RSS
 

Login:
Şifrə:
» » Peyğəmbərlərə məxsus sifətlər

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Peyğəmbərlərə məxsus sifətlər

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 23-09-2015, 16:18 | Şərh sayı: (0) | Baxılıb: 542

 Peyğəmbərlərə məxsus sifətlər


Peyğəmbərlərə məxsus sifətlər


Hər bir peyğəmbər, Allah tərəfindən ağır və məs`uliyyətli bir vəzifəni öhdəsinə aldığına görə aşağıdakı bə`zi sifətlərə malik olmalıdır:

1 - ŞÜCAƏT: Peyğəmbər zalimlərin müqabilində heç bir qorxu və zəiflik göstərməli deyil. Müsibətlər və hədə-qorxulardan çəkinməməlidir.

2 – DOĞRU VƏ DÜZ DANIŞAN: Ona görə ki peyğəmbər Allahın dinin və şəriətin həml edir. Belə olan halda peyğəmbərin düz və doğru danışan olması vacibdir. Başqa tərəfdən yalançının din risalətini öhdəsinə alması düzgün deyil və insanlar heç vaxt belə şəxsi təsdiqləməz.

3 - ƏMANƏTDAR: Peyğəmbər Allahın göndərdiyi dini və hökmləri olduğu kimi dəyişmədən insanlara çatdırmalıdır. Peyğəmbər Xaliqinə xəyanət etməməlidir.

4 – ALLAHA BƏNDƏÇİLİK VƏ İTAƏTDƏ MÖHKƏM OLMALIDIR: Bununla da insanlar ona tamamilə tabe olsunlar, onun əmr və göstərişlərinə əməl etsinlər. əgər peyğəmbər Allaha qarşı günah etmiş olsa başqaları da günaha meyl etmiş olarlar.

Bütün bu səbəblərə görə deyirlər ki peyğəmbər mə`sum (günahsız) olmalıdır. Mə`sum, bir adətdir ki, onun sayəsində insan imanında möhkəm olur və Allaha qarşı günah etməkdən çəkinir.

MÖCÜZƏ

Peyğəmbərlər Allah-taalanın dinini və hökmlərini insanlar arasında yayırlar. Həmin səbəbdən peyğəmbərlik iddiası elə bir dəlillə (məs. mö`cizə) olmalıdır ki, o şəxsin sözünün doğruluğuna və Allah-taala ilə rabitəsinə tam şəkildə və şəkksiz dəlalət etsin.

Mö`cüzə: elə bir şey və ya hadisənin baş verməsidir ki, onunla peyğəmbərin peyğəmbərliyi sübuta yetir və adi insanlar o işi görməkdə acizdirlər.

Əgər peyğəmbərin peyğəmbərlik iddiası mö`cüzə ilə birgə olmasa, onda Allah-taalanın göndərdiyi həqiqi peyğəmbərlərlə, Müseyləmə və Əsvəd Ənəsi kimi özlərinə məqam qazanmaq niyyətində olan yalançılar, şöhrətpərəstlər və sairləri ayırmaq mümkün olmaz.

PEYĞƏMBƏRLƏRİN MÖ`CÜZƏLƏRİNDƏN NÜMUNƏ

1 - Allah-taalanın peyğəmbəri həzrət İbrahim (əleyhissalam)-ın zamanında Nəmrud adlı yolunu azmış bir kafir var idi. Elə ki, İbrahimin (əleyhissalam) peyğəmbərlik və Allah-taala yoluna təbliğat iddiasını eşidir onu çağıtdırır və ondan Allah-taalanın qüdrəti barəsində sorğu-sual edir. İbrahim (əleyhissalam) deyir: Allah-taala həm dirildir, həm də öldürür. Nəmrud cavab verir: Mən də həm dirildir və həm də öldürürəm. Bu mə`nada ki, ölüm hökmü oxunmuş bir şəxsi əfv edirəm və onu ölümdən azad edib diri saxlayıram. Amma, sağ insana da ölüm hökmü verib onu öldürürəm. Bu sözün müqabilində necə ki, Qur`anda nəql olunur, İbrahimlə (əleyhissalam) əhvalat belə olur:

أَلَمْ تَرَ إِلَى الَّذِي حَآجَّ إِبْرَاهِيمَ فِي رِبِّهِ أَنْ آتَاهُ اللّهُ الْمُلْكَ إِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّيَ الَّذِي يُحْيِـي وَيُمِيتُ قَالَ أَنَا أُحْيِـي وَأُمِيتُ قَالَ إِبْرَاهِيمُ فَإِنَّ اللّهَ يَأْتِي بِالشَّمْسِ مِنَ الْمَشْرِقِ فَأْتِ بِهَا مِنَ الْمَغْرِبِ فَبُهِتَ الَّذِي كَفَرَ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

"(Ya Rəsulum!) Allahın verdiyi hökmranlıq üzündən (azğınlaşaraq) İbrahim ilə Rəbbi barəsində mübahisə aparan şəxsi (Nəmrudu) görmədinmi? (Və ya əhvalatını bilmirsən?) İbrahim: "Mənim tanrım həm dirildir, həm də öldürür", - dediyi zaman, o (Nəmrud): "Mən də həm dirildir, həm də öldürürəm", - demişdi. İbrahim ona: "Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur!" - dedikdə, o kafir donub qalmışdı. Həqiqətən, Allah zülm edənləri düz yola yönəltməz!”

İbrahimin (əleyhissalam) sözü önündə mat qalıb cavab tapa bilməyən Nəmrud qərara alır ki, onu öldürməklə intiqamını alsın. Necə ki, bütün zalim və ədalətsiz hakimlərin adəti belədir. Qərara alır ki, İbrahimi (ə) odda yandırsın. Bununla həm ürəyi soyusun, həm də əhalini İbrahimin təbliğ etdiyi Allah-taalaya iman gətirməkdən qorxutsun. Çoxlu odun yığdırıb od vurur. İbrahimi (əleyhissalam) oda atdırır. Amma Allah-taala Nəmrudun yandırdığı atəşi İbrahimə (əleyhissalam) soyuq etməklə ona ölümdən nicat verir. Qur`an bu barədə belə nəql edir:

قُلْنَا يَا نَارُ كُونِي بَرْداً وَسَلَاماً عَلَى إِبْرَاهِيمَ

" Biz də: "Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! (Hətta soyuğun belə ona zərər yetirməsin!)" - deyə buyurduq.”

Beləliklə, İbrahimin (əleyhissalam) bu şəkildə atəşin içindən xilas olması onun peyğəmbərliyinə dəlalət edən mö`cüzə sayılır.

2 – Allah-taala Öz peyğəmbəri həzrət Musa ibn İmranı (əleyhissalam) Öz risaləti ilə Firon və tayfasına peyğəmbər göndərib onları Allah-taalaya ibadət edib iman gətirməsinə də`vət etdikdə ona bir neçə mö`cüzə də verdi. O mö`cüzələrdən ən mühümlərindən biri Musanın (əleyhissalam) əsası idi. Belə ki, Musa (əleyhissalam) əsanı yerə atdıqda o böyük bir əjdahaya çevrilib ətrafdakıları qorxudur. Firon elə başa düşür ki, bu hadisə Allah-taala tərəfindən yox, bəlkə də Musanın (əleyhissalam) öz sehridir. Ona görə də Misirdə olan bütün sehirbazları cəm edir və onlara əmr edir ki, Musanın (əleyhissalam) müqabilində bütün sehr və cadularını işə salsınlar. Onlar da əllərində olan aldadıcı iplərini və cadularını işə salır və kəndirlərinə sehr oxuyub əhalinin gözü önündə yerə atırlar. Bu kəndirlər əhalinin gözü önündə ilan şəkilində görünür. Bu zaman Musa (əleyhissalam) da əsasını yerə atır və əsa böyük bir əjdahaya çevrilib bütün bu ipləri və əşyaları udur. Elə ki, sehrbazlar bunu görür anlayırlar ki, Musanın (əleyhissalam) bu işi sehr deyildir. Həqiqətən o, Allah-taala tərəfindən olan bir mö`cüzədir. Bununla da əhali və sehirbazların hamısı Musaya (əleyhissalam) inanır və Allah-taalaya iman gətirirlər. Qur`an bu hadisəni belə nəql edir:

فَلَمَّا جَاء السَّحَرَةُ قَالُوا لِفِرْعَوْنَ أَئِنَّ لَنَا لَأَجْراً إِن كُنَّا نَحْنُ الْغَالِبِينَ (41) قَالَ نَعَمْ وَإِنَّكُمْ إِذاً لَّمِنَ الْمُقَرَّبِينَ (42) قَالَ لَهُم مُّوسَى أَلْقُوا مَا أَنتُم مُّلْقُونَ (43) فَأَلْقَوْا حِبَالَهُمْ وَعِصِيَّهُمْ وَقَالُوا بِعِزَّةِ فِرْعَوْنَ إِنَّا لَنَحْنُ الْغَالِبُونَ (44) فَأَلْقَى مُوسَى عَصَاهُ فَإِذَا هِيَ تَلْقَفُ مَا يَأْفِكُونَ (45) فَأُلْقِيَ السَّحَرَةُ سَاجِدِينَ (46) قَالُوا آمَنَّا بِرَبِّ الْعَالَمِينَ

"Sehrbazlar gələn kimi Fir’ona dedilər: "Əgər biz (Musaya) qalib gəlsək, yəqin ki, bizə bir muzd (mükafat) veriləcək, elə deyilmi?" 42. (Fir’on) dedi: "Bəli! Və üstəlik siz (mənə) yaxın adamlar olacaqsınız!" 43. Musa onlara dedi: "(Sehr alətlərinizdən yerə) nə atacaqsınız, atın!" 44. Onlar iplərini və əsalarını yerə atıb: "Fir’onun şan-şövkətinə (qüdrətinə) and olsun ki, biz üstün gələcəyik!" - dedilər. 45. Bundan sonra Musa da əsasını (yerə) atdı. (Əsa) dərhal (bir əjdaha olub) onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu. 46. Sehrbazlar (bunu görən kimi) səcdəyə qapandılar. 47. Və dedilər: "Biz iman gətirdik aləmlərin Rəbbinə! "

3 – Allah-taala həzrət İsa (əleyhissalam)-ı peyğəmbər göndərdikdə o həzrətə İncil kitabını da vermişdir. Bundan əlavə İsa (əleyhissalam)-a bir sıra mö`cüzələrdə verilmişdi. Onlardan biri budur ki, əlacsız xəstələri, anadangəlmə korları, karları, müxtəlif əlacsız dəri xəstəliklərini sağaldır, ən başlıcası ölüləri dirildirdi. Həmçinin, palçıqdan müxtəlif heyvanların cüssəsinin şəkilini düzəldib onlara üfürməklə Allah-taalanın izni ilə onlara can verirdi. Allah-taalanın izni ilə əhalinin evlərində nə və harda saxladıqlarını, nə etdiklərini qeybdən dəqiqliklə deyirdi.

Allah-taala Qur`anda bu hadisəni belə nəql edir:

وَرَسُولاً إِلَى بَنِي إِسْرَائِيلَ أَنِّي قَدْ جِئْتُكُم بِآيَةٍ مِّن رَّبِّكُمْ أَنِّي أَخْلُقُ لَكُم مِّنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيْراً بِإِذْنِ اللّهِ وَأُبْرِئُ الأكْمَهَ والأَبْرَصَ وَأُحْيِـي الْمَوْتَى بِإِذْنِ اللّهِ وَأُنَبِّئُكُم بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ إِنَّ فِي ذَلِكَ لآيَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

"Və onu İsrail övladına peyğəmbər göndərəcək. (İsa onlara deyəcək: ) "Mən, həqiqətən, Rəbbinizdən sizə mö’cüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər mö’minsinizsə, bunda bir dəlil vardır.”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor