Qumar |
Müəllif: Eli Aşiqi | Bölmə: Qurani-Kərim | Vaxt: 21-01-2015, 16:10 | Şərh sayı: (1) | Baxılıb: 2031
Qumar
337. Qumar
1549 . Qumar.
Qur‘an:
«Ey iman gətirənlər! Şərab, qumar, (qurbanlıq) bütlər və fal oxları murdar və şeytan əməli olan şeylərdir. Onlardan uzaq durun ki, bəlkə nicat tapasınız. Şübhəsiz ki, şeytan şərab və qumarla sizin aranıza düşmənçilik və kin salmaq, sizi Allahı yada salmaqdan və namazdan saxlamağa çalışır. Belə isə, bu işlərdən əl çəkəcəksinizmi?»
Hədis:
5361. «əl-Kafi»: «Həqiqətən, şərab və qumar...» ayəsi nazil olduqda Allahın Peyğəmbərindən qumar barədə soruşdular. Həzrət buyurdu: «Udulub- uduzulan hər bir şey, hətta taxta nərd və qoz.» Ərz etdilər: «Ənsab nədir?» Buyurdu: «Allahları üçün kəsdikləri şeylərdir.» Ərz olundu: «Əzlam nədir?» Buyurdu: «Onların vasitəsilə püşk atdıqları oxlar.»
5362. İmam Əli (ə): «İnsanı, Allahı yada salmaqdan qəflətdə saxlayan hər bir şey qumar sayılır.»
5363. İmam Baqir (ə) (Şahmat oynamaq haqda suala cavabında): «Mömin, oynamaqdan qeyri işlərlə məşğuldur.»
5364. İmam Sadiq (ə) («Mallaranızı öz aranızda narəva yeməyin" ayəsi haqda buyurdu): «Qureyşilər öz ailələrini və mallarını qumara qoyurdular və Allah bu işi onlara qadağan etmişdir.»
5365. Səkkuni: «İmam Sadiq uşaqların udub-uduzmaqla qazandıqları qozu yeməyi qadağan edərək buyurmuşdur. O, haramdır.»
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər