RSS
 

Login:
Şifrə:
» » Kredit borcuna görə intihar etməyin: ailənizdən alacaqlar...

Xəbər lenti

Özünü tərbiyə və təqva
Özünü tərbiyə və təqva...
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi...
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)...
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Kredit borcuna görə intihar etməyin: ailənizdən alacaqlar...

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 17-01-2016, 21:12 | Şərh sayı: (0) | Baxılıb: 205

Kredit borcuna görə intihar etməyin: ailənizdən alacaqlar...


Kredit borcuna görə intihar etməyin: ailənizdən alacaqlar...…Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Kamal Yaqubov yanvarın 15-də yaşadığı evdə özünü asıb. Yaxınları bildiriblər ki, Kamalın çoxlu borcu olub və qaytara bilmədiyi üçün intihar edib. Onun 1 yaşlı oğlu və 5 yaşlı qızı var.

Ondan bir gün əvəl isə Ramana qəsəbə sakini, 3 uşaq atası bankdan dollarla götürdüyü krediti ödəyə bilmədiyi üçün özünü asmışdı…

Son vaxtlar informasiya lentlərində adi, quru xəbər formasında verilən, əslində isə hər birinin arxasında dəhşətli faciə dayanan bu kimi xəbərlərə tez-tez rast gəlirik. Təkcə son 1 ayda borca görə intihar edənlərlə bağlı 6 məlumat dərc edilib. Son günlər İmişlidə, Ağcəbədidə, Sumqayıtda da oxşar faciələr yaşanıb.

Ekspertlər narahatdırlar ki, kredit borcuna görə intiharlar daha da artacaq. Çünki əhalinin 30-40 faizinin banklara borcu var və manatın ikinci devalvasiyasından sonra dollarla borcu olanlar daha da çıxılmaz vəziyyətə düşüblər.



Bəs intihar çıxış yoludurmu? Özünü öldürən şəxslərin borcu ləğv edilirmi? Ölən şəxsin borcunu ailəsi və ya ona zamin dayanmış şəxs ödəməlidirmi?

Ekspert Azər Məmmədov deyir ki, intihar və ya hansısa səbəbdən ölən şəxsin banka borcu silinmir, həmin borc kredit götürənin girov qoyduğu əmanətin satılması hesabına banka ödənilir: “Məsələn, maşın və ya mənzil girov qoyaraq kredit götürülübsə, əvvəlcə ölən şəxsin ailəsi və ya yaxınlarına krediti ödəmək təklif edilir. Ailə krediti ödəməkdən imtina edirsə, girov qoyulan əmlak satılaraq kredit ödənilir. Girov satılandan sonra kredit tam ödənilmirsə, ailə qalan borcu ödəməlidir. Əks halda bankın məhkəməyə müraciət etmək hüququ var. Məhkəmə ailənin qalan əmlakını siyahıya alıb, kreditin ödəilməsi üçün satılmasına qərar verə bilər”.

Vəkil Əkrəm Həsənov isə deyir ki, insanlar intihara əl atmazdan əvvəl öz hüquqlarını öyrənməli və məhkəməyə müraciət etməlidir: “Vəfat etmiş borclunun krediti onun əmlakı hesabına ödənilməlidir. Bu əmlak onun vərəsələrinə keçdikdə, onlar kreditə görə yalnız onlara keçmiş miras həddində məsuliyyət daşıyırlar. Bu isə o deməkdir ki, vərəsələrin öz əmlakı kreditin ödənilməsinə cəlb edilə bilməz. Buna görə də bankların kreditin ödənilməsini mərhumun ailə üzvlərindən tələb etməsi qanunsuzdur. Mərhumun əmlakı yoxdursa, yaxınları və ya ailəsi kredit ödəməməlidir”.



Ə.Həsənovun sözlərinə görə, borcu olanlar intihar və bu kimi fikilərə düşməsinlər. Çünki borca görə həbs və ya digər cəza tətbiq edilə bilməz. Yalnız məhkəmə qərarı olduğu halda qərəzli və üzürlü səbəb olmadan borcu ödəməkdən imtina edənlər həbs edilə bilərlər. Çünki bu, Cinayət Məcəlləsinin 306-cı və İnzibati Xətalar Məcəlləsinin 313-1-ci maddələri ilə tənzimlənir.

“Təəssüf ki, çox zaman banklar vətəndaşları bu maddələrlə qorxudur. Halbuki borclu yalnız əmlakı ilə məsuliyyət daşıyır. Amma burada da müəyyn istisnalar var. Məsələn, Nazirlər Kabinetinin 5 iyun, 2002-ci il tarixli, 89 saylı qərarı ilə girovda olmayan bir ev, mebel, paltar, uşaq ləvazimatı borcludan alına bilməz. Məhkəmə qərarı ilə borclunun aylıq gəlirinin, o cümlədən maaş və ya pensiyasının maksimum 50 faizi tutula bilər. Bu zaman borclunun və himayəsində olan şəxslərin yaşayış minimumu toxunulmazdır. Yəni borclunun gəlirinin yalnız sözügedən yaşayış minimumundan artıq hissəsi tutula bilər”-Ə.Həsənov deyir.

Kreditlərin əsas hissəsindən başqa faiz borcunun məbləği də şişirdilir. Vəkil isə qanuna əsasən kredit üzrə faizlərin ildə bir dəfə tutulmalı olduğunu deyir. Ancaq onun sözlərin görə, təcrübə göstərir ki, bəzi banklar ayda bir dəfə faiz tutur və bununla da borcu şişirdirlər. Borclular isə bankdan, məhkəmədən əvvəl və ya məhkəmə prosesi əsnasında, indiyədək edilən ödənişlərin yenidən hesablanmasını tələb edə bilərlər.

“Onlar əmin olsunlar ki, ödənişlər yenidən hesablandıqda əsas borc azalacaq. Bundan əlavə, borcun ödənilməsini gecikdirdikdə, bank ödənişdən cərimə tutur. Amma bu cərimələr qanunsuzdur. Buna görə də cərimənin tutulmayacağı haqda bankdan yazılı iltizam alınmalıdır, əks halda borclu krediti ödəməkdən imtina etsin. Dollarla krediti olanlar isə Mülki Məcəllənin 422-ci maddəsinə istinad edərək şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar kredit müqaviləsinin dəyişdirilməsini, o cümlədən kreditin valyutasının manata çevrilməsini tələb edə bilərlər”-hüquqşünas deyir.



Ə.Həsənov intihar etmək fikrinə düşənlərə daha bir məsləhət verir. Onun sözlərinə görə, ümumiyyətlə, borclular məhkəmə prosesindən qorxmamalıdır. Əksinə, çoxsaylı və uzunmüddətli (borclu istəsə məhkəmə prosesini 2-3 il uzada bilər) məhkəmə proseslərindən banklar qorxur. Əvvəla, ona görə ki, məhkəmə proseslərini aparmaq üçün maddi və kadr resursları azdır. Digər tərəfdən isə belə proseslər zamanı kreditlər heç ödənilmir və bankın müflisliyi reallaşır. Daha sonra, bir qayda olaraq, faizlərin hesablanması dayandırılır.

“Başqa bir məqam. Məhkəmə prosesi nə qədər çox çəkirsə, bankın da girovu satıb pulunu götürməsi təxirə salınır. Böyük ehtimalla məhkəmə prosesi bitəndə girovun da dəyəri xeyli azalmış olacaq. Nəhayət, məhkəmə prosesi əsnasında borclu da faizlərin yenidən hesablanması, güzəştlərin tətbiqi, cərimələrin silinməsi və digər tələblərlə banka qarşı iddialar irəli sürə bilər”-hüquqşünas bildirir.

Bəs devalvasiya və ya dolların bahalaşmasından sonra əlavə yaranmış borcların psixoloji gərginliyindən necə azad olmaq olar?

Söhbətləşdiyimiz psixoloq Günay Əliyeva deyir ki, intiharlar artıq bütün dünyanın probleminə çevrilib: “Depressiv, emosional pozuntuların artması, bir yaşayış mühitündən digərinə keçid, insanların stressə qarşı dözümsüzlüyü son nəticədə intiharlara səbəb olur. Müşahidələr göstərir ki, daha çox gənclər dözümsüzlük nümayiş etdirirlər. Buna görə də son 10 illikdə intiharın cavanlaşması müşahidə olunur”.

Psixoloq hesab edir ki, ağır yaşayış tərzi, üstəlik borc insana yükdür. Əlavə informasiyalar da psixoloji gərginliyi artırır. Bəzən insan buna dözmür. Buna görə də xırda qığılcımlar insanı intihara sürükləməyə səbəb ola bilir: “Diqqət yetirin, borc və ya ağır həyat tərzinə görə əsasən cavan və orta yaşlı insanlar intihar edirlər. Yaşlı nəsil isə daha çox ağır xəstəlik, tənhalıq kimi problemlərdən çıxış yolu tapa bilmirlər. 5-6 il əvvəl kredit borcuna görə intiharlar, demək olar ki, yox idi. Hazırda isə bu mövzu aktuallaşıb, get-gedə də dərinləşir. Əslində səbəb nə olursa-olsun, insan çıxış yolu tapmayanda intihara əl atır. Bank problemləri də indi həlli müşkülə çevrilən problemlərdəndir. Sadəcə, insanların stressə, ağır vəziyyətinə müqaviməti azalıb, bank kreditləri də buna bir təkandır”.

G.Əliyeva deyir ki, bank kreditləri ilə bağlı intiharların qarşısını hansısa güzəştlərlə almaq cəhdləri yüz faiz nəticə verməyəcək: “Cəmiyyətdə müəyyən aşınmalar baş verir və bunda informasiya bolluğu da rol oynayır. Təəssüf ki, sosial durumu ağır olanlar, problemli insanlar psixoloji dəstək almaqdan məhrumdular. Buna görə, əsas vəzifə yenə də yaxınların, doğmaların üzərinə düşür, onların psixoloji dəstəyinə ehtiyac qalır. Ümumilikdə isə, sosial problem qabardan verilişlərin verilməsi, intihar, kriminal xəbərlərin çoxluğu vəziyyəti daha da dərinləşdirir”.

Psixoloq intiharların sosial bəla kimi cəmiyyətin əsas probleminə çevriləcəyini, buna görə də gənclərlə iş aparmağın vacib olduğunu deyir.

Hələlik isə görünən odur ki, kredit qurbanları ilə bağlı xəbərlər hələ çox eşidiləcək.

virtualaz.org



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor