RSS
 

Login:
Şifrə:
» » İnsanın rəftarında düzgün baxışın rolu

Xəbər lenti

20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






İnsanın rəftarında düzgün baxışın rolu

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 27-05-2016, 21:26 | Şərh sayı: (0) | Baxılıb: 299

İnsanın rəftarında düzgün baxışın rolu


İnsanın rəftarında düzgün baxışın roluİnsanın dünyagörüşü onun fəaliyyətinə istiqamət verir. Varlıq aləmi haqqında yanlış fikirdə olan insan şübhələr, tərəddüdlər səbəbindən öz insanlıq vəzifələrinə süst yanaşır. Həyatı boyu suallarla qarşılaşan insan ən azı haradan gəldiyini və haraya gedəcəyini bilməlidir. Bu suallara cavab tapmadan doğru təkamül yolunu tapmaq qeyri-mümkündür. Son əsrlərdə xüsusi ilə Avropada insanların dini etiqadı zəiflədiyindən əxlaqi dəyərlərə də münasibət dəyişmişdir. Elmi-texniki tərəqqinin təsiri altında yalnız təcrübədən keçənləri həqiqət hesab edən Avropa «Allah», «vəhy», «qiyamət» kimi anlayışları inkar etməkdən çəkinmir. Din ehtimal yox, yəqinlik tələb etdiyindən bu günkü avropasayağı düşüncə tərzi tamamilə həqiqətdən uzaqdır. Ümumiyyətlə, qərb ölkələrində etiqad zəifliyinin səbəblərindən biri orada materialist dünya görüşünün daha çox təbliğidir. Dinin və əxlaqın ayaq altına atıldığı bu cəmiyyətlərdə «sekularizm» adlanan baxış yayılmaqdadır. Sekularizm bütün dini etiqadları ictimai həyatdan sıxışdırıb çıxarmaq əzmindədir. Dünyada əxlaqsızlıq baş alıb gedir. İstisnasız olaraq bütün filosoflar sekularizmin təqdim etdiyi «azad əxlaq»ı əsl əxlaqsızlıq hesab edirlər. Dini dəyərləri itirmiş cəmiyyətin əxlaqı iyrənc kübar əxlaqından başqa bir şey deyildir. Aydın məsələdir ki, ilahi dəyərlərlə nizamlanmayan əxlaq məzhəkəçilikdir. Belə cəmiyyətlərdə hər sosial təbəqənin öz əxlaqı olur. Kişilərin qadınlıq etməsinin, qadınların nikahsız yaşamasının əxlaqsızlıq olduğunu sübut etmək üçün ilahi göstəriş lazımdır. Sekularizm isə dinə yer vermədiyindən hər məhəllənin özünəməxsus etiketi yaranır. Möhkəm əsaslara malik dini dəyərlərin möcud olmadığı bir cəmiyyətdə insan özü öz taleyi haqqında düşünməlidir. İnsan tövhid, nübüvvət və məad kimi əsas etiqadları dərk etməyə müvəffəq olarsa bu onun dünyagörüşü və rəftarına öz təsirini göstərər.
Riya infaqın bəlasıdır
İslam dinində ehtiyaclıya göstərilən yardım «infaq» adlanır. İnfaq edən şəxs Allahın razılığından əlavə, ətrafdakıların nəzərini də güdə bilər. Əgər o yardım əlini uzadarkən başqalarının bu işdən xəbər tutmasını istəyirsə niyyəti Allahın razılığını qazanmaq yox, özünü cəmiyyətə tanıtdırmaqdır. İnsanın bu sayaq ikili niyyəti riya, insan özü isə riyakardır. İnfaq edən şəxs bu işi gizli görməlidir ki, kömək göstərdiyi insan utanıb-sıxılmasın. Gizli infaqın savabı da böyükdür. Ümumiyyətlə, düzgün icra olunmuş çox kiçik bir ibadətin böyük savabı ola bilər. Özü-özündə fiziki işin heç bir dəyəri yoxdur. İşi gözəlləşdirən iş görənin niyyətidir. «Rum» surəsinin 38-ci ayəsində buyurulur: «Yaxın qohuma, yoxsula, miskinə, müsafirə haqqını ver. Allah rizasını diləyənlər üçün bu daha xeyirlidir». «Bəqərə» surəsinin 207-ci ayəsində isə belə buyurulur: «İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda edir».
İnsan öz xeyir əməlinin savabını qorumalıdır. Od zəmini yandırdığı kimi günah da savabı yandırır. «Ey iman gətirənlər! Sədəqələrinizi, malını riyakarlıqla sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla puça çıxarmayın»(«Bəqərə» surəsi, ayə 264.).
Qurani-Kərim insanı namazdan daha çox infaqda xalis, səmimi olmağa çağırır. Riya namazı batil edir. Amma infaqda riya ilə daha çox qarşılaşırıq. İmam Sadiq (ə) buyurur: «Xalqın gözü qarşısında infaq etmə ki, səni tərifləsinlər. Əgər belə etmisənsə sənin infaqının mükafatı camaatın tərifi olacaq. Elə et ki, sağ əlinin infaqından sol əlin xəbərsiz olsun. Gizli sədəqənin mükafatını qiyamət günü hamının gözü qarşısında alacaqsan».
Əlbəttə, insan riya qorxusu ilə sədəqəni tərk etməməlidir. Özünü kamilləşdirmək istəyən bəzi möminlərə şeytan «baxanlar deyəcək özünü göstərir, vermə!» pıçıldaya bilər. İnsan bu vəsvəsələrin qabağını alaraq daha qiymətli şeyi infaq edə bilər. Məsələn, insan yol kənarında oturmuş dilənçiyə beş yüz manat sədəqə vermək istəyir. Ətrafda baxanlar da bilir ki, bundan çox sədəqə verən yoxdur. İnsan riyadan qorunmaq üçün ovcundan beş yüz manat yox, min manat tutub onu elə gizli verə bilər ki, kimsə min manat verdiyini hiss etməz. Bundan əlavə, insan nəfsi ilə mübarizə aparıb çox sevdiyi əşyaları hədiyyə etməklə böyük savab qazana bilər. Amma belə də ola bilər ki, insanın öz nəfsinə hakim olması şərti ilə açıq işin böyük savabı olsun. Çünki bəzən açıq xeyirxahlıq başqalarında da belə bir həvəs oyadır. «Mallarını gecə və gündüz, gizli və aşkar sərf edənlərin Allah yanında böyük mükafatları vardır»(«Bəqərə» surəsi, ayə 274.).
Açıq əməl bəzən şübhələri də aradan qaldırır. Bir müsəlman xüms və zəkatı gizli ödəyərsə onun dini vacibata əməl etməməsi barədə şübhələr yarana bilər.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor