İman dərəcəsində səadət |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-05-2016, 04:53 | Şərh sayı: (0) | Baxılıb: 268
İman dərəcəsində səadət
İslamda da müxtəlif firqələr vardır. Təəssüf ki, doğru yolu tapmaq istəyən insanlar bəzən buna müvəffəq olmur. Xüsusi ilə məsum imamların dövründə zalım hökumətlərin yaratdığı çətinliklər səbəbindən həqiqi İslamı tanımaq çətin olmuşdur. Əgər insan öz məlumatsızlığında günahkar deyilsə də bildiyi qədər vəzifəlidir. İnsanların məhrum edildikləri həqiqətlərdə onlar üçün nəzərdə tutulmuş kamilliklər vardır. Başqalarının təqsiri ucbatından əsl həqiqəti tapa bilməmiş insanlar çatdıqları məqama uyğun mükafatlandırılacaqlar: «Biz yaxşı iş görənlərin mükafatını zay etmərik»(«Kəhf» surəsi, ayə 30.).
Amma həqiqi yolu tanıdıqdan sonra bu yolda tər tökənlər üçün bildiklərinə əməl etdiklərinə görə də mərtəbələr vardır. Əhli-beyt yolunu gedən insanlar arasında da fərqlər mövcuddur. Bəziləri bu yolun incəliklərindən xəbərsiz də qala bilər. Yolu kamil tanıyanlar üçün nəticələr də yüksəkdir. İslam dinində Əhli-beyt yolunu tutanların həqiqəti tanımaqda heç bir problemi yoxdur. Qalır əməl etmək! Bütün bəşəriyyət bu doğru yolu tutarsa Allah hər bir insanı öz nemətlərində qərq etmək qüdrətindədir: «Bir şeyi istədiyi zaman Allah yalnız «ol» buyurar»(«Yasin» surəsi, ayə 82.). Dünyaya aid olan məhdudiyyətlər axirətə aid deyildir.
Məqsədi düzlükdə bilib ona çatmaq üçün bütün gücünü səfərbər edənlər Əhli-beyt yolunu düzgün tanımış müsəlmanlardır.
Düzlük səadətin şərtidir
Qurani-Kərimin bir neçə ayəsində Allah-təala öz peyğəmbərini «istiqamətə»-səbr və düzlüyə, möhkəmliyə, ardıcıllığa çağırır. «Hud» surəsinin 112-ci ayəsində buyurulur: «(Ya Məhəmməd) Əmr edildiyi kimi düz ol. Səninlə birlikdə iman gətirənlər də düz olsunlar». Həzrət Peyğəmbər (s) buyurur: «Hud» surəsinin bu ayəsi məni qocaltdı».
Mərhum imam (r) öz söhbətlərində təkrar-təkrar bu hədisi xatırladaraq buyurur ki, insanı qocaldıb qəddini əyən həmin bu «istiqamətdir». «Fussilət» surəsinin 90-cı ayəsi istiqamətli insanları müjdələyir: «Şübhəsiz ki, «Rəbbimiz Allahdır» deyən, sonra da düz olan kəslərə mələklər nazil olub belə deyəcəklər: «Qorxmayın və kədərlənməyin, vəd olunmuş cənnətə sevinin».
Allaha iman, həqiqi din və Əhli-beyt məktəbinin qəbulu kifayət deyildir. Bu yolda möhkəmlik göstərib düz olmaq lazımdır. İnsan bir an olsun belə özünü itirib büdrəməməlidir. Belə bir insandan Allah heç nəyi əsirgəməz, beləsinin duaları qəbul olar. Belə insan mələklərlə görüşər, yüksək kamillik məqamına çatarsa mələkləri görə də bilər.
Dünya neməti, mömin və Allahın məsləhəti
İmam Sadiqin (ə) buyuruğunda Əhli-beyt ardıcılları üçün sadalanmış imtiyazlar mütləq deyil, saysız xüsusiyyətlərdən bir neçəsidir. Yəni bir insanın başına bulud kölgə salmırsa bu o demək deyil ki, bu şəxs mömin deyil. Hər şey Allahın məsləhətindən asılıdır. Bu qayda ruzi məsələsinə də şamildir. «Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis işlərdən) çəkinsəydilər, onların başlarına göydən və yerdə bərəkət yağdırardıq»(Ə᾽raf» surəsi, ayə 96.). Diqqət edin, Allahdan çəkinməkdə nümunə olan xalis möminlərə Allahdan dünya neməti yox, onun məsləhətini istəyir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər