RSS
 

Login:
Şifrə:
» » Peyğəmbər (s)-in Abdullah İbni Məsuda nəsihətləri

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Peyğəmbər (s)-in Abdullah İbni Məsuda nəsihətləri

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 27-09-2015, 20:49 | Şərh sayı: (0) | Baxılıb: 506

Peyğəmbər (s)-in Abdullah İbni Məsuda nəsihətləri


Peyğəmbər (s)-in Abdullah İbni Məsuda nəsihətləri


Abdullah ibn Məsud deyir: Günlərin birində səhabələrdən beş nəfərlə – şiddətli qıtlığa düçar olduğumuz halda, – həzrət Peyğəmbər (s)-in hüzuruna gedib, ərz etdik: "Ya Rəsuləllah! Bu qıtlıq nə vaxta qədər davam edəcəkdir?” Həzrət buyurdu:
1-Diri olduğumuz vaxta qədər! Həmişə Allaha şükür etmək lazımdır; çünki mən səmavi kitabları oxumuşam, lakin orada səbir edənlərdən başqa bir kimsənin behiştə daxil olacağını görməmişəm.
2-Onlar Allaha itaət etmək və günahdan çəkinmək müqabilində səbir edir, halal mal qazanır, mötədilliklə xərc edir və öz xərclərinin çoxunu Allah yolunda sərf edirlər, nicat tapanlar və əməli saleh olan şəxslər, məhz onlardır!
3-Onlar vüqar və düşüncə sahibi, mülayimliklə rəftar edənlər, ibrət götürənlər, təqvalılar, (insanlara) yaxşılıq edənlər, İslam düşmənləri ilə Allah xatirinə düşmənçilik edənlər, əmanətə xəyanət etməyənlər, haqq yardımçıları və (onlara) pislik edənləri bağışlayanlardır.
4-Onlar bəlaya (və müsibətə) düçar olduqda dözümlü olur, nemət əldə etdikləri zaman şükür edir, düz danışır və verdikləri vədə xilaf çıxmırlar. Onlardan bir səhv və xata baş verdikdə, dərhal tövbə edir, yaxşı bir əməl yerinə yetirdikdə isə sevinirlər. Gecələri öz Rəbblərinə itaət etmək üçün namaza qalxıb, səcdə edirlər. Allaha and olsun ki, nicat tapanlar, məhz onlardır!
5-(İndi isə) Allahın buyuruğuna qulaq as: "Əgər insanların hamısı eyni səviyyədə olsaydılar, kafirlərin evlərini ləl-cəvahir, qızıl və gümüşlə bəzəyər, evləri üçün müxtəlif qapılar qərar verərdim... Lakin bunların hamısı dünya malıdır və Allah yanında olan axirət aləmi təqvalılar üçündür... Hər kəs axirəti abad etmək əzmində olub, onun üçün çalışsa və imanlı olsa, onun səyi və çalışması təqdirəlayiqdir.”
6-Behşit arzusunda olanlar yaxşı əməllər yerinə yetirmək üçün tələsir, cəhənnəm əzabından qoxur, ehtirası və nəfsin istəklərini tərk edir, maddi ləzzətlərdən üz çevirir və ölümün intizarında olurlar. Zahidlər üçün dünya müsibətləri asan olur.
7-Musa Allah ilə həmsöhbət seçiləndə, arıqlıqdan qarnı belinə yapışmışdı. O, Mədyən şəhərinin arxasında bir divarın kölgəsinə sığındığı zaman Allahdan yalnız aclığını qaldıracaq miqdarda yemək istədi. Əgər Davud peyğəmbərdən söhbət etməyimi istəyirsənsə, bil ki, o, Allahın yer üzündəki xəlifəsi idi. Onun paltarı yundan, yeməyi isə təkcə arpa çörəyindən ibarət idi.
8-Əgər Nuh peyğəmbərdən danışmağımı istəyirsənsə, bil ki, o, doqquz yüz əlli il ərzində camaatı Allaha doğru çağırdı, sübh yaşamağa, gecə isə sübh etməsinə ümidi yox idi. Paltarı yundan, yeməyi arpa çörəyindən ibarət idi. Süleyman peyğəmbərin hökmranlıq etməsinə baxmayaraq, özü arpa çörəyi yeyir, camaata isə ağ buğda çörəyi verirdi. Gecələri Allahla raz-niyaz və münacatla keçirir, əllərini boynuna bağlayıb, sübhə qədər ibadət edirdi.
9-İbrahim peyğəmbərin də paltarı yundan, çörəyi isə arpadan idi. Yəhya peyğəmbərin paltarı xurma lifindən toxunmuşdur, yeməyi isə ağac yarpaqlarından idi. İsa ibn Məryəmin həyatı isə qəribə idi. O, belə demişdir: "Göyərti yeməyim, paltarım yundandır, gecə vaxtları çırağım isə ayın işığıdır. Günlər ötüb keçir, lakin dünya malından heç bir şeyim olmayan halda, yer üzündə məndən ehtiyacsız kimsə yoxdur.”
10-Peyğəmbərlər Allahın düşməni ilə düşmən idilər; Onun bəyənmədiyi şeyləri bəyənmir, onlara qarşı rəğbət bəsləmir və Allahın kiçik saydığı şeylərə də kiçik gözlə baxırdılar.
11-Allah-taala onları Öz kitabında tərifləmiş və Nuh peyğəmbər barəsində buyurmuşdur: "O, şükür edən bir bəndə idi.” İbrahim (ə) haqqında buyurulur: "Allah İbrahimi Özünə dost seçdi.” Davud (ə) barəsində buyurmuşdur: "Səni yer üzündə Öz xəlifəm qərar verdim.” Musa (ə) barəsində buyurmuşdur: "Allah Musa ilə söhbət etdi.” Həmçinin buyurmuşdur: "Mən onu insanlar arasından seçib, Özümə yaxın etdim.” Yəhya (ə) barəsində buyurmuşdur: "Ona uşaqlıqda hökm (hikmət) verdik.” İsa (ə) haqqında buyurmuşdur: "Ey İsa! Sənə və anana verdiyim neməti yada sal, o zaman ki, sənə Ruhul-qudusun vasitəsilə kömək etdim, beşikdə ikən insanlarla danışdın. Sən Mənim iznimlə palçıqdan bir quş surəti düzəldib, öz nəfəsini ona üfürürdün və o da quş olurdu.”
Allah-taala buyurur: "Peyğəmbərlər yaxşılıqlara doğru tələsdilər. Onlar ürəklərində həm qorxu, həm də ümid olduqları halda Bizi çağırır və Bizim müqabilimizdə təvazökarlıqla itaət edirdilər.”
12-Günah əməllərə qurşanan şəxsləri cəhənnəm odu, haram və günah işləri tərk edənləri isə behişt gözləyir. Sənə zahid olmağı (dünya malına məftun olmamağı) və dünyanı tərk etməyi tövsiyə edirəm, çünki Allah-taala onun vasitəsilə mələklərə fəxr edir və onların vasitəsilə sənə nəzər edib, salam göndərir. Məndən sonra elə insanlar gələr ki, ləzzətli yeməklər yeyər, sürətli miniklərə minər, özlərini, qadınların ərləri üçün bəzəndikləri şeylərlə bəzəyər, şərab içər, qumar oynayar, nəfsi istəklərə, maddi ləzzətlərə çulğalaşar, camaat namazını tərk edər, gündəlik və gecə namazlarının vaxtında yatar və gecələri dünyəvi ləzzətlər ardınca gedərlər. Allah-taala buyurur: "Özlərindən sonra namazlarını zay edən və nəfsani istəklər (ehtiraslar) ardınca düşən bir nəsil qoyub getdilər. Onlar azğın və əzaba düçar olan şəxslərdir.”
13-Dünyada maddi ləzzətlər və nemətlər içərisində yaşayıb nəfsin istəklərinə uyanların – axirət aləmində əbədi cəhənnəm odunda yanacaqları halda – onlardan bu dünyada bəhrələnməklərinin nə xeyri vardır?! Onlar böyük evlər və saraylar tikər, məscidləri zinət kimi saxlayar, qarın və qadın düşgünü olarlar, dünya malından başqa heç nə fikirləşməz, yediklərinin halal, yoxsa haram olmasına fikir verməzlər. Onlar məhz zəlalətdə olanlardır. İslam zühur edən ilk çağlarda qərib idi, gələcəkdə də qərib olacaqdır. Buna əsasən, behişt və əbədi səadət qərib olanlar üçündür.
14-Allahdan başqa heç kimdən, heç bir şeydən qorxma. Allah-taala buyurur: "Hər yerdə – (hətta) möhkəm və uca qalalarda olsanız belə, ölüm sorağınıza gələcəkdir. Hər kəs elmi dünya məqsədlərinə çatmaq üçün öyrənib, dünya məhəbbətini və zinətlərini ondan üstün tutsa, Allahın qəzəbinə düçar olar.” Buna görə də onların yeri cəhənnəmin ən aşağı mərtəbəsindədir.
15-Allah-taala elmi öyrənib, ona əməl etməyənləri qiyamətə kor halda gətirər. Bu dünyada da onların ruzisinin xeyir-bərəkətini alar, özbaşına buraxar, nəhayət həlak olarlar. Allahla görüşə ümidvar olanlar saleh əməllər yerinə yetirməli və ibadətdə heç bir kəsi Allaha şərik qoşmamalıdır.
16-Pak, zahid və əməli saleh olan şəxslərlə yoldaşlıq et; çünki Allah-taala buyurur: "Pərhizkarlar müstəsna olmaqla, bu dünya dostları axirətdə bir-birlərinin düşmənləridir.”
17-Allahdan qorxmağı və təqvalı olmağı sənə tövsiyə edirəm! Allah-taala (həqiqi möminlər və təqvalılar barədə) buyurur: "Allah onlardan, onlar da Allahdan razıdırlar.” Bu məqama çatanlar yalnız Allahdan qorxub təqvalı olanlardır.
18-Xeyri olmayan şeyləri boşla və xeyri olan şeylərin ardınca get. Allah-taala belə buyurmuşdur: "O gündə (qiyamətdə) hər bir şəxs üçün məşğul olacağı bir iş (giriftarçılıq) vardır.” Öz ailə-uşaqlarına və qohum-əqrəbana xatir günah işlərlə məşğul olmaqdan və Allaha qarşı itaətsizlik etməkdən həzər et.
19-Haram yeməkdən, dünya və onun cah-cəlalından, ləzzət və şəhvətlərindən uzaq ol!
20-Quran oxuyan zaman əmr və nəhy edən ayələrə çatdıqda, onun haqqında diqqətlə fikirləşib, ibrət dərsi al. Quranın nəhyi səni günahı tərk etməyə, əmri isə yaxşı əməllər görməyə dəvət edir.
21-Heç bir günahı kiçik sayma və böyük günahları tərk et. İnsan qiyamətdə günahlarına baxanda, gözündən yaş əvəzinə qan və çirk gələr.
22-Sənə "Allahdan qorx!” – deyiləndə qəzəblənmə. Arzularını azalt, qəlbini yalnız Allaha bağla; çünki Allah, Onunla görüşü arzulayanları çox sevir və görüşü məkruh olan (bəyənilməyən) şəxslərin görüşünə getməyi bəyənmir.
23-Böyük saraylar, qəsrlər tikmək və bağ-bostan əldə etmək fikrində olma, çünki Allah-taala buyurur: "(Ey qafil insanlar! Mal-dövlət, oğul-uşaq və qohum-əqrəba) çoxluğu ilə öyünmək sizi (Allaha ibadət etməkdən, axirət üçün çalışmaqdan) yayındırdı.” 83
24-Malına sələm qatanın günahı anası ilə zina edən şəxsin günahından böyükdür. Allah yanında şərab içən şəxs (istər az içsin, istərsə də çox) sələm yeyəndən pisdir və şərab bütün günahların açarıdır.
25-Yaxşı əməl sahiblərinə zülm edib, çirkin işlərlə məşğul olanlara yardım edən, haqqı batil, batili isə haqq kimi qələmə verənlərin məqsədləri məhz dünyadır. Onlar özlərinin əyri yolda olduqlarını yaxşı bilirlər, lakin Şeytan onların pis əməllərini gözlərində zinətləndirmiş və nəticədə haqq yoldan azdırmışdır. Onların yeri cəhənnəmdir!
26-Günaha batmaqdan həzər et. Günahın ləzzəti şərabın ləzzətinə bənzəyir, hətta ondan da pisdir.
27-Əməlləri Allaha xatir və ixlasla yerinə yetir; çünki Allah-taala ixlasla yerinə yetirilməyən heç bir əməli qəbul etməz.
28-Dünyanın nemət və ləzzətlərindən, alçaq və ucalıqlarından əl çək, onlardan qorunub saxlanmaq üçün hazırlaş; çünki onların hamısından sorğu-sual olunacaqsan. Allah-taala bu barədə buyurur: "O gündə (qiyamətdə) nemətlərdən hökmən sorğu-sual olunacaq.”
29-Oruc tutmadığın və gecə namazı qılmadığın halda, camaat səni (bu xüsusiyyətlərlə) təriflədikdə xoşhal olma. Dünya və onun ləzzətləri səni axirət aləmi haqqında fikirləşməkdən saxlamasın. Onları özün üçün oyun-oyuncaq qərar vermə.
30-Çoxlu yaxşı və saleh əməllər yerinə yetir, günaha və ona mürtəkib olmağa doğru tələsmə, tövbəni təxirə salma.
31-Aldadıcı qanunlar çıxarma; çünki belə bir iş görən hər bir şəxs həm özünə, həm də başqalarına zərər yetirmiş olar. Dünyaya bel bağlama; çünki ondan tez bir zamanda ayrılacaqsan.
32-Aşkarda böyük və kiçik günah etməkdən çəkin, çünki harada olsan da, Allah-taala səni görür. Heç bir yerdə Allahı yaddan çıxarma və Ondan (Onunla müxalifət etməkdən) qorx!
33-Şeytanı özünə düşmən tut, haram mal yemə, haram paltar geyinmə və günah etmə.
34-Sənə tapşırılan mal-dövlətə və əmanətə xəyanət etmə. Ruzi əldə etmək üçün qüssələnmə, çünki Allah-taala yer üzündə yaşayan heç bir varlığı ruzisiz qoymaz.
35-Məni peyğəmbərliyə göndərən Allaha and olsun, dünya malını buraxıb, axirət ticarətinə üz gətirən şəxsə Allah xüsusi nəzər yetirər!
İbni Məsud dedi: "Ya Rəsuləllah! Axirət ticarəti necədir?”
Həzrət buyurdu: "Dilini Allahı yad etməkdən saxlama və həmişə "Sübhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” – de! Heç bir şeyi Allahı zikr etməkdən üstün tutma!
36-Saleh əməl sahiblərini sev, çünki insan qiyamətdə sevdiyi şeylə məhşur olacaqdır. Əgər yaxşı işlər görməyə gücün çatmırsa, (heç olmazsa,) alimlərə məhəbbət göstər.
37-Allahı yad etmək hər bir şeydən üstündür. Allah-taala buyurur: "Ən böyük ibadət Allahı yad etməkdir.” Başqa bir yerdə isə belə buyurur: "Məni yad edin ki, Mən də sizi yad edim!”
38-Vüqarlı ol, qəlbinin aramlığını qoru, işlərində həddindən artıq tələbkar olma, insanları bağışla, onlarla mülayim davran, onlara ürək yandır. İbadət et, düz danış, əməllərini ixlasla yerinə yetir, ağıllı, imanlı, dözümlü, pak-pakizə ol, dünyanı tərk et və sağlamlığını qoru.
39-Əhl-əyalına məhəbbət bəsləməyin səni günaha və haram işlərə sövq etməsin. Çünki Allah-taala buyurur: "Qiyamət günündə pak qəlblə (Allahın hüzuruna) gələnlərdən başqa, övlad və mal-dövlət heç bir fayda verməyəcək.” Sənə Allahı yad etməyi və saleh əməl yerinə yetirməyi tövsiyə edirəm. Dilini qoru, çünki Allah-taala buyurur: "Qiyamət günündə ağızlarınızı möhürləyəcəyik, (onun yerinə) əl və ayaqlar Bizimlə danışacaq və pis işlərinizə şəhadət verəcəklər.”
40-Sənə düz danışmağı tövsiyə edirəm; heç vaxt yalan danışma və insanlarla insafla rəftar et (zərərinə tamam olsa da, haqq söz deməkdən çəkinmə). Yaxşılıq et, camaatı da yaxşı işlərə dəvət et. Qohumluq əlaqələrini kəsmə, xalqı aldatma və əhd-peymana vəfalı ol. Camaata çətinlik törədən şəxslərdən olma, onların rahatlığı üçün səy et. Hər bir işi fikirləşəndən sonra yerinə yetir. Camaata deyil, yalnız Allaha baş əy və günahlara israr etmə.”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor