RSS
 

Login:
Şifrə:
» » Fərəc (Həzrət Mehdinin (ə.f) zühuru ilə qurtuluş) intizarı

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

Fərəc (Həzrət Mehdinin (ə.f) zühuru ilə qurtuluş) intizarı

 
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 10-06-2016, 18:37 | Şərh sayı: (0) | Baxılıb: 1160

Fərəc (Həzrət Mehdinin (ə.f) zühuru ilə qurtuluş) intizarı


Fərəc (Həzrət Mehdinin (ə.f) zühuru ilə qurtuluş) intizarıSual: İntizar nə deməkdir?

Cavab: İntizar insanda hazırlıq yaradan ruhi bir keyfiyyətdir. İntizarın ziddi ümidsizlikdir. İnsanda intizar hissi gücləndikcə onun hazırlığı da artır. Əgər insan kiminsə yolunu gözləyirsə, vəd olunmuş vaxt yaxınlaşdıqca görüşə hazırlıq da yüksəlir. Bəzən intizar halı elə bir həddə çatır ki, insanın gözündən yuxusunu alır. Demək, gözlənilən işə və ya kəsə məhəbbət artdıqca intizar dərəcəsi də artır. İntizarı çəkilən şəxsə eşq çox olduqca görüşə hazırlıq səviyyəsi də yüksəlir. İntizarı çəkilən şəxsin (müntəzirin) yubanması ağır bir dərdə dönür. Belə ki, gözü yola dikilmiş insan bütün dərdlərini, problemlərini yaddan çıxarır.


Sual: İntizarın hansı xüsusiyyətləri var?

Cavab: İntizar ilkin olaraq həyat xüsusiyyətidir. İnsan həyatının mahiyyəti gələcəyə intizar və ümidlə çox bağlıdır. Belə ki, intizarsız həyatın mənası yoxdur. İntizar olmadıqda həyatın davamı üçün həvəs olmur. Hazırkı həyat sabah və sabahlara doğru təlaşdan ibarətdir. Hərəkət isə intizarsız mümkünsüzdür. İntizar həyatın davamına ümiddir və hazırkı həyatı mənalandırır.
Həyatın davamı üçün enerji verən intizardır. Elə bu səbəbdən həyatın mahiyyəti intizarla qırılmaz şəkildə bağlıdır.
Həyatın davamı haqqında düşünən hər bir insan bütün hərəkətlərini uyğun intizar yoluna istiqamətləndirir.
İslami rəvayətlərdə oxuyuruq ki, peyğəmbər ümməti üçün ən fəzilətli əməl (həzrət Mehdinin (ə) zühuru) intizarıdır. Yəni intizarın əməli xüsusiyyəti həyata yol tapmaqdır. Uyğun səbəblərindən biri bu ola bilər ki, həzrət Mehdinin (ə) davamçıları özlərini imama çatdırmağa səy göstərsinlər. İmam öz zühuru intizarında olduğu kimi, ümmət də öz imamının intizarını çəksin.
İntizar halında ən yaxşı yol qeybdə olan imamla bağlılıq, həmdərdlikdir. İntizar və onun həqiqi mənasından xəbərsizlik düşüncəsizliyə və imamın qəm-kədərinə biganəliyə səbəb olur. Olsun ki, qeyb dövründə həqiqətən intizarda olmaq, yəni imamın cəmiyyətdə hüzurunu gözləmək ona beyətin ilkin yoludur. Çünki hüzurun intizarında olmaq vəd olunmuş imamın məqsədlərini yada salır, agahlıq üçün zəminə yaradır. İntizar çəkməmək zühurdan öncə və zühur vaxtı qəflət, düşüncəsizlik, biganəlik mənasındadır.
İntizarda olan cəmiyyəti ən sarsıdıcı hadisə belə məyus edə bilmir. Belə bir cəmiyyət daim öz imamına iqtida edib məqsəddən yayınmır. O elə bir imamdır ki, əsrlər boyu davam edən üzücü hadisələrdən sarsılmamış, öz yolundan dönməmişdir.
Həzrət Mehdi (ə) buyurmuşdur: "Allah bizimlə olduğundan bir başqasına ehtiyac yoxdur. Haqq bizimlədir və kimlərinsə bizdən kənarlaşması heç vaxt bizi qorxutmayacaq.”
Bəli! İmam Mehdi (ə) belə bir intizardadır. O, sarsılmaz imanla həyatın bir çirkin qaranlığında möhkəm dayanmışdır. İntizarda olan cəmiyyət gözünü yola tikərək imamın uyğun xüsusiyyətini yaxşı tanımalı və imkan həddində onun kimi intizar çəkməlidir.


Sual: İntizar hansı səciyyələrdən təşkil olunmuşdur?

Cavab: Xilaskarın zühuru intizarı üç xüsusiyyətə malik olmasa, zühur gerçəkləşməz:
1. Əqidə səciyyəsi: İntizarda olan şəxs xilaskarın zühuruna və onun yardımına əmin olmalıdır.
2. Nəfs səciyyəsi: İntizarda olan şəxs daim hazırlıq halında olmalıdır.
3. Əməli səciyyə: İntizarda olan şəxs daim əməl və rəftarı ilə xilaskarın zühuru üçün ictimai və fərdi zəmin yaratmalıdır.
Bu üç səciyyədən biri yoxdursa, intizar məna kəsb etmir.


Sual: İntizarın neçə növü var?

Cavab: Fərəc (həzrət Mehdinin (ə) zühur) intizarı iki növdür:
1. Qurucu, təşviqedici, məsuliyyət yaradan intizar: bu, bəlkə də ən fəzilətli ibadətdir.
Ayə və rəvayətlərdən məlum olur ki, həzrət Mehdinin (ə) zühuru haqqın batil üzərində qələbəsi ilə başa çatan mübarizə halqalarındandır. İnsan əməldə haqq əhlindən olarsa, bu səadətə şərik olar. Məsum imamlar və rəhbərlər intizarın yetərincə dolğun təsvirini verərək onu bir əməl saymışlar. Həzrət Peyğəmbər (s) buyurur: "Mənim ümmətimin ən fəzilətli əməli fərəc intizarıdır.”(Kəmaluddin”, s. 644.)
İmam Sadiqdən (ə) nəql olunmuş digər bir rəvayətdə oxuyuruq: "Ən böyük əməl fərəc intizarıdır.”("Bihar”, c. 75, s. 208.)
Hazırlığın və zəmin yaratmağın əhəmiyyətini imam Sadiqin (ə) bir buyuruğundan öyrənmək olar: "Sizin hər biriniz bir oxla da olsa, qeybdə olan imamın zühuru üçün hazırlıq görməlisiniz.”("Bihar”, c. 52, s. 366.)
2. Dağıdıcı, iflicedici intizar: Bəziləri Məhdəviyyət, həzrət Mehdinin (ə) qiyamı dedikdə elə başa düşürlər ki, zühur sırf partlayış mahiyyətli bir hadisədir. Onların nəzərincə, bu zühur yalnız və yalnız zülm bütün yer üzünü bürüyəndə və bir nəfər olsun haqq tərəfdarı tapılmayanda baş verəcək.
Belə bir düşüncə islahatlarla zidd olduğundan, fitnə-fəsadı müqəddəs hərəkat üçün başlanğıc saydığından dialektikanın oxşarı adlandırılmalıdır. Dialektikada islahatlarla müxalifətçiliyin səbəbi mübarizənin daha da alovlu olmasıdır. Uyğun təfəkkür bir növ arzu olunan məqsədə çatmaq üçün fitnə-fəsada rəvac verməyə çağırır.
Bu baxış dini fəaliyyətləri süstləşdirdiyindən heç bir İslam ölçüsünə sığmır.


Sual: İntizarın hansı ictimai təsirləri var?

Cavab: İntizarın insan həyatının müxtəlif sahələrinə geniş təsiri var. Ən böyük təsir ictimai məsuliyyət və xeyirxahlıq yönümlərində özünü göstərir. Çünki intizar halında insanpərvərlik səciyyəsi var. İntizarda olan insanın imamın məqsəd və amalları ilə qırılmaz bağlılığı mövcuddur. Zühur intizarında olan şəxs bu yolda addım atır. Uyğun hədəflərə doğru hərəkət edir. Onun bütün meylləri və seçimləri nəzərdə tutulmuş məqsəd çərçivəsindədir. İmam Mehdi (ə) qəmlilərin həmdərdi, məzlumların həqiqi yardımçısı, imkansızların hamisidir.
Demək, intizarda olan cəmiyyət və insan imamın istək və hədəflərinə uyğun əməl etməli, məzlumlara və məhrumlara yardım göstərməli, dərdlilərin dərdinə məlhəm qoymalı, xalqın problemlərini gücü həddində həll etməlidir. Əgər bu şərtlər ödənsə, intizarda olan cəmiyyətdə məhrumlar, yoxsullar, əlacsız xəstələr, problemli insanlar qalmaz.
Olsun ki, bəzi rəvayətlərdə rastlaşdığımız "fərəc intizarı özü fərəcdir” təbiri intizar çəkən cəmiyyətdə xalqın bir çox problemlərinin aradan qalxmasına işarədir. Belə bir cəmiyyət öz imamının məqsədlərini ən azı öz mühitində gerçəkləşdirir. Bu səbəbdən də imam Riza (ə) buyurur: "Fərəc intizarı fərəcdəndir.”("Bihar”, c. 52, s. 131)


Sual: İntizar səciyyəsi intizarda olanların hərbi hazırlığına necə təsir göstərir?

Cavab: İntizar hər şeydən öncə bir əqidədir. Bu əqidə növbəti mərhələdə əməldə aşkara çıxır və intizarda olan insan öz coğrafi, mədəni, ideoloji ərazisinin, eləcə də, həmməsləklərinin keşiyində durur. O, yaxın və uzaq üfüqləri diqqətlə izləyir, düşmən ordusundakı bütün hərəkətləri nəzarətdə saxlayır, ideoloji, coğrafi səngərini düşməndən müdafiə edir, hazırlıq əldə etdikdə hücuma da keçir.
Beləcə, intizarda olan cəmiyyət daim hərbi hazırlığa çağırılır. O, hərbi vasitələr və qüdrət əldə etməyi özünə vəzifə bilir. Fəqihlər cihad kitabında "mürabitə” və "rəbat” ünvanlı mövzulardan söz açır. Yəni möminlər sərhədlərdə mövqe tutub hazır olmalıdırlar ki, düşmənin hücumuna layiqincə cavab verib ölkələrini xilas edə bilsinlər.
Mürabitə və rəbat sözlərinin digər mənası imamla rabitə qurmaq, imamın xidmətində dayanmaq, imamın göstərişlərini həyata keçirməkdir. Bilin ki, möminlərin cəmiyyəti öz imamları ilə rabitə qurmalı, imamın vilayət ipindən yapışmalı, onunla peyman bağlayıb yardım göstərməlidir. Belə bir mürabitə hər bir fərdə "eyni” (bütün hallarda) vacibdir. Bu rabitə iman sütunlarındandır və bu sütunsuz əməllər qəbul olmur.(Mikyalul-Məkarim”, c. 2, s. 425.)
İmam Sadiq (ə) "Ali-İmran” surəsinin 200-cü ayəsinin təfsirində belə buyurur: "Çətinliklər qarşısında dözümlü olun, vəzifələrinizin icrasında möhkəmlik göstərin, imamlarla rabitə qurun.”(Təfsire-Əli ibn İbrahim”, c. 1, s. 129.)
İmam Sadiq (ə) nəql olunmuş digər bir rəvayətdə "rabitul” sözünün imamın yanında olmaq mənasını bildirdiyi bəyan olunur ("Əl-Ğeybət”, Nemani, s. 199.)


Sual: İntizarın gerçəkləşməsində səbir xüsusiyyətinin nə kimi təsiri var?

Cavab: İntizarın əsil ruhu müqavimət və səbirdir. Nəzərdə tutulan məqsədin gerçəkləşməsi intizarında olan kəs məqsədə çatanadək möhkəm və dözümlü olmalı, süstləşməməlidir.
O hər bir çətinliyi dözümlə qarşılamalıdır. Səbir və dözümünü əldən vermiş insan intizarı da əldən verir. Çünki səbir və dözüm intizar şərtidir. Bu səbəbdən də hədislərdə fərəc intizarı haqqında danışılarkən səbir xüsusiyyətinə toxunulur.
İmam Riza (ə) buyurmuşdur: "Dözün, fərəc intizarı necə də gözəldir.”("Bihar”, c. 52, s. 129.)Zühur üçün vaxt təyin olunmamışdır. Bu hadisə gözlənilmədən baş verəsidir. Bu səbəbdən də hər an intizarda olmaq lazım gəlir.


Sual: Fərəc intizarı nədir?

Cavab: Sonda haqqın batilə qələbə çalacağına, bütün insani dəyərlərin qüvvəyə minəcəyinə, ideal bir cəmiyyətin qurulacağına,
Mehdi adlı bir şəxs tərəfindən bütün bu məqsədlərin həyata keçiriləcəyinə inam azca fərqlə bütün İslam məzhəblərində mövcuddur.
Bu düşüncə hər şeydən çox təbiət nizamının hərəkətinə və tarixin təkamülünə nikbinliklə, gələcəyə ümid və dünyanın sonuna bədbin baxışın rədd edilməsi ilə müşayiət olunur. (İslamdan fərqli olaraq bir çox digər nəzəriyyələrdə dünya həyatının sonu qaranlıq və puçdur).
Hər şeyin belə bir xoş sonluqla başa çatacağına ümid İslam rəvayətlərində "fərəc intizarı” adlandırılmışdır.


Sual: Fəlsəfi məktəblər fərəc intizarını dəyərli sayırmı?

Cavab: Dünyanın sonunda xilaskarın zühuru intizarı və bəşəriyyətin mövcud vəziyyətindən xilası təkcə İslam və digər səmavi dinlərə aid deyil. Bir sıra qeyri-dini fəlsəfi məktəblər də belə bir nəzəriyyəyə inanırlar. Rassel deyir: "Xilaskarın intizarı və nicatverici zühura etiqad təkcə səmavi dinlərə yox, qeyri-dini və materialist məktəblərə də aiddir. Onlar da bəşər cəmiyyətini xilas edəcək şəxsin intizarındadır.”


Sual: Yəhudilərin müqəddəs kitabında fərəc intizarı haqqında danışılırmı?

Cavab: Yəhudilərin enişli-yoxuşlu tarixində vəd olunmuş xilaskarın zühuru ilə bağlı məlumatlar var. Müqəddəs kitablardan olan "Əhdi-qədimdə” Davudun nəğmələri kitabında 37-ci nəğmədə oxuyuruq: "Şər adamların və zalımların varlığı səni məyus etməsin; Çünki zalımların nəsli yer üzündən kəsiləcək. İlаhi ədalətin intizarında olanlar yer üzünə varis olacaq. Allahın lənətinə gələnlər arasında təfriqə düşəcək. O kəslər salehdir ki, yer üzünə varis olub, tarixin sonunadək yer üzündə ömür sürəcəklər.”
Rum valilərinin Fələstinə hökmranlığı zamanı ilahi yardıma intizar həyəcanı zirvə həddinə çatdı. Bu səbəbdən də Yəhya "Tövbə edin, fələklər yaxındadır” deyərək nida çəkdiyi vaxt xalq onun çağırışına can-dildən səs verdi. Yəhyanın sözləri eşidənlərin qəlbini silkələdi, məzlumlar bu sözlərdən şövqə gəldi, onların qəlbində Məsihin intizar şövqü daimi olaraq alovlanırdı.


Sual: Məsih (xilaskar) intizarı nə deməkdir?

Cavab: Yəhudilər möhnət dolu tarixləri boyu ümid etmişlər ki, bir gün Məsih gələcək, dünyaya hakim olub onları zillət girdabından xilas edəcək. İndi də Fələstini işğal etmiş sionistlər qəsbkar İsrail rejiminin banisinin ildönümünün sonunda ibadət şeypurlarını üfürdükdən sonra bu sayaq dua edirlər: "Allahımızın iradəsi budur ki, Onun lütfü ilə azadlıq üfüqünü görək və Məsiha surunun səsi qulaqlarımıza nəvaziş versin.”("Yəhudi ayinində Məsih intizarı”, s. 65.)
Bəli – İsrail qövmünü öz qaranlıq keçmişi ilə xoşbəxt gələcək intizarında olması çox təbiidir. Bu həmin qövmdür ki, xilaskar kimi onlara üz tutmuş həzrət Musanı tərəddüdlə qarşıladı. Bu ruhiyyə hələ də onlardan əl çəkməmişdir. Yalnız həzrət Davudu padşah seçməklə bu qövmün arzusu yerinə yetmiş oldu. Davud yəhudi padşah nümunəsi olaraq əbədi xilaskarlıq simvoluna çevrildi. Əslində bəzi peyğəmbərlər və hikmət sahibləri də onu məsih kimi tanıyırlar.(Huşə”, 3:5; "Ərəmya”, 30:9; "Hizqiyal”, 37:24, 25.)
Davud və Süleyman əsrini yəhud qövmünün düşüncəsində Məsiha amanlarının çiçəklənməsi dövrü saymaq olar. Məsiha ümidi Bəni-İsrail hökumətinin ikiyə bölünməsi ilə (həzrət Süleymandan sonra) daha da ciddiləşdi.
Peyğəmbərlər nəinki şövq atəşini diri saxlayır, hətta Məsiha məfhumunu daha da genişləndirirdilər. Onlar inanırdılar ki, Allah tərəfindən xilaskar göndəriləcək şəxs əksər peyğəmbərlər tərəfindən qəbul olunmuşdur.
"İşəya”nın verdiyi xəbərlərdə xilaskar haqqında aşkar məlumatlar var. Yəhud qövmünə təsəlli verən xilaskarlıq ideyası həmin şəxsin öncəgörmələrində təsvir olunmuşdur. Xilaskar ideal ədalətli hökumət qurası, həmin dövrdə bütün yer üzü ilahi mərifətə bürünəsidir. Necə ki, sular dənizi örtür. Bu hadisə Bəni-İsrail dininin bütün yer üzünə yayılmasından sonra baş verəsidir.
Möminlərin bayrağı ucalası, ümmətlər xilaskarı tələb edəsidir.("İşəya”, 11:10; "Səfənya”, 3:9.)
Həmin xəbərlərdə oxuyuruq: "Axır əyyamda Allah evinin damı dağların qülləsində qərar tutacaq. Bütün ümmətlər ona doğru yola düşəcək...”("Səfənya”, 2: 2-4.)
Səfənyanın bəzi xəbərləri İşəyanın xəbərlərindən əhatəlidir. Onun nəzərincə, məsiha əsri bütün yer üzünün islah dövrüdür. Çünki həmin dövrdə bütün ümmətlərə pak din veriləcək və onlar birlikdə "Yəhvə” deyə çağıracaqlar. Hamı birlikdə ona ibadət edəcək. Məsihanın ardıcılı olan Təlmud belə təsvir olunur: O, Davud səltənətindən olan bir şəxsdir. Onun müqəddəsliyi yalnız təbii bəxşişləri səbəbindəndir. Müşrik ümmətlər onun əli ilə məhv ediləcək, Bəni-İsrail qüdrətə çatacaq. ("Yəhud ayinində Məsiha intizarı”, s.65)


Sual: Fərəc intizarı ilə bağlı mütləq rəvayətlər dedikdə nə başa düşülür?

Cavab: Bəzi şiə və sünni rəvayətlərində fərəc intizarı məsələsi ümumi şəkildə qeyd olunur. Bu qəbil rəvayətlərdə həzrət Mehdinin (ə) zühuru qeyd olunmur. Həzrət peyğəmbərdən nəql olunmuş hədisdə oxuyuruq: "İbadətlərin ən üstünü fərəc intizarıdır.”("Bihar”, c. 52, s. 125; "Kəmaluddin”, s. 267.)
Başqa bir rəvayətdə həzrətin dilindən belə nəql olunur: "Fərəc intizarı ibadətdir.”("Bihar”, c. 52, s. 122; "Cameus-Səğir”, c. 1, s. 416.)
Başqa bir rəvayətdə isə belə buyurulur: "Mənim ümmətim üçün ən fəzilətli əməl Allah-təalanın fərəc intizarıdır.”("Bihar”, c. 5, s. 122.)
Şeyx Səduq nəql edir ki, imam Riza (ə) buyurmuşdur: "Fərəc üçün səbir və intizar necə də gözəldir! Məgər Allahın "siz intizar çəkin, Mən də intizardayam” buyurduğunu eşitməmisinizmi? Səbiri yaddan çıxarmayın! Çünki fərəc ümidsizlikdən sonra gəlir. Doğrudan da, sizdən əvvəlkilər sizdən daha səbirli idi.”("Kəmaluddin”, s. 645.)
Mərhum Məclisi imam Sadiqin (ə) dilindən belə nəql edir: "Pəhrizkarlıq, iffət, qurtuluş və səbrlə fərəc intizarı imamların dinindəndir.”("Bihar”, c. 52, s. 122.)
Termizi həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: "İbadətlərin ən üstünü fərəc intizarıdır.”("Sünəne-Termizi”, c. 5, s. 225.)
Fərəc intizarı dedikdə zahirən həzrət Mehdinin (ə) zühuru nəzərdə tutulur. Müxtəlif firqələrdə məxsus hədislərdə həzrət xalqı zülm-sitəmdən xilas edən şəxs kimi tanıtdırılır.
Şeyx Səduq imam Sadiqdən (ə) belə nəql edir: "Bizim Qaimin (həzrət Mehdinin (ə)) şiələrinin xoş halına! O kəslər ki, qeyb dövründə onun intizarındadırlar.”(Kəmalud-Din)
Belə bir məna sünni əhlinin rəvayətləri ilə də uyğun gəlir. Onlar həzrət Mehdinin (ə) dünyaya gəlişinə inanmasalar da, onu bəşəriyyətin xilaskarı kimi qəbul edirlər.
Dəlillər əsasında ümumi hədisləri müəyyənləşdirib onları həzrət Mehdinin (ə) qiyamına tətbiq etmək olar. Əsas məsələ hökm və mövzu arasındakı tənasübdür. Bir bu qədər mühüm sayılan fərəc intizarı, şübhəsiz ki, vəd olunmuş günün intizarıdır.


Sual: Xilaskarın intizarının hansı imtiyazları var?

Cavab: Sünnə əhli həzrət Mehdinin (ə) fərəc intizarını qəbul etsə də, onun dünyaya gəlişinə inanmır. İmamiyyə şiə məzhəbi və bəzi digər İslam məzhəblər bu əqidədədirlər ki, xilaskar hal-hazırda mövcuddur, əməl və rəftarlarımızı, eləcə də, müsəlmanların problemlərini görür. Bu sayaq intizar daha böyük təsirə malikdir və cəmiyyətdə ümid ruhunu gücləndirir. Fərəc həqiqətinə inanan, amma xilaskarın həyatda olduğunu və əməlləri müşahidə etdiyini qəbul etməyən kəs intizardan bir o qədər də faydalanmır. İmamın (ə) dünyada olduğuna inanan kəs isə əmindir ki, çətinliyə düşdükdə imam onun yardımına yetişəcək. Bu sayaq etiqadın insan ruhiyyəsinə böyük təsiri var. Belə bir təsir sadəcə fərəcə etiqadın təsiri ilə müqayisəyə gəlməz.
Şiələr imamın dünyada olması ilə müşayiət olunan intizara inandıqlarından tarix boyu məyus olmamış, problemlərə boyun əyməmişlər.
Şiə insan həmişə özünü xilaskarla yanaşı hiss edir və bu hiss onun tərbiyə və imanına böyük təsir göstərir.


Sual: Fərəcin (zühurun) təxirə düşməsi qəlbi daşlaşdırmırmı?

Cavab: Hər bir möminə, bəlkə də hər bir insana vacibdir ki, fərəcin təxirə düşməsindən məyus olmasın. İnsan mənzil başına çatmaq üçün səbir ipinə sarılmalıdır. Qəlb imanı üçün yeganə çıxış yolu budur. Allah heç vaxt vədinə xilaf çıxmır. İnsan keçmiş ümmətlərin böyük çətinliklərindən sonra Allah-təalanın yardımı ilə xilas olduğunu yada saldıqda arxayınlaşır. Eləcə də, fitrət və daxili meylə müraciət etdikdə xilaskarın zühuruna batini meyl insana ümid verir.
İmam Sadiq (ə) "Hədid” surəsinin 16-cı ayəsi ilə bağlı buyurmuşdur: "Bu ayə qeyb dövrünün insanlarına ünvanlanmışdır. Qeyb dövrü digər dövrlərdən fərqlənir. Allah-təala öz höccətinə (xilaskara) şəkki şiələrə qadağan etmişdir. İnsan düşünməməlidir ki, Allah yer üzünü hətta bir göz qırpımı höccətsiz qoya bilər.”("Əl-Ğeybət”, Nemani, s. 24; Əl-Mühəccət”, s. 219, 220.)


Sual: Uzun-uzadı fərəc intizarı yorucu deyilmi?

Cavab: Əgər intizar kamil bir hazırlıqla müşayiət olunsa, nəinki yorucu olmaz, hətta insanda daimi bir ümid yaradar. İntizarda olan mömin daim xilaskarın yolunu gözləyir. Belə bir insan daim öz məhbubuna çatmaq eşqi ilə gecədən gündüzə, gündüzdən gecəyə çıxır.
Digər bir tərəfdən, həqiqi xilaskarın intizarı insanı imam tərəfindən hər an feyzlərdən qidalandırır və yorğunluğu aradan aparır.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor