RSS
 

Login:
Şifrə:
» » Avropa Azərbaycan kimi etibarlı tərəfdaşını itirə bilər

Xəbər lenti

Özünü tərbiyə və təqva
Özünü tərbiyə və təqva...
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi...
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)...
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Avropa Azərbaycan kimi etibarlı tərəfdaşını itirə bilər

 
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-11-2015, 14:51 | Şərh sayı: (0) | Baxılıb: 315

Avropa Azərbaycan kimi etibarlı tərəfdaşını itirə bilər


Avropa Azərbaycan kimi etibarlı tərəfdaşını itirə bilər


Dünya maraqla Cənubi Qafqazın ən potensiallı ölkəsində parlament seçkilərinin necə keçəcəyini gözləyirdi. Bir sıra siyasi dairələrin Azərbaycana qarşı qərəzli münasibəti fonunda bu məsələ əlavə aktuallıq kəsb edirdi. Qərbin bəzi siyasi qurumlarının seçkini müşahidə etməyə nümayəndə göndərməməsi vəziyyəti daha həssas müstəviyə sürükləmişdi. Ancaq Azərbaycan hamıya sübut etdi ki, həm müstəqil siyasət yeritməkdə, həm də demokratik normalara sadiqlikdə qətiyyətlidir. Onu bu yoldan heç kəs döndərə bilməz. Seçki prosesini müşahidə edənlər onun demokratik, şəffaf və yüksək təşkilatçılıq şəraitində keçdiyini bildirdilər. Göründü ki, Qərbin bəzi dairələri yeni səhvə yol veriblər. Lakin bu, onların problemidir, Azərbaycan isə seçdiyi ədalətli və demokratik inkişaf yolundan dönməyəcək.

İkili standartlar: seçki ərəfəsində "qara piar" kampaniyası

Parlament seçkisi ərəfəsində Azərbaycan ətrafında müəyyən qüvvələr qarayaxma kampaniyası aparmağa cəhd göstərdilər. Onlar ölkə haqqında yalan informasiyalar yaymaqla, öz məqsədlərinə çatmağa çalışdılar. Bunun, əsasən, Qərbdən qaynaqlandığı sirr deyil. Bəzi beynəlxalq təşkilatlar seçkiyə bir neçə ay qalmış onun demokratik qaydada keçməyəcəyi haqqında absurd iddialar ortaya atdılar. Təəssüf ki, həmin sırada Avropanın siyasi institutları da vardı. Xüsusilə insan haqlarının müdafiəsi ilə "məşğul olanlar" hay-küy saldılar.

Azərbaycanın uğurlarına qısqanclıqla yanaşanların bu kimi əməlləri yeni deyil. Dəfələrlə analoji hadisələrin şahidi olmuşuq. Lakin indiki halda məsələ daha ciddi geosiyasi kontekstlə əlaqəlidir. Yaxın Şərqdə cərəyan edən faciəvi hadisələrin fonunda kimlərinsə Cənubi Qafqazı da qarışdırmaq istəyi özünü göstərir. Əsas hədəf kimi də sürətlə inkişaf edən, demokratik islahatları ardıcıl həyata keçirən Azərbaycan seçilir. Bu fikri Ermənistan və ya Gürcüstanda keçirilən seçkilərə də eyni münasibətin olmaması ilə sübut etmək olar. Rəsmi İrəvan həmişə cəmiyyətə ciddi təzyiqlər göstərməklə seçkidə "qalib" gəlir. Ermənistan müxalifətinə qarşı nə kimi sərt addımların atıldığını seçkilər zamanı küçələrdə törədilən zorakılıqlar təsdiqləyir. Orada baş verən qətl hadisələri, polisin atəş açması, insanların açıqca təqib olunması və s. kimi hallar Qərbdən başqa heç kəsin yadından çıxmayıb.

Bütün bunlara Avropa İttifaqı, ATƏT, Avropa Şurası, Avropa Parlamenti kimi təsisatlar necə reaksiya verdi? Faktiki olaraq heç bir münasibət göstərilmədi. Ara-sıra yüngül iradlardan başqa, ciddi nöqsanlardan danışan olmadı, elə indi də yoxdur. Əksinə, bir sıra hesabatlarda Ermənistanda keçirilən seçkilər region üçün nümunə kimi təqdim edildi.

Azərbaycana gəldikdə isə, münasibət tamamilə başqa cürdür. Onlar müxtəlif növ cinayətlər törətmiş adamları siyasi məhbus kimi qələmə verməyə çalışırlar. Ölkənin bütövlüyünün pozulmasına yönəlmiş hərəkətlərin təqdir olunmasını utanmadan tələb edirlər. Demokratiya adı altında separatizmi, pozuculuğu, qeyri-sabitliyin yaranmasını müsbət hal qismində qələmə verməyə cəhdlər olunur. Hər hansı Azərbaycan vətəndaşı bu cənabların dəyirmanına su tökürsə, dərhal "qəhrəmana", "insan haqlarının müdafiəçisi"nə çevrilir. Eyni zamanda, "seçki qurbanı" obrazı da yaradılır.

Onu da vurğulamaq lazımdır ki, bütün bunlar islamofobiyanın son zamanlar daha da vüsət alması fonunda baş verir. Dövlət başçısı İlham Əliyev islamofobiya kimi bir tendensiyanın mənbələri və zərərli cəhətləri haqqında dəqiq fikir bildirib. Hazırda Avropada bununla bağlı xoşagəlməyən hadisələrin özünü göstərdiyi də sirr deyil. Bir sıra dairələr hətta məişət səviyyəsində belə müsəlmanlara qarşı dözümsüzlük nümayiş etdirirlər.

Daha təhlükəlisi odur ki, islamofobiya Qərb siyasətinin məzmununda getdikcə daha çox yer almağa başlayır. Avropanın siyasi institutlarının Azərbaycana ikili standartlar əsasında yanaşmasının, ədalətsiz münasibət göstərməsinin kökünü məhz bu məqamda axtarmaq daha doğru olardı. Lakin elə bu da onların ciddi səhvidir. Digər səbəblərlə yanaşı, həm də ona görə ki, Azərbaycana qarşı düşmən mövqedə duran dairələr siyasətçilərin bu zəif cəhətlərindən istifadə etməyə çalışırlar. Sonda isə Avropa Azərbaycan kimi etibarlı tərəfdaşını itirə bilər. Qərəzli adamların əsas məqsədi zatən bundan ibarətdir. Avropalı siyasətçilər bu tələyə niyə düşürlər?

Demokratiya və şəffaflıq: Azərbaycanın arqumentləri

Azərbaycanda keçirilən parlament seçkiləri həmin məqamın Avropa üçün nə dərəcədə həssas olduğunu nümayiş etdirdi. Çünki bir tərəfdən, seçkilərin qeyri-demokratik keçəcəyi haqqında əsassız fikirlər səsləndirildi, digər tərəfdən də AŞPA seçkilərin beynəlxalq standartlara uyğun olduğunu bəyan etdi. Avropa İttifaqı seçkiyə müşahidəçilər göndərmədi. Avropa Parlamenti bununla bağlı tələsik qərar qəbul etdi. Azərbaycan rəhbərliyinin müraciətlərinə baxmayaraq, onlar mövqelərini dəyişmədilər. İndi isə Avropanın ciddi siyasi institutlarından olan Avropa Şurası Azərbaycandakı seçkilər haqqında həqiqətləri söyləməyə məcbur olub.

Bu aspektdə İsrailin keçmiş xarici işlər naziri Aviqdor Libermanın ATƏT-in mövqeyinə olan münasibəti diqqəti çəkir. Bakıda seçkilərin gedişini izlədikdən sonra o, deyib ki, ATƏT-in buraya müşahidəçilər göndərməməsi üçün heç bir səbəb olmayıb. Bu, sadəcə olaraq, ikili standartların göstəricisidir. Məsələn, ATƏT dünyanın bir sıra ölkələrində demokratiyanın vəziyyəti barədə heç zaman fikir bildirmir. Niyə?

Seçkini müşahidə edən xarici təmsilçilərin hamısı prosesin şəffaf və demokratik normalara uyğun keçirildiyini təsdiqləyirlər. "Exit-poll" keçirən təşkilatlar da eyni fikirdədirlər. Mərkəzi Seçki Komissiyasına nöqsanlarla bağlı ciddi bir məlumat daxil olmayıb. Bütün məntəqələrdə işlər yüksək səviyyədə qurulub. Alınan nəticələr də göstərir ki, müxalif partiyaların bir çoxu parlamentdə təmsil olunub. Onların təqdim etdiyi siyahıdan kimsənin qəsdən çıxarılması ilə bağlı heç bir müraciət qeydə alınmayıb. Bərabər şərtlər daxilində keçirilən seçkilərdə ən güclülər qalib gəlib. Şübhə yoxdur ki, bütün bunlar ölkə parlamentinin daha səmərəli fəaliyyətinə geniş imkanlar açacaq. Xalq seçdiyi millət vəkillərinin uğurlu fəaliyyətinə inanır.

Azərbaycanda parlament seçkisinin yüksək səviyyədə keçməsinin böyük geosiyasi əhəmiyyəti vardır. Bu proses faktiki olaraq bir çox dairələrə mesaj verdi. Birincisi, xaricdə olan və Azərbaycana qarşı daim qərəzli mövqe tutanlar gördülər ki, cəmiyyət hakimiyyəti tam dəstəkləyir, onun həyata keçirdiyi siyasətin doğru olduğunu dərk edir. Belə olmasaydı, hakim Yeni Azərbaycan Partiyası Milli Məclisə keçirilən seçkilərdə səslərin mütləq əksəriyyətini qazanmazdı. Deməli, Azərbaycanda sabitliyin əsas təminatı iqtidar-xalq birliyindədir.

İkincisi, vətəndaşların seçki mədəniyyəti yüksək səviyyədədir. Bu keyfiyyətə görə Azərbaycan Ermənistan və Gürcüstandan xeyli irəlidədir. Seçki günü insanlar soyuq havaya baxmayaraq aktiv surətdə məntəqələrə axışıb, demokratiya qanunlarına uyğun səs verdilər. Bu zaman nə seçki məntəqəsində çalışanlar, nə də seçicilər tərəfindən hansısa qanun pozuntusu olmayıb. Şübhə yoxdur ki, bu vəziyyət ardıcıl və məqsədyönlü işlərin nəticəsidir.

Üçüncüsü, parlament seçkisinin yüksək səviyyədə və demokratik qaydalara tam uyğun təşkil edilməsi onu sübut edir ki, Azərbaycan rəhbərliyi müstəqil daxili və xarici siyasət kursunu davam etdirməkdə qərarlıdır. Olduqca vacib olan bu məqam, hər şeydən əvvəl, dövlətin gücünün kifayət qədər olduğunu nümayiş etdirir. Azərbaycan rəhbərliyi kənardan olan heç bir təzyiqə boyun əyməyəcək. Eyni zamanda, demokratik inkişaf yolundan, vətəndaş cəmiyyəti quruculuğu kursundan da imtina etməyəcək. Müstəqil Azərbaycan dövləti demokratik tərəqqi xəttinə tam sadiqdir.

Bunlarla yanaşı, Azərbaycanda parlament seçkilərinin uğurlu keçməsi regional miqyasda geosiyasi mənzərəyə müsbət təsir edən fakt kimi də qəbul edilməlidir. Konkret deyilsə, bir daha sübut olundu ki, Azərbaycan bölgədə sülh və sabitliyin təminatçısıdır. Onun daxilində proseslərin sakit keçməsi, demokratik normalara əməl olunması regiona yalnız pozitiv təsir göstərir. Müqayisə üçün deyək ki, Ermənistanda insanların küçələrə çıxıb etiraz etməsi və onlara qarşı hakimiyyət tərəfindən kobud hərəkətlərə yol verilməsi ümumilikdə bölgədə gərginliyin artmasına səbəb olur. Azərbaycan isə tamamilə əksinə, sabitlik və dözümlülüyü tərənnüm edir.

Beləliklə, böyük əminliklə bu qənaətə gəlmək olar ki, Azərbaycan növbəti dəfə demokratiyaya, inkişafa, vətəndaş cəmiyyəti quruculuğuna sadiqliyini dünyaya nümayiş etdirdi. Bununla da bir sıra qərəzli dairələrin əlindən əsassız arqumentləri alınmış oldu. Şübhə yoxdur ki, ölkə rəhbərliyi inkişaf kursunu bundan sonra da qətiyyətlə davam etdirəcək.

Newtimes.az



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor