Özünü tanıyan insan, Allahını da tanıyar |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 9-02-2015, 00:10 | Şərh sayı: (0) | Baxılıb: 2303
Özünü tanıyan insan, Allahını da tanıyar
Peyğəmbəri-Əkrəm (s) insanı torpağa bənzədirdi. İnsanın yaradılışının ilk mərhələsi torpaqla başlayır. Ana bətnində inkişaf edir. O yerə çatır ki, bu torpaq ruhla görüşür və həyat əldə edir.
Özünütanıma elmini Peyğəmbərlər (ə) və İlahi Övliyalar təbliğ edirdilər. İnsan özünü tanımadan, başqalarını da tanıya bilməz. Özünü yaddan çıxartmaq böyük günahdır. Allah "Həşr” surəsində insanlara belə buyurur: "Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın!”. ("Həşr” 19).
Allahı unutmağın cəriməsi çox ağırdır. O zaman ki, insan Allahı yaddan çıxardar, özünü yaddan çıxartmış olar. Yaddan çıxardar ki, bu aləmdə mən ixtiyar sahibi deyiləm, çox az şeylərə ixtiyarım vardır, onu da mənə Allah əta etmişdir. Dünyaya gəlməyindən tutmuş, nə vaxt ölməyinə qədər heç bir şeyə ixtiyarım yoxdur. Əgər insan bunları unudarsa, heyvan kimi olar. Bəziləri isə heyvandan da pisdirlər. Onlar qafillərdir. Yəni, Allahın, özünün varlığından xəbəri olmayanlar.
Qarnının ehtiyaclarını öyrənmək - bir elm deyildir, bu heyvanlarda da vardır. İmam Sadiq (ə) buyurur: "Qarın və şəhvət üçün vasitə əldə etmək elm deyildir, bilikdir”. Bu cür insanlar heyvanlardan az fərqlənirlər. Belə ki, daha çox mədənidirlər. Heyvanlar öz ehtiyaclarını təbiətdə və ya yuvalarında ödəyirlərsə, insan bu ehtiyacını daha mədəni yerlərdə təmin edir. Ancaq heyvanın işi budur və onun həyatı heç vaxt dəyişmir və ancaq bu ehtiyaclarını ödəmək üçün yaşayır.
Lakin özünü tanıyan insan Allahını da tanıyar. Allaha borclu olduğunu bilər, onun nemətlərinin qədrini bilər. Bütün bunları da insan peyğəmbərlərin (ə) və övliyaların vastisilə öyrənmişdir. Allah bizə Həzrət Muhəmməd (s) kimi bir peyğəmbər göndərdi. Bu Peyğəmbər (s) sözün əsl mənasında tövhidi dərk etmiş bir peyğəmbər idi. Allah Təala buyurar: "Hər kim Mənim haqqında nə demək istəyirsə, şirk iyi verir, hətta filosoflar belə. Mənim haqqında ancaq muxlis bəndəmin dilindən eşitdiklərinizə inanın. Məni tanımaq üçün heç bir filosofa, alimə və müəllimə inanmayın. Çünki onlar Məni dərk etməyiblər. Peyğəmbər (s) Məni dərk etmişdir”.
Allah bizlərə kamil insanları göndərmişdir ki, biz naqisləri kamilləşdirsinlər. Biz cahilləri alim etsinlər. Allah buyurur ki, Mən möminin qəlbinə sığaram, ancaq yerə sığmaram. Bu, o deməkdir ki, mömin hər bir varlıqdan və yerdən də üstündür.
Ey insan, özünü nə vaxt tanımaq istəyirsən? Firon özünü tanımaq istədiyi vaxt suyun içərisində can verirdi. Ancaq bu an özünü tanıma anı deyildir, bu, sənin bu dünyadan ayrılma anındır. Sən özünü buna qədər tanımalı idin və bu verilən möhlətdən istifadə etməli idin.
İmam Əli (ə) buyurur: "İnsanlar özləri yuxudadırlar”. Yəni yuxu öz zatları ilə vəhdət təşkil etmişdir. Bu cür olan halda o, ayıla bilməz. Peyğəmbəri-Əkrəm (s) bu insanları qəflət yuxusundan ayıltmaq üçün o qədər çalışmışdı, ancaq onlar hidayət olmadılar.
Bəs bu insanlar nə vaxt ayılar? İmam Əli (ə) buyurur: "Ölümdən sonra, Allahın səsi, bərzəx, Qiyamət və ona sual vermək üçün göndərilən iki mələk onu ayıldar”. Bu zaman başa düşərlər ki, vaxtları bitmişdir. Bu zaman başa düşərlər ki, onlar hər bir varlıqdan üstün yaradılıblar və Allaha borcludurlar. Ancaq artıq gec olar və süqut edərlər. Bu zaman isə Allahın ən dəyərsiz varlığına çevrilərlər.
Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü insanı apardıqları ilk məhkəmədə ona sual verəcəklər: "Sənə verdiyimiz vaxtı nəyə sərf etmisən?”. Məgər insanın qarnına və şəhvətinə görə axirətini fəna etməsinə dəyərmi? Bu məhkəmədə siz bir neçə məntiqi cavab verə bilərsiniz. Deyə bilərsiniz ki: Allahım mənə verdiyin vaxtın bir hissəsini halal ruzi qazanmağa sərf etmişəm, bir hissəsini ibadətə sərf etmişəm, bir hissəsini Əhli-beytə (ə) sərf etmişəm.
Qiyamətdə 50-yə qədər məhkəmə olacaqdır. Ancaq bu cavablardan sonra bizi o biri məhkəmələrə aparmazlar. Bizə deyərlər ki, behiştə girməmişdən əvvəl Peyğəmbər (s) və İmam Əli (ə) səni gözləyir. Sənin üçün Kövsər suyundan hazırlayıblar. Bəs behiştdən əvvəl bu suyu niyə bizə içirdəcəklər? Çünki qəlbimizdə olan qara hisslər bu su vasitəsilə yuyulub gedəcəkdir. Peyğəmbər (s) və İmam Əlinin (ə) əli ilə bizə bu suyu ona görə içizdirirlər ki, qəlbimiz də onların qəlbi kimi pak və saf olsun.
Ey insan, bu dünyada qalıcı deyilsən. Tezliklə sən də başqa bəşər övladları kimi o biri dünyaya gedəcəksən. Bu sualların cavablarını indidən verməyə çalış!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər