RSS
 

Login:
Şifrə:
» » Mömin və kafirin niyyəti

Xəbər lenti

Özünü tərbiyə və təqva
Özünü tərbiyə və təqva...
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi
Xanım Fatimeyi-Zəhranın “Fədək” xütbəsi...
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)
Hacı Sahib - Cümə Xütbəsi - Vəsilə axtarmaq (14-cü hissə) (26.04.2024)...
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Mömin və kafirin niyyəti

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 10-07-2016, 10:11 | Şərh sayı: (0) | Baxılıb: 473

Mömin və kafirin niyyəti


Mömin və kafirin niyyətiHədislərdə söylənildiyi kimi, möminin niyyəti əməlindən daha yaxşı, kafirin niyyəti isə əməlindən daha pisdir. İndi isə belə bir sual meydana çıxır. Əgər niyyət əməlin başlanğıcı, əməl isə pis və ya yaxşı təsir bağışlayan əsas amildirsə, onda niyyət əməldən necə pis, yaxud yaxşı ola bilər? Əgər niyyət əməldən yaxşıdırsa, onda biz hər gün dəfələrlə cihad və şəhadət, fədakarlıq, gecələri oyaq qalıb ibadət niyyəti etsək, əmələ bir daha ehtiyac qalmırmı? Cavab Əvvəla, niyyət dedikdə əməl üçün həqiqi iradə və qəti qərar nəzərdə tutulur. Beynimizdə ani olaraq meydana çıxıb hələ icrasına tərəddüd etdiyimiz fikirləri niyyət adlandırmaq olmaz, çünki niyyətlə xəyal arasında fərq vardır. Bəzən insan namaz, oruc, həcc və s.-ni niyyət edir, amma bu işləri yerinə yetirmək üçün heç bir ciddi qərara gəlmir. Yaxud biri gecə namazı, döyüş meydanı, cihad və şəhid olmağı təsəvvürünə gətirir, ancaq özünü gecə namazı qılmağa, cəbhəyə getməyə hazırlamayıb heç bir tədbirə əl atmır. Şübhəsiz, belə təsəvvürlər ilğım və xəyaldan başqa bir şey olmayıb heç bir dəyərə malik deyildir. Allah-təala bu cür təsəvvür və xəyallara görə heç kimə mükafat vermir. Savab və əzabın meyarı insanı əmələ sövq edən ciddi düşüncə və qəti qərardır. Uca Yaradan insan iradəsini çalışmaq şərtilə dəyərləndirərək qiymətləndirmişdir. Allah-təala buyurur: "Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar.” («İsra» - 19). Allah-təala iman və saleh əməllə birgə olan istəyi qiymətləndirmişdir. Qəti qərar əmələ çevrilərkən iki cür təzahür edir: bəzən müvəffəqiyyətlə qurtarır və bəzən də məğlubiyyətə uğrayır. İnsan öz niyyətini həyata keçirmək üçün həmişə müvəffəq olmur. Bəzi hallarda obyektiv səbəblər üzündən niyyət həyata keçməsə də, hər iki surətdə (müvəffəqiyyət və məğlubiyyət) niyyət ciddi olduğundan dəyərlidir. Bu isə əməldən daha yaxşı hesab edilən elə həmin niyyətdir. Üçüncüsü, möminin niyyəti səmimi olduqda əhəmiyyət kəsb edir. Başqa sözlə, icraçı gözəlliyi əməl gözəlliyindən yaxşıdır. Çünki icraçı gözəlliyinin iki xüsusiyyəti vardır: əməli gözəl, icraçını isə əməlisaleh edir. Əməl gözəlliyi isə bunun əksi olaraq icraçıya heç bir təsir bağışlamır, yəni hər kim qeyri-səmimi gözəl bir iş görərsə, niyyətinin səmimiyyəti olmadığından həmin xeyir əməlin ona heç bir faydası yoxdur. Buna görə də Allah-təala "Qurani-Kərim”də buyurur: "Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar.” («İsra» - 19).
Peyğəmbər(s) buyurmuşdur: "Hər kim Allahdan sidq ürəklə şəhadətə yetməyi diləyərsə, Allah-təala onu evində vəfat etsə belə, şəhidlər məqamına yüksəldər.”
Həzrəti-Əli (ə) buyurur: " Allah-təala bəndələrindən kimi istəyərsə, saf niyyəti və təmiz ürəyinə görə behiştə daxil edər.” İmam Sadiq(ə) buyurur: «Fəqir mömin bəndə deyər: «İlahi! Xeyir işlər görmək üçün mənə bir vasitə göndər.» Əgər Allah-təala onun bu diləyinin saf niyyətlə olduğunu görərsə, o xeyir əməlin əcr və savabını onun əməllər kitabçasına yazar. Həqiqətən, Allah-təala ehtiyacsız və kərimdir.” Bu şərtlər bir yerdə cəmləşdikdə möminin niyyətinin niyə görə əməlindən yaxşı olduğunu bir daha sübut edir:
1) niyyət əməlin təməli və qayəsidir. Səbəb isə bir şeyin nəticəsindən daha əsas və üstündür;
2) niyyət əməlin canı və ruhudur. Ruh isə cisimdən irəlidir;
3) niyyətdə riya ola bilməz, lakin əməldə riyanın olması mümkündür;
4) möminin əməli səhv olduğuna görə özünə, yaxud başqalarına zərər yetirə bilər. Bu halda əməlin ona heç bir xeyri olmaz, amma niyyəti saf olduğu üçün mükafat və savab qazanar;
5) mömin çalışdıqca öz qüdrətindən artıq şeylər istəyir. Demək, möminin niyyəti hər cəhətdən əməlindən üstündür.
Bir gün Zeyd Şiham İmam Sadiq (ə)-ın hüzuruna gəlib soruşdu: -Ağa, sizdən eşitdim ki, niyyət əməldən daha yaxşıdır. Bu necə ola bilər? İmam Sadiq (ə) buyurdu: -Bəzən insan riyakarlıq edərək tərif xatirinə bir işi görür. Ancaq saf niyyətin əsasında ilahi eşq və ulu Tanrıya sonsuz məhəbbət olduğundan riyaya bulaşmır. Nəticədə isə Allah-təala insana əməlinə görə vermədiyi neməti niyyətinə görə əta edir. Ola bilsin ki, bəndə gecənin son saatlarında gecə namazı qılmaq niyyətilə yatıb yuxuya qalsın. Allah-təala isə gecə namazının savabını onun əməllər kitabçasına yazar, yuxuda olduğu zaman onun nəfəsini zikr, yuxusunu isə sədəqə hesab edər. Allahdan başqa heç kim başqasının niyyətindən xəbərdar deyildir. Demək, niyyətdə heç vaxt riya ola bilməz. Niyyət əmələ çevriləndə onun riyaya qarışması mümkündür. Buna görə də deyiblər: «Möminin niyyəti əməlindən daha yaxşıdır.» Amma kafirin niyyətinin əməlindən daha pis olmasının səbəbi yerinə yetirmiş olduğu işin əslində yaxşı və faydalı olmasındadır. Lakin yaxşı işlər görərkən onun niyyətində hiylə, maddi mənfəət, riya və kələk olduğundan niyyəti əməlindən pisdir. Çünki onun əməlindən başqalarına xeyir dəyir, amma özü günahdan başqa bir şey qazanmır. Deməli, kafirin niyyəti hər cəhətdən əməlindən daha pisdir. İbadətdə ixlas, sədaqət, səmimiyyət, təmiz məhəbbət, saf niyyət Ayə və rəvayətlərdən anlaşıldığı kimi, sədaqət ibadətin bünövrəsi və mayasıdır. Həqiqətən, sədaqət əsl bəndəyə xas sifətdir. Təmiz məhəbbət olmadan ibadətin heç bir mənası yoxdur. Buna görə də İmam Sadiq(ə) buyurur: "....... Niyyət əməldən üstündür. Bilin və agah olun ki, niyyət əməlin əsasıdır.” Buna görə ən yaxşı əməl saf niyyətlə yerinə yetirilən əməldir. İxlas nədir? Niyyəti şirk və riyadan paklaşdırmağa ixlas deyilir. (Nəfsi paklaşdırmada ruhu rəzil sifət və mənəvi aşınmadan təmizləmək. İxlas mənəviyyatla bağlı olduğundan onu zahiri gözəllik və işin həcmi ilə ölçmək olmaz.
İmam Sadiq (ə) buyurur: "Namaz qiyam, rüku, səcdə, oturub-durmaq deyildir. Namaz sənin saf niyyətin və Allahı sevməyindir.” Yəni namazın mahiyyəti namaz qılanın saf niyyətidir. Namazı yalnız Allahın razılığı üçün qılmaq ixlas, saf niyyətdir. Başqa bir hədisdə İmam Sadiq(ə) buyurur: "Xalis əməl odur ki, Allahdan başqası üçün yerinə yetirilməsin” . İxlas bir neçə mərhələyə bölünür. İlk növbədə ibadət riya və özünü nümayiş etdirmədən pak olmalıdır. Hər kim savab, yaxud diləyinin yerinə yetirilməsi üçün ibadət edərsə, əməli düzdür. Bu cür niyyətlərin ixlasla qarışdırılmasının heç bir eybi yoxdur. Qeyd etdik ki, sədaqətin bünövrəsi riya və özünügöstərməni tərk etməklə möhkəmlənir. Namaz qılarkən Allahdan nə isə diləyən, ondan mükafat (əcr) və savab gözləyən şəxs riyakar sayılmır. Əlbəttə, belə bir şəxsin ixlası kamil deyildir. Kamil ixlaslı bəndənin qəlbində Allahdan başqa bir şey olmamalıdır. İmam Sadiq(ə) buyurmuşdur: "Bəndə üçün ən üstün nemət odur ki, qəlbində Allahdan başqa bir şey olmasın.” "Allahdan başqa bir şeyi özündə saxlamayan qəlb sağlam qəlbdir. Şirk və ya şəkk-şübhə içində olan qəlb isə xəstədir....” İxlas bütün ibadətlərin ümumi şərtlərindəndir. Fəqihlər onu əməlin düzgünlüyü, həkimlər ruhun qidası, ariflər isə vüsala yetişməyin şərti hesab etmişlər. Əməl ilahi və səmavi rəngə boyanmayınca ucalmayıb məşuqun vüsalına yetişmək olmaz. Riyaya boyanmış əməllərin Allah və ülvi aləmlə heç bir əlaqəsi olmadığından bəndə və Yaradan arasında vasitə ola bilməz. «Quran» və ixlas (saf niyyət) «Qurani-Məcid»də bu barədə buyurulur: "Allaha saf niyyətlə (riyasız, şirksiz) ibadət etməkdən başqa onlara heç nə buyurulmamışdır...” («Bəyyinə» - 5). "...... Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın.” («Kəhf» - 110). Ayənin son hissəsi saleh əməlin şirk və riya ilə qarışıq olmamasına işarədir. Demək, Allaha ibadət edərkən başqalarını da ona şərik etsək, ixlas yox olaraq ibadətin yalnız zahiri görkəmi qalar. Əməl isə öz mahiyyətini itirdikdə, nəticədə, insana bir faydası olmaz. Necə ki bu ayənin nazilolma səbəbi haqda oxuyuruq: Bir şəxs Peyğəmbər(s)-in hüzuruna gəlib dedi: «Ey Allahın Rəsulu! Mən Allah yolunda ehsan verib yaxın qohum-əqrabalarımı başa çıxıram, amma camaat mənim bu əməllərimi danışıb tərifləyəndə çox xoşhal oluram. Mənim bu əməllərimin dərəcəsi nədir?» Peyğəmbər(s) heç bir söz deməyib dinmədi. Nəhayət, bu ayə («Kəhf» - 110) nazil oldu. Müxləs (saflaşmış) bəndələr Allah-təala saleh bəndələri saf niyyətlərinə görə tərifləyir. Məsələn, Yusif peyğəmbəri(ə) tərifləyərkən onu "müxləs” (saflaşmış)- deyə yad edir: "Doğrudan da, (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini görməsəydi, (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. Çünki o, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir.” («Yusif» - 24). Həzrət Musa(ə) barədə buyurur: "(Ya Mühəmməd!) Kitabda (Quranda) Musanı da yad et! Həqiqətən, o (öz ibadətində) çox səmimi idi. O bir elçi, bir peyğəmbər idi.” («Məryəm» - 51). Diqqətəlayiq məsələ Müxləs feli sifət olub "saflaşdırılmış” mənasını ifadə edir. Allah-təala bu iki peyğəmbəri (Musa və Yüsif) vəsf edərkən onları "müxləs” adlandırır. "Müxləs” sözü ilə "müxlis” sözü arasında böyük fərq vardır. «Müxlis» sözü ötəri sədaqəti olan adama da deyilir. Məsələn, dəniz tufanında hər şeydən əli üzülmüş adamlar Allahı ixlasla köməyə çağıraraq imdad diləyirlər: "(Müşriklər) gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus edərək (ixlasla) Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi yenə də (Ona) şərik qoşarlar.” («Ənkəbut» - 65). "(Kafirləri) ətrafına kölgə salan uca dağlar (yaxud qara buludlar) kimi dalğalar bürüdüyü zaman onlar dini (ibadəti) Allaha məxsus edərək yalnız Ona dua edərlər. Allah onları sağ-salamat quruya çıxartdıqda içərilərindən bəziləri (küfrlə iman arasında) orta mövqe tutar. (Bəziləri isə öz küfründə qalar). Ayələrimizi yalnız çox xain, nankor olanlar danarlar!” («Loğman» - 32). "Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və sərnişinlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq ona belə dua edərlər: «Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükr edənlərdən olarıq!» Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başlayarlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qayıdacaqsınız. Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik” («Yunus» - 22,23). Bu ayələrdən "müxlis” sözünün mahiyyəti müəyyən olur. Bu söz sədaqət məktəbinin öncüllərini, hətta (dəryada tufana uğradıqları zaman ümidləri hər yerdən üzülüb Allahı saf niyyətlə, ixlasla çağıran) bütpərəst müşriklər və dünyapərəstləri də əhatə edir, halbuki onlar az keçməmiş, sahilə çatdıqdan sonra Allahı yaddan çıxarıb ikinci dəfə müşrik olurlar. Təbii ki, yolun ilkin mərhələsində olanlar şeytani vəsvəsə və nəfsani həvəslər qarşısında acizdirlər. Bu təhlükələr qarşısında möhkəm durub özlərini günahdan qoruyanlar isə çoxdurlar. Amma müxləslər (saflaşmışlar) ixlasın ilkin mərhələlərini uğurla başa vuranlardır. Onlar günahsızlıq məqamına nail olaraq şeytan və nəfsi əmmarənin (pisliklərə sövq edən nəfs) hökmranlığından qurtulmuş və Allah hökmranlığına daxil olmuşlar. Yusif peyğəmbər də belələrindən idi, çünki Yusif o çətin və çıxılmaz böhranlı hallarda dağ kimi dayanaraq çətinliklərə sinə gərdi. O qadın (Zuleyxa) Yusifdən kam almaq üçün nə qədər çalışdısa da, yenə Yusif ona: "Allaha pənah aparıram,”-deyə rədd cavabı verdi. Qətiyyətlə onun qanunsuz istəyini rədd edərək qadının şərindən özünü qurtarmaq üçün qapıya tərəf yüyürdü. Bağlı qapı Yusifin üzünə açıldı, Allah ondan öz qeybi yardımlarını əsirgəmədi. Şübhəsiz, nəfsi saflaşdırmanın bu mərhələsinə çatmaq üçün ilahi yardımlardan əlavə ehtiras və şəhvətlə də (həvayi-nəfslə) möhkəm mübarizə lazımdır. Öz daxili istəklərinə göz yuma bilməyib istədiyini edən şəxs heç vaxt bu məqama yetişə bilməz. Bir sözlə, yalnız Allah istəyini öz istəyindən üstün tutub başında başqa fikirlər dolandırmayan qəlb belə ali dərəcələrə yetişərək nurani ola bilər. Müxləslər cərgəsində yalnız bütün əməlləri Allah üçün olan şəxs addımlaya bilər, belə ki bununla bağlı sevimli Peyğəmbərimiz(s) buyurur: "De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!” («Ənam» - 162,163). İxlas barədə hədislər Məsum imamlar(ə) ixlas haqda çoxlu hədis və rəvayətlər söyləmişlər. Çünki ixlas konkret və incə məsələdir. Əməllərin qəbulolma dərəcəsi ixlasın miqdarından asılıdır. İxlas nə qədər çox olarsa, əməl bir o qədər dəyərli və qiymətli olar. İxlas təsəvvür etməklə,yaxud sözləri bir-birinə qoşmaqla əmələ gələn deyildir. Əksinə, ixlas Allahdan kömək diləmək və nəfsi cilovlamaqla meydana çıxır. Əfsuslar olsun ki, bir çox adamlar özlərini müxlis hesab edir, lakin həqiqətdə ixlasdan çox uzaq olub öz həvayi-nəfs və şəhvətlərinə uyurlar. Peyğəmbər(s) buyurur: «Cəbrail mənə Allah-təaladan bunu xəbər verdi: «(İxlas) mənim sirlərimdən biridir. Mən onu sevdiyim bəndələrin qəlbinə əmanət olaraq qoyuram.» Həzrəti-Fatimeyi-Zəhra (s.ə.) buyurur: «Kim öz xalis ibadətini Allaha tərəf yönəldərsə, Allah da ən yaxşı məsləhəti (xeyri) onun üçün göndərər.» Səkkizinci İmam Əli ibn Musa Riza(ə)-dan belə nəql olunur: "Əmirəlmöminin(ə) həmişə deyərdi: «Xoş o adamın halına ki, dua və ibadətini yalnız Allaha məxsus edərək gördüyü şeyləri qəlbinə girməyə qoymur, eşitdikləri Tanrını ona unutdurmur, başqalarına verilən nemətə görə kədərlənmir.” İmam Sadiq(ə) "Mülk” surəsinin ikinci ayəsini təfsir edərkən buyurur: "Bu ayədə Allah-təala çox əməl edəni yox, düzgün əməl edən şəxsi nəzərdə tutmuşdur. Düzgün əməldə isə, Allah qorxusu (xofu) ilə niyyətin saflığı yanaşı olmalıdır». Sonra buyurur: «Əməli (pisliklərdən) qorumaq əməlin özünü yerinə yetirməkdən çətindir....” Əlbəttə, ixlas əldə etmək və onu müəyyənləşdirmək çox çətin və dəqiq məsələdir. Buna əməl etmək çox əziyyətlibir işdir. Peyğəmbər(s) bu barədə buyurur: "Mənim ümmətim arasında şirk qarışqanın çopur daş üzərində yeridiyi kimi gizlənmişdir.”



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor