Banka pul ödəməyə məcbur edilən şəxslərin işi yüngülləşir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-12-2015, 00:09 | Şərh sayı: (0) | Baxılıb: 296
Banka pul ödəməyə məcbur edilən şəxslərin işi yüngülləşir
Azərbaycanda banka borc səbəbindən məhkəməyə verilib barəsində qərar çıxarılan şəxslərə şad xəbər var.
Söhbət borcun ödəilməsinə dair barəsində məhkəmə qərarı olan şəxlərdən gedir.
Şad xəbər isə ondan ibarətdir ki, həmin şəxslər növbəti ildən etibarən banklara daha az vəsait ödəyəcəklər.
Məsələ burasındadır ki, yanvarın 1-dən etibarən 2016-cı il üçün yaşayış minimumu artıtılıb.
Belə ki, ölkə üzrə 136 manat (hazırda 131), əmək qabiliyyətli əhali üçün 146 manat (hazırda 140), pensiyaçılar üçün 115 manat (hazırda 108), uşaqlar üçün 117 manat (hazırda 108) məbləğində müəyyən edilib.
Milli.Az bu artımla əlaqədar məhkəmə qərarı ilə banka borc ödəyən şəxslərin vəziyyətinin necə dəyuişdiyini barədə hüquqşünas Əkrəm Həsənovun rəyini təqdim edir.
"Yeni ildən qüvvəyə minəcək "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" Qanuna əsasən 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat (hazırda 131), əmək qabiliyyətli əhali üçün 146 manat (hazırda 140), pensiyaçılar üçün 115 manat (hazırda 108), uşaqlar üçün 117 manat (hazırda 108) məbləğində müəyyən edilib. Banka borcunu ödəyə bilməyənlər üçün bu, çox yaxşı xəbərdir. Çünki məhkəmə və icraçılar borclu vətəndaşdan bankın xeyrinə yalnız yaşayış minimumundan yüksək gəliri tuta bilər.
Məsələn, tutaq ki, vətəndaşın himayəsində həyat yoldaşı və iki uşağı var. Bu, o deməkdir ki, onların yaşayış minimumu 526 manatdır (hazırda qüvvədə olan qanuna görə 496 manatdır). Deməli, vətəndaşın əmək haqqısı 526 məbləğdən çoxdursa, həmin artıq məbləğdən borc tutula bilər (məsələn, 530 manatdırsa, ayda cəmi 4 manat tutula bilər). Azdırsa, heç nə tutula bilməz və kredit faktiki olaraq batır (əlbəttə, gələcəkdə vətəndaşın aylıq gəliri artmasa).
Sizdən yaşayış minimumu məbləğinə toxunaraq pul tutulursa, şikayət edin, haqqınızı tələb edin. Dövlət yaşayış minimumunu ona görə müəyyən edib ki, vətəndaşını hər bir halda qorusun", - hüquqşünas bildirib.
Ceyhun Ələkbərov
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər