RSS
 

Login:
Şifrə:
» » İslamda yatmaq və yuxunun qaydaları barədə

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İslamda yatmaq və yuxunun qaydaları barədə

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-02-2015, 02:23 | Şərh sayı: (0) | Baxılıb: 2427

İslamda yatmaq və yuxunun qaydaları barədə


İslamda yatmaq və yuxunun qaydaları barədə


Bu vaxtlarda yatmaq məsləhət deyil
Imam Cəfər Sadiq (ə) buyurub ki, sübh azanı ilə Günəşin doğuşu arasındakı müddətdə yatmaq adamın ruzisini kəsər, çöhrəsini saraldar, üzündə dəyişiklik və çirkinlik yaradar (Biharül-ənvar, XIII, 182). Hədislərdə bunun səbəbini belə izah edirlər ki, günün həmin vaxtında insanların ruzisi bölünüb müəyyən edilir. Bunu rəmzi mənada da qəbul etmək olar. Sübh namazını qılandan sonra yatmayıb oyaq qalan insan adətən ya zehni, ya da fiziki əməklə məşğul olur, iş-gücünün arxasınca gedir, nəticədə ruzi qazanır. Yatıb yuxuya qalan adam isə bu imkanı əldən verir. Buna görə xalq içində deyirlər ki, iki nəfər qazanar: tez evlənən və yuxudan tez oyanan.
Məğrib və işa arasında yatan adamın da ruzisinin azala biləcəyi barədə rəvayətlər var.

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "Fəcr (sübh azanı) və Günəşin doğuşu arasında yatmaq adamın xasiyyətini pisləşdirər. Zöhrdən əvvəl yatmaq nemətdir. Əsr vaxtından sonra yatmaq ağlı kütləşdirər. Məğriblə işa arasında yatmaq isə adamı ruzidən məhrum edər” (Biharül-ənvar, LXXVI, 185).
Dini mənbələrdə yazılıb ki, hətta Həzrət Musa Peyğəmbərin (s) zamanında Misirdən Fələstinə qayıdan Bəni-Israil qövmü səhrada ikən Allah fəcrlə Günəşin doğuşu arasında onlara səmadan yemək endirirdi (Quranda buna "mənn” deyilir). Şirin toz şəklində olan bu yemək yalnız günün həmin vaxtında səmadan yerə tökülür və qısa müddət ərzində yoxa çıxırdı. Tənbəllik edən, yatıb yuxuya qalan adam o günün yeməyindən məhrum olurdu.

Necə yatmaq məsləhətdir

Müqəddəslərimizin tövsiyəşinə görə, cənabətli halda qüsl almadan yatmaq məkruhdur (bəyənilməzdir). Amma buna imkanı olmayan adam qüsl əvəzinə dəstəmaz alıb yata bilər, etrəsi gün namaz qılmaq üçün isə qüsl almalıdır. Dəstəmaz almağa da imkanı olmayan adam heç olmasa, təyəmmüm etsin. Ümumiyyətlə, cənabətli olmayan adam da yatmazdan əvvəl müstəhəb qüsl ya dəstəmaz alsa yaxşı olar. Imam Cəfər Sadiq (ə) buyururdu ki, hər kim təharətli halda (yəni qüsl, dəstəmaz və ya təyəmmüm etmiş halda) yatsa, yatağı onun üçün məscid kimi olar (yəni yuxusu ibadət kimi sayılar). Peyğəmbər buyurub ki, hər kim dəstəmaz alıb yatsa və yuxuda ikən dünyasını dəyişsə, Allah ona şəhid qədər savab verər.

Bu barədə tövsiyələrin səbəbi çox güman ki, yuxu və ruhla bağlı olan təsəvvürlərdir. Çünki Islam maarifində yuxu ölümün qardaşı və kiçik ölüm sayılır. Yuxu halında da ruh bədəndən çıxır və müvəqqəti olaraq Allahın dərgahına daxil olur. Amma yuxu ilə ölümün fərqi budur ki, yatmış adamın heyvani ruhu (canı) bədəndə qalır və həyatı təmin edir. Yatan adamın əcəli hələ çatmayıbsa, ruh yenidən bədənə qaytarılır və o, yuxudan ayılır. Yatmazdan qabaq təharətli (pak) olmaq ona görə tövsiyə edilib ki, insanın ruhu Allahın dərgahına pak halda daxil olsun.

Şamlı (Suriyalı) bir nəfər Imam Əlidən (ə) yatmağın növləri barədə soruşanda Imam cavab verdi: "Yatmağın dörd növü var: Peyğəmbərlər arxası üstə uzanarlar; onların gözləri yatmaz və vəhyin intizarında olar. Möminlər sağ böyürləri üstə üzü qibləyə sarı yatarlar. Hökmdarlar və şahzadələr sol böyürləri üstə uzanarlar ki, yedikləri həzm olsun. Iblis, onun qardaşları (yəni köməkçiləri), ağıldan məhrum və dərdə düçar olmuş adamlar isə üzüüstə yatarlar” (Biharül-ənvar, LXXVI, 186-187).
Qeyd edək ki, sağ böyrü üstə üzü qibləyə uzanmaq (möminlərin yatmaq tərzi) insanın qəbirdəki halını xatırladır. Üzü üstə uzanmaq isə həm bədən üzvlərinin sıxılmasına və narahatçılığa səbəb olur, həm də ehtilama (yuxuda cənabətli olmağa) şərait yaradır. Bəzi hədislərdə sol böyrü üstə yatmaq münafiqlərin adəti kimi göstərilir.

Şam yeməyindən dərhal sonra dolu mədə ilə yatmaq ziyandır. Hədislərdə deyilir ki, şam yeməyində yediklərinizi namaz qılmaqla həzmə verin. Imam Əli ibn Əbu Talib (ə) öz oğlu Imam Həsənə (ə) məsləhət görürdü ki, dörd tövsiyəyə əməl etsə xəstələnməz və həkimə müraciət etməyə ehtiyacı olmaz. Həmin dörd tövsiyə budur: acımayınca süfrə arxasında oturma; süfrədən tam doymamış halda qalx; yeməyi ağzında yaxşı çeynə; yatmazdan əvvəl ayaqyoluna getməyə çalış.
Peyğəmbər müsəlmanları əlləri kirli halda, xüsusilə, əlləri yağa və piyə bulaşmış halda yatmaqdan çəkindirirdi.
Yatan zaman abır-həyanı gözləmək də müsəlman üçün çox vacibdir. Buna görə hamının görə biləcəyi açıq yerlərdə yatmaq bəyənilmir. Məsələn, isti havalarda sərin olsun deyə evin damında yatmaq Islamda bəzi şərtlər daxilində icazəlidir; gərək heç olmazsa iki dirsək hündürlüyündə divarın arxasında yatasan ki, kənar evlərin damından ya pəncərəsindən səni görən olmasın.

Qeylulə yuxusu

Peyğəmbər sünnəsində rast gəlinən əməllərdən biri də qeylulə yuxusudur. Qeylulə – günorta vaxtı, zöhrdən əvvəl dincəlmək məqsədi ilə qısa müddətli yatmağa deyilir. Peyğəmbər qeylulə yuxusuna ciddi əməl edər və müsəlmanları da buna təşviq edərdi. Qeylulə yuxusu bədəndəki yorğunluğu aparır, hafizəni gücləndirir, zehni açır. Peyğəmbər buyururdu ki, gecə namazlarını qıla bilmək üçün qeylulədən faydalanın; yəni günorta yatın ki, gecə namazı üçün yuxudan oyana biləsiniz. Rəvayət edirlər ki, bir bədəvi ərəb yaddaşının get-gedə kütləşməsindən Peyğəmbərə şikayət etdi. Peyğəmbər ondan soruşdu ki, sən yəqin günortalar yatmağa adət etmisən, amma son vaxtlar bu adəti pozmusan. Ərəb həqiqətən belə olduğunu söylədi. Peyğəmbər ona məsləhət gördü ki, yenə günortalar qeylulə yuxusuna riayət etsin.

YATMAZDAN ƏVVƏL OXUNAN DUALAR

Kim yatmazdan əvvəl Ixlas (Qül hüvəllah) surəsini oxusa, Allah min mələyi təhkim edər ki, həmin gecə onu qorusunlar. Yatmazdan əvvəl Kafirun, Fələq və Nas surələrini oxumaq, çoxlu istiğfar etmək, kəlmeyi-şəhadəti söyləmək, xüsusilə, "la ilahə illəllah” cümləsini çoxlu təkrar etmək savabdır. Qəbr əzabından qorxan adam Təkasür surəsini oxusun. Yatmazdan əvvəl ayətül-kürsi oxumaq iflic xəstəliyindən, Ya-Sin surəsini qiraət etmək şeytanın şərindən və bəladan insanı qoruyar. Əhqaf və Casiyə surələrini yazıb yastığın altına qoymaq insanı pis qüvvələrdən qoruyar. Oğurluqdan amanda qalmaq istəyən adam yatmazdan əvvəl Isra surəsinin son iki ayəsini oxusun.

Peyğəmbər bu duanı yatmazdan əvvəl oxumağı Imam Əliyə (ə) tövsiyə etmişdi: "Sübhan Allahi vəl-həmdü lillahi və la ilahə illəllahü vəllahü əkbər. Və la hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim” (Tərcüməsi: "Allah hər nöqsandan uzaqdır, aləmlərin rəbbi olan Allaha həmd olsun, Allahdan başqa tanrı yoxdur, Allah hər şeydən qüdrətlidir. Güc və qüdrət yalnız uca və əzəmətli Allaha məxsusdur”). Həzrət Mühəmməd Peyğəmbər (s) yatağına uzananda bu duanı oxuyardı: "Bismikə allahümmə əmutü və əhya” (Allahım, Sənin adınla ölür və dirilirəm). Yatağından qalxanda isə buyurardı: "Əlhəmdü lillahil-ləzi əhyana bə’də ma əmatəna və ileyhin-nüşur”(Bizi öldürəndən sonra dirildən Allaha həmd olsun. Sorğu-sual üçün dirilib Onun hüzuruna gedəcəyik).

Islamda çox bəyənilən əməllərdən biri də hər gün öz nəfsini hesaba çəkmək, yəni bu gün ərzində nə etdiklərin barədə öz-özünə hesabat verməkdir. Xüsusilə, bunu yatmazdan əvvəl etmək daha məsləhətdir. Insan gərək yatağa uzanıb düşünsün ki, bu gün hansı yaxşı və pis əməlləri etmişəm. Yaxşı əməlləri yada salıb Allaha şükr etmək, pis işlərdən də tövbə etmək lazımdır. Imam Cəfər Sadiq (ə) buyururdu ki, yatağa uzananda qarnındakı yeməyi (yəni bu yeməyin halal olub-olmadığını) və qazandığın ruzini fikirləş. Özünü ölmüş kimi təsəvvür et və unutma ki, bir zaman sənin də dirilmək vaxtın çatacaq (yəni haqq dərgahında sorğu-sual ediləcəksən).



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor