RSS
 

Login:
Şifrə:
» » Həqiqi iman və həqiqi möminin xüsusiyyətləri

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Həqiqi iman və həqiqi möminin xüsusiyyətləri

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 18-05-2016, 07:05 | Şərh sayı: (0) | Baxılıb: 855

Həqiqi iman və həqiqi möminin xüsusiyyətləri


Həqiqi iman və həqiqi möminin xüsusiyyətləriZahiri və həqiqi iman

Bu hissədə həqiqi iman və onun xüsusiyyətlərindən danışılacaq. Bu xüsusiyyətlərə əsasən, həqiqi mömini tanımaq olar. Həqiqi iman və onun xüsusiyyətləri, həqiqi möminin tanıtdırılması, iman dərəcələri haqqında ayə və rəvayətlər çoxdur. Dayaz düşüncəli bəzi insanlar elə güman edirlər ki, insan üçün yalnız iki hal mövcuddur: möminlik və ya kafirlik. Onların nəzərincə Allahı və qiyaməti inkar etməyən insan mömindir və möminlər arasında heç bir fərq yoxdur. Əslində isə belə deyil. Amma belə düşüncə tərzi İslamla paralel tarixə malikdir. Bəzilərinin dini zahiri İslamdan başqa bir şey deyil. Belələri üçün İslam yalnız dünya həyatını qurmaq üçündür. Belələrinin axirət nemətlərindən faydalanması qeyri-mümkündür. Bu insanlar əbədi olaraq cəhənnəmin ən aşağı mərtəbəsinə sakin olarlar. Onlar İslamı yalnız zahirdə qəbul etmiş münafiqlərdir. Bu insanları öldürmək, var-dövlətini əlindən almaq olmaz. Onlar müsəlmanla izdivac edə bilər, müsəlman ata-anadan irs apararlar. Amma bütün bunlar dünya həyatına aid olan zahiri məsələlərdir. İslamın başlanğıc dövründə zahirən müsəlman olmuş bir qrup şəxs məscidə gələr, hətta birinci cərgədə dayanıb namaz qılardılar. Amma bu xüsusiyyətlər həqiqi müsəlman olmaq üçün kifayət deyildir. Qəlbinin dərinliyində Allaha və Peyğəmbərə (s) etiqadı olmadığı halda zahirən müsəlman olanlar haqqında dinin zahiri hökmləri icra olunur. Belə müsəlmanlığın ölçüsü şəhadəteyn-şəhadət kəlmələrini deməkdir. Kəlmeyi-şəhadət deyən şəxs müsəlman olur. Allahın birliyi və həzrət Məhəmmədin (s) peyğəmbərliyinə şəhadət verən insan Allahın hər hansı bir hökmünü qəbul etmədikdə ziddiyyət yaranır. Necə ola bilər ki, insan peyğəmbəri qəbul etsin, amma peyğəmbərin gətirdiyi şəriətə müxalif olsun?! Dinin zəruri hökmlərini inkar etmək küfrdür və belə bir küfr «zahiri küfr» sinfindəndir. Münafiqlərsə belə deyil. Onlar qəlbən zəruri hökmlərə müxalif olduqları halda, zahirdə bütün zərurətləri qəbul etdiklərini iddia edir, əsl düşüncələrini gizli saxlayırlar. Onlar anlayırlar ki, İslamı açıq-aşkar inkar etsələr dünyəvi çətinliklərlə qarşılaşa bilərlər. Bəzi fəqihlər zəruri hökmün inkarını peyğəmbərin inkarına bərabər hesab edirlər. Bunu hamı bilir ki, Peyğəmbərin (s) bütün göstərişləri Allahın buyuruqlarına əsaslanır. Məsələn, namaz haqqında Peyğəmbərin (s) verdiyi göstəriş Allahın əmrinə əsaslanır və namazı inkar etmək dini inkar etmək hesab olunur. Demək, insan kəlmeyi-şəhadət söyləməklə zahirən müsəlman olur. Nə qədər ki «səhv etdim müsəlman oldum» deyilməyib, nə qədər ki dinin zəruri bir hökmü inkar olunmayıb zahiri müsəlmanlıq yerindədir. Zahiri müsəlmanlığın axirət dünyası, behişt və cəhənnəmlə heç bir əlaqəsi yoxdur. Zahiri müsəlman olduğu kimi, zahiri kafir də vardır. Kəlmeyi-şəhadət deməmək, dinin zəruri hökmünü inkar etmək zahiri küfrdür. Şərti olaraq zahiri müsəlmanlığı «islam», həqiqi müsəlmanlığı isə «iman» adlandıraq. Allah-təala Qurani-Kərimdə buyurur: «Biz iman gətirdik» dedilər. De ki: «Siz iman gətirmədiniz. «İslamı qəbul etdik» deyin!»(«Hücərat» surəsi, ayə 14.). İslam dini dildə qəbul edib, ona zahirən əməl etməkdirsə, iman qəlbə aid olan bir məsələdir. Bəzən belə ola bilər ki, həqiqi bir müsəlman ömrünün sonunadək təqiyyə edərək imanını gizləyə. Misal olaraq Fironun mömin ailəsini və ya həzrət Əbu Talibi göstərmək olar. Rəvayətlərdə bildirilir ki, Əbu Talib İslamın başlanğıc dövründə iman gətirənlərdən idi. Hansı ki, bəzi məzhəb nümayəndələri Əbu Talibin əqidəsini gizlətməklə Peyğəmbəri (s) müdafiə etdiyini nəzərdən qaçıraraq, onun müsəlman olmadığını iddia edirlər. Bu mövzuya Qurani-Kərimdə də toxunulur: «Firon ailəsindən olub imanını gizli saxlayan bir kişi»(«Ğafir» surəsi, ayə 28.), «Qəlbi imanla sabit olduğu halda, küfrə məcbur edilən şəxs istisnadır»(«Nəhl» surəsi, ayə 106.). Əgər bir şəxs dini dəyərləri və övliyaları canını qorumaq üçün inkar etməyə məcbur olarsa bu iş onun imanı üçün təhlükəli deyil. Həmin şəraitdə imanı gizlətməklə təqiyyə vacibdir. Həzrət Əbu Talibin bütün ömrünü təqiyyədə keçirməsi yuxarıda deyilənləri təsdiqləyən gözəl bir misaldır. Bəli, iman insanın daxili aləminə aid olan bir həqiqətdir. Qədim zamanlarda gün uzunu imansız ağanın nəzarəti altında olan qullar qəlblərində ibadət edərdilər. Yəni iki rəkət namaz qılmağa qüvvəsi çatmayan insan qəlbində ibadət edə bilər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor