Kimmerlərin Azərbaycana köçü |
Müəllif: Admin | Bölmə: Azərbaycan tarixi | Vaxt: 24-12-2015, 05:59 | Şərh sayı: (0) | Baxılıb: 2780
Kimmerlərin Azərbaycana köçü
E. ə. VIII əsrin sonlarına aid Aşşur yazılı mənbələrindənL. Waterman. Royal correspondence of the Assyrian Empire, n. 112, 146. aşşurların "[[Kimmerlər|gimirrai]]" adlandırdıqları köçəri kimmerlərin axınlarının baş verdiyini bilmək olur; onların, ardınca isə tezliklə mənbələrJ. A. Knudlzon. Assyrische Gebete an den Sonncngott fur Staat und Koniglicshes Haus der Zeit Asarhaddons und Assurbanapals. Leipzig, 1893, II, n. 29, 35. (e. ə. VII əsrin əvvəli) [[skiflər]]in ''asguzai/isguzai'' adını çəkir. [[Herodot]]un məlumatına görə, kimmerlər Qara dəniz sahili boyunca, Qafqazdan keçərək, skiflər isə ''"Qafqaz dağlarını sağda qoyub"'' Xəzər dənizinin qərb sahili boyunca hərəkət etmişlər.Heredot, I, 104 Kimmerlərin və skiflərin Qafqazdan keçərək Cənubi Rus çöllərindən Ön Asiyaya hərəkət yolları barədə Herodotun verdiyi məlumatı arxeoloji dəlillər də təsdiqləyir. Y. İ. Krupnov öz tədqiqat işində bu tayfaların hərəkət yollarını izləyir və belə hesab edir ki, onlar yolun bütün əlverişli keçidlərindən – [[Meotida]] [[Kolxida]] sahilboyu yolu, [[Dəryal keçidi]] ilə hərbi [[Gürcüstan]] yolu, Mamison keçidi ilə hərbi Osetin yolu və Dərbənd keçidindən istifadə edərək hərəkət etmişlər.Е. И. Крупнов. О походах скифов через Кавказ. "Вопросы скифо-сарматской археологии" М., 1954, səh. 186-194Е. И. Крупнов Киммерийцы на Северном Кавказе, МИ А, 68, М.-Л., 1958, səh. 176-190 [[Aşşur]] hökmdarları da [[Urartu]] və Manna hökmdarları kimi kimmer və skiflərdən öz məqsədləri üçün istifadə etməyə səy göstərirdilər; lakin mənbələrin göstərdiyi kimi daha çox düşmənçilik münasibətində olmuşlar. Qimirra ölkəsi Van hökmdarlığından şimali-qərbdə, Kappadokiyanın şərq hissəsində lokalizə edilir.Б. Б. Пиотровский. Ванское царство, səh. 233. B. B. Piotrovski e. ə. VIII əsrin sonunda kimmerlərin dağıdıcı təsirini və onların urartulular əleyhinə daim hərbi fəaliyyət göstərdiklərini qeyd edir.Б. Б. Пиотровский. Ванское царство, səh. 235-236 Onlar [[Frikiya]] hökmdarlığını darmadağın edərək [[İoniya]] şəhərlərini viran qoyub Aşşur sərhədlərıni təhdid etdilər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər