RSS
 

Login:
Şifrə:
» » Ölkədə bahalaşmayan nə qaldı?

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Ölkədə bahalaşmayan nə qaldı?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-01-2016, 23:48 | Şərh sayı: (0) | Baxılıb: 246

Ölkədə bahalaşmayan nə qaldı?


Ölkədə bahalaşmayan nə qaldı?Kommunal sektorda və nəqliyyatda bahalaşmanın olacağı əvvəlcədən nəzərdə tutulub, ancaq...

İki devalvasiyanın nəticəsində ölkədə əksər mal və xidmətlər bahalaşıb. Ancaq az sayda bahalaşmayan məhsullar, mal və xidmətlər də var. Bu məsələdə hökumətin necə davranacağı sual olunur. Ekspetlər indiki məqamda qiymət artımının nəticələrinin kəskin olacağı qənaətindədirlər.

Ölkədə qiyməti bahalaşmayan məhsullardan biri benzindir. Ekspertlər bildirirlər ki, benzinin qiyməti əksinə, ucuzlaşmalıdır.

Ekspert Natiq Cəfərli musavat.com-a açıqlamasında bildirib ki, dövlətin məsul şəxsləri benzinin qiymətinin artırarkən, neftin dünya bazarında qiymətinin artmasına istinad edirdilər: "İndi neft 30 dollara endiyindən, həmin məntiqlə, benzinin qiymətini ucuzlaşdırmaq lazımdır. Bu, artıq tənəzzülə uğramış iqtisadi aktivliyi az da olsa, artıra bilər. Amma hökumət üçün indiki şəraitdə ən asan yol elə benzindən gələn gəlirlərlə az da olsa, büdcədə olan problemlərin həllidir. Bu səbəbdən, hökumətin benzinin qiymətini endirəcəyini də gözləmirəm. Amma etsə, yaxşı olar. İqtisadi aktivliyə bir canlanma gətirər. Bahalaşmaya gəldikdə, təbii ki, Azərbaycan hökuməti istəyərdi ki, qiyməti bir az da qaldırsın və büdcə problemlərinin həllində bu alətdən istifadə etsin. Amma düşünürəm ki, bu, həddindən artıq kəskin və neqativ reaksiya doğura bilər. Onsuz da cəmiyyətdə sosial gərginlik artıb. Belə bir addımın atılması cəmiyyətdə sosial gərginliyi pis həddə gətirib çıxarar. Ona görə də indiki şəraitdə qiymətin artmasına gediləcəyinə inanmıram”.

Ekspert Samir Əliyev isə qeyd edib ki, yanacaq ucuzlaşdırılmalıdır: “Hazırda hökumət devalvasiyanın qiymət artımına təsirini azalmaq üçün tədbirlər görməyə başlayıb. Bu tədbirlər hələ təəssüf ki, yalnız inzibati xarakter daşıyır. Halbuki bu metodun faydası qısamüddətli olur və strateji baxımdan arzu olunmayan fasadlar törədir. Ona görə əsas diqqət iqtisadi alətlərin tətbiqinə yönəldilməlidir. Bunlara vergi güzəştlərindən tutmuş, strateji məhsulların istehsalında istifadə olunan xammalın idxalına tətbiq edilən gömrük rüsumunun azaldılmasını və ya ləğvini və sair aid etmək olar. Hökumətin ata biləcəyi digər iqtisadi alət yanacağın ucuzlaşdırılması ola bilər. Yanacağın ucuzlaşdırılması ölkədə daşınma xərclərini əhəmiyyətli dərəcə aşağı sala bilər ki, bu da malın, xüsusilə də kənd təsərrüfatı məhsullarının maya dəyərini azalda bilər. Xüsusilə də idxalı əvəzləşdirmək baxımından aqrar sektoru inkişaf etdirmək üçün dövlət tərəfindən fermer təsərrüfatına verilən dəstək ola bilər. Məlumat üçün bildirim ki, bizimlə yaxın iqtisadiyyata Qazaxıstanda Aİ -95 markalı benzin 0,35 avro, Aİ-98 benzini 0,38 avro, dizel 0,26 avrodur. Rusiyada isə Aİ-95 benzini 0,44 avro, Aİ-98 benzini 0,50 avro, dizel 0,42 avroya satılır. Azərbaycanda Aİ -95 benzini 0,47 avro, Aİ-98 benzini 0,56 avro, dizel isə 0,35 avroya bərabərdir. Göründüyü kimi, Azərbaycanda yanacağın qiyməti xırda istisna ilə hər iki ölkədən bahadır. Azərbaycandakı yanacağın qiymətini neft idxal edən ölkələrdəki qiymətlə müqayisə etmək isə qüsurludur. Həmin ölkələrdə qiymətin baha olması təbiidir. Axı onlar Azərbaycan kimi neft hasil etmirlər. Xatırladım ki, yanacağın qiyməti sonuncu dəfə 2013-cü ildə artırılanda dünya bazarında neftin bir bareli 110 dollara satılırdı. Yəni neftin bahalaşmasını əsas gətirərək yanacaq bahalaşdırılmışdı. Ondan öncə artım isə 6 yanvar 2007-ci il tarixində olmuşdu. Həmin vaxt “qara qızıl”ın qiyməti 60 dollardan da aşağı olub. Nəticədə Aİ-92 və Aİ-80 markalı benzinlər 70 qəpik, dizel yanacağı isə 60 qəpik olub.

İndi isə dünya bazarında neftin qiyməti 2007-ci il səviyyəsindən təxminən 2 dəfə, 2013-cü il səviyyəsindən isə 3,5 dəfə aşağıdır. Ancaq qiymətlər hələ də 110 dollarlıq neft qiymətinədir. Şəkəri bahalaşdırırıq ki, xammal özümüzün deyil. Geyimləri bahalaşdırırq ki, özümüzdə istehsal olunmur. Benzin və dizel 100 faiz Azərbaycan istehsalıdır. Xammalı da, istehsalı da. Əgər manat neftin ucuz olmasına görə ucuzlaşdırılırsa, bəs, onda niyə yanacaq baha saxlanılır? Olmaya SOCAR-ın aldığı və səmərəsiz xərclədiyi kreditləri əhalinin hesabına ödəmək istəyir? 95 markalı benzin idxal olunduğu üçün devalvasiya səbəbindən onun qiymətini ucuzlaşdırmaq mümkün olmayacaq. Ancaq Aİ 92 və 80, dizel yanacaqlarında ucuzlaşdırmanı problemsiz etmək olar. Hökumət sahibkarları süni qiymət artımında ittiham edirsə, ilk olaraq öz şirkətindən- SOCAR-dan başlasa yaxşı olar”.

Həmçinin, hələ ki, ictimai nəqliyyatda, o cümlədən metroda gediş haqqı bahalaşmayıb. S.Əliyev deyir ki, qiymət artımına lüzum yoxdur: “Səbəb göstərirlər ki, digər ölkələrdə, xüsusən Avropada nəqliyyatda qiymətlər bahadır. Ancaq devalvasiyadan sonra hökumətin bu sahədə də qiymət artımına getməsi arzuolunmazdır. Vəziyyətin pisə doğru dəyişməməsi üçün ümumiyyətlə nəqliyyatdakı qiymətlərin ucuzlaşdırılmasıdır”.

Hazırda kommunal xidmətlərin qiymətində də artım baş verməyib. S.Əliyevin sözlərinə görə, buna zəmin yoxdur: “Məsələn, elektrik xaricdən idxal olunmur. Daxildə istehsal olunur. Onun da xammalı sudur. Elektrikin qiymətinin qalxmasına ehtiyac yoxdur. Yanacaq da Azərbaycanda istehsal olunur. Xərclərin smetası ictimaiyyət üçün açıq olmadığından, səslənən rəqəmlərin reallığa uyğun olmasını şübhə ilə qarşılayıram. Metropoliten öz xərclərini açıqlamır, ona görə maya dəyərinin baha olması barədə səslənən fikirləri düzgün olmayan fikirlər kimi qiymətləndirirəm. Hər bir halda, qiymət qalxmamalıdır, heç olmasa, indiki səviyyədə saxlanılmalıdır. Əslində, 2016-cı ilin büdcə sənədində kommunal sektorda qiymətlərin artırılacağına eyham var idi. Büdcə sənədində qiymətin qalxmasına eyham, işarə var. Amma artıq bunun edilib-edilməyəcəyi bir az sual doğurur. Ona görə ki, devalvasiya nəticəsində çox sahələrdə qiymətlər qalxıb və xalqın dolanışığı çətinləşib. Kommunal sektorda da qiymətlərin qalxması əhalinin sosial vəziyyətinin həddindən artıq pisləməsinə gətirib çıxara bilər. Ümid edirəm ki, kommunal sektorda qiymət artımına gedilməz. Doğrudur, büdcədən bu sahəyə subsidiyalar azalacaq, amma baş verən bu qədər qiymət artımı fonunda hökumətin bu sahədə bahalaşmanı təxirə salması gözləniləndir”.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor