RSS
 

Login:
Şifrə:
» » “73 firqə” hədisinə əhli-sünnə məzhəbində baxış

Xəbər lenti

Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə
Yoluxucu xəstəliklər mövzusu dini mənbələrdə...
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi
"BİZ PEYĞƏMBƏRLƏR MİRAS QOYMURUQ" hədisinin dəlil göstərilməsi və onun cavabi...
Vəhdət - günümüzün əsas ehtiyacı
Vəhdət - günümüzün əsas ehtiyacı...
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu
Azərbaycan ədəbiyyatında İmam Hüseyn (ə) və Məhərrəmlik mövzusu...
Siffeyn savaşı
Siffeyn savaşı...
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri
Mübarək Ramazan ayında xüsusi diqqət edilməli 4 məqam: Ramazan ayının əməlləri...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam





Online SMS Yaz!
Online Sms:

“73 firqə” hədisinə əhli-sünnə məzhəbində baxış

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 9-01-2016, 09:44 | Şərh sayı: (0) | Baxılıb: 1327

“73 firqə” hədisinə əhli-sünnə məzhəbində baxış


“73 firqə” hədisinə əhli-sünnə məzhəbində baxış


Günümüzdə İslam dünyasını hədələyən ən böyük təhlükələrdən birinin təkfirçilik olduğunu söyləsək, yanılmarıq. Təkfirçilik müsəlman dünyasını içəridən dağıdan, cəbhələrə bölən, zəiflədib gücünü aradan aparan bir virusdur.

Təkfirçilik öz din qardaşının başını rahatlıqla kəsməyə, əmlakını mənimsəməyə, namusuna təcavüz etməyə imkan verən, daha doğrusu, haqq qazandıran iyrənc bəhanədir. Təkfirçilik ümumi düşmən qarşısında müsəlmanları qorxunc simada canlandıran, İslam aləminə qarşı hücumları daha da şiddətləndirən bir hədəfdir. Təkfirçilik ölkələri viran qoyan, şəhərləri dağıdan, insanları müflis edən, körpələri yetim qoyan dəhşətli kabusdur.

Radikal qüvvələr öz təkfirçi fəaliyyətlərinə haqq qazandırmaq üçün heç bir vasitədən istifadə etməkdən çəkinmirlər. Hətta müqəddəs Quran və mübarək sünnə də onların əlində bəhanəyə və silaha çevrilir. Onlar Quran ayələrini kontekstdən çıxararaq öz istədikləri kimi yozur, qondarma və zəif hədislərə istinad edir, məsuliyyətsiz fətvalar verirlər. Aşağıdakı məqalədə təkfirçilərin istinad etdikləri ən mühüm “dəlillərdən” birinə - “73 firqə” həisinə münasibət bildirəcəyik. Bu hədisi ona görə yalnız əhli-sünnə mənbələrinə əsasən təhlil edirik ki, bu gün təkfirçiliklə məşğul olan vəhhabilər özlərini əhli-sünnə məzhəbinə aid edirlər. (Baxmayaraq ki, elə həmin hədisə əsasən də özlərindən fərqli olan bütün digər əhli sünnə mənsublarını da təkfir edirlər)

“Yəhudilər 71 firqəyə, xristianlar 72 firqəyə bölündülər. Mənim ümmətim isə 73 firqəyə bolünə¬cək; onlardan yalnız biri cənnətdə, qalanları isə cəhənnəmdə olacaq”. Bu hədis müxtəlif variantlarda və fərqli sənəd silsiləsi ilə həm şiə, həm də sünni mənbələrində mövcuddur. Maraqlıdır ki, çox zaman hər məzhəb həmin cənnətə layiq olan dəstənin məhz özü olduğunu iddia edir. Hədisin fərqli variantlarında da bəzi əlavələr gözə çarpır ki, bunların sonralar əsil mətnə əlavə olunduğu ehtimal edilir. Məsələn, “Sünən əl-Tirmizi”də verilmiş varianta əsasən, həmin nicat tapmış və cənnətə düşəcək dəstənin hansı olduğunu Peyğəmbərdən (s) soruşarkən, bu cavabı vermiş¬di: “Mən və səhabələrim həmin dəstənin yolundadır” (Sünən əl-Tirmizi, hədis 2641). “Sünən Əbu Davud”dakı hədisdə isə Peyğəmbər (s) öz sözlərinə izah verərək buyurur: “O, camaatdır (toplumdur)” (Sünən Əbu Davud, hədis 4597). Əhli-sünnənin digər mötəbər kitablarında da eyni məzmunu ifadə edən, cüzi fərqlərə malik hədislər mövcuddur.

Bəzi əhli-sünnə alimləri cənnətə layiq olan yeganə dəstə¬nin məhz əhli-sünnə vəl-cəmaət məzhəbi olduğunu isbat etmək üçün ciddi-cəhdlə çalışsalar da, bu barədə fikir birliyi əldə olunmamışdır. Böyük alimlərin bir qismi (məsələn, Mühəmməd Abduh, Şatibi və b.) cəhənnəmdən xilas olmuş yeganə firqənin kimliyini təyin etməyin çox çətin olduğunu bildirmişlər.

Qeyd edək ki, əhli-sünnə mənbələrində hədisin 8 əsas rəvayət təriqi (yolu) məlumdur. Yəni hədis səkkiz səhabədən: Avf ibn Malik, Müaviyə ibn Əbu Süfyan, Abdullah ibn Əmr ibn As, Səd ibn Əbu Vəqqas, Əmr ibn Avf Məzəni, Əbu Əmamə Bahili, Ənəs ibn Malik və Əbu Hüreyrədən rəvayət edilir. Bu rəvayət təriqlərinin hər biri də bir neçə şaxəyə bölünür, yəni hər səhabənin hədisi özündən sonra bir neçə fərqli sənədlə rəvayət edilir.

Maraqlıdır ki, Tirmizi, İbn Həbban, Hakim Nişaburi kimi böyük əhli-sünnə alimləri hədisi səhih bilmişlər. Lakin hədisin yuxarıdakı səkkiz rəvayət təriqini elə əhli-sünnənin öz hədisşünaslıq elminin qaydaları baxımından tədqiq edərkən ciddi problemlərlə qarşılaşırıq. Məlum olur ki, hədisin yeddi rəvayət təriqi, sənədində zəif, qondarma və tərk olunan (mətruk) ravilər olduğuna görə mötəbər sayıla bilməz. Əhli-sünnə alimlərinin apardıqları dəqiq və dərin araşdırmalar bu qənaətə gəlməyə əsas verir.

(bax: http://www.ahlalhdeeth.com/vb/showthread.php?t=149147)

Yeganə az-çox diqqətə layiq təriq Əbu Hüreyrənin rəvayətidir ki, burada hədisin sonundakı nicat tapmaq və cəhənnəmə atılmaq məsələsi qeyd edilməyib. Yəni hədis bu şəkildə rəvayət edilib: “Yəhudilər 71 firqəyə bölündülər, nəsranilər (xristianlar) 72 firqəyə bölündülər, mənim ümmətim də 73 firqəyə bölünər”. Qeyd edək ki, hətta hədisin Əbu Hüreyrə vasitəsilə rəvayət olunmuş variantları da “səhih” yox, “həsən” (səhihə yaxın, orta dərəcədə mötəbər) hədis kimi dəyərləndirilir, çünki onun da sənədində bəzi şübhələr vardır. Elə isə, ilk baxışdan mütəvatir (yəni müstəqil sənədlərlə müxtəlif ravilər tərəfindən rəvayət edilən) təsiri bağışlayan hədis əslində vahid xəbər səviyyəsinə enir.

Bəzi alimlər (o cümlədən, İbn Həzm Əndulusi, Şovkani və müasir alimlərdən Yusif Qardavi) hədisi zəif və etibarsız saymışlar. Məsələn, Şovkani qondarma hədislər mövzusunda qələmə aldığı “əl-Fəvaid əl-məcmuə fi-l-əhadis əl-movzuə” kitabında bu hədisi də qeyd etmiş¬dir (səh. 502). Şovkani “Fəth əl-qədir” təfsirində Maidə surəsinin 64-66-cı ayələrindən söz açarkən yazır ki, hədisin sonundakı “birindən başqa hamısı cəhənnəmdədir” ifadəsini hədis alimlərindən bir hissəsi zəif saymış, hətta İbn Həzm qondarma adlandırmışdır (II, 84). İmam Fəxr Razi və Əbül¬həsən Əşəri isə hədisin nə səhih, nə də zəif olması barədə qəti söz söyləməmiş, yalnız şübhələrini bildirməklə kifayətlənmişlər.

Yusif Qardavi əhli-sünnənin ən mötəbər alimləri sayılan Buxari və Müslim tərəfindən bu hədisin rəvayət edilməməsini onun etibarsızlığının sübutlarından biri sayır. Digər məşhur alim Əbdürrəhman Bədəvi də bu cür mühüm mövzuya aid hədisin hicri birinci və ikinci əsrlərə aid mənbələrdə mövcud olmadığına, yalnız hicri üçüncü əsrdən etibarən üzə çıxdığına diqqət çəkərək, bunu şübhəli hesab edir.

Müasir alimlərdən misirli Mühəmməd Əmmarə qeyd edir ki, İslam təriqətlərinin sayını konkret olaraq müəyyən etmək sadəcə olaraq mümkün deyil. Çünki alimlər bu barədə ən müxtəlif nəticələrə gəlmişlər. Nəsələn, müsəlman təriqətlərinin ümumi sayı Əşəriyə görə 100-dən artıq, Şəhristaniyə görə 76, Qazi Əbdülcabbara görə 5, Xarəzmiyə görə 7-dir.

Böyük əhli-sünnə alimlərindən Sənani və müasir fikir adamlarından misirli Mühəmməd Seyid Əhməd Məsir, mərhum Suriya müftisi Ramazan əl-Buti bu nəzəriyyəni irəli sürmüşlər ki, hədisdə buyurulan ümmət anlayışı iki mənada qəbul edilməlidir: dəvət (çağırış) ümməti və icabət (qəbul etmə, müsbət cavab vermə) ümməti. Dəvət ümməti bütün bəşəriyyəti əhatə edir, çünki Peyğəmbərimiz (s) bütün insanlığa göndərilmişdi. İcabət ümməti isə o həzrətin dəvətini qəbul edən hazırki müsəlman ümmətidir. Beləliklə, 73 firqəyə bölünən ümmət – dəvət ümməti, cənnətə layiq olan ümmət isə icabət ümmətidir.

Alimlərin bir qismi, hətta hədisin tam səhih olmasına hökm versələr və müsəlman ümmətinə aid olduğunu qəbul etsələr belə, mütləq olaraq yalnız bir məzhəbin cənnətə, qalan¬ların isə cəhənnəmə gedəcəyini iddia etməmişlər. Onların fikrin¬cə, hər bir məzhəbin və fikir cərəyanının ardıcılı cənnətə də gedə bilər, cəhənnəmə də. Cənnətə layiq olanlar yalnız bir məzhəbə mənsub deyillər, onların arasında müxtəlif məzhəb mənsubları ola bilər. Sadəcə, onların bir firqə olaraq adlandırılmasının səbə¬bi zəlalətdə olan çoxluqdan fərqli olaraq hidayət olmaları və eyni dəyərlər ətrafında birləşmələridir.

Tarix boyunca bəzi tədqiqatçılar hədisdə qeyd edilən 73 firqəni təyin etmək üçün araşdırmalar aparmış, ən müxtəlif nəti¬cələrə gəlmişlər. Məsələn, Əbu Mənsur Bağdadi “əl-Fərq beyn əl-firəq” kita¬bında qeyd edir ki, haqqında danışılan 72 azğın firqənin 20-si şiəliyə, 20-si xəvaricə, 20-si qədəriyyəyə, 5-i mürciəyə, 3-ü nəccariyyəyə aid¬dir, qalan dörd firqə bəkriyyə, kərramiyyə, zərrariyyə və cəhmiyyədir. Cənnətə gedəcək nicat tapmış firqə isə əhli-sünnə vəl-cəmaət məzhə¬bidir (Bağdadi, Əbu Mənsur. Əl-Fərq beyn əl-firəq, səh. 35-38). Bağdadi daha bir neçə təlimin də adını qeyd edir, amma onları İslamdan kənar sayaraq bu siyahıya aid etmir. Lakin bu araşdırmaların əhatəli və dəqiq olduğunu söyləmək çətindir. Çünki alimlərin hər biri öz zəmanəsinə kimi keçən dövrdə meydana gəlmiş məzhəbləri diqqət mərkəzində tutmuşdur. Halbuki Peyğəmbərin (s) bu hə¬disi müəyyən zaman kəsimi ilə məhdudlaşmır, qiyamət gününə kimi yaranacaq bütün cərəyanları əhatə edir, ona görə də gələcəkdə hansı cərəyanların yaranacağını və hansıların yox olacağını söyləmək mümkün deyil.

Bəzi alimlər hədisdəki ədədin konkret say deyil, çoxluq ifadə etdiyini bildirmiş və firqələri təyin etməyi lazım sayma¬mışlar. Onların fikirncə, Quran və sünnə təcrübəsində rast gəli¬nən bəzi nümunələrə əsaslanaraq hədisdəki 73 ədədini də çoxluq mənasında qəbul etmək daha doğrudur. Necə ki, “Onlar (o münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaq” ayəsindəki (Tövbə, 80) 70 rəqəmi konkret sayı deyil, çoxluğu göstərir.

Sonda nəticə olaraq bunu deyə bilərik ki, əhli-sünnə məzhəbində hədisin rəvayət şəkli, mötəbərliyi və izahı barədə kifayət qədər fikir ayrılıqları və şübhələr mövcuddur. Ən azından, hədisin sonunda 73 firqədən yalnız birinin cənnətdə, qalanlarının isə cəhənnəmdə olacağı barədə hissə xeyli əhli-sünnə alimi tərəfindən qəbul edilmir. Maraqlıdır ki, əhli-sünnə içində hədisin bütöv şəkildə (son hissəsi ilə birlikdə) səhih olduğunu iddia edənlərin əksəriyyətini sələfi alimləri təşkil edirlər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Seyyid Peyman - En insan
Seyyid Peyman - Zeynəb Zeynəb
Hacı Sahib - Səfərdə olanın orucu
Hacı Sahib - Oruc tutan su içə bilər?
Hacı Sahib - Dəstəmazın danışması
Rusif Ucar - Üsyan
Hacı Sahib - İntizar
Hacı Sahib - İntizar çəkmək
Hacı Sahib - Kiçik günahı unutmaq
Hacı Şahin - Dini ehtiyac
Hacı Şahin - Diqqət eləmək
Hacı Şahin - Din təbliğ etmək
Hacı Eldayaq - Allah üçün
Hacı Eldayaq - Allahı unuduruq
Hacı Eldayaq - Allahımızı ucuz satırıq
Azərbaycan İlahi nəğmələr qrupu Hacı Möhübbət - Şah səlamun aleyk
Azərbaycan İlahi nəğmələr qrupu - Ağam Əbəlfəz
Azərbaycan İlahi nəğmələr qrupu - Əli kimdir
Seyyid Peyman - Şah salamun aleyk
Hacı Sahib - Şəban ayının əməlləri
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor