RSS
 

Login:
Şifrə:
» » "Azərbaycan haqda deyirlər ki, gərək bunu etməyəydi"

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






"Azərbaycan haqda deyirlər ki, gərək bunu etməyəydi"

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-12-2015, 19:57 | Şərh sayı: (0) | Baxılıb: 246

"Azərbaycan haqda deyirlər ki, gərək bunu etməyəydi"


"Azərbaycan haqda deyirlər ki, gərək bunu etməyəydi"


"Dağlıq Qarabağ münaqişəsi regionunda atəşkəs rejimi tez-tez pozulur, hərbi insidentlərin sayı artıb. Hərbi insidentlər zamanı son zamanlar daha ağır silahlardan istifadə olunur. ATƏT MQ həmsədrləri, o cümlədən beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsi regionunda hərbi insidentin pozulmasından xüsusi narahatlığını dəfələrlə bildiriblər".

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloqun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyətdə atəşkəs rejiminin tez-tez pozulması ilə xarakterizə olunur: "ATƏT MQ həmsədrləri rəsmi və ya qeyri-rəsmi bu məsələyə münasibət bildiriblər. Eləcə də beynəlxalq ictimaiyyətin əsasını təşkil edən dövlətlərin nümayəndələri də bu məsələyə tez-tez münasibət bildirirlər. Hamını bir sual düşündürür: Atəşkəsin pozulmasının səbəbkarı Azərbaycan, yoxsa Ermənistandır? Böyük əksəriyyət belə fikirləşir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Ermənistan bu torpaqları işğal edib. Dinc tənzimləmənin sürəti Azərbaycanı qane etmir. Ona görə də Azərbaycan atəşkəs rejimini pozmağa, ağır silahlardan istifadə etməyə məcburdur. Amma gərək bunu etməyəydi".

M.Əhmədoğlu qeyd edib ki, heç bir dövlət Azərbaycanın ərazi bütövlüyünü inkar etmir: "Dinc danışıqlar gec-tez öz bəhrəsini verəcəkdir. Belə düşünənlərin əksəriyyətinin fikrincə, Ermənistan istəyinə çatıb, Dağlıq Qarabağa nəzarət edir, hətta Dağlıq Qarabağ ətrafında təhlükəsizlik zonası yaradıb. Ona görə Ermənistan atəşkəs rejiminin pozulmasında, hərbi intensivliyin artmasında maraqlı ola bilməz. Reallıqda isə bu səhv yanaşmadır. Ermənistan başa düşür ki, bu günə qədər onun əldə etdiklərinin heç bir hüquqi tərtibatı yoxdur. Hal-hazırda Ermənistanın məqsədi hər hansı formada, kiçik məzmunda da olsa bir hüquqi sənəd imzalanmasına nail olmaqdır. Münaqişənin tənzimlənməsi dedikdə, Yenilənmiş Madrid prinsiplərinin reallaşması başa düşülür. Bu Ermənistana sərf etmir. Çünki Yenilənmiş Madrid prinsiplərinin fəlsəfəsi Dağlıq Qarabağ ətrafındakı rayonların dərhal, Dağlıq Qarabağın özünün isə tədricən Azərbaycana qaytarılmasından ibarətdir. Ermənistan bu məzmunda sənəd imzalaya bilməz. Amma hər hansı sənəd imzalanmalıdır".

M.Əhmədoğlu sonra vurğulayıb ki, Ermənistanın anlamındakı sənəd indiki status-kvonun hüquqi baxımından tərtib olunmasından ibarətdir: "Ermənistanın fikrincə, bunun üçün Ermənistan və Azərbaycanın qoşunlarının təmas xəttinin hüquqi status alması məsələsi gündəliyə gətirilməlidir. Ermənistan bu məqsədlə strategiya işləyib hazırlayıb. Bu strategiyanın ən əsas addımı qoşunların təmas xəttini təhlükə mənbəyi kimi daimi olaraq gündəlikdə saxlamaqdır. Bunun üçün isə ən yaxşı metod atəşkəs rejiminin tez-tez pozulmasıdır. Çünki belə məlumatlar mətbuatda asanlıqla yayılır. Beynəlxalq ictimaiyyətin nüfuzlu şəxslərinin diqqətinə daha tez çatır. Atəşkəs rejiminin pozulması ilə bağlı məlumatların yayılması və o məlumatlara beynəlxalq ictimaiyyətin həssaslıq nümayiş etdirməsi yalnız Ermənistanın maraqlarına xidmət edir. Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması da Ermənistanın hazırladığı strategiyanın tərkib hissəsidir. Bu vasitə ilə Ermənistan Azərbaycanla Rusiyanı, Azərbaycanla KTMT-ni qarşı-qarşıya qoymaq istəyirdi. Ermənistan-Azərbaycan sərhədində hərbi insidentlərin tədqiqi maraqlı nəticələr ortalığa qoyur: Dövlət sərhədindəki hərbi insidentlər Ermənistanın KTMT daxilindəki aktivliyi, KTMT baş katibinin Ermənistana səfəri, Ermənistanın KTMT PA-ya və KTMT-nin özünə sədrliyi ilə üst-üstə düşür".

Mərkəz rəhbəri bildirib ki, Ermənistanın öz əməllərini gizlətməsi mümkün deyil: "Çünki daha yeni keyfiyyətli arqument ortalığa çıxdı. Azərbaycan ordusunun fəaliyyəti nəticəsində ermənilər ciddi psixoloji sarsıntı keçirmişlər. Hətta Ermənistan ordusunun psixoloqu və mətbuat xidmətinin rəhbərinə mətbuata çıxmaq qadağan edilmişdi. Lakin Rusiya ilə Türkiyənin münasibətləri gərginləşən kimi Ermənistan ordusu yenidən tam "ekipirovkada" özünü göstərdi. Ermənilər qəfləti hücuma keçib Azərbaycan hərbçisini şəhid etdilər, ikisini yaraladılar. Bu atəşkəs rejiminin pozulmasının əsas müəllifinin Ermənistan olduğunu nümayiş etdirən aydın misaldır. ATƏT MQ-nin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində və bu iki ölkənin sərhədindəki hərbi insidentləri, bu insidentlərin tədqiqi mexanizmini daim aktuallaşdırması Ermənistanın strategiyasının digər tərkib hissəsidir. ATƏT MQ tənzimləmə imitasiyası yaratmaqda Ermənistana kömək edəcəyi barədə öhdəliyinə bu günədək sadiqdir".



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor