Mərhəməti ilə Allah qatında hacı olan çəkməçi |
Müəllif: EBU_ISAK | Bölmə: Məqalələr | Vaxt: 31-08-2013, 00:53 | Şərh sayı: (2) | Baxılıb: 1003
Mərhəməti ilə Allah qatında hacı olan çəkməçi
Elm və fəzilət sahibi bir sufi olan Abdullah ibn Mübarək həcc ibadətini yerinə yetirdikdən sonra Hərəmdə yəqaza (yuxu və oyanıqlıq halı arasında) ikən səmadan iki mələyin endiyini görür. Mələklərdən biri digərinə deyir: “Bu il 600 min adam həccə gəldi, ancaq onların həcci Şamda Əli ibn Müvəffəq adlı bir ayaqqabı təmircisinin etdiyi əməlin hörmətinə qəbul oldu. O şəxs həccə getməyə niyyət etdi, ancaq gedə bilmədi. Etdiyi əmələ görə isə bütün hacıların həcci qəbul olundu.”
Abdullah ibn Mübarək eşitdiklərinin qarşısında heyrətə qapılaraq bir karvana qoşulub Şama gedir. Çəkməcini tapır və “Sən həccə getmədiyin halda hansı əməli etdin” deyə soruşur. Əli ibn Müvəffəq böyük sufini qarşısında gördüyü an həyəcandan huşunu itirir. Özünə gəldikdən sonra da bunları nəql edir: “Otuz il həccə getməyi arzuladım və bu müddət ərzində 300 dirhəm pul yığdım. Həcc səfərinə çıxmağa hazırlaşdığım gün hamilə olan yoldaşım “Qonşudan ət qoxusu gəlir? mənim üçün biraz istəyə bilərsənmi?” dedi. Qonşumun evinə gedib vəziyyəti izah etdim. Ağlayaraq belə dedi: “Yeddi gündür ki, uşaqlarım acdır. Yolda ölü bir heyvan gördüm və ondan bir parça kəsdim. İndi də onu qaynadıb uşaqların başını qatıram. Halal bir nemət tapmasam məcburən uşaqlara onu yedirdəcəm. İstəyirsənsə verim, ancaq acından ölmə həddinə gələn uşaqlarımdan fərqli olaraq bu sizə haramdır.” Bunu eşitdiyimdə böyük çətinliklə yığdığım 300 dirhəmi ona verdim və “Rəbbim, həcc niyyətimi qəbul et!” dedim.”
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər