Nİyyət iki ağızlı qılıncdır |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-06-2015, 02:07 | Şərh sayı: (0) | Baxılıb: 662
Nİyyət iki ağızlı qılıncdır
Niyyətdən asılı olaraq beş dəqiqəlik bir namaz insanı həm behişt, həm də cəhənnəmə apara bilər. Ona görə də insan öz niyyətinə qarşı çox həssas olmalıdır. İnsanın öz qıldığı namazlardan razı qalıb qürrələnməsi çox pis haldır. Qiyamət günü bir çoxlarına deyilər ki, sən namazı filankəslə-rin razılığına xatir qılmısan get əvəzini onlardan al! Rəvayətlərdə buyurulduğuna görə, riyakarlıq bəzən o qədər məxfi olur ki, mələklərin də nəzərindən qaçır. Riyakarlığı yalnız Allah-təala özü qeydə alır. İnsanın hər bir əməli bir neçə dəfə süzgəcdən keçirilir. Bəndənin əməli yuxarı qalxıb birinci səmaya çatır. Bu səmadakı mələklər onu qəbul etsələr, əməl ikinci səmaya qalxır. İkinci səmada da təftişçi mələklər var. Yalnız bu mələklərin təsdiqindən sonra əməl üçüncü səmaya qalxa bilər. Beləcə, yeddinci səmayadək təftiş gedir. Yeddinci təftişdən keçən əməl Allahın hüzuruna göndərilir. Bəzən yeddi səmada qəbul olunmuş əməl haqqında Allah-taala buyurur: "Bu əməl mənim razılığım üçün görülməyib...”
Belə rəvayətlər çoxdur. Bu rəvayətləri eşidib, ümidi itirmək yox, niyyətə qarşı diqqətli olmaq lazımdır. Bu məsələyə diqqətsiz yanaşan insan riyakarlığa düçar olacaqdır.
Əməldə niyyətin rolu o qədər böyükdür ki, saf niyyətli insanın bütün əməlləri ibadət hesab oluna bilər. Bəli, yemək, içmək, yatmaq, istirahət ibadət səviyyəsinə ucala bilər. İnsan bütün bu əməllərdə Allahın razılığını gözləyərsə, ötən hər an üçün ibadət savabı yazılar. Allahın razılığına səbəb olan hər bir əməl ibadətdir. Xüsusi ibadətlərin digər əməllərdən fərqi odur ki, namaz və oruc kimi xüsusi ibadətlərdə riyakarlıq olarsa, bu əməllər insanı cəhənnəmə aparar.
Namazın niyyətinə xüsusi ilə həssas olmaq lazımdır. Namazın niyyəti düz olarsa onun dəyəri çox-çox yüksəyə qalxar. Amma riyakarlıq namazı bir hala salar ki, insan bu ibadətdən zərərdən başqa bir şey görməz.
Pərvərdigara bütün ibadətlərdə, xüsusən namazda bizə ixlas nəsib et.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər