RSS
 

Login:
Şifrə:
» » Sehr, cadu və fal – İslamda münasibət necədir?

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Sehr, cadu və fal – İslamda münasibət necədir?

 
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 18-12-2015, 23:42 | Şərh sayı: (0) | Baxılıb: 1073

Sehr, cadu və fal – İslamda münasibət necədir?


Sehr, cadu və fal – İslamda münasibət necədir?


Dinə əks, şəriətə zidd olan üsullarla, həm təbii, həm də qeybdən olan qüvvələrin (cinlərin və s.-nin) yardımı ilə adətən müəyyən insanlara zərər yetirmək, bəzi işləri pozmaq, nadir hallarda isə xeyir vermək məqsədilə söz, yazı və əməl şəklində həyata keçirilən fəaliyyətə «sehr» deyirlər. Sehrin həqiqət olub-olmaması problemi din alimləri arasında mübahisə obyektidir. Bəziləri sehrin əslində reallığa sahib olmadığını, yalnız gözbağlıcalıq, hipnoz və təlqindən ibarət olduğunu söyləmişlər. Bəziləri isə, sehrin varlığını etiraf etmiş və bununla mübarizənin üsullarını Allaha səmimi iman bəsləməkdə, Ona sığınmaqda, Ona təvəkkül etməkdə görmüşlər. Hər bir halda sehrlə məşğul olmaq, sehrbazlara (cadugərlərə) müraciət etmək qəti surətdə haramdır.
Sehr və cadu qədim xalqların həyatında mühüm rola malik idi. Qədim Babil, Misir, Çin, İran, Yunanıstan, Roma sivilizasiyalarında, eləcə də, yəhudi dinində sehr geniş yayılmışdı, sehrbazlıq ən hörmətli peşələrdən sayılırdı; onlar hətta hökmdarların sarayında da fəaliyyət göstərirdilər. Həzrət Musa Peyğəmbərin Misir sehrbazları ilə Fironun hüzurunda mübahisəsi buna ən gözəl nümunədir. Həmin mübahisədə Allah tərəfindən peyğəmbərə verilmiş möcüzənin hər cür sehrdən üstün olması tam mənada sübuta yetdi.
Qurani-kərimdə buyurulur ki, keçmiş peyğəmbərlərin möcüzələri inadkar insanlar tərəfindən sehr kimi qarşılanır və onlara «sehrbaz, cadugər» deyilirdi («Zariyat», 52). Məsələn, Həzrət Musa («Zuxruf», 49 və «Zariyat», 39), Həzrət İsa («Səff», 6 və «Maidə», 110) və Həzrət Mühəmməd peyğəmbərlər («Ənbiya», 3 və «Səbə», 43) kafir insanlar tərəfindən sehrbazlıqda ittiham edilmişdilər. Xüsusilə, Qurani-kərimin ecazı qarşısında aciz qalanlar bu müqəddəs kitabı sehr adlandırmaqdan başqa çıxış yolu tapmırdılar.
İslamdan əvvəlki Ərəbistan mühitində cadugərliklə əsasən qadınlar məşğul olurdular. Onların cadu üsullarından biri də bundan ibarət idi: bir ip götürüb, müəyyən adamın adına əfsun (tilism) oxumaqla ipə düyünlər vururdular. Bununla da həmin adamın işlərinin «düyünə düşəcəyinə», xoşbəxtliyinin bağlanacağına, uğur və səadətin ondan üz çevirəcəyinə, başına ən müxtəlif bəlalar gələcəyinə inanırdılar. Hətta rəvayətə görə, cadugər qadınlar Həzrət Mühəmməd Peyğəmbərə (s) də bu yolla cadu etmişdilər. Amma onların cadusunun Peyğəmbərə təsir edib-etməməsi barədə fikir qəti deyil. Bəzi rəvayətlərdə deyilir ki, bu cadunun təsiri ilə Peyğəmbərdə bəzi xəstəlik əlamətləri görünmüş, cadunun aradan qaldırılması ilə xəstəlik sağalmışdı. Bir qrup rəvayətlərdə isə bildirilir ki, Allah öz peyğəmbərini hər cür sehrdən və cadudan qoruyur, ona görə də heç bir cadugərin əməli Ona təsir göstərə bilməz.
Qurani-kərimin «Fələq» surəsində buyurulur: «De: «Pənah aparıram… (əfsun oxuyub) düyünlərə üfürən qadınların şərindən» («Fələq», 4).
Sehrin və cadunun günah əməl olması barədə Həzrət Mühəmməd Peyğəmbər (s) bunları buyurmuşdur: «Hər kim ipə düyün vurub əfsun oxusa, sehr etmiş sayılır. Sehrlə məşğul olan isə şirk etmiş olur. Kim (özünü qorumaq üçün) öz üzərinə nə isə taxsa, taxdığı əşyanın öhdəsinə buraxılır (Allahın himayəsindən çıxmış olur)» («Sünənün-Nəsai», «Müharibə» kitabı, 4084-cü hədis). İslam Peyğəmbəri müsəlmanlara yeddi günahdan uzaq olmağı tapşırırdı ki, bunların sırasında ikinci yeri sehr tutur. İmam Əli isə sehr və cadunu öyrənmək istəyənlərə bu cür xəbərdar edirdi: «Kim az və ya çox miqdarda sehr öyrənsə, küfr etmiş olar və Allahla bağladığı əhdi qırar. Tövbə etməyincə onun cəzası edamdır». İmam Cəfər Sadiq isə tam qəti şəkildə bildirirdi: «Allahın Rəsulu buyurub ki, hər kim sehrbazın, kahinin, gələcəkdən xəbər verdiyini iddia edən yalançının yanına getsə və onun dediklərinə inansa, Allahın nazil etdiyi bütün səmavi kitabları rədd etmiş kimidir» («Biharül-ənvar», LXXII, 212-213).
Bəzi hədislərdə istisna hal olaraq, sehri batil etmək, cadunu qüvvədən salmaq məqsədilə sehr və cadu etməyə icazə verildiyi bildirilir. Yəni əgər bir kəsin barəsində cadu edilibsə, həmin cadunu başqa bir cadu ilə batil etmək olar. Rəvayət edirlər ki, cadugərliklə məşğul olan və bununla dolanan bir nəfər həcc zamanı İmam Cəfər Sadiqin yanına gəlir və özü haqqında məlumat verəndən sonra deyir: «İndi artıq sehrlə məşğul olmaqdan tövbə etmişəm. Bu işin halal növü varmı?». İmam Cəfər Sadiq buyurur: «Bəli, var. Sehri aç, bağlama» («Vəsailüş-şiə», XVII, 146, 22207-ci hədis). Hədisin mənası budur ki, cadunu açmaq olar, amma bağlmaq (yəni bir kəsin işlərini düyünə salmaq niyyətilə cadu etmək) olmaz. Bir daha təkrar edirik ki, hətta bu şərt daxilində olsa belə, sehr etməyin icazəli olması tam sübuta yetməmiş bir məsələdir. Hədislərin bir qismi hətta bunu da günah sayır.
Bir gün Həzrət Mühəmməd Peyğəmbərin (s) yanına bir qadın gəlib bildirdi: «Axır vaxtlar ərim məndən soyumuşdu. Onu özümə mehriban etmək məqsədilə cadu etdim». Peyğəmbər qadının sözündən çox narahat oldu, «Dinini zay etdin, göylərin və yerin mələkləri sənə lənət etsin!» – deyə ona acıqlandı.
Sehr, cadu, göz dəyməsi kimi hallardan ən yaxşı müdafiə Qurani-kərimin bəzi ayə və surələrini («Fələq» və «Nas» surələri, «Qələm» surəsinin son iki ayəsi və s.) oxumaq, namaz qılmaq, Allaha dua etmək, onun himayəsinə arxalanmaq, şeytandan və onun vəsvəsəsindən Allaha sığınmaqdır.
Fal isə müxtəlif vasitələrlə gələcəkdə baş verəcək hadisələri, qeyb aləminə aid məlumatları xəbər vermək mənasını bildirir. Qədim dövrlərdən bu günə kimi ox, kart, qoyunun kürək sümüyü kimi vasitələrlə, eləcə də, üzük falı, noxud falı, kasa falı, qəhvə falı, ulduz falı, Hafizin divanı ilə fal açma və sair üsullarla həyata keçirilmişdir. Məsələn, cahiliyyə dövründə ərəblər quşların səsini, quşun sağdan sola uçuşunu pis əlamət kimi yozurdular. Buna «tiyərə» deyilirdi. İslamda tiyərə batil sayılır; Həzrət Mühəmməd Peyğəmbər (s) bunun həqiqətə uyğun olmadığını buyurub («Səhihü-Buxari», «Tibb» kitabı, 5753-cü hədis).
İslamdan qabaqkı cahiliyyət dövründə Ərəbistanda ən geniş yayılmış falçılıq ənənəsi «əzlam» adlanırdı. Əzlam püşkatma yolu ilə aparılırdı. Üç oxdan birinin üzərinə «bəli», o birinin üzərinə «xeyr» yazır, üçüncünü boş qoyurdular. Hər hansı işi görüb-görməmək barədə fal açmaq istəyən şəxs (çox zaman bu işi kahinlər icra edirdilər) oxları qarışdırıb, birini götürürdü. «Bəli» yazılmış ox çıxırdısa, o işi yerinə yetirirdi, «yox» yazılmış ox çıxırdısa o işdən vaz keçirdi. Əgər yazısız ox çıxsaydı, falı təkrar edirdilər.
Qurani-kərimdə əzlamdan istifadə etmək qəti surətdə qadağan olunur və bu əməl bütlərə inanmaq, şərab içmək kimi günahlara bərabər tutulur: «Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, əzlam da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız» («Maidə», 90).
Bəzi hədislərdə «fəl» sözünə rast gəlirik. Amma bu, haqqında danışdığımız faldan fərqli bir məfhumdur. Peyğəmbərdən: «Fəl nədir?» – deyə soruşulduqda, «Hər hansı birinizin eşitdiyi gözəl sözdür» cavabını vermişdi («Səhihü-Buxari», «Tibb» kitabı, 5754-cü hədis). Məsələn, çətinliyə düşmüş bir adam təsadüfən başqa birisinin dilindən yaxşı bir söz eşitsə, bunu xeyirə yozmasında günah yoxdur. Belə demək mümkünsə, fəl – qulaq falıdır. Novruz ənənələri arasında bu günə kimi yaşayan qulaq falına çıxmaq adəti də bunun bir formasıdır. İmam Əli buyurub: «Göz dəyməsi, ovsun, sehr və fəl vardır (mövcuddur), tiyərə, ədva (bədbəxtliyin birindən başqasına keçməsi) isə yalandır» («Nəhcül-bəlağə», 408-ci hikmətli kəlam).
Falçılıq İslamda çox böyük günahlardan sayılır. Çünki falçı qeybdən xəbər verdiyini iddia edir. Halbuki, qeyb aləminin sirləri yalnız Allaha məlumdur; Allah onlardan lazım bildiyi qədərini peyğəmbərlərə və övliyalara açar. Onlar da Allahın izni olmadan heç bir qeyb xəbərini insanlara çatdırmazlar. Halbuki, falçılar qətiyyən şəriətə uyğun olmayan vasitələrlə gələcəkdən xəbər verdiklərini söyləyir, üstəlik, bunun üçün muzd tələb edirlər. Bu, onların sözünün həqiqətə uyğun olmadığını açıq-aşkar göstərir.
Müasir falçılar keçmişdə kahinlərin icra etdikləri işləri yerinə yetirirlər. Keçmiş zamanlarda adamlar kahinin yanına gedir, gələcəkdə nə baş verəcəyini ondan soruşurdular. Kahin də müəyyən muzd müqabilində onlara lazım olan informasiyanı verirdi. Ona görə də, hədislərdə gələcəkdən xəbər verən kahinlər haqqında deyilənləri tam mənasında falçılara da aid etmək olar.
Həzrət Mühəmməd Peyğəmbərin (s) falçılara münasibəti çox sərt idi. Hətta o həzrət bir falçını edam etdirmişdi. Peyğəmbərimiz nəinki kahin və falçıları, hətta onlara müraciət edən və sözlərinə inanan adamları da çox ağır ifadələrlə günahkarlıqda ittiham edirdi: «Hər kim kahinə müraciət etsə və onun sözlərinə inansa, Mühəmmədə nazil olan vəhyi inkar etmiş olar» («Sünənü Əbu Davud», «Tibb» kitabı, 3904-cü hədis). «Kim kahinin yanına gedib ondan nə isə soruşsa, 40 gecəlik namazları qəbul olmaz» («Səhihül-Müslim», «Salam» kitabı, 5821-ci hədis).
Bir dəfə İmam Cəfər Sadiqə belə bir sual verdilər: «Filan yerdə bir nəfər yaşayır. Adamlar oğurlanmış malı tapmaq və başqa işlər üçün onun yanına gedirlər. Bizə də onun yanına getmək icazəsi verirsənmi?». İmam Cəfər Sadiq onlara belə cavab verdi: «Allahın Rəsulu buyurub ki, hər kim sehrbazın, kahinin, gələcəkdən xəbər verdiyini iddia edən yalançının yanına getsə və onun dediklərinə inansa, Allahın nazil etdiyi bütün səmavi kitabları rədd etmiş kimidir» («Biharül-ənvar», LXXII, 212-213).
Diqqət yetirilməli bir məsələ də bundan ibarətdir: falla istixarəni qarışdırmaq olmaz. İstixarə (buna xalq arasında «Quran açmaq» da deyirlər) hədis və rəvayətlərə əsaslanan bir əməldir. İstixarə bir çoxlarının başa düşdüyü kimi, gələcəkdə nə baş verəcəyini detalları ilə öyrənmək deyil. İstixarə – iki yoldan birini seçməli olan, amma hansı yolun xeyirli olduğunu bilməyən adamın Quran vasitəsilə Allahdan kömək istəməsi deməkdir. Allah-təala istixarədə çıxan Quran ayəsi vasitəsilə həmin adama çıxış yolunu göstərir, iki yoldan hansı birinin onun üçün faydalı olduğunu xəbər verir. İstixarə Peyğəmbərdən və imamlardan rəvayət edilən duaları oxuduqdan sonra həmin müqəddəslərin buyurduğu qaydalar əsasında yerinə yetirilir. Ona görə də, bunu falçılıqla qətiyyən eyni tutmaq olmaz.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor