FƏQİHLƏRİN BƏYANATLARI |
Müəllif: hizbuallah | Bölmə: Məqalələr | Vaxt: 23-09-2013, 19:13 | Şərh sayı: (0) | Baxılıb: 1337
FƏQİHLƏRİN BƏYANATLARI
Mərhum Ayətullah Ağa Seyid Əbülhəsən İsfəhaninin “Zəxirətul-ibad” kitabında yazılır:
Sual: İnsanın çəkinməli olduğu kəbirə sayılan günahları bəyan edin.
Cavab: Əllamə Hilli (r) “Qəvaid” və “Təhrir” kitablarında buyurur ki, müqabilində od və`d olunmuş günahlar kəbirə günahlardır.
Şeyx Təbərsi “Məcməul-bəyan” təfsirində səhabələrə əsaslanaraq bildirir ki, bütün günahlar özündən aşağı günaha münasibətdə kəbirə günahdır. Məsələn, naməhrəm qadını öpmək zinaya münasibətdə kiçik, ona baxmağa münasibətdə böyük günahdır.
Müxtəlif alimlərin rə`yinə əsasən, yetmiş yeddi kəbirə günah var. (Onlardan bə`zilərinin kəbirə olması qəbul edilmir): Xalqı azdırmaq, yalan, Allaha iftira, günahsızı öldürmək, yer üzündə fəsad, zülm, zalıma güvənmək, zalıma kömək, təkəbbür, namaz qılmamaq, zəkat ödəməmək, cihada getməmək, cihada gedənlərə mane olmaq, cihaddan qaçmaq, yetimin malını yemək, Allahın mərhəmətinə ümidsizlik, özünü Allahın qəzəbindən amanda bilmək, Qur`an hökmündən fərqli hökmlərə riayət etmək, gücü çatanın Həccə getməməsi, fitnəkarlıq, insanların arasını vurmaq, şərab içmək, ağvalideynlik, Qur`anın təkzibi kimi küfrə yol vermək, Allahа münasibətdə şirk, nifaq, Qur`an ayələrinin inkarı, Allahla düşmənçilik, peyğəmbərlə müxalifətçilik, məadın inkarı, məadın cismaniliyinin inkarı, dinin zəruri hökmlərinin inkarı, Allahın zikrindən üz çevirmək, Məkkədə, Məscidül-həramda zülm etmək, məscidə gedənlərin qarşısını kəsmək, pak qadını zinada suçlamaq, pak insanı həmcinsbazlıqda suçlamaq, möminlərə istehza, çirkin işlər, əhdi pozmaq, andı pozmaq, zina, həmcinsbazlıq, ğina (haram musiqi), qumar, dəf çalmaq, qadının qadınla həmcinsbazlığı, yalan and, yalan şəhadət, Kə`bəyə hörmətsizlik, Məkkəyə daxil olmaq istəyənin ehramı tərk etməsi, oğurluq, alim olmayan yerə getmək, ölmüş heyvanın ətini yemək, donuz əti yemək, Allahdan qeyrisinin adına kəsilmiş heyvanın ətini yemək, haram mal qazanmaq, ölçüdə və çəkidə əskiltmək, şəri üzr olmadan xalqın haqqını yubatmaq, israf, yersiz xərc, xəyanət, ləhvə (mə`nasız işlərə) məşğulluq, “lə’bə” (faydasız işlərə) məşğulluq, kiçik günahların davamı, bir-birinə haram olan qadınla kişinin bir-birinə toxunması, dəyyusluq, yə`ni insanın öz zövcəsini başqalarının ixtiyarına verməsi, söz gəzdirmək, yaxınlarla rabitəni kəsmək, peyğəmbərə iftira, müsəlmanı haqsız yerə vurmaq, şəhadəti gizlətmək, müsəlmandan zalıma şikayət etmək, şəri dəlil olmadan həcci təxirə salmaq, kişinin öz zövcəsinə “mənə ana kimi oldun” deməsi (zihar), yol kəsmək, yəni quldurluq.
“Məfatihul-hidayə” və “Mişkatul-vilayə” kitab-larında mərhum Hacı Mirzə Hüseyn Şəhristanin “Üsuli-din” kitabından altımış kəbirə günah zikr olunur: namazı tərk etmək (namaz qılmamaq), zəkat verməmək, xüms verməmək, Həcci tərk etmək (ölən vaxt ona “yəhudi və ya məsihi dinində öl” deyilər), mübarək ramazan ayı orucunun tərki, Allah bəndələrinə zülm və zalıma kömək (zalımlar qarşısında təvazö), şərab və istənilən məstedici bir şey içmək, haqsız yerə adam öldürmək, livat (bu günah zinadan da pisdir; bu günaha görə qətl və ya odda yandırılma nəzərdə tutulub), zina, sələm yemək, qeybət etmək və qeybəti dinləyib qarşısını almamaq, yalan danışmaq, ğina, mütrib musiqiləri dinləmək (ney, tənbur, dəf kimi ləhv alətlərindən istifadə haramdır), əskik satmaq, saqqalı qırxmaq (rəvayətlərdə nəql olunur ki, saqqal qırxmaq səbəbindən bir qövm məsx oldu; saqqal qırxmaq məcusi padşahların xislətidir; girami İslam Peyğəmbəri (s) bunu qadağan etmişdir), özü ölmüş və ya şəri qaydada kəsilməmiş heyvanın ətindən yemək (donuz kimi murdar heyvanın və ya dovşan kimi əti haram olan heyvanın ətindən yemək, ağvalideynlik, haqsız yerə şəhadət, qumarbazlıq (uduş biletlərindən istifadə, şəhadət veriləsi yerdə şəhadəti gizləmək, pak qadını zinada suçlamaq, yalan and (yalan and ömrü qısaldır, evi viran qoyur,) xəyanət və hiyləgərliklə xalqın malını yemək (məsələn, südə su qatmaq), din qardaşlarına münasibətdə təkəbbür, israfçılıq, cihaddan qaçmaq, Allah-tәalanın mərhəmətindən ümidsizlik özünü Allahın əzabından amanda bilmək, kişinin ipək libas geyməsi (savaş meydanı istisnadır), kişilərin qızıl libas geyib, qızıl üzük taxması, qızıl və gümüş qabdan yemək üçün istifadə, söz gəzdirmək (xalqın arasında ixtilaf yaratmaq), nəziri, əhdi, andı pozmaq, heyz və nifas halında zövcə ilə yaxınlıq, arvadın ərin haqlarını, ərin arvadın haqlarını pozması, ibadətdə riya (xalqın diqqətini cəlb etmək üçün ibadət), elmi mübahisələrdə həqiqəti qəbul etməyib әks mövqe tutmaq, qadının kişi libası geyməsi (eləcə də kişinin qadın libası geyməsi), rüşvət vermək, haqqı pozaraq rüşvət almaq (mə`murların zülmündən qaçmaq üçün rüşvət verməyin eybi yoxdur; məsələn, Seyyidüş-şühəda zyarətçilərinin gömrükdən keçməsi üçün rüşvət verməyin eybi yoxdur), Qur`anın ziddinə hökm çıxarmaq, yaxınlarla əlaqəni kəsmək (bu, ömrü qısaldır), sehr-cadu, cinlərin və ruhların ram edilməsi, heykəltəraşlıq, şərtlər ödəndiyi bir halda yaxşılığa də`vət və pislikdən çəkindirməkdən vaz keçmək, vəsiyyət edənin icazəsi olmadan vəsiyyətnaməni dəyişmək, şəri icazə olmadan vəqfi dəyişmək, məscidi, Qur`anı, Seyyidüş-şühəda türbətini murdarlamaq, məsciddə cənabət, heyz və nifas halında oturmaq (Məscidül-həram və ya Peyğəmbər məscidindən ötüb keçmək), murdar və ya murdarlanmışı paklamadan istifadə, heyvanla cinsi yaxınlıq, istimina (insanın özündən spеrmа xaric etməsi; bu çox zərərlidir), müsəlmanın qəbrini murdarlamaq, dəstəmazsız və ya cənabət halında Qur`ana toxunmaq (qadının heyz və nifas halında Qur`ana toxunması), cənabət, heyz və nifas halında Qur`аnın vacib səcdəli surələrini oxumaq, səbəbsiz yerə vacib namazı pozmaq, müctəhidin hökmünü rədd etmək (bu, Allaha qarşı şirk kimidir), əti haram heyvanın südündən və ya yumurtasından istifadə (əti halal heyvanların cinsiyyәt üzvlәrindәn istifadə), torpaq yemək (şəfa tapmaq məqsədi ilə Seyyidüş-şühəda türbətindən istifadə olar), naməhrəm qadının bədəninə və ya saçına baxmaq.
Əlbbəttə ki, haramlar və günahlar çoxdur. Onların hamısını sadalamaq imkanımız yoxdur. Müəyyən kitablarda bu mövzu geniş açıqlanmışdır.
Mərhum Molla Məhəmməd Baqir Məclisi (r) buyurur: “Atam mərhum Molla Məhəmməd Təqi Məclisi bə`zi kitablarında hədislərə əsaslanaraq kəbirə günahları iki qrupa bölür. Birinci qrupa qəti kəbirə günahlar daxildir. Allaha münasibətdə şirk, Allahın mərhəmətindən ümidsizlik, Allahın qəzəbindən özünü amanda bilmək, günahsızı öldürmək, ağvalideynlik, mö`min kişi və qadını zinada suçlamaq, yetimin malını haqsız yemək, cihad cəbhəsindən qaçmaq, sələmçilik, sehr-cadu, kahinlik, zina, livat, oğurluq (xüsusi ilə qənimətdən), yalan and, namaz, oruc və zəkat kimi vacib əmrlərin tərki, güc çatan halda həccə getməmək, yersiz şəhadət və şəhadəti gizləmək, mәstеdici içkilər içmək, müqaviləni pozmaq, Allah və insanlarla əhdi pozmaq, yaxınlarla əlaqəni kəsmək, hicrətdən sonra geri dönmək, Allaha, onun rəsuluna və mə`sum imamlara iftira, qeybət, böhtan. İkinci qrupa isə ehtimal olunan kəbirə günahlar daxildir. Müstəhəb işlərin tərki, ehtiyac duyulmadığı halda susuz yolçuları sudan məhrum etmək, sidiyə münasibətdə ehtiyatsızlıq, ata-ananın təhqiri üçün şərait yaratmaq, vəsiyyəti pozmaq Allahın qəzavü-qədərinə qarşı çıxmaq, Allahın müqəddəratına e`tiraz, təkəbbür, həsəd, mö`minlərlə düşmənçilik, Məkkə və Mədinə hərəmlərində mülhidlik, söz gəzdirmək, haqsız yerə mö`minin bәdәn üzvünü kəsmək, ölmüş və murdar heyvan ətindən yemək, kiçik günahın davamı, pisliyə də`vət və yaxşılıqdan çəkindirmək, yalan və və`də-xilaflıq, xəyanət, mö`minə lə`nət, mö`mini alçatmaq, mö`mini incitmək, xidmətçini layiq olduğundan artıq vurmaq, haqqı çatana su verməmək, yol kəsmək, ailəni sıxıntıya salmaq, təəssüb, zülm, həqiqət qarşısında bəhanə (dığallıq), ikiüzlülük, mö`mini alçaltmaq, mö`mində eyb axtarmaq, mö`mini məzəmmət etmək, mö`minə qarşı iftira, mö`mini lə`nətləmək, mö`minə münasibətdə bәdgümаnlıq, mö`mini qorxutmaq, ölçünü və çəkini əskiltmək, yaxşılığa də`vət və pislikdən çəkindirmənin tərki, günahkarlarla bir məclisdə (xüsusilə şərab məclisində) oturmaq, dində bid`ət, bid`ətçi ilə yoldaşlıq, günahı kiçik saymaq, qumarbazlıq, haram yemək.
Mərhum şəhid buyurur: “Şəriətdə hədd qoyulmuş, əzab və`di verilmiş hər bir günah kəbirə günahdır. Məsələn, Allaha münasibətdə şirk, haqsız qətl, livat, zina, cihad meydanından qaçmaq, sehr-cadu, sələmçilik, pak qadını zinada suçlamaq, yetimin malını yemək, haqsız qeybət, yalan and, haqsız şəhadət, şərabxorluq, Kə`bəyə hörmətsizlik, oğurluq, müqаviləni pozmaq, hicrətdən sonra qayıdış, Allahın mərhəmətindən ümidsizlik, özünü Allahın əzabından amanda bilmək, ağvalideynlik.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər