RSS
 

Login:
Şifrə:
» » Hakimiyyət komandası “səhra rejiminə” keçir

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Hakimiyyət komandası “səhra rejiminə” keçir

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 10:30 | Şərh sayı: (0) | Baxılıb: 154

Hakimiyyət komandası “səhra rejiminə” keçir


Hakimiyyət komandası “səhra rejiminə” keçirPrezident iqtidarını FV –də yoxlayır ;Hökumətdə hamının əvəzinə İlham Əliyev işləyir; indi kadrların irəli çıxması zamanı gəlib; amma onlar bu dövrə öyrəşə bilmirlər; zamanları bitib; yıpranmış, yorulmuş “yas müxalifəti” də illərdir böhran yaşayır və neftin qiyməti 100 dollar olanda vəziyyətləri necə idisə, indi də elədir...
2016-cı ilin ilk ayı arxada qaldı. Azərbaycan bəlkə də son 10 ildə ilk dəfə soyuq qış ayını fəal, gərgin və emosional hadisələrlə yaşadı. Neftin qiymətinin kəskin düşməsi ilə ölkə iqtisadiyyatının “reanimasiyaya” düşməsi, manatın kəskin ucuzlaşmasının əhali arasında doğurduğu şok effektinin bəzi bölgələrdə etiraz aksiyalarına çevrilməsi, hətta müxalifətin müəyyən kəsiminin illərdir davam edən “donunun” da açılması ayın real mənzərəsini ortaya qoyur.

Prezident İlham Əliyevin həftəsonu gənc liderlərlə görüşündə 1993-cü il hakimiyyətini yada salması, hakimiyyət televiziyalarının da 2013-cü ildən (son prezident seçkiləri ili) unutduqlları müxalifət liderlərini, nəhayət, yenidən efirdə göstərib tənqid etmələri də Azərbaycanın gərgin bir mərhələyə qədəm qoyduğunu göstərir.

Bu gərginliyin səbəbi yerli müxalifət deyil, ilk növbədə neftin qiymətinin qalxmasına müxalifət olanlardır. Bizim müxalifətçilər illərdir öz bacarıqsızlıqlarını neft amili ilə ört-basdır edirdilər. “Bakı nefti var deyə, iqtidarı müdafiə edirlər”, deyirdilər. “Neft qurtardı!”, bunu Azərbaycan rəhbərliyi ən yüksək səviyyədə bəyan edir. “Bəs, neft qurtardısa, hakimiyətin limiti niyə qurtarmadı” sualına hələ opponentlərindən cavab verən yoxdur. Əslində, müxalifətdə heç nə baş verməyib, düşərgənin reaksiyası da, iqtidar televiziyalarının canfəşanlığı da duruma adekvat deyil. Yıpranmış, yorulmuş və “yas müxalifəti”nin özü illərdir böhran yaşayır və neftin qiyməti 100 dollar olanda onların vəziyyəti necə idisə, indi də elədir, hətta neftin qiyməti ilə bərabər onlar da lap dibə düşüblər.



Bu duruma iqtidar kimi sevinməyə və ya müxalifətin səmimi tərəfdarı kimi hədsiz kədərlənməyə ehtiyac yoxdur. Hadisələr göstərdi ki, bu müxalifətlə iqtidar olaraq davam etmək mümkünsüzdür, çünki ən azı onların özlərinin də buna nə həvəsi, nə zamanı var. Azərbaycan müxalifətinin gördüyü işi-virtual tənqidi indi sosial şəbəkələrdə istənilən adam edə bilir, hətta bəlkə də onlardan daha kəskin, daha effektli edirlər.

Son lokal etiraz aksiyaları onu göstərdi ki, müxalifət də, onun liderləri də narazı xalqın öz içərisindədirlər, onların da adı Əli, İsa, Musadır... Əli və İsanın indi və heç bir əsas olmadan gündəmə gətirilməsinin şüuraltı səbəbini bəlkə də bu adlarda axtarmaq lazım gəlir. Onları yada salırlar ki, yeni əlilər və musalar ortaya çıxarsa, onlara da indiki kimi inanan olmasın.



Hakimiyyətdə də hər şey qaydasında deyil. Güc strukturları istisna olmaqla, hökumətdə hamının əvəzinə prezident İlham Əliyev işləyir. Bizə yaxın və neftin qiyməti ilə bağlı çox çətin vəziyyətdə olan Rusiyada prezident Vladimir Putin də çox fəaldır, işləyir, çalışır, üstəlik dünya ilə savaşır da. Çünki hamının əvəzinə işləmir, onun baş naziri, nazirləri də, qubernatorları da iş başındadırlar. Baş nazir Artur Rasi-Zadənin böhrandan bəri heç səsini eşidən olmayıb, iqtisadi sferanı kurasiya edən məmurlar hadisələrin ardınca sürünürlər, göstəriş gözləyir, prezidentin dediklərini mübtəda ilə xəbərin yerini dəyişərək yenidən təkrar edirlər. Hətta prezident mətbuat katibi əvəzindən “Azərbaycan heç bir maliyə təşkilatından yardım istəməyib” təkzibini də özü verir. Halbuki xarici mətbuatın yazdığına reaksiya vermək birbaşa onun mətbuat katibinin səlahiyyətinə daxildir, onun ən vacib işi elə budur.

İlham Əliyev ay ərzində nazirlər və icra başçıları da daxil olmaqla, 3 geniştərkibli görüş keçirib, bu, üst-üstə ən az 12 saat efir, təmas və cəmiyyətə ötürülən mesajlar deməkdir. Yeni situasiyanı prezidentdən yaxşı bilən də yoxdur. Söhbət təkcə kapitanın gəmidəki səlahiyyətindən və məsuliyyətindən getmir. İş ondadır ki, prezident hamının əvəzindən bu gəmini mümkün təlatümlərdən qorumaq üçün çalışır.



Neft pulları nazirləri o qədər tənbəlləşdirib ki, onları yeni rejimə keçirmək çətinləşib, bunu görməmək mümkün deyil. Hətta müşavirələrdə belə bəziləri yerində qurcalanır; bu yaşda saatlarla bir yerdə oturmaq belə çətindir. Əvvəl hər şeyi neft pulları həll edirdi, kabinetdən göstərişlə problemlər yoluna qoyulurdu, indi isə kadrların irəli çıxması zamanı gəlib, amma onlar bu dövrə öyrəşə bilmirlər. Canları yanmır və ya yaşlı-qoca məsələsi də deyil, canları üçün qorxmurlar da demək olmaz. Sadəcə, hakimiyyətdə onların zamanı bitib, onların hətta bəziləri orta yaş həddində olsalar belə, işləmək üçün qollarını çırmalamırlar. Halbuki hər səhər bir neçə kolometr gəzir, idman edir, yaxşı qidalanırlar.

İqtidar kuluarlarından sızan məlumata görə, indi ən çox müzakirə edilən mövzu da kadr siyasəti ilə bağlıdır. İddia olunur ki, prezidentin 2 fevral gənclər günü ərəfəsinə təsadüf edən görüşü əslində hakim komandaya bir incə mesajdır. Prezident ən müxtəlif sahələrlə məşğul olan gəncləri ətrafına toplamaqla yeni dövrə hazır kadrlarının olduğunu göstərdi, onları dəstəklədi, fəaliyyətlərini bəyəndi.



Buna paralel olaraq daha bir proses başlayıb. Birbaşa prezidentin tapşırığı ilə iqtidar komandası “səhra rejimi” taktikasına keçib. Mənbəmiz deyib ki, prezident istisnasız olaraq bütün komanda üzvlərinə xalqın içinə getməyi tapşırıb. “Xalqın içi” bu vaxtadək icra başçılarının və bələdiyyələrin seçdiyi adamlardan ibarət olurdusa, indi tapşırılıb ki, müxalifətə yaxın adamları da prosesə qoşsunlar, onların da icra başçıları, nazirlər və Prezident Administrasiyasından gələn səlahiyyətli şəxslərlə görüşdə iştirakına əngəl olmasınlar.

Prezidentin tapşırığı ilə komanda Azərbaycanın dörd bir tərəfinə dağılıb. Məsələn, üç müxtəlif istiqamətdə görəvli olan məmurlar - Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev həftəsonu Zaqatalada, baş nazirin müavini Abid Şərifov Şəkidə, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Bakıda geniş ictimaiyyətlə görüşüb. Məlumata görə, komandaya dövlət rəhbərliyi adından “heç kim kabinetində rahat oturmayacaq”, deyilib. Xüsusilə də icra başçıları. Görünür, məhz bu testdən sonra iqtidar komandasında ciddi dəyişiklik ola bilər.

“Yeni Müsavat”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor