RSS
 

Login:
Şifrə:
» » İxlas dediyin xalis olmaqdır, qarışıqsız, riyasız

Xəbər lenti

Hədislərdə süfrə ədəbi
Hədislərdə süfrə ədəbi...
1 2 3 4 5 6 7 8 9 10

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İxlas dediyin xalis olmaqdır, qarışıqsız, riyasız

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 18-01-2016, 08:07 | Şərh sayı: (0) | Baxılıb: 338

İxlas dediyin xalis olmaqdır, qarışıqsız, riyasız


İxlas dediyin xalis olmaqdır, qarışıqsız, riyasızİnsan var ki, qıldığı namaz elə alnını yerə qoyduğu səcdəgahı qədərdir; insan da var, qıldığı namaz səcdəgahından uzanır, cənnətin üzərindən keçərək bir anda Haqqın dərgahına qovuşur.

"Namaz möminin meracıdır" buyurur sultanımız sevimli Peyğəmbərimiz ( s.ə.s.). Yəni doğru-düzgün, hüşu ilə, Quranın buyurduğu kimi qılınan namaz insanı bir andaca Haqqın hüzuruna yüksəldər. Allah qarşısında əyilmək yüksəlməkdir. Allah qarşısında əyilməyi qəbul etməyənlər bəndə qarşısında sürüm-sürüm sürünərlər. Allah qarşısında təkcə bədən əyilmir, ruh əyilir, ağıl əyilir, iradə əyilir, duyğular, düşüncə əyilir, nəfs əyilir, səndə olan nə varsa hamısı əyilir. O əyilmək dəyər qazanmaqdır, şərəf sahibi olmaqdır.

Namaza başlayanda əlləri qulaq diblərinə qədər qaldırıb, "Allahu Əkbər" deyərlər. Təsəvvüf alimləri "iftitah təkbiri" adlanan bu başlanğıcı belə yozurlar ki, əllərini qulağın dibinə qədər qaldıraraq, "Allahu Əkbər" söyləmək "Kəbə ilə aramda (bunu Allahla aramda kimi də başa düşmək olar) olan bütün əngəlləri, maneələri arxama atdım" deməkdir.

İnsan var, duası çırtladığı tum qabığı kimi ağzından çıxıb ayağının ucuna düşür; insan da var, dodaqlarından qopan dua bir andaca Haqqın qapısına dayanır. Allah-Təala Öz bəndələrinə təqvasına görə dəyər verir. İxlas- ruhunu Allaha təslim etməkdir, ixlas-diri ikən, həyatda ikən Allaha qovuşmaq təşnəsidir, təmənnasıdır.

Əsrin böyük alimi saleh əməl haqqında çox önəmli bir tərif söyləyir:

"İmana aid bilgilərdən sonra insana ən gərəkli və ən mühüm olan şey saleh əməllərdir. Saleh əməl isə Allah-Təalanın qullarının maddi-mənəvi hüquqlarına təcavüz etməməklə yanaşı, Allah-Təalanın (c.c.) haqqına, əmanətlərinə qüsursuz riayət etməkdən ibarətdir".

Göründüyü kimi, insanların maddi və mənəvi hüquqlarına hörmət etmək, başqalarının haqqını tapdamamağa səy göstərmək saleh əməllər çərçivəsinə daxil edilir. İlk baxışdan bu davranışın, bu həssaslığın daha çox təqva kateqoriyasına aid olduğu düşünülsə də, təqva ilə saleh əməl arasında güclü bir bağlantı olduğunu nəzərə alsaq, eyni anlayışın hər ikisi üçün də keçərli olduğu anlaşılır. İnsanların maddi və mənəvi hüquqlarını tapdamadan yaşanan bir ömür saleh ömürdür.

Yalan söyləməmək təqvadır, Allah qorxusudur, haramdan, günahdan uzaq durmaqdır; doğrunu söyləmək isə saleh əməldir. İbadət etməməyi böyük bir günah hesab etmək təqvadır; ibadət etmək isə saleh əməldir.

İnsanlar Allahın (c.c.) qullarıdır. Allah-Təala (c.c.) bir bəndəsinin digər bəndələrinin haqqını tapdamasına heç razı olmaz. Bir kafirə belə zülm edilməsinə Rəbbimiz razı deyil. O halda Haqqın qullarını incitməmək, onların qeybətini etməmək, onlara iftira etməmək, həsəd aparmamaq, canlarına, mallarına qıymamaq Allah-Təalanın məmnun olduğu əməllər və hallardır, həm də saleh əməllər sırasına daxil edilirlər.

Yuxarıda saleh əməldən danışarkən hər bir əməlin niyyəti, ruhu olmasından bəhs etdik. Təbii ki, həmin əməllərin müəyyən icra forması, şəkli də mövcuddur. İxlas ilə yerinə yetirilən ibadətlərdə görüntü, yəni şəkil əməlin bədəni hesab olunur. Belə bir misal götürək: axşam namazının fərzi üç rükətdir və siz bunu 4 rükət qılsanız, şəkli baxımdan bu əməl batil olur. Yəni sizin 4 rükət namaz qıldığınızı görən adam o ibadətinizə axşam namazı deməz. Başqa bir misal: oruc ibadətinin də müəyyən şəkli, zahiri şərtləri var. Yəni gecənin bir vaxtından, imsaqdan başlayıb günəş batana qədər yeyilib-içilməyəcək. Əgər siz imsaqdan oruc tutmağa başlayaraq günəş batmasına qədər deyil, gecənin bir vaxtına qədər ac-susuz qalsanız, bəlkə buna da bir ibadət adı vermək olar, amma bu, oruc sayılmaz. Çünki ibadətlərin ruhu, mahiyyəti olduğu kimi, şəkli, icra formaları da təsbit edilmişdir və o ölçülərin yerinə yetirilməsi şərtdir. Allah-Təala necə əmr edibsə, ibadətin hansı şəklindən məmnundursa, bəndə də qeyd-şərtsiz onu qəbul etməli və yerinə yetirməlidir.

Bir qədər yuxarıda saleh əməldən danışarkən Allah-Təalanın (c.c.) haqlarından da bəhs etdik. Təbii ki, Allah-Təalanın (c.c.) haqları dedikdə, ilkin olaraq ağlımıza boynumuzun borcu ola ibadətlər gəlir. Yəni bizim namaz qılmağımız, oruc tutmağımız Allah-Təala (c.c.) qarşısında borcumuzdur və namaz qılaraq, oruc tutaraq o borclarımızı yerinə yetirmiş oluruq.

Başqa bir misal göstərək: zina edənlər bu günahı tərəflərin iradi seçimləri ilə yerinə yetirdiklərini söyləyirlər və elə düşünürlər ki, burada kimsənin haqqı tapdanmır. Onlar unudurlar ki, Allah-Təalanın (c.c.) haram buyurduğu, günah bildirdiyi əməllərdən uzaq durmayanlar Allah-Təalanın (c.c.) əmanətinə xəyanət etmiş olurlar.

Başqa bir misal: birisinin başına iş gəlir və o, qəzavü-qədərə, Allahın (c.c.) əmrlərinə qarşı üsyan edir. Bu zaman həmin insan həm Allah-Təalanın (c.c.) haqqına riayət etməmiş olur, həm də pis örnək göstərdiyi üçün insanların haqqını tapdayır.

Bütün əməllər niyyətlərə görədir. Hətta insan xeyirxah niyyətlə başladığı bir əməli tamamlaya bilmirsə və ya istədiyinin tam əksi alınırsa belə, yenə Allah-Təala (c.c.) həmin qulunu niyyətinə görə dəyərləndirər, mükafatlandırar. İxlas hər əməldə Allah-Təalanın (c.c.) əmrlərini rəhbər tutmaqdır, onun-bunun, qonum-qonşunun, varlının-kasıbın nə düşündüyünü arxa plana atmaqdır. Namaz başlayarkən alınan təşrik təkbirin bir anlamı da "artıq dünyanı arxama atdım və Allah-Təala ilə aramda heç bir əngəl qalmadı" kimi izah olunur.

Allah-Təala könlümüzə ixlas ruhunu hakim qılsın və bizi rizasına qovuşan qulları sırasına qəbul eyləsin!
"Zaman Azərbaycan"



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor