. Deyirsiniz ki, dünyanı sevmirsiniz, ancaq hərisliklə (mal) toplayırsınız.
9. Ölüləri dəfn etmisiniz, ancaq onlardan ibrət götürməmisiniz.
10. Ölümü etiraf edirsiniz, ancaq özünüzü onun üçün hazır etmirsiniz.
Bu 10 amil dualarınızın qəbul olmasına mane olur".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər