RSS
 

Login:
Şifrə:
» » Duaya münasibətdə təkəbbürün mənası

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Duaya münasibətdə təkəbbürün mənası

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 18-06-2016, 17:52 | Şərh sayı: (0) | Baxılıb: 374

Duaya münasibətdə təkəbbürün mənası


Duaya münasibətdə təkəbbürün mənasıAllah "Mumin” surəsinin 60-cı ayəsində buyurur: "Rəbbiniz dedi: Çağırın Məni, qəbul edim sizi. Mənə pərəstişə münasibətdə təkəbbür göstərənlər tezliklə başıaşağı cəhənnəmə daxil olarlar”.
İndi isə duaya münasibətdə təkəbbürün hansı məna daşıdığını araşdıraq. Duadan üz çevirmək üç şəkildə təsəvvür oluna bilər:
Bəzən insan qafillik səbəbindən duadan çəkinir; iman zəifliyi onu ilahi dərgaha üz tutmaqdan məhrum edir. Buna görə də, çətinlik zamanı əvvəlcə maddi vasitələrin ardınca gedir və vasitələrin səbəbkarını unudur. Məsələn, xəstələndiyi zaman əvvəlcə Allahı xatırlamaq əvəzinə həkim və dərman ardınca qaçır. Mümkündür ki, kimsə bu halı onun nəzərinə çatdırdıqda özü də bunu etiraf etsin. Bu növ unutqanlıq təkəbbürdən yox, iman zəifliyindən qaynaqlanır.
Bəzən insan qarşılaşdığı şübhələr əsasında duadan çəkinir. Məsələn, Allahın dəyişməz qanunları olduğunu və bu qanunlara itaət etməyin zəruriliyini eşidir. Başqa sözlə, o elə bilir ki, Allah hər bir dərd üçün dərman vermişdir. Buna görə də öz-özlüyündə düşünür: Dua, yəni nə? Baş ağrısını dua ilə yox, filan dərmanla müalicə etmək lazımdır. Bu əqidə də təkəbbürdən yox, insanın imanındakı naqislikdən yaranır. Bu şəxs Allahı düzgün tanımamış və Onunla aləmin əlaqəsini yaxşı dərk etməmişdir. O, tövhidi zəif dərk etmiş və duanın həqiqi təsirini anlamamışdır.
Bəzən isə insan öz-özlüyündə deyir: Qarşıya çıxan hər bir çətinliyi özüm aradan götürəcəyəm, ehtiyaclarımı özüm təmin edəcəm. Nə üçün Allahın qarşısında boynumu əyim? Nə üçün gecənin rahat yuxusunu tərk edib Allahın qabağında kiçilim? Bu, duaya münasibətdə təkəbbürdür; Allahdan nə isə istəməyi ar bilir və onu özü üçün nöqsan sayır.
Bəzi yenilikçilər deyir: İslam insanın hətta Allah qarşısında da kiçilməsini istəmir. Onlar hətta namazın "Allahu əkbər” və "Bismillahir-rəhmanir-rəhim” kimi zikirlərini siyasi şüar hesab edirlər. Onların əqidəsinə əsasən, insan heç bir şeyin qarşısında kiçiklik göstərməməli və boyun əyməməlidir. Deyirlər ki, ağlamaq uşaqların və qoca qadınların işidir! Əgər insan özünü tanıyarsa, heç zaman ağlamaz və özünü güclü, qüvvətli hiss edər; insan hətta Allahın da qarşısında ağlamamalıdır.
Təəssüf ki, bu şəxslər öz əqidələrini İslama aid edir və onu islamşünaslıq adlandırırlar! Onlarlardan soruşmaq lazımdır ki, əgər bu islamşünaslıqdırsa bəs ateizim nədir?
İbadətin əsası və həqiqəti kiçikliyin göstərilməsidir. Quranda oxuyuruq: "Qüdrətli və ölməz Allahın izzəti qarşısında aləmin bütün böyükləri kiçilmiş və mütidirlər.” "Göylərdə və yerdə nə varsa istər-istəməz Onun fərmanına mütidir və hamı Ona tərəf qayıdacaqdır.” 53 İnsan üçün iftixar Allahın əzəmətini dərk etmək və Onun qarşısında kiçiklik və xarlıq göstərməkdir. Allahı daha yaxşı tanımış Əmirəl-möminin (ə) buyurur: "İlahi, izzətim üçün təkcə Sənin bəndən olmağım, iftixarım üçün yalnız Sənin mənə Allah olmağın bəs edər.”
Allah qarşısında bəndəlik göstərilməsi bəndəliyin ən uca mərtəbəsidir. Allah tərəfindən insanın bəndəliyinin qəbul olunması şəxs üçün ən böyük izzətdir. Allah yanında daha çox bəndəlik göstərilməsi nəticəsində, insan daha kamil və Allaha daha yaxın olar. Əlbəttə, aydındır ki, Allah insanın Onun qarşısında kiçiklik göstərməsindən heç bir ləzzət almır. Çünki Onun bu şeylərə ehtiyacı yoxdur. Deyildiyi kimi, bu iş insanın kamilliyinə səbəb olduğu üçün Allah tərəfindən bəyənilir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor