Xaçpərəstlər həzrəti Məryəmi də ilahlaşdiriblər? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 30-12-2014, 15:26 | Şərh sayı: (0) | Baxılıb: 2678
Xaçpərəstlər həzrəti Məryəmi də ilahlaşdiriblər?
Sual: Quranın Maidə surəsinin 116-cı ayəsində deyilir ki, həzrəti Məryəm də "tanrılaşdırılıb”. Mən belə hesab edirəm ki, xaçpərəstlər ancaq İsa peyğəmbərə ibadət edirlər. Bəs həzrəti Məryəmi tanrı yerinə qoyanlar kimdir?
Cavab: Xristianlar 431-ci ildə III Ekumenik Efes konseyində belə bir qərar qəbul etdilər:
"İsa öz şəxsiyyətini ağıllı ruhla canlandırılan bir bədənlə birləşdirib, insan olmuşdur. Məryəm ana isə həqiqi mənada tanrının anasıdır”.1
Elə isə məlum olur ki, tanrının anası da (tövbə, əstağfirullah!) tanrıdır!
Katolik xristianlar belə hesab edirlər ki, "Onun analığı qurtarmayıb. Təzələnən vasitəçiliyi ilə əbədi əmin-amanlıqlar təmin edən hədiyyələri mühafizə etməyə davam edir. Məryəm Anaya kilsədə vəkil, köməkçi, köməyə çatan, vasitəçilik edən deyirlər”.2
Onlar belə deməklə Məryəm Ananı ilahlaşdıraraq tanrı yerinə qoyurlar. Allah Təala bir gün belə deyəcək:
"Ya Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!” – demişdin? "İsa belə deyəcək:” Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatından ola bilmərəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!
"Onların arasında olduğum müddət ərzində onlara şahid olan mən idim. Sən məni vəfat etdirəndən [canımı alandan] sonra onların üzərində nəzarətçi sən özün oldun. Ancaq sən hər şeyə şahidsən!”.3
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər