RSS
 

Login:
Şifrə:
» » Məşhəd Məkkəyə qarşı: udan kim, uduzan kim?

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Məşhəd Məkkəyə qarşı: udan kim, uduzan kim?

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-01-2016, 19:00 | Şərh sayı: (0) | Baxılıb: 243

Məşhəd Məkkəyə qarşı: udan kim, uduzan kim?


Məşhəd Məkkəyə qarşı: udan kim, uduzan kim?


Dünya mətbuatında bu gün əsas müzakirə olunan məsələlərdən biri də Səudiyyə Ərəbistanı ilə İran İslam Respublikası arasında yaranmış gərginlikdir. Hər iki ölkə Asiya regionunda əsas, iqtisadi fundamental gəlirli, iqtisadi gücə malik ölkələrdir. Bu ölkələrin iqtisadiyyatlarında oxşar və fərqli cəhətlər nədir və onlar dünya iqtisadiyyatında hansı paya sahibdirlər? Yaranmış gərginlik fonunda İran və Sudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin kəsilməsindən sonra qarşılıqlı iqtisadi sanksiyalar tətbiq olunarsa, hansı ölkənin iqtisadiyyatı bundan daha çox zərər görəcək?

Məsələnin iqtisadi tərəflərini müqayisəli şəkildə Milli.Az-a şərh edən iqtisadçı-ekspert Nicat Hacızadə bildirib ki, Səudiyyə Ərəbistanı 2015-ci il üçün dünyanın ən nəhəng neft ixracatçılarından biri olub və liderliyini ötən il də davam etdirib. Krallıq İrana nisbətdə Qərblə yetərincə unikal iqtisadi, maliyyə və ticarət əlaqələrə malikdir:

"Nümunə olaraq deyə bilərik ki, Amerikanın idxalatı bütün sahələrdə olduğu kimi neft sahəsində də diversifikasiya olunub. Buna rəğmən Səudiyyə Ərəbistanı Amerikanın neft idxalında 2-ci yerdədir və ABŞ ərəb neftinin əsas alıcılarındandır. Rəqəmlə ifadə etsək, bu, 47,9 milyard ABŞ dolları edir ki, bunun da 98%-i, yəni 45,5 milyardı neft və neft məhsullarının payına düşür. Son 10 ildə ABŞ ilə Krallıq arasındakı ticari əlaqələr 16 faizə qədər, son 4 ildə isə 9 faizə qədər artıb.

Bundan əlavə, Avropa Birliyi ölkələrindən ən güclü iqtisadiyyata malik Almaniyanı götürək. Almaniyadan Krallığa idxal məhsullarının həcmi 11,9 milyard dollardır ki, bu Səudiyyənin ümumi məhsul idxalının 7 faizini təşkil edir, Almaniyaya ixracat isə 1,7 milyard dollardır ki, bu da Almaniyanın ümumi idxalının 0,1 faizini təşkil edir. Onun da 79 faizi neft və neft məhsullarıdır".

Ekspertin gəldiyi nəticəyə görə, Səudiyyə Ərəbistanının iqtisadiyyatı neftdən tam asılıdır və bu ölkədə qeyri-neft sektoru iflic vəziyyətdədir: "Ölkədə daxili istehsal zəifdir. Qida ehtiyacının 69 faizi idxalın payına düşür. Bundan əlavə, makroiqtisadi göstəricilərə baxsaq, 2015-ci il büdcəsində rekord həddə - 98 milyard dollar - büdcə kəsiri yaranıb. 2016-cı ildə neft ixracatının 0,9 faiz artırılması planlaşdırılır ki, bu da günə 10,2 milyon barel deməkdir. Nəzərə alsaq ki, Səudiyyə Ərəbistanının ixracatının 80 faizinə yaxın neft məhsullarıdır. Ancaq defisit hal-hazırki dövrdə ölkəyə ciddi təsir göstərməyəcək. Çünki Səudiyyənin 628 milyard dollarlıq valyuta ehtiyatı var. Təhlükəli məqam odur ki, son 5 ayda həmin ehtiyatın 70 milyardı yerli valyutanın qorunmasına və dövlətin maliyyə siyasətinə dəstək üçün xərclənib. Bundan əlavə, 2014-cü il üçün yarımadanın ehtyatları 732 milyard ABŞ dolları idisə, onun 104 milyardı xərclənib. Bu o deməkdir ki, neftin mövcud qiymətilə Səudiyyə Ərəbistanın ehtiyatları 7 ilə tükənəcək.

Bundan əlavə, Krallıq parlamenti neftin qiymətini 2016-cı il üçün 40,3 dolları səviyyəsində hesablayıb. Xatırladaq ki, 2015-ci ilin əvvəlində bu rəqəm 64,8 dollar idisə, sonra isə 49 dollar oldu".

Dövlət borcuna gəldikdə, iqtisadçının sözlərinə görə, ötən ilin iyul ayına qədər Krallığın borcu 30 milyard dollar idisə, hazırda bu rəqəm 38 milyard dollardır ki, bu da ümumi daxili məhsulun (ÜMD) 5,8 fazini təşkil edir. Gəlirlərin azaldığını nəzərə alan Səudiyyə investisiya xərclərini də 19,3 faiz ixtisar edərək 2016-cı il üçün 59 milyard dollar miqdarında müəyyən edib. Nəzərə alsaq ki, ölkə büdcəsində yetərincə kəsir var və 2015-ci ildə gəlirlər 163 milyard dollar azalıb, bu, 2009-cu il qlobal maliyyə böhranından (123 milyard dollar) sonra ən böyük azalmadır.

İrana gəlincə, ekspertin sözlərinə görə, o, Asiyada dayanıqlı iqtisadiyyata malik ölkə kimi tanınır: "Xüsusən, İran İslam İnqilabından sonra ABŞ tərəfindən dəfələrlə müxtəlif sektorlar üzrə tətbiq olunan sanksiyalar İran iqtisadiyyatına müəyyən mənfi təsirlər göstərməklə yanaşı, burada müsbət yönümlü islahatlara yol açıb. İran dünyanın ən iri neft-qaz ehtiyatlarına malik ilk dördlükdədir. Lakin Səudiyyə Ərəbistanından fərqli olaraq, uzun illərdir qərblə siyasi cəhətdən soyuq münasibətlər ölkə iqtisadiyyatının inkişafını bir qədər ləngidib, xarici valyuta ehtiyatları azalıb, milli valyuta dəyərdən düşüb. (1 USD = 29,830.00 IRR 1 IRR = 0.0000335233 USD)

İran məhsullarını ABŞ-a ixrac edə bilməsə də, Amerikadan 148,5 milyon dollarlıq mal idxal edib ki, bu da İranın ümumi idxalının 0,3 faizini təşkil edir".

Ekspert İran iqtisadiyyatı ilə bağlı bəzi ziddiyyətlərə də aydınlıq gətirib: "Məsələn, sual doğa bilər ki, ABŞ dolları qarşısında ən çox zəifləyən valyutalardan hesab olunan İran rialı ölkə iqtisadiyyatını nə üçün iflic etməyib. Səbəb çox sadədir. İranın ixrac və idxalı arasında 20 millyardlıq müsbət saldo var və ölkənin cari, istehlak səbətinə daxil məhsulların 95 faizi daxildə istehsal olunur, o cümlədən 95 faiz daxili istehsalın cəmi 14 faizi xarici xammal üzərində qurulub.

Deyilə bilər ki, axı Səudiyyədə müsbət saldo 193 milyard dollardır və İrandan dəfələrcə çoxdur. Məsələ ondadır ki, Krallıqda iqtisadiyyatın 90 faizi neftdən gələn gəlirlər üzərində qurulub və iqtisadiyyat diversifikasiya olunmayıb. İranda isə vəziyyət bir qədər fərqlidir və ölkə iqtisadiyyatı şaxələndirilib. Amma təbii ki, valyuta ehtiyatları və dövlət borcuna görə İran Krallığa uduzur. İranın xarici valyuta ehtiyatı 68,06 milyard dollardır. İranın dövlət borcunun isə ÜDM-dəki payı 16,3 faiz təşkil edir. Təbii ki, İranın dövlət borcu əsasən şəriət qanunlarına əsaslandığı üçün onun qaytarılmasında problem yaşamır, həmçinin strateji borc sayıldığı üçün çətinlik yaratmır".



İki ölkə arasındakı iqtisadi dövriyyəyə də nəzər salan N.Hacızadənin fikrincə, burada məsələ bir qədər fərqlidir və Krallığın İranla diplomatik əlaqələri kəsməsi, onun iqtisadi əlaqələrinin zəifləməsinə gətirib çıxardacaq: "Rəqəmlər göstərir ki, hər iki tərəf bundan yetərincə ciddi ziyan görməyəcək. Lakin burada nisbətən Krallıq üçün zəif nəticələr ola bilər. Belə ki, İranın Səudiyyədən idxalı cəmi 45,2 milyon dollar həcmindədir ki, bu da İranının ümumi idxalının 0,1 faizi qədərdir. Lakin 2011-2015-ci illər ərzində dövriyyədə 35 faizə qədər azalma da baş verib. İranın Səudiyyədən məhsul idxalında əsas yeri qiymətsiz metallar tutur ki, bu da 27 faizdir. Səudiyyənin İrandan idxalı isə 136,6 milyon dollar olub ki, bu da Krallığın idxalının 0,1 faizi deməkdir. Əlavə olaraq, idxalda artım da müşahidə olunub. Burada əsas yeri dəmir və polad tutur ki, Krallıq onlardan boru istehsalında istifadə edir.

Turizm cəhətdən isə götürsək, hər iki ölkə əsas islam dininin müqəddəs ziyarət məkanlarına sahibdir. Hər iki ölkəyə də turist axını əsasən bu səbəbdən olur. Həcc mövsümündə İrandan Səudiyyə Ərəbistanına yetərincə zəvvar gedir. Lakin məzhəblərarası qarşıdurma səbəbindən Səudiyyədən İrana ziyarətə gələn ərəb ziyarətçilər azlıq təşkil edir.

Yekunda qeyd edim ki, Səudiyyə və İran arasında iqtisadi münasibətlər kəsilərsə, hər iki ölkə bundan müəyyən mənada zərər görəcək. Amma statistikadan məlum olur ki, bunun heç bir ciddi təsiri olmayacaq, çünki hər iki ölkənin ümumi idxal-ixracatdakı payı 2 faizlik həddi aşmır".

İlkin İzzət
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor