RSS
 

Login:
Şifrə:
» » Əli Əlirzayev: “Böhran şəkər kimi xəstəlikdir...”

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Əli Əlirzayev: “Böhran şəkər kimi xəstəlikdir...”

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 11:18 | Şərh sayı: (0) | Baxılıb: 237

Əli Əlirzayev: “Böhran şəkər kimi xəstəlikdir...”


Əli Əlirzayev: “Böhran şəkər kimi xəstəlikdir...” “Çıxasan küçəyə ki, ”gəlin, gedək, hökuməti devirək", o halda 60 faiz deyəcək “ağlın olsun”
Ölkə iqtisadçıları arasında rəyinə, iqtisadi sahə ilə bağlı analizlərinə, proqnozlarına hörmətlə yanaşılan və etimad bəslənilən alimlərdən biri də Əli Əlirzayevdir. Bir sıra hallarda hətta onun fikirləri hakim partiyanın özündə də etirazlar doğurub, ancaq proseslərin sonrakı gedişində onun haqlı olduğu ortaya çıxıb. Bu söhbətimizdə də iqtisadçı alimin dəyərli təklifləri və təhlilləri yer alır.

- Əli müəllim, ölkədəki mövcud iqtisadi durumu təhlil edəndə hansı qənaətə gəlirsiniz, biz niyə belə vəziyyətlə üzləşdik?

- Bu, çox çətin və mürəkkəb bir sualdır. Hər halda bir vətəndaş, ölkənin siyasi-iqtisadi məsələlərində həmişə fəal iştirak edən şəxs kimi belə halları görəndə hamı kimi mən də narahat oluram. Çünki bu vəziyyət hamıya, o cümlədən mənə də təsir edir. Tələbələrim də suallar verirlər, mən ömrümün 40 ilini iqtisadi məsələlərlə məşğul olmuşam, o cümlədən proqnoz verib tədqiqatlar aparmışam, heç vaxt elə-belə danışmamışam, nəticələrini görərək sözümü demişəm. Əlbəttə, indiki situasiya məni də qane etmir. Amma söhbət ondan gedir ki, bu, hələ son hədd deyil, istənilən vaxt islahatlar həyata keçirməklə bu və ya digər məsələni həll etmək olar. Təbii ki, dollar-manatın nisbəti, qiymət, gömrük məsələləri ilə bağlı islahatlara başlamaqla vəziyyəti yaxşılığa doğru dəyişmək olar.

- Ancaq fakt budur ki, əhalinin gəlirləri kəskin şəkildə azalıb, manat dəyərsizləşib, qiymətlər qalxıb. Bu gün sadə vətəndaş əlindəki 100 manatın qəpik-quruşa çevrilməməsi üçün nə etməlidir? Yaxud hökumət nə etməlidir?

- Təbii ki, manatın dollarla müqayisədə dəyərsizləşməsi bütün bazara təsir edib. Heç kəs deməsin ki, vəziyyət bazara təsir etməyib. Kənd təsərrüfatı bazarından tutmuş, marketlərə qədər bir yarım dəfə artım var. Ya çəki, ya keyfiyyət aşağı düşüb, ya da qiymət qalxıb. Bu vəziyyət hamıya, əmək haqqı, pensiya alan insanlara, təbii ki, ciddi şəkildə təsir edir. Bir də nominal gəlirlər var. O gəlirlərin sahibləri istehlak davranışını qurur və nəyi, necə alacağını planlaşdırır. Təbii ki, qiymətin qalxması hesabına vətəndaşın cibindəki hər 100 manatın dəyəri aşağı düşür. Bunun da qarşısını inzibati yolla almaq mümkün deyil.
Ancaq indi ölkə səviyyəsində müxtəlif tədbirlər görülməlidir.

- Məsələn?

- İlk növbədə imkan daxilində əhalinin əmanətlərinin bərpası istiqamətində addım atılmalıdır. Mən bilən, əmanətlərin 80 faizi dollarladır. Kim dollarla saxlayıbsa, ola bilsin istənilən vaxt onu dəyişdi və itirməsin. Amma qalan əmanətçilər manatla saxlayır. Ona görə də dövlət müvafiq addımlar atmalıdır ki, vətəndaş ciddi itkilərlə üzləşməsin. İlk növbədə işləyən, aldığı əmək haqqı ilə ancaq istehlak səbətini təmin edən adamların gəlirləri indeksasiya olunmalıdır. Belə bir qanun da var, o vaxt mən deputat olanda bu qanunu işləmişik. Əhalinin gəlirlərinin pensiyalarının alıcılıq qabiliyyətinə uyğun olaraq indeksasiyası keçirilməlidir. Yəqin əhalinin alıcılıq qabiliyyəti əvvəlki səviyyədə qalsın, istehlak səbəti dəyişməsin, aldığı məhsulların miqdarı, keyfiyyəti aşağı düşməsin deyə, həmin alıcılıq qabiliyyətini saxlamaq üçün gəlirlərə müəyyən əlavələr etmək lazımdır.

- Artım nə qədər olmalıdır?

- İnflyasiyanı qiymətləndirmək lazımdır. Elə məhsullar var ki, 25 faiz, eləsi də var yarım dəfə qalxıb. O məhsulların alıcıları da müxtəlifdir. Məsələn, maşının qiyməti qalxıbsa, onun alıcısı bir qrup adamdır, amma çörəyin qiyməti qalxıbsa, bu, daha çox əhaliyə təsir edir. İqtisadiyyatda “ən vacib məhsullar” anlayışı var. O vacib məhsulların qiymətlərini indeksasiya etmək lazımdır.

- Mərkəzi Bankın ehtiyatları kəskin şəkildə azalıbsa, bu addıma gedilməsi realdırmı?

- Təbii ki, əlavə vəsait lazımdır. Onda gərək xaricdən kredit alınsın. Ya da gərək islahatlar həyata keçirilsin ki, bizim istehsalımız, ixracat yönlü məhsullarımız artsın. Bunu da bir ildə həll etmək olmaz, 3-4 ilin proqramı olmalıdır. Amma gərək əvvəldən olaydı. Biz bugünkü vəziyyəti qiymətləndirməliyik. Mən bəzi iqtisadçılardan fərqli olaraq həmişə demişəm ki, Azərbaycan neftdən asılı ölkədir. Azərbaycana gələn dollarlar neftin hesabına gəlirdi. Çünki bizdə ixracatın 80 faizi neftin hesabınaydı. Demək, biz başqa sahələrin inkişafına üstünlük verməliydik. Amma bu, olmayıb və belə bir situasiya yaranıb. İndeksasiya olanda təbii ki, əlavə pul lazımdır. İlk növbədə qlobal miqyasda əlavə xərcləri azaltmaq lazımdır. Bizdə çoxlu əmtəə ehtiyatları var. Qızıl mağazalarına girirsən, ağzına kimi doludur. Düzdür, bunlar özəldir, amma ölkənin də ehtiyatları var. Bu qədər nazirliklər var. Vaxtilə də demişəm, indi də o fikirdəyəm ki, Azərbaycanda 12 nazirlik olmalıdır. Vergilər, Maliyyə nazirlikləri və Gömrük Komitəsi bir nazirlikdə birləşdirilə bilər. Birləşdirilsə, nə qədər əlavə xərclərə qənaət olunar. Ofşor müəssisələr var, bu müəssisələr nəyə lazımdır, bunlar əlavə xərclərdir.

- Gömrükdə brokerlərin ləğvi hansısa müsbət irəliləyişlərə gətirib çıxaracaqmı?

“Əgər ölkədə 60 faiz kasıb olsa, bu, qorxuludur”


- Yəqin ki, bu gün brokerin ləğv edilməsi 2-3 aydan sonra öz nəticəsini verəcək. İstənilən halda çalışıb ölkə daxilində problemləri həll etməliyik. Yoxsa gedib xaricdən kredit alsaq, sabah onu qaytarmaq lazım gələcək, onda da problemlərlə üzləşə bilərik. Yaxud Neft Fondundan müəyyən miqdarda vəsait götürə bilərik. Ancaq götürülən vəsaiti elə bölüşdürməliyik ki, heç kəs narazı qalmasın. Yəni xalqın sərvəti olan bu vəsaiti götürüb dağıtsaq, daha böhranlı vəziyyətə düşə bilərik. Bu gün elektrik enerjisinin, benzinin qiyməti qalxmamalıdır. Ümumiyyətlə, neft istehsalı azaldılmalıdır. Respublikada korrupsiya və rüşvət olmamalıdır. Sosial müdafiə məsələlərində səfərbər olmaq lazımdır. Vəsaitlərdən elə istifadə etməliyik ki, israfçılıq olmasın, vəziyyət daha da pisləşməsin. Böhran şəkər kimi xəstəlikdir, əlavə böhran yaradır, bir məhsulun dəyişməsi digər məhsulların qiymətinə təsir edir. Ona görə də ayıq başla lazımi addımlar atılmalıdır.

- Hökumətdən bir xəbər yoxdur. Sizcə, nə işlə məşğuldur, xalqın qarşısına hansı proqramla çıxacaq?

- Vallah, nə deyim? Mən hökumət adamı deyiləm, çoxdandır hökumət işlərindən uzağam. Amma bir alim, mütəxəssis kimi deyə bilərəm ki, əlbəttə, gərək müəyyən açıqlamalar verəydi. Heç olmasa, hökumət adamlarından kimlərsə, yaxşı iqtisadçılar, deputatlar çıxıb xalqa izahat versinlər, çıxış yollarını göstərsinlər. Mən hamıdan qabaq demişdim ki, dollar bahalaşacaq. Çünki proses gedirdi. Əgər ABŞ dolların qiymətini artırdısa, bizdə artmaya bilməzdi. Amma gərək biz vaxtında dollardan asılılığımızı azaldaydıq ki, hegemonluq dollara keçəndə alternativimiz olaydı. İndi bu alternativimiz olmadığı üçün əziyyət çəkirik. Hökumət, təbii ki, izahat, kompromis qərarlar verməli, yüngülləşdirici, qabaqlayıcı tədbirlər həyata keçirməlidir. Həmçinin gömrükdə gediş-gəliş azad olunmalıdır. Təbii ki, sahibkarlığa, müstəqilliyimizə ziyan vuran addımlara imkan vermək olmaz. Amma kimsə gedib 10 kilo kartof, ya 20 kilo soğan gətirirsə, bunlara imkan yaradılmalıdır. Ölkəyə məhsul nə qədər çox gəlsə, bir o qədər yaxşıdır.

-Dollar ajiotajı davam edir, bu, nə qədər davam edə və manat daha nə qədər ucuzlaşa bilər?

- Dolların bahalaşması əslində ajiotaj nəticəsində baş verir. Bizdə belə bir yanaşma var ki, nə pulum varsa, gedim dollara dəyişim. Qiymət dəyişməsə, heç manatı dollara dəyişmək də lazım deyil. Bayaq əlavə ehtiyatlardan danışdıq. Bir məqamı da deyim. O ehtiyatların bir mənbəyi də xaricdə qalan pullardır. Xaricdə kimin nə qədər pulu varsa, qoy o vəsaitlər Azərbaycana gətirilsin və ölkədə istifadə olunsun. Bu pullar haqqında məlumat öyrənmək də çətin deyil. Özü də o pulları müsadirə etmək olmaz, heç lazım da deyil, hüquqa da ziddir. Qoy o pullarla bağlı bir amnistiya verilsin. Necə ki, dövlət əmanətlərin bərpası ilə bağlı zəmanət verir, xaricdəki pullarla bağlı da zəmanət verməlidir. Həmin pullar qayıtsa, ölkədə 1-2 ilə vəziyyət düzələr. Bir var öz vətəndaşından, hansısa keçmiş nazirindən asılı olasan, bir də var hansısa xarici ölkədən pul alasan. Həmin pulları gətirib əhaliyə ucuz qiymətə məhsullar satmaq olar. Mən hələ 20 il qabaq tələbələrə deyirdim ki, dul qadın üçün pulu əmanət bankında saxlamaq daha sərfəlidir, nəinki iş, ya təsərrüfat qurmaq. Çünki iş qurmaq risklidir, amma əgər faiz qane edirsə, o, əlindəki pulları bankda saxlayacaq. Bu gün azərbaycanlılara məxsus həmin pullar xarici banklarda 0,2 faizlə qalınca, onları gətirib ölkəni vəziyyətdən çıxara bilərik. Onda ölkədə pulun miqdarı artacaq və indiki dollar ajiotajı olmayacaq.

- Bir sıra ekspertlər hesab edir ki, iqtisadiyyatda yeni mərhələyə yeni hökumətlə gedilməlidir, əks təqdirdə inkişaf olmayacaq...

- Bu barədə Milli Məclis, prezident qərar verə bilər. Amma ümumiyyətlə, müasir, dərin düşüncəli, vətənpərvər kadrlara, əlbəttə, ehtiyac var. Hər şeydən əvvəl elmi əsaslarla verilən qərarlar daha mükəmməl olur. Elə qərarlar var ki, arxasında nə konseptual yanaşma, nə bir mülahizə, nə alternativ variant, nə düşüncə tərzi yoxdur. Bəzi nazirlər və ya rəhbər şəxslər bunu bilməlidirlər ki, indi başqa zəmanədir, qloballaşan proseslər hər bir ölkəyə təsir edir. Elə etməliyik ki, biz istənilən vaxt büdrəməyək, büdrəyəndə də tez qalxa bilək. Hər bir xırdaca müəssisəni planlaşdıranda onun pis hallarını, həmin hallarda nə etmək lazımdır onu da nəzərə almaq lazımdır.

- Azərbaycanın bankrot dövlət elan olunması təhlükəsi varmı?

- Yox, Azərbaycanın varidatı çoxdur. Bizdə olan varidat heç bir respublikada yoxdur. Ölkəmizin kifayət qədər pulu var, amma təbəqələşmə çoxdur. Aztəminatlı təbəqə ilə varlı təbəqə arasında orta təbəqə yoxdur. Bu gün inflyasiyanın 1-2 faiz də artması onsuz da sayı az olan orta təbəqənin daha da kasıblaşmasına gətirib çıxaracaq. Bizdə qütbləşmənin neçə faiz olduğunu heç kəs öyrənməyib.

- Bu şərait ölkə üçün təhlükələr vəd edirmi? Məsələn, sosial partlayış riski nə qədərdir?

- İstənilən halda demokratik cəmiyyət o vaxt demokratik, dayanıqlı olur ki, orda orta sinif çox olur. Yəni orta sinfin mənafeyini müdafiə etmək daha sərfəlidir. Ona görə də qütbləşməni azaltmaq elə yoxsulluğun azaldılmasıdır. Çalışmaq lazımdır ki, ölkədə yoxsullar az olsun. Varlı ola bilər, amma bunun üçün gəlir deklarasiyası olmalıdır. Kim bacarıqlıdırsa, pulunu qazansın, varlansın, amma gəlir deklarasiyasını təqdim etsin. Xalq bilsin ki, bunun 1 milyard gəliri var, hansı yolla qazanıb və dövlətə nə qədər vergi verib. Mən məhz belə günlər üçün o təklifləri verirdim. Qərar qəbulu o vaxt yaxşı olur ki, o qərar əhalinin 60 faizinin fikrini təmin edir, 60 faiz əhalinin mənafeyini qoruyur. Məsələn, sən çıxasan küçəyə ki, “gəlin, gedək, hökuməti devirək”, o halda 60 faiz deyəcək “ağlın olsun, sən bu hökumətdən nə istəyirsən?” Yox, əgər ölkədə 60 faiz kasıb olsa, bu, qorxuludur. Ona görə də çalışmalıyıq ki, ölkədə kasıbların sayı azalsın, orta təbəqə inkişaf eləsin.

- Əli müəllim, ölkənin və əhalinin indiki vəziyyətinə görə kim, yaxud kimlər cavabdehlik daşıyır?

“Bizdə olan varidat heç bir respublikada yoxdur”


- Yenə deyirəm, ölkədə vəziyyət o qədər də qorxulu deyil. Hələ pul-paramız, ehtiyatımız var. Amma əhalinin vəziyyətinin pisləşməsinin qarşısını almaq üçün tədbirlər görməyin vaxtı çatıb. Kim cavabdehdir, sualına gəldikdə, təbii ki, mən də cavabdehəm. Mənim özümün də hansısa səhvlərim olub. Məsələn, qanunu yazanda hansısa boşluq qalıb. Həkimdən, orta məktəb müəllimindən tutmuş hamının müəyyən qədər səhvi var. Məsuliyyəti bir adamın üzərinə qoymaq olmaz. Səfərbər olmalıyıq, bir olmalıyıq, ərazi bütövlüyümüz uğrunda döyüşə hazır olduğumuz kimi, çalışaq ki, Azərbaycanın iqtisadi inkişafına da nail olaq. Partiyasından, kimə qulluq etməyindən asılı olmayaraq, heç kəs istəməz ki, pis şəraitdə yaşasın, Azərbaycanın başına bir iş gəlsin. 1992-93-cü illərdə görmüşük də o illəri.

Mən Naxçıvandaydım, səhərə kimi soyuqdan yata bilmirdim, heç nə yox idi. İstəməzdik ki, o günlər yenidən gəlsin. Ona görə də səfərbər olub çalışmalıyıq ki, vəziyyəti yaxşılığa doğru dəyişək. Heç kəsi günahkar çıxarmaq lazım deyil. Hamımız günahkarıq, hamılıqla da bu vəziyyətdən çıxmalıyıq...



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor