Prezident İlham Əliyev: "Neftin ucuzlaşmasının yaratdığı fəsadları minimuma endirməyə çalışacağıq" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-12-2015, 23:20 | Şərh sayı: (0) | Baxılıb: 295
Prezident İlham Əliyev: "Neftin ucuzlaşmasının yaratdığı fəsadları minimuma endirməyə çalışacağıq"
Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki nitqində neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsirləri barədə danışıb.
Ixlas.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı deyib: "Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii-iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayıb. Templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti birdən-birə il ərzində üç dəfə düşsün. Mən şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir. Bu siyasətin məqsədi də heç kim üçün sirr deyil. Sadəcə olaraq, Azərbaycan bu vəziyyətdən əziyyət çəkir".
Prezident qeyd edib ki, buna baxmayaraq, biz əlbəttə, bu vəziyyətin fəsadlarını minimum səviyyəyə endirməyə çalışacağıq.
"İndiki vəziyyətdə hökumət qarşısında əsas vəzifə qoyulmuşdur ki, makroiqtisadi sabitlik təmin edilsin, inflyasiya normal səviyyədə olsun. Bu ilin yekunlarına görə inflyasiya 4 faizdən azdır. Gələn il də biz çalışmalıyıq ki, bunu ən aşağı səviyyədə saxlayaq. Son illərdə biz yerli istehsala böyük əhəmiyyət vermişik, həm dövlət, həm özəl sektora vəsait ayırmışıq. Ərzaq məhsullarının böyük əksəriyyəti Azərbaycanda istehsal olunur. Buna görə də Azərbaycanda istehsal olunan ərzaq məhsullarının qiymətləri sabit qalmalıdır. Tikinti materialları da həmçinin", - deyə Prezident İlham Əliyev bildirib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər