RSS
 

Login:
Şifrə:
» » Ödənilməyən kreditlər - çıxış yolu nədir?

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Ödənilməyən kreditlər - çıxış yolu nədir?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 10:37 | Şərh sayı: (0) | Baxılıb: 308

Ödənilməyən kreditlər - çıxış yolu nədir?


Ödənilməyən kreditlər - çıxış yolu nədir?


Ekspertlər bildirirlər ki, Mərkəzi Bank bank nəzarəti tələblərini yumşaldır və bankların acınacaqlı vəziyyətini pərdələməyə çalışır, amma...
Ölkədə ödənilməyən kreditlərin həcmi yenidən artan xətt üzrə inkişaf edir. Ekspertlər bildirirlər ki, bankların ehtiyatları yenə azalır və ikinci devalvasiyadan sonra bu, ciddi şəkildə davam edəcək. Nəticədə isə əmanətlər ciddi təhlükədədir. Əksər ekspertlər qeyd edirlər ki, Mərkəzi Bankın banklara növbəti güzəşti bank sisteminin ölümcül vəziyyətindən xəbər verir.

Qeyd edək ki, yanvarın 6-da Mərkəzi Bankın “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”na dəyişikliklər qüvvəyə minib. Dəyişikliklərə əsasən bundan sonra banklar verdiyi kreditlər üzrə daha az ehtiyat yaradacaq. Ekspert Əkrəm Həsənov məsələni şərh edərək bildirib ki, bundan sonra qeyri-qənaətbəxş kreditlər, yəni ödənişi 180 günədək gecikdirilən kreditlər üzrə 30 faiz əvəzinə 25 faiz, təhlükəli, 270 günədək gecikdirilən kreditlər üzrə 60 faiz əvəzinə 50 faiz ehtiyat yaradılacaq: “Məsələn, tutaq ki, bank cəmi 300 milyon manat kredit verib. Onun 100 milyon manatının qaytarılması 180 günədək, 100 milyon manatının qaytarılması isə 270 günədək borclular tərəfindən gecikdirilir. İndiyədək bank bu halda 90 milyon manat ehtiyat yaratmalı idi. Bundan sonra isə cəmi 75 milyon manat ehtiyat yaradacaq”.

Ekspertin sözlərinə görə, fevral devalvasiyasından sonra Mərkəzi Bank sözügedən qaydalara artıq üçüncü dəfədir dəyişiklik edir: “Həmin dəyişikliklər də banklara kreditlər üzrə daha az ehtiyat yaratmaq imkanı yaratmışdı. Görünən odur ki, həmin tədbirlər kifayət etməyib və bankların problemli kreditlərinin həcmi o qədər artıb ki, onlar üçün kifayət qədər ehtiyat yaratmağa qadir deyillər. Başqa sözlə, kapitalları çatışmır, pulları yoxdur. Buna görə də Mərkəzi Bank bu dəyişikliyi məhz indi edib ki, bankların 2015-ci ilin nəticələri üzrə hesabatları əhalini, ilk növbədə əmanətçiləri qorxutmasın. Məsələ burasındadır ki, ehtiyatlar kapitalı azaldır. İndi isə banklar hesabatlarında ehtiyatlarını azaldaraq, kapitallarının nisbətən qənaətbəxş olduğunu nümayiş etməyə çalışacaqlar. Bir sözlə, Mərkəzi Bank bank nəzarəti tələblərini ona görə yumşaldır ki, bankların acınacaqlı vəziyyətini pərdələsin. Nəticədə əhaliyə yanlış məlumat ötürülür ki, guya hər şey normaldır. Bank müştəriləri, ilk növbədə əmanətçilər bundan nəticə çıxarmalıdır. Bu dəyişikliyi edən Mərkəzi Bank artıq xeyli müddətdir ki, bir neçə bank tərəfindən əhalinin əmanətlərinin qaytarılmamasına da göz yumur, həmin banklara nə kömək edir, nə də lisenziyasını geri alır. Bir sözlə, devalvasiyanın ikinci dalğasından sonra Mərkəzi Bank bankların çaldığı havanı oynayır və əhalini təhlükə altına qoyur. Mərkəzi Bankın bank nəzarəti funksiyası tədricən heçə enir, banklar başlı-başına buraxılır, bu isə ilk növbədə əmanətçilər üçün çox ciddi təhlükədir”.

Qeyd edək ki, ekspertlər dollar kreditlərinin çoxluğu səbəbindən bankların problemli kredit portfelinin artdığını vurğulayırlar. Həmçinin, bildirilir ki, dollar kreditləri ilə bağlı məsələ çözülməzsə, problem daha qabarıq şəkildə özünü göstərəcək. Əkrəm Həsənov deyir ki, borcu ödəmək həm hüquqi, həm də mənəvi cəhətdən vacibdir. Lakin qanuna zidd olaraq şişirdilmiş borc ödənilməməlidir. Eyni zamanda, borclunun imkanı yoxdursa, borc ödənilmir. “Borca görə həbs və bu kimi digər cəza tətbiq edilə bilməz. Yalnız borcun ödənilməsi haqda məhkəmə qərarını qərəzli, üzrsüz səbəbdən icra etməyən həbs oluna bilər. Bu, Cinayət Məcəlləsinin 306-cı və İnzibati Xətalar Məcəlləsinin 313-1-ci maddələrindən irəli gəlir.

Banklar, icra məmurları və onlara xidmət edən bəzi hüquqşünaslar vətəndaşları adətən bu maddələrlə qorxudur. Lakin bu maddələrdən yalnız o kəslər qorxmalıdır ki, pulu ola-ola borcu ödəmir. Yəni özünün və himayəsində olan şəxslərin yaşayış minimumunu təmin edən məbləğdən artıq rəsmi gəliri var, həmin gəlirdən hətta vergi də ödəyir, amma bankın pulunu vermir. Gəliri olmayan borcluya bu maddələr tətbiq edilə bilməz”, - deyə ekspert vurğulayıb.
Ekspertin sözlərinə görə, borclu yalnız əmlakı ilə məsuliyyət daşıyır. Yəni borca görə əmlakı əlindən alına bilər: “Ancaq Bu zaman Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 saylı Qərarında sadalanmış əmlak, girovda deyilsə, bir ev, mebel, paltar, uşaq ləvazimatı və sair vətəndaşın əlindən alına bilməz. Borclunun aylıq gəlirinin maksimum 50 faizi məhkəmə qərarı ilə tutula bilər.

Bu zaman borclunun və himayəsində olan şəxslərin yaşayış minimumu toxunulmazdır. Borclunun gəlirinin yalnız sözügedən yaşayış minimumundan artıq hissəsi tutula bilər. Bank borcu maaş və ya pensiya kartından silirsə, kart hesabının bağlanması haqda banka ərizə verə, sonra isə iş yerinə və ya Dövlət Sosial Müdafiə Fonduna müraciət edə bilərsiz ki, maaşı və ya pensiyanı sizə başqa yolla ödəsin. Bu halda bank kart hesabını bağlamağa, işəgötürən və ya Dövlət Sosial Müdafiə Fondu isə sizə pulunuzu başqa yolla ödəməyə borcludur. Çünki heç kəsi zorla hər hansı bankın müştərisi etmək olmaz”.

Ə.Həsənov qeyd edib ki, yazılı girov müqaviləsi əsasında girov qoyulmuş əmlak borcludan məhkəmə qərarı əsasında alınıb satıla bilər: “Girov kimi daşınmaz əşya qoyulubsa, müqavilə notariat qaydasında təsdiq edilməli və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmalıdır. Buna görə də məsələn, təhvil verilməmiş binadakı mənzilin girovu mümkün deyil. Bu şərtlərə riayət edilməyibsə, girov mövcud deyil.

Zaminlik müqaviləsi mütləq yazılı bağlanmalıdır. Yazılı müqavilə yoxdursa, kredit üzrə zamin də yoxdur. Qanuna əsasən, kredit üzrə faizlər ildə bir dəfə tutulmalıdır. Lakin bizim banklar ayda bir dəfə tutur və bununla da borcu şişirdir. Bankdan məhkəmədən əvvəl də, məhkəmə prosesi əsnasında da indiyədək etdiyiniz ödənişlərin yenidən hesablanmasını tələb edə bilərsiz. Bu halda əsas borcunuz azalacaq. Banklardan kredit üzrə faiz dərəcəsinin azaldılmasını tələb edə bilərsiz. Bu zaman Prezidentin 22 dekabr 2014-cü il tarixli Fərmanının 11-ci bəndinə istinad edə bilərsiz. Orada Prezident Mərkəzi Banka tapşırıb ki, faiz dərəcələrinin aşağı salınmasını təmin etsin.

Bank bunu etməsə, Mərkəzi Banka müraciət edin ki, niyə prezidentin göstərişinin icrasını təmin etmir. Borcun ödənilməsini gecikdirdikdə, bilin ki, bank bir qayda olaraq, etdiyiniz ödənişdən ilk növbədə cərimə tutacaq. Amma bu, qanunsuzdur. Buna görə də cərimənin tutulmayacağı haqda bankdan yazılı iltizam almayınca, krediti ödəməyin. Əks halda, borcunuz şişəcək. Bankların borclulara təzyiq aləti kimi onun iş yerinə, qohumlarına və digərlərinə müraciət etməsi qanun pozuntusudur”.

Onun sözlərinə görə, həmçinin dollarda krediti olanlar Mülki Məcəllənin 422-ci maddəsinə istinad edərək şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar kredit müqaviləsinin dəyişdirilməsini, o cümlədən kreditin valyutasının manata çevrilməsini tələb edə bilər. Borcun ödənilməsi haqda məhkəmə əmri ilə bağlı borclu 10 gün ərzində həmin məhkəməyə yazılı etirazını bildirə bilər. Borclular məhkəmə prosesindən qorxmamalıdır. Əksinə, çox saylı və uzunmüddətli məhkəmə proseslərindən banklar qorxur.

Ə.Həsənov qeyd edib ki, borclulara qarşı qanunsuz tədbirlərə qarşı birləşmək vacibdir: “Borclular birləşərək qanun çərçivəsində müqavimət göstərməli, haqlarını tələb etməlidirlər. O cümlədən birgə şikayət etməlidilər. Bu halda banklar əməli güzəştlərə getməli olacaq. Digər yol antikollektor qurumlarının yaradılmasıdır. Bir çox ölkədə belə şirkətlər var. Onlar çox cüzi mükafat müqabilində vətəndaşların borcu üzrə bütün hüquqi hərəkətlərin həyata keçirilməsini öz üzərinə götürür. Bankla danışıqlardan tutmuş məhkəmə proseslərinin aparılması və məhkəmə qərarlarının icrası zamanı borclunun təmsil edilməsinədək. Nəticədə borclu adi hüquqşünasa ödəyəcəyi ilə müqayisədə çox cüzi vəsait xərcləməklə öz hüquqlarını qoruyur, antikollektor qurumu isə bu işlə ixtisaslaşmış və kütləvi şəkildə məşğul olduğu üçün zərərsiz fəaliyyət göstərə bilir. Bu təcrübənin öyrənilməsinə və Azərbaycanda da tətbiqinə ehtiyac var”.

musavat.com



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor