RSS
 

Login:
Şifrə:
» » Azərbaycana soyuq müharibə elan olundu

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Azərbaycana soyuq müharibə elan olundu

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 17-12-2015, 12:45 | Şərh sayı: (0) | Baxılıb: 934

Azərbaycana soyuq müharibə elan olundu


Azərbaycana soyuq müharibə elan olundu


ABŞ siyasətini əsrlərdən bəri müəyyənləşdirən məqam demokratiya, insan haqları, iqtisadi maraqlar və ya başqa məsələlər deyil. Sözsüz, bəhs etdiyimiz anlamlar Birləşmiş Ştatların geosiyasi strategiyasında, davranış taktikasında xüsusi yer tutur, əlahiddə çəkiyə malikdir - amma bütün bunlar tam deyil.
Vaşinqtonun siyasətinin məhvərində Monro doktrinası durur. Bu doktrina ABŞ prezidenti Ceyms Monronun 1823-cü ilin dekabrın 2-də Konqresə ünvanladığı illik müraciətində açıqlanan və ABŞ-ın xarici siyasətinin prinsiplərini müəyyənləşdirən prinsiplərdir.

Doktrina ABŞ-ın Avropanın işlərinə qarışmayacağını bəyan edir, amma Avropanın da Şimali və Cənubi Amerikalardakı proseslərə hər hansı formada müdaxiləsini arzuolunmaz sayır.

Vaşinqton bu minvalla Amerikanı bilavasitə və şəriksiz təsir məkanı saydığını bəyan etmişdi. Fəqət elə həmin il amerikalılar Avropadakı proseslərdə aktiv iştirak etməyə başladılar.

Daha sonra Asiya, Afrika, Avstraliyada "Amerikanın əzəli maraqları" peyda oldu və illər keçdikcə dünya ölkələrinə bildirildi ki, ABŞ-ın maraqları hər zaman, hər yerdə ola bilər: o marağın peyda olduğu məkandakı dövlət də mütləq şəkildə amerikalıların mənafelərini nəzərə almalıdır.

Amerikansayağı "dostluq"

Amerikalılar bəşər tarixində ilk dəfə olaraq "yumşaq istila"nı tətbiq etdilər və həmin taktikadan indi də yararlanırlar. Hər hansı ölkənin müstəmləkə halına salınaraq istismar edilməsi üçün o ölkənin işğalı, dağıdılması və ya əzilməsi şərt deyil. Çünki belədə işğalçı ölkə ələ keçirdiyi ölkənin yerli əhalisinin təminatını düşünməlidir. Məsələn, səhiyyə xidmətləri, məktəblərin və xəstəxanaların tikilməsi, asayişin təminatı, aclıq və ya təbii fəlakətlər zamanı yardımlar edilməsi təki.
Yox, amerikalılar daha hiyləgər davrandılar. Onlar sadəcə, "maraq"landıqları ölkənin rəhbərliyini ələ alırlar və bu ölkə kağız üzərində müstəqil qalsa da, əslində metropoliyaya dönür və ABŞ-a rahat istismar üçün imkanlar yaradır.
Amerikalılar da həmin ölkədə xəstəxanalar şəbəkəsi yox, xəstəxana; uşaq bağçaları və məktəblər yox, bir-iki məktəb və üç-dörd uşaq bağçası tikir, daha sonra "demokratiyanın və insan haqlarının dəstəklənməsi" üçün "zəruri addımlar" atır. Həmin ölkənin hakimiyyəti qəflətən "hami"dən üz döndərmək fikrinə düşərsə və əmrlərə riayət etməzsə, "narazı xalq kütlələrinin genişmiqyaslı etirazları" hazırlanır.
Beləcə, bəhs etdiyimiz ölkə ilə bağlı ABŞ "eksklüziv hüquq"larını təmin edir və başqa dövlətlərin həmin ölkəyə hansısa formada təsir etməsinin qarşısını alır.
Monro doktrinası, üstəlik Vaşinqtonun göstərişləri çərçivəsindən kənara çıxmayan Konqres və Senat, ən nəhayət, gərəkli məşqlər keçmiş "azad media" istənilən zaman istənilən ölkəni hədəfə ala bilər, alır da.

Bu dəfə hədəfdə Azərbaycandır

Azərbaycan 1993-cü ildən bəri ABŞ-ın çox ciddi pressinqi altındadır. Vaşinqton 22 il Azərbaycanda üzüyola, amerikalıların tələblərini və təlimatlarını tam yerinə yetirəcək hakimiyyətin formalaşdığını düşünürdü.
Hətta amerikalı senatorlar Gürcüstanın həmin dönəmdəki dövlət başçısı Eduard Şevardnadzeni Bakıya misal göstərirdilər. Sovetlər Birliyinin sabiq XİN başçısı, "Qoca tülkü" kimi tanınan Şevardnadze ölkəsini bütünlüklə ABŞ-ın idarəçiliyinə vermişdi.
Lakin Bakıdakı hakimiyyət Şevardnadzenin iqtidarının təkrarı olmadı, Azərbaycan da regionda ABŞ-ın "ən etibarlı müttəfiqi"nə, yəni Vaşinqtonun göstərişlərini təxirə salmadan reallaşdıran komandanın idarə etdiyi ölkəyə dönmədi.
Daha sonra Gürcüstanda "xalq inqilabı" kimi qələmə verilən proseslər nəticəsində Mixeil Saakaşvili hakimiyyətə gəldi və ABŞ qonşu dövlətdə mövqelərini daha da möhkəmləndirdi. İş o yerə çatdı ki, ABŞ-ın Dövlət Departamenti Gürcüstanda nazirlərin aylıq maaşlarını da ödəyirdi. Eynən Puerto-Riko və Havay adalarında olduğu kimi.
Amma gürcülərdə müstəmləkə ölkəsində yaşamadıqları illüziyasının yaradılması üçün bu maaşlar Vaşinqtondan birbaşa verilmədi: milyarder Corc Soros təşəbbüslə çıxış etdi və gürcü nazirlərin maaşlarının verilməsini öz boynuna götürdü.
Amerika Birləşmiş Ştatlarının Helsinki Komissiyasının sədri Kristofer "Qanunun aliliyi və insan haqları naminə Azərbaycan Demokratiya aktı"nı (Azerbaijan Democracy Act of 2015) təqdim edib.

(H.R.4264) nömrəli bu qanun layihəsinin məzmunu Azərbaycanda konkret hakimiyyət mənsubu, məmur, millət vəkili və ya dövlət qurumuna qarşı yox, bütün ölkəyə qarşıdır.
Azərbaycana qşarşı yönəlmiş qanun layihəsi "Belarusda Demokratiya Aktı" qanununun modelində hazırlanıb.
Sənəddə deyilir ki, qanun Azərbaycan hökumətinin ali rəhbərliyinə daxil rəsmilərə və onların bilavasitə ailə üzvü olanlara, rəhbərlik və onların ailə üzvləri ilə biznes əlaqələrindən əhəmiyyətli mənfəət əldə edən şəxslərə ABŞ vizalarının verilməsindən imtina edilməsini nəzərdə tutur. Bu qanunun ədliyyə və təhlükəsizlik rəsmilərinə də şamil ediləcəyi bildirilir.
Bu da qeyd olunur ki, bu qanundan istisnalar ABŞ-a yalnız ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinə aid iclaslarında iştirak edənlərə aid edilə bilər.
Qanunda Azərbaycana ABŞ tərəfindən sponsorluq edilən proqramlar vasitəsilə maliyyənin, kredit və sığortanın verilməsinin qadağan edilməsi, Azərbaycanın yüksək vəzifəli şəxslərinin və onların ailə üzvlərinin ABŞ-dakı mülkiyyət və başqa aktivlərinin bloklanması nəzərdə tutulur.
Qanun layihəsində həmçinin "Azərbaycanla eyni beynəlxalq təşkilatlarda təmsil olunan ölkələrin də rəsmi Bakıya qarşı bu qanundakına bənzər tədbirləri görməsi tövsiyə edilir".

Qanun layihəsini oxuyuram. Dövlət rəhbərliyi, hökumət adamları, millət vəkilləri və onların ailələri - hətta "hakimiyyətlə hər hansı formada təmasları və əlaqələri olan iş adamlarının özləri və ailələri"nin ABŞ-a girişi yasaqlanır, onların daşınmaz əmlaklarına və bank hesablarına həbs qoyulur.
ABŞ-ın hər hansı ölkəyə qarşı sanksiyalar tətbiq etməsi bu qərarın fəaliyyət müstəvisinin Birləşmiş Ştatların ərazisi ilə məhdudlaşması demək deyil.
Vaşinqtonun müxtəlif illərdə çeşidli ölkələrə, təşkilatlara və şəxslərə qarşı tətbiq etdiyi sanksiyalarla embarqoların təcrübə tarixi göstərir ki, cəza qərarı dərhal NATO ölkələrinə, daha sonra ABŞ-ın müttəfiq saydığı dövlətlərə də şamil olunur.
Yəni amerikalıların sanksiyaları ilə üzləşmiş dövlət, təşkilat və ya şəxsə qarşı beynəlxalq miqyasda təcrid başlanır.
"Biz ölkələrimiz arasında mühüm milli təhlükəsizlik və iqtisadi bağların mövcud olduğunu başa düşürük, lakin Birləşmiş Ştatlar Azəbaycanda baş verən dəhşətli insan haqları pozuntularına bundan sonra da göz yuma bilməz", - Nyu-Cersi ştatından seçilmiş respublikaçı konqresmen Kristofer Smit deyib.
Çox "səmimi" bəyanatdır. Azərbaycana qarşı ABŞ-ın faktiki "siyasi və iqtisadi savaş" elan etməsini istəyən şəxslər ABŞ-Azərbaycan münasibətlərinin önəmini anladığını deyirlər, amma dübarə "insan haqları" anlamını ortaya ataraq Bakının cəzalandırılmasını, Azərbaycanın ətrafında embarqo hasarının ucaldılmasını istəyirlər.
Vaşinqtonun "çox önəmli strateji müttəfiq ölkə" statusu verdiyi Səudiyyə Ərəbistanı, Oman, Kolumbiya, Honduras, Şri-Lanka və ya başqa dövlətlərdə insan haqları ilə bağlı vəziyyətdən bəhs etmək, Azərbaycanla analogiyalar aparmaq istəmirəm.
Amerikalı konqresmenlərin "konstitusion hüquqların pozulduğu" ölkə elan etməyə çalışdıqları Azərbaycanın da dostu və müttəfiqi olan İsraildə Konstitusiyanın ümumiyyətlə olmadığını, İordan çayının Qərb Sahilində və Qərbi Şəriədə fələstinlilərin məruz qaldıqlarını da yada salmaq fikrində deyiləm.

Amma xatırlamaq olar

Vaşinqtonun Cənubi Qafqazda "tərəfdaş" elan etdiyi Gürcüstanda insan haqlarının pozulması hallarının səngimədiyini, amerikalıların laqeydlik mövqeyi tutduqları Ermənistanda isə vəziyyətin ümumiyyətlə fəlakət həddinə çatdığını da yazmaq olardı.
Zərurət görmürəm, çünki hər ölkə öz qanunları ilə yaşayır və söhbət bilavasitə Azərbaycandan getdiyi üçün pafoslu demaqogiyaya əl atanlardan fərqli olaraq, soyuqqanlı olmağa çalışaq.
O soyuq qan heç də qanımızın buzlaşması demək deyil.
Azərbaycana qarşı yönəlmiş qanun layihəsinin müəlliflərindən biri Kristofer Smit daha sonra bildirib: ""Azərbaycanda Demokratiya Aktı" Birləşmiş Ştatların insan haqları və təməl azadlıqlara ciddi yanaşdığını nümayiş etdirir".

Helsinki Komissiyası rəhbərinin bəyanatında deyilir ki, Birləşmiş Ştatlar "Bakıya heç bir şəkildə güzəşt etməyəcək: "ABŞ vizalarının verilməsindən imtina edilməsindən başqa, Azərbaycan hökumətinin vəzifəli rəhbərlərinə, hakimiyyətin təhlükəsizlik və ədliyyə qollarına daxil rəsmilərə maliyyə cərimələrinin tətbiq edilməsi məsələsinə baxılmalıdır. Sanksiyalar yalnız Azərbaycan hökuməti siyasi məhbusların azad edilməsində, vətəndaş cəmiyyətinin qısnanmasına son qoyulmasında, habelə azad və ədalətli seçkilərin keçirilməsində əhəmiyyətli tərəqqi etdiyi halda qaldırıla bilər".
Digər maraqlı məqam da budur ki, ABŞ Konqresinə təqdim olunmuş qanun layihəsinə aid ümumi məlumatda: "Azərbaycanda artıq ikinci onillikdir, eyni siyasi partiya hakimiyyətdə qalır", - deyilir. Yaponiyada iqtidar partiyasının onillərdən bəri dəyişmədiyini, Malayziyada ümumiyyətlə, birpartiyalı sistem olduğunu, Tayvanda iqtidar partiyasının hakimiyyəti tərk etmək niyyətində olmadığını, habelə başqa 27 ölkədə partiyaların onillərdən bəri iqtidarda olduqlarını konqresmenlər nəzərə almasalar da, Bakıya açıq ultimatum verərək ölkənin hakimiyyətini dəyişmək istədiklərini və bunun üçün çalışdıqlarını vurğulayırlar.

Komissiyanın məqsədi nədir?

Respublikaçı konqresmen Mark Miloşun sədrlik etdiyi ABŞ Helsinki Komissiyasında senatorlar Rocer Uiker, Bencamin Kardin, Con Boozman, Riçard Barr, Cin Şehin, Tom Udall və Şeldon Uaythaus, habelə konqresmenlər Kristofer Smit, Elsi Hastinqs, Robert Aderholt, Maykl Barqess, Stiv Koen, Alan Qreyson, Rendi Haltqrin, Cozef Pitts və Luis Makintoş Sleyter təmsil olunublar.
Komissiyada həmçinin ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyinin də hərəsinin bir nümayəndəsi var.
2012-ci ildən bəri Gürcüstan və ya Ermənistanla bağlı heç bir toplantı, iclas və ya müzakirə keçirməyən bu komissiyada son 2 ildə Azərbaycan 10 dəfə müzakirə mövzusuna çevrilib.
Azərbaycanın yüksək vəzifəli şəxslər və onların ailələrinə, dövlət və biznes strukturlarına qarşı vizaların yasaqlanması, girişin qadağan olunması, bank hesablarının həbsi və s. kimi məsələlər önəmli deyil.

Bütün bunlar ən yaxşı halda qətnamə layihələrinin yaratmaq istədikləri mənzərəni tamamlamağa yönəlmiş təfərrüatlar, zəruri sayılan detallardır.
Əsas məsələ isə budur ki, ABŞ-ın Helsinki Komissiyası Vaşinqtondan Azərbaycanla ümumiyyətlə bütün iqtisadi və maliyyə əlaqələrinin kəsilməsini tələb edir. Bu zaman enerjidaşıyıcılarının hasilatı, nəqli sahəsindəki əməkdaşlığın dayandırılmasının "vacibliyi" xüsusilə vurğulanır.
Qanun layihəsində Azərbaycanda dövlət qurumlarının həyata keçirdikləri istisnasız olaraq bütün (!) layihələrə ABŞ-ın maliyyə dəstəyinin verilməsinə son qoyulması da tələb olunur.
Və ən nəhayət, layihə "Azadlığa Dəstək Aktı"na (Freedom Support Act) edilmiş 907-ci düzəlişə qoyulmuş vetonun ləğvini də nəzərdə tutur.
Həmin düzəlişin müəlliflərinin aşkar ermənipərəst konqresmenlər olduğunu amerikalıların özlərinin də illər əvvəl etiraf etdiklərini xatırlasaq, indiki qanun layihəsinin müəlliflərinin də ABŞ-dakı erməni diasporuna olan münasibətlərini təxminləmək çətin deyil.
Qanun layihəsində absurd məqamlar da var. Belə ki, sənəddə ABŞ-ın Ticarət və İnkişaf Agentliyindən (Trade and Development Agency) Azərbaycanla bütün əlaqələri dayandırmaq istənilir.
Bu isə Avropa Yenidənqurma və İnkişaf Bankının, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Asiya İnkişaf Bankının, Avropa Birliyinin İqtisadi Komissiyasının və digər beynəlxalq qurumların rəsmi Bakı ilə əməkdaşlığının dayandırılmasını tələbidir.
Qanun layihəsi habelə Azərbaycanın xarici ölkələrdəki bütün biznes strukturlarının, layihələrinin, anlaşmalarının və sözləşmələrinin də "təftiş"ini, yəni fəaliyyətinin yasaqlanması və dayandırılmasını ehtiva edir.
Bütün bunları nəzərə alsaq, sözügedən qanun layihəsi Azərğaycanın aşağılanması, ölkəmizin ABŞ-dakı müəyyən qrupun maraqlarının əsrinə çevrilməsinə vadar etmək cəhdi - hər şeyi öz adı ilə çağırsaq, Azərbaycanı köləyə çevirmək cəhdidir.
Sənədin müəllifləri "siyasi məhbuslar, vətəndaş cəmiyyətinin fəalları, müxalifət siyasətçiləri və jurnalistlərə qarşı təzyiq"lərdən bəhs etsələr də, bütun bunlar şirma, anturajdır, zahiri örtükdür.

Bakıya ultimatum ünvanlanmasının, ölkəmizə faktiki olaraq "soyuq savaş" elan edilməsinin əsas məqsədi müxalifət mövqeli insanlar və ya tam əksi, hakimiyyət mənsubları ilə bağlı situasiya deyil.
Hədəf Azərbaycanın özüdür və bunu sənədin müəllifləri layihədə 7 dəfə bilərəkdən, yaxud da təsadüfən təkrarlayırlar.
Siyasi məhbusların azad olunması tələb olunur - amma o kvaziməhbusların siyahısı konqresmenlərdə yoxdur.
"İnsan haqlarına riayət, demokratik institutların və vətəndaş cəmiyyətinin inkişafı"nın zəruriliyi vurğulanır - amma embarqo və sanksiyalar indiyədək hansı ölkədə inkişafa səbəb olub, ümumiyyətlə, təzyiqlər şəraitində inkişafın mümkünsüzlüyünü müəlliflər dərk edirlərmi?!

Prosedur hansı formanı alacaq?

Qanun layihəsinin müzakirələrinin vaxtının gələn ilin yanvarında bəlli olacağı, fevral və ya mart aylarında isə sənədin qəbul ediləcəyi deyilir.
Sənədi hazırlayanlar ABŞ Respublikaçılar Partiyasının üzvləridir. Prezident Barak Obamanın da mənsub olduğu Demokrat Partiyasının prezident seçkiləri ərəfəsində respublikaçılarla sərt qarşıdurmaya başlayaraq qanun layihəsinə görə uzun-uzadı müzakirələr açacağı da ağlabatan təsir bağışlamır.
Barak Obama belə diskussiyada və ya qarşıdurmada maraqlı deyil.
Ona görə də qanun layihəsinin qəbul olunması ehtimalı yüksəkdir.
Ən azı, ona görə ki, Helsinki Komissiyası indiyədək daim, sürəkli qaydada ABŞ Dövlət Departamentinin və Ağ Ev administrasiyasının gərəkli saydığı vaxtlarda bəyanatlar verib, qanun layihələri hazırlayıb.
Bu sənədlər heç bir zaman rəsmi Vaşinqtonun müəyyən məkandakı maraqlarına qarşı yönəlməyib.

İndi nə olacaq?

ABŞ-ın Azərbaycanla bütün ticari, iqtisadi, maliyyə əlaqələrinin kəsilməsi mümkün deyil. Qanun layihəsi qəbul olunsa belə, Azərbaycanın təbii qazını və neftini dünya bazarlarına çıxaran marşrutlarla bağlı anlaşmaların, razılaşmaların və müqavilələrin müzakirə predmetinə çevrilməsi mümkün deyil.
Bəhs etdiyimiz sənəd Azərbaycana təzyiq vasitəsidir. Özü də çox kobud, primitiv və idiotcasına hazırlanmış ssenari üzrə.
İfadələr sərt təsir bağışlaya bilər, amma sanksiyalar və ya embarqolar tətbiq etməyə hazırlaşdıqları ölkədə ABŞ-a rəğbətin artacağını, iqtisadi və demokratik inkişafın olacağını, ən başlıcası isə həmin ölkə ilə münasibətlərin yaxşılacağını düşünmək idiotizmdir.
ABŞ İrana qarşı onillərdən bəri çox sərt sanksiyalar tətbiq etdi, embarqoları sıraladı.

Nə oldu? İranda antiamerikanizm gücləndi, Tehran böhranlara yol verməmək, iqtisadiyyatında geriləmənin qarşısını almaq üçün alternativ tərəfdaşlar seçdi və sonucda ABŞ möhkəmlənmək istədiyi Yaxın Şərqdə mövqelərini Avropa ölkələrinə, Çinə, Rusiyaya uduzdu.
Myanmaya onillər ərzində sanksiyalar tətbiq olundu. Bir zamanlar Qərbə meylli siyasət yürüdən rəsmi Ranqun indi Çin və Yaponiyanın təsir dairəsindədir.
Malayziyaya qarşı sanksiyalar oldu - uduzan müəllif, yəni ABŞ oldu.
Siyahını çox uzatmaq olar, amma nə hacət?
ABŞ Konqresi bəhs etdiyimiz qanun layihəsini təsdiqləyərsə və Vaşinqton da Azərbaycana qarşı sanksiyaların tətbiqinə başlarsa, rəsmi Bakının alternativ qismində nəzərdə keçirəcəyi variantlar çoxdur.
Amma o variantlar ABŞ-ın Cənubi Qafqazdakı maraqlarını hansı vəziyyətə salacaq - bunu konqresmenlər düşünməlidirlər.

Elçin Alıoğlu
Milli.Az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor