RSS
 

Login:
Şifrə:
» » Qurunun hesabına yaşın yanması təzə hal deyil

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qurunun hesabına yaşın yanması təzə hal deyil

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 24-12-2015, 22:31 | Şərh sayı: (0) | Baxılıb: 291

Qurunun hesabına yaşın yanması təzə hal deyil


Qurunun hesabına yaşın yanması təzə hal deyil


Köhnə bir tanışım var. Ölkənin cənub rayonlarından olan həmin adam uzun illər rəhbər vəzifələrdə işləyib. Cavanlığında isə rayonun kino prokatına rəhbərlik edib. Deyib-gülən, yeyib-içən olan tanışım həm də çox qonaqpərvərdir. Özü də müsafirlərini Kür çayının sahilində tikdirdiyi geniş və yaraşıqlı evində qəbul etməyə üstünlük verir.

Danışır ki, sovet hökuməti vaxtı SSRİ Kino Birliyinin sədri Bakıya səfər edir: "O vaxt Azərbaycanda analoji qurumun rəhbəri onu götürüb gəlir bizim rayona. Balığın, kürünün bol vaxtı idi, içi bu nemətlər qarışıq evdə yaxşı bir masa açdım. Məclisin qızğın vaxtında sağlıq üçün söz mənə verildi. Qonaqlara "xoş gəldiniz" deyəndən sonra qədəhləri Rac Kapurun şərəfinə qaldırdım. Hər ikisi təəccüblə mənim üzümə baxıb izah istədilər. Dedim ki, hind kinoları olmasaydı nə bu ev-eşik olardı, nə də masanın üstündəki dadlı yeməklər. Qonaqlar gülməkdən uğunub getdilər. Amma mənim həmin izahımda həqiqət olsa da, o bir zarafat idi".

Deyə bilərsiniz ki, son günlər əhalini rahatsız edən, düşündürən bir məsələnin - manatın məzənnəsinin dollara və avroya nisbətdə ucuzlaşmasının köhnə tanışımın baməzə zarafatına nə dəxli var ki... İş orasındadır ki, var, özü də birbaşa və çox sadə bir məntiqlə: Rac Kapurun hind filmləri Azərbaycanda sadə bir kino prokatı işçisinin özünə yaxşı bir ev-eşik tikdirməsinə, qonaqlarına zəngin süfrə aça bilməsinə nə qədər imkan vermişsə, neftin yüksək qiyməti hesabına öz hərbi potensialını artıran Rusiyanın digər ölkələrlə gərginləşən münasibətləri fonunda digər hegemon dövlətin - ABŞ-ın əlində olan vasitələrdən istifadə edərək ona cavab tədbirləri görməsinə səbəb olmuşdur.
Belə vasitələrdən biri, bəlkə də birincisi isə, təbii ki, neft, daha doğrusu, onun qiymətidir. İqtisadiyyatı, xüsusən valyuta gəlirləri az qala 80-90 faiz karbohidrogen ehtiyatlarının ixracından asılı olan Rusiyanı çökdürmək üçün ABŞ və onun təsir dairəsindəki OPEK bu gün neftin 1 barelinin qiymətini təxminən 36-37 dollara salmaqla qarşılarına şimal nəhəngini əsas maliyyə mənbəyindən məhrum etmək kimi strateji vəzifə qoymuşlar.

Yeri gəlmişkən qeyd edək ki, bu taktika ABŞ və OPEK üçün yeni deyil. Vaxtilə SSRİ-ni dağıtmaq üçün də analoji ssenari seçilmişdi - Əfqanıstanda müharibə və neftin ucuz qiyməti. Baxmayaraq ki, hətta regional olsa belə, hər hansı silahlı qarşıdurma vaxtı neftə tələbat artdığından qiymətlər bahalaşmalıdır, tarixin hər iki məqamında - həm keçmiş, həm də indiki zamanlarda iqtisadi gözləntilər nəinki özünü doğrultmuş, hətta tam əksi baş vermişdir. Yəni, dünən Əfqanıstanda, bu gün Suriyada ağır hərbi texnikaları, qırıcıları, bombardmanları hərəkətə gətirən neft nə qədər qəribə və təəccüblü olsa da... ucuzlaşmışdır. Üstəlik nəzərə alsaq ki, bu gün tərəflərin öz hərbi imkanlarını sınaqdan çıxardıqları, nümayiş etdirdikləri belə qanlı qarşıdurmalar Suriyadan savayı, bütün Yaxın Şərqi - İraqı, Əfqanıstanı, Liviyanı, Livanı, eləcə də bəzi Afrika ölkələrini əhatə edir, onda neftin ucuzlaşmasının səbəbini daha çox iqtisadi qanunlarda yox, siyasi ambisiyalarda axtarmaq lazımdır. "Daha çox" deyirik ona görə ki, "qara qızıl"ın qara metal qiymətinə düşməsində iqtisadi səbəbləri də tam inkar etmək olmaz. Hərçənd bəzi iqtisadi səbəblər də (OPEK-in hasilatı azaltmaması, Çin və Hindistan kimi nəhəng ölkələrdə iqtisadi inkişafın zəifləməsi, ABŞ-ın neftə olan tələbatını əsasən yerli istehsal hesabına ödəməyə başlaması, eləcə də neft ixracına 40 il əvvəl qoyulmuş qadağanı götürməsi, İrana tətbiq edilən embarqoların aradan qaldırılması və s.) dolayısı yolla elə siyasi maraqların təmin olunmasına yönəlibdir, bütün hallarda onların neft bazarında indiki vəziyyətin hökm sürməsində təsirini tamamilə danmaq mümkün deyil.

İndi keçək Azərbaycana, daha doğrusu, manatın məzənnəsinin sərbəst buraxılmasından sonra ölkənin maliyyə sistemindəki vəziyyətə. Cari ildə Mərkəzi Bankın qərarları ilə manatın dəyərinə iki dəfə (birinci dəfə bu ilin fevralında) müdaxilə olunması, daha dəqiq desək, milli valyutanın devalvasiya edilməsi söz yox ki, təkcə ölkənin maliyyə sektorunda silkələnmə effekti yaratmadı, həm də sosial sahədə bir sıra problemləri üzə çıxarmaqla iqtisadi inkişaf istiqamətlərinə yenidən baxılması zəruriyyətini ortaya qoydu. Düzdür, Mərkəzi Bank sözügedən qərarları dünyada sadaladığımız məlum hadisələrdən doğan obyektiv səbəblər üzündən qəbul etmişdir və əslində başqa cür mümkün də deyildi. Çünki biz nə qədər tariximizin qədimliyi ilə öyünsək də, müstəqil dövlət kimi gəncik. Bu mürəkkəb dünyada oturuşmaq, bütün gözlənilən və gözlənilməz qlobal hadisələrə, böhranlara yüksək səviyyədə hazır olmaq və operativ adekvat tədbirlər görmək, təpki və təzyiqlərə lazımi cavab verə bilmək üçün 25 il çox az zamandır. Əsrin cəmi dörddə biri qədər olan bu illər həmçinin ənənəvi neft diyarının neftdən tam asılı olmayan ölkəyə çevrilməsinə kifayət edən zaman deyil. Hələ Tanrıya şükür etməliyik ki, bizə belə bir sərvət verib. Yoxsa, 25 ildə hansı səviyyəyə çata biləcəyimizi təsəvvür edirsinizmi? Etmirsinizsə, keçmiş SSRİ respublikalarının, o cümlədən qonşu Qafqaz ölkələrinin təkcə büdcələrinə nəzər salın. Fərq yerlə göy qədərdir. Hələ yaradılan infrastrukturu, yeni tikililəri, əhalinin həyat səviyyəsini demirik. Deyirlər, Qazaxıstandan savayı digər keçmiş Orta Asiya respublikalarında bu gün 50 dollar çox böyük puldur, bir adam onunla ayı başa vura bilir. Çünki ucuzluqdur. Ucuzluqsa o yerdə olur ki, orada əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Çoxumuz gileylənirik ki, Bakı dünyanın ən bahalı şəhərlərindən biridir, qonşu ölkələr olan Türkiyə və Gürcüstanda istirahət etmək Azərbaycanda dincəlməkdən ucuz başa gəlir, bizdə ev və mənzillərin, avtomobillərin qiymətləri "kəllə-çarxa" çıxıb və s. Bütün subyektiv səbəblərlə birgə, bu bahalıq həm də əhalinin alıcılıq imkanının yüksək olması ilə bağlı deyilmi?! Başqa bir fakt: hələ manatın ilk devalvasiyası ərəfəsində Mərkəzi Bank Bakı Banklararası Valyuta Birjasına dollar və avro çatdıra bilmirdi. Valyutadəyişmə məntəqələri də əllərindəki manatı həmin valyutalara dəyişmək istəyən müştərilərin tələbatını ödəmək iqtidarında deyildi. Səbəbi məlum idi - sən demə, əhalinin cibində, evində, hesabında milyard manatlarla sərbəst pulu var imiş. Həmin milyardların qarşısında hansı valyuta ehtiyatı tab gətirə bilərdi ki... Xüsusən də həmin ehtiyatın əsas mənbəyi olan neft ucuzlaşırdısa...
Mərkəzi Bankın növbəti qərarı ərəfəsində də analoji vəziyyət hökm sürürdü. Bir tərəfdən neft "qırmızı xətt"i keçərək kəskin ucuzlaşır, digər tərəfdən əhali "göz gördüyündən qorxar" deyib sərəncamındakı vəsaitləri dollara və ya avroya çevirirdi. Amma belə bir şəraitdə dəyişməyən bir hal var ki, o da dövlətin məcburən atılan addımın-manatın məzənnəsinin sərbəstləşdirilməsinin fəsadlarının əhalinin güzəranına minimum təsir etmək üçün gördüyü və görəcəyi tədbirlərdir. Həmin fəsadların gözləniləni, daha doğrusu, artıq baş verəni qiymətlərin bahalaşmasıdır ki, elə əhalini də ən çox rahatsız edən budur. Manatın təxminən 50 faiz dəyərdən düşməsi kiçik rəqəm deyil. Bu o deməkdir ki, istehlak bazarında 50 faiz inflyasiya gözlənilir. Mümkündür ki, bu rəqəm yerli istehsal mallarının satışında bir qədər aşağı olsun. Amma idxal mallarında ondan qaçmaq mümkünsüzdür. Deməli, dövlət tərəfindən xüsusən əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi gücləndirilməlidir. Yeri gəlmişkən qeyd edək ki, hələ Mərkəzi Bankın son qərarından əvvəl - 2016-cı ilin dövlət büdcəsi tərtib olunarkən bu istiqamətdə tədbirlərin görüləcəyi nəzərə alınmışdır. Artıq gələn ildən həm pensiyaların, həm də digər aztəminatlı sosial qrupların müavinətlərinin, eləcə də müəllimlərin əməkhaqlarının artırılması gözlənilir. Nəzərə alsaq ki, manatın "üzən" məzənnəyə keçməsi ilə bağlı dövlət xəzinəsinə daxil olan milli valyuta kütləsinin həcmi kifayət qədər çoxalacaq, onda pensiya, əməkhaqları və müavinətlərin həcminin az artmayacağı ehtimal edilir.

Söz düşmüşkən, artıq neçə ildir ölkədə əhalinin pul gəlirlərinin, orta aylıq əməkhaqqının artımı inflyasiyanın səviyyəsini üstələyir. Dövlət Statistika Komitəsinin son məlumatına görə, cari ilin 10 ayı ərzində 2014-cü ilin eyni dövrünə nisbətən ölkə üzrə orta aylıq nominal əməkhaqqı 4,6, əhalinin pul gəlirləri 11 ayda 5,7 faiz artdığı halda, ilin əvvəlindən inflyasiyanın səviyyəsi 3,7 faiz olmuşdur. Həmin dövrdə əhalinin ümumilikdə qazandığı 36,8 milyard manatın 12 faizə yaxını sərbəst vəsait kimi əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir ki, bu da az məbləğ deyil. Bu yerdə bir məqamı da unutmayaq - cari ilin arxada qalan ayları Mərkəzi Bankın ilk devalvasiya qərarından sonrakı dövrə təsadüf edir. Deməli, fevral ayında manatın dollara nisbətdə təxminən 40 faizə yaxın dəyərini itirməsi əhalinin sosial müdafiəsi istiqamətində görülən tədbirlər nəticəsində elə də təsirli fəsadlar törətməmişdir.
Elə bu reallıqdan çıxış edib söyləmək olar ki, manatın məzənnəsinin sərbəst buraxılması da ciddi sosial sıxıntı və gərginlik yaratmayacaq. Əvvəla ona görə ki, bu dəfə də hökumət tərəfindən ilk növbədə qiymətlərin süni surətdə bahalaşmasının qarşısını almaq üçün tədbirlər görüləcəyi anonsu verilmişdir. Bu fikrə düşənlər yəqin ki, Mərkəzi Bankın fevral qərarından sonra ölkənin istehlak bazarına olunan sərt nəzarəti unutmayıblar. Üstəlik, Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyevin çağırışları da yaddan çıxmayıb. Hətta nəinki yaddan çıxmayıb, artıq bu istiqamətdə, xüsusən sahibkarlığın sürətli inkişafı üçün konkret tədbirlər görülür. Bir baxın, neçə fəaliyyət növü üzrə xüsusi razılıq (lisenziya) alınması ləğv olunub, neçəsi sadələşdirilib, onlar üçün ödənilən rüsumlar aşağı salınıb. Bundan əlavə, sahibkarların ən çox şikayət etdikləri monopoliyanın aradan qaldırılması üçün tədbirlər həyata keçirilir, Vergilər Nazirliyi iş adamlarına doğru ardıcıl addımlar atır, hüquq-mühafizə orqanlarının, yerli icra qurumlarının özəl müəssisələrə uzanan əlləri yığışdırılır və s. Bütün bunlar səbəbsiz deyil. Ölkənin iqtisadi bünövrəsi neft vəsaiti ilə qoyulubsa, onun üzərində Azərbaycan özəl sektorun, sahibkarlığın inkişafı hesabına ucala bilər. Bugünkü reallıq göstərir ki, başqa yol yoxdur. Necə deyərlər, seyid cəddinə arxayın olan kimi neftə güvənib irəli getmək zamanı arxada qaldı. İndi Azərbaycanda neftsiz sektorun daha da inkişafı üçün hər cür iqtisadi və mənəvi mühit mövcuddur, qalır ondan səmərəli və ağıllı istifadə etmək.

O ki qaldı manatın məzənnəsinin sərbəst buraxılmasına, bazar iqtisadiyyatının tələbləri baxımından, bu da dolayısı yolla inkişafa təkan verən qərardır. Manatın nisbətən ucuzlaşması ilk növbədə ölkəmizdə istehsal olunan məhsulların ixrac imkanlarını artırır. Düzdür, indi belə məhsullarımızın çeşidi və həcmi çox deyil. Lakin yaradılan şərait, mövcud tendensiya belə deməyə əsas verir ki, bu istiqamətdə vəziyyətin dəyişəcəyi şübhəsizdir. Əgər istəyiriksə ki, manatımızın kursu barelin qiyməti ilə ölçülməsin, cibimizdəki pulun dəyərini bilmək üçün gözümüz London və ya Nyu-York birjalarında keçirilən auksionlara dikilməsin, istehlak bazarındakı qiymətlər sabit qalsın, bunu reallaşdırmalıyıq. Əks halda bizim kimi kiçik ölkələrin nəhəng dövlətlərin iddialarının toqquşmasından alovlanan yanğından quru çıxmaq ehtimalı çox olmayacaq.

"Azərbaycan"



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor