RSS
 

Login:
Şifrə:
» » Şərab-pisliklərin açarı

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Şərab-pisliklərin açarı

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-12-2015, 16:02 | Şərh sayı: (0) | Baxılıb: 1917

Şərab-pisliklərin açarı


Şərab-pisliklərin açarı


İslamın tə`lim-tərbiyə sistemində tərk edilməsi vacib buyurulan əsas məsələlərdən biri şərabdır. Şərab ərəb sözü olub, içki mə`nasını ifadə edir. Lakin bir termin kimi, şərab dedikdə məstedici içkilər nəzərdə tutulur. Biz bu kiçik yazıda öncə şərabın insan həyatına vurduğu ziyanlardan söhbət açacaq, sonra isə məsələni Quran və şəriət baxımından izah etməyə çalışacağıq.
Şərabın ziyanları
Şərab məsələsi müasir dünyamızda çox ciddi problemə çevirilmişdir. Sağlam və xoşbəxt həyat üçün böyük təhlükə hesab olunan bu problem hələ qədim zamanlardan bu günümüzə qədər çoxlu fəlakətlərin əsas səbəbkarı olmaqda davam edir. Şərab və keyfiyyətindən asılı olmayaraq bütün məstedici içkilər insan həyatının heç bir sahəsində tə`sirsiz olmamış, onun ailə-məişət, mədəni-maarif, sosial-iqtisadi və digər bütün sahələrində öz dərin tə`sirini buraxmışdır.
Spirtli içkilər insanda müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bu saysız-hesabsız xəstəliklərə misal olaraq beyin hüceyrələrinin və neytronların passivliyini, ürəkdə qan dövranının pozulmasını, bə`zi damarların partlaması və qan laxtalanmasını, mə`də və bağırsaqlarda yaranan anormallıqları qeyd etmək olar. Bə`zən bunlar xərçəng xəstəliyi və bədənin iflic vəziyyətinə düşməsi ilə nəticələnir.
Spirtli içkilərin acı tə`siri özünü pisixi xəstəliklərdə də göstərir. Sərxoş vəziyyətdə insan ağlının fəaliyyətdən düşməsi heç kimə sirr deyil. İnsan şərab içməklə özünün ağıl qüvvəsini əldən verir. Bu isə tədricən yaddaşın pozulmasına, ağıl və şüurun itməsinə səbəb olur, ruhi və pisixi xəstəliklərə gətirib çıxarır. İngiltərədə müxtəlif səbəblər üzündən ağlını itirənlərin sayı 53 nəfər olduğu halda, təkcə spirtli içkilər vastəsiylə bu xəstəliyə tutulanlar 2249 nəfərə çatmışdır. ABŞ ruhi xəstəxanalarında xəstələrin 86%-i məhz spirtli içkilər üzündən ruhi xəstəliyə düçar olmuşlar. Bu ölkədə bir ildə ruhi xəstəliklərdən ölənlərin sayı, 2-ci dünya müharibəsində həmin ölkənin həlak olmuş vətəndaşlarının sayından iki dəfə artıq olmuşdur. Onlar əsasən, şərab və siqaretin tə`siri ilə ruhi xəstəliyə tutulmuş insanlardır.
Fransalı alimlərin araşdırmaları nəticəsində 200 min nəfərin spirtli içkilər vastəsilə pisixi xəstəliyə tutulmaları mə`lum olmuşdur.
Məstedici içkilərin insan ömründə də mənfi tə`siri vardır. Normal insan ömrü 60 ildən az olmadığı halda şəraba aludə olanların orta ömür müddətləri 35-50 arasındadır. "Ömrün sığortası" kompaniyasının apardığı tədqiqatlardan aydın olmuşdur ki, şərab içənlərin ömür müddətləri başqalarından 25-30% qısa olur.
Şərabın mənfi tə`siri insanın üç nəslinə qədər davam edə bilər. Körpənin nütfəsi bağlanan zaman əgər ata–anadan hər hansı biri sərxoş olarsa, spirtli içkilərin 35% mənfi tə`siri övlada keçir. Əgər onların hər ikisi sərxoş olarlarsa, bu tə`sir 100%-ə çatır.
Ağıl və düşüncələri zəif olan uşaqların 75%-i spirtli içkilər qəbul edən valideyinlərin övladlarıdır.

Övladlarımızın qanını içməyək!
Yazının bu yerində oxucuların diqqətini bir müddət öncə Rusiya televizya kanallarının birində nümayiş etdirilən bir verilişə cəlb etmək istəyirik. Bu verilişdə ata və analarının sərxoş olduqlarına görə ölü doğulmuş və ya şikəst və anormal doğularaq ölmüş uşaqlar göstərilirdi. İri kolbalarda yerləşdirilmiş həmin körpə cəsədləri müxtəlif yerlərdə nümayiş etdirilir və şərabın acı tə`sirləri izah olunurdu.
Bəli, insan şərab içməklə həm də övladının qanını içmiş olur. İnsan şərab içməklə öz ailəsinin həyatını və öz gələcəyini içmiş olur. Görəsən ölü doğulan və ya anormal doğulub ölən mə`sum körpələrin nə günahı vardır?! Beşik üzü görmədən torpağa gömülən bu körpələr hansı günahlarına görə öldürülmüşlər?! Görəsən günbəgün şərabın istehsalını artırıb, rəngarəng reklamlarla onu təbliğ edən möhtəkirlər öz vicdanlarını nə ilə qane edirlər?!
Məstedici içkilər ailə münasibətlərinə ciddi zərbə vurur, həyat yoldaşı və övladlara qarşı olan məhəbbəti azaldır. Bunun ardınca isə müxtəlif acı hadisələr - boşanmalar, övladın buraxılması və hətta qətllər baş verir. Sərxoş adam üçün övladı öldürməklə bir milçəyi öldürmək arasında çox fərq yoxdur. O, ən adi bir iş üçün bir anın içində qəzəblənə və ağlagəlməz hadisələr törədə bilər.
Bunlardan əlavə şərabın iqtisadi ziyanları da vardır. Bu ziyanlar insanın həm fərdi, həm də ictimai həyatına şamil olur. Şəraba aludə insanın ailə və uşaqlarının ehtiyacı onun üçün çox da əhəmiyyət kəsb etmir. Onu daha çox şərab - damarlarına işləyən bu mənfur vərdiş düşündürür.
Spirtli içkilər hər il Fransa büdcəsinə 137 milyon frank ziyan vurur. İngiltərədə spirtli içkilərə görə işə çıxmayanların vurduğu ziyan ildə 50 milyon dollara çatır. Bununla isə minlərlə uşaq bağçası, məktəb və xəstəxana tikdirmək olar. Bu pullarla milyonlarla yetimi sevindirmək, pulsuzluq ucbatından işləməyə məcbur olan uşaqlara təhsil imkanı yaratmaq olar.
Niyon şəhəri Tibb universtetinin göstərdiyi staristikaya görə, 1961-ci ildə ümumi qətllərin 50%-i, yaralama və fiziki xəsarətlərin 77,8%-i, oğurluqların 88,5%-i və cinsi cinayətlərin 88,8%-i məhz spirtli içkilərin tə`siri ilə olmuşdur.
Göründüyü kimi, bugünkü bütün elmi-texnoloji nailiyyətlərə baxmayaraq bəşər, hələ də düzgün yaşamaq yolunu tapmamışdır. Bu gün cinayət və xəstəliklərin sayı şərabxanaların sayı ilə düz mütənasibdir. Bir alim belə deyir:
"Əgər dövlətlər öhdələrinə götürsəydilər... şərabxanaların yarısını bağlamaqla, xəstəxana və müalicə mərkəzlərinin yarısını bağlamış olardılar".
Əgər spirtli içkilərə qarşı ümumi tədbirlərə başlanılsa, bəşəriyyətin gələcəyi üçün böyük işlər görmək olar. Lakin unutmaq lazım deyil ki, şərab, həm də millətləri istismar etmək üçün əlverişli vasitədir. Çünki, şəraba aludə olan cəmiyyətlər öz azadlıqları və hətta adi insan hüquqları barədə belə düşünməyə qadir olmurlar.
Qur`anda şərab
İslam dinində bə`zi hökmlər tədricən bəyan olunmuşdur. Buna səbəb cəmiyyətin buna hazır olmamasıdır. Şərab içməyin qadağan olunması hökmü də bu qəbildəndir.
İslamdan əvvəl, yə`ni cahiliyyət dövründə ərəblərin üç şeyə güclü meyli olmuşdur: Şe`r, şərab, döyüş. Şərab içmək onlar üçün fəxr və üstünlük hesab olunurdu. Bundan əlavə onların gəlirlərinin bir hissəsi şərab istehsalı və onun ticarəti ilə tə`min olunurdu. Elə buna görə də, şərab Qur`ani–kərimdə dörd mərhələylə haram buyurulmuşdur. Bu barədə ilk ayə Məkkədə nazil olmuş Nəhl surəsinin 67-ci ayəsidir. Bu ayədə Allah taala şərabı "gözəl ruzi"nin qarşı tərəfi kimi göstərərək məzəmmət etmişdir. Ayədə deyilir:
"Xurma və üzüm ağaclarının meyvələrindən məstedici şərab və gözəl ruzi çəkirsiniz".
Digər ayələr müsəlmanların Mədinəyə hicrətindən sonra nazil olmuşdur. Nisa surəsinin 43-cü ayəsində Allah taala məst halda qılınan namazın məqbul sayılmadığını bildirdi:
"Ey müsəlmanlar! Nə dediyiklərinizi bilənə kimi, məst halda namaza yaxınlaşmayın!"
Ayənin yalnız namaza aid olmasına baxmayaraq, onda bir növ məzəmmət və ikrah hissi də yatmışdır. "Nə dediklərinizi bilənə kimi" ifadəsindən mə`lum olur ki, məst və sərxoş insan dediklərini anlamır və danışdığı sözlərin fərqinə varmır. Bu isə, heç şübhəsiz ki, normal insan üçün böyük qəbahət və eyib sayılır.
Şərabın pis və bəyənilməz iş olması barədə nazil olan üçuncü ayə Bəqərə surəsinin 219-cu ayəsidir. Bu ayə şərab və qumar barəsində Peyğəmbərə (s) verilən sullara cavab olaraq nazil olmuşdur:
"Ey Peyğəmbər! Səndən şərab və qumar haqqında soruşurlar. De ki, onlarda böyük ziyan və insanlar üçün (maddi) mənfəət vardır. Lakin ziyanları mənfətlərindən daha artıqdır".
Göründüyü kimi Allah taala bu ayədə şərabın şəriət baxımından eyib sayıldığını vurğulayıb, onun qəti surətdə haram olunmasına zəmin hazırlamışdir. Müsəlmanların bə`ziləri heç zaman şərab içməmişdilər. Bə`ziləri isə bu ayələrdən sonra şərabdan çəkindilər. Amma, bə`zi müsəlmanlar hələ də şərab içir və köhnə vərdişlərini davam etdirirdilər. Bə`zən bu qruplar arasında mübahisələr yaranır, bə`ziləri şərabın haram, bə`ziləri isə halal olduğunu söyləyirdilər. Onlar Peyğəmbərin (s) yanına gəlib bu barədə daha açıq və aydın hökm istədilər. Bu zaman Maidə surəsinin 90-91-ci ayələri nazil oldu:
"Ey" müsəlmanlar! Həqiqətən şərab, qumar, bütlər və əzlam (Cahiliyyət dövründə geniş yayılmış bəxt oyunu) Şeytan əməli olan çirkin və murdar işlərdirlər. Öz səadət və qurtuluşunuz üçün onlardan çəkinin. Şeytan şərab və qumar vastəsilə sizin aranızda ədavət və düşmənçilik yaratmaq, sizi Allahın zikrindən çəkindirmək istəyir. (Bütün bu açıqlamardan sonra ) Siz (şərab və qumardan) çəkinməyəcəksinizmi?!
Bu ayə ilə şərab içmək qəti surətdə haram buyruldu, onun çirkin iş və şeytan əməli olduğu göstərildi. O zamandan e`tibarən qiyamətə qədər Allaha və Peyğəmbərə imanı olan bütün insanlara şərab içmək qadağan olunmuşdur.
Diqqət yetirmək lazımdır ki, qeyd olunan ayələr bütün məstedici və spirtli içkilərin haram olmasını bildirir. Belə ki, onların az və ya çox, xalis və ya qarışıq olmaları, habelə insana tə`sir göstərib–göstərməmələri arasında heç bir fərq yoxdur.

Şərab məsələsi hədislərdə
Həzrət Məhəmməd peyğəmbər (s) buyurmuşdur:
"Şərab içən şəxs Qiyamət günü üzü qara, ağzı əyilmiş, dili ağzından çölə çıxmış və susuzluqdan fəryad edən halda məhşərə gələcəkdir. Ona zinakarların çirki axıb tökülən quyudan su içirdəcəklər".
Peyğəmbər (s) başqa bir hədisdə buyurur:
"Allah şərabla əlaqədar 10 adamı lənətləmişdir:
(Şərab çəkmək məqsədi ilə) Üzüm kolu əkəni, onu qoruyanı, üzümü sıxıb suyunu çıxardanı, onu satanı, pulla alanı, pulunu əldə edəni, onu daşıyanı, daşıyanlardan təhvil alanı, camlara süzəni və onu içəni".
İmam Sadiq (ə) buyurmuşdur:
"Şərab içmək bütpərəstlik kimidir. Şərab bütün günahların köküdür".
Həzrət Əlidən soruşdular:
"Siz şərab içməyi oğurluq və zinadan da pis hesab edirsiniz?"
Buyurdu:
"Bəli, zina edən şəxs ola bilsin ki, başqa günahları etməsin, lakin, şərab içən şəxs zina da edər, adam da öldürər, namazı da tərk edər"
Göründüyü kimi, şərab həm dini, həm tibbi, həm maddi-mənəvi, həm əxlaqi, həm də ictimai-siyasi cəhətdən zərərlidir. Gəlin, bu təhlükəli vərdişlə dünya və axirətimizi viran qoymayaq. Gəlin, insanların göz yaşlarına bais olmayaq. Gəlin, Allahın pak ne`mətlərini murdarlayıb, zəhərə çevirməyək. Qoy dünyamız gülüstana çevrilsin!



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor