RSS
 

Login:
Şifrə:
» » Bizim öz gözlərimizdə təhlükə varmı?

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Bizim öz gözlərimizdə təhlükə varmı?

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 27-05-2016, 18:30 | Şərh sayı: (0) | Baxılıb: 248

Bizim öz gözlərimizdə təhlükə varmı?


Bizim öz gözlərimizdə təhlükə varmı?Hamıda göz enerjisi var. Bu barədə ən dəqiq məlumatı peyğəmbərlər və vəhy təfsirçiləri veriblər. Bəzi rəvayətlərdən aydın olur ki, bir qrup insan nəinki gözü ilə bizə problem yaradır, hətta biz özümüz də gözümüzlə onlara problem yaradırıq. Buna görə də rəvayətlər tövsiyə edir ki, dost və yaxın insanların əlində bir nemət gördükdə və bundan heyrətləndikdə də dərhal "Və in yəkadulləzinə kəfəru...” ayəsini, başqa dua və zikirləri oxuyaq. Bu dua və zikrləri təkrarlamaqla gözün mənfi dalğalarını zərərsizləşdirmək olar.
Gözümüzün mənfi təsirinin qarşısını necə alaq?
Gözdəymə barədə dini mənbələrdə verilən məlumatlara və təcrübəli insanların tövsiyələrinə əsasən bütün insanların gözündə böyük enerji var. Xüsusi şəraitlərdə bu enerji işə düşür və öz dağıdıcı təsirini göstərir. Hər birimizdə belə enerji var. Təcrübədə sübuta yetib ki, bizim öz sevdiyimiz övladlarımıza da gözümüz dəyir.
Övladlarımızın evinə gedəndə və gözəl bir əşya görəndə bu bizi ehtizaza gətirir. Yaxınlarımızın boy atması, gözəlləşməsi bizi təəccübləndirir. Bəzən sevdiyimiz insanların işdə uğur qazanması bizdə sevinc yaradır. Biz bütün bu işlərdən ləzzət alsaq da, Allaha şükür etsək də, göz enerjimiz dağıdıcı təsirini göstərə bilər. İslam məktəbi göz enerjisini ilahi zikrlərlə cilovlamağı tövsiyə edir. Xüsusi zikrlərlə bu dağıdıcı qüvvənin qarşısını almaq olar. Həzrət Peyğəmbər (s) buyurur: "Əgər müsəlman qardaşınızın əldə etdiyi şey sizi təəcübləndirsə dərhal deyin: "Təbarəkallahu əhsənul xaliqin”. Çünki gözdəymə həqiqətdir.” ("Musnədi-Hənbəl, c. 3, s. 84,447) Imam Sadiqin (ə) tövsiyələri arasında belə bir tövsiyə yer alıb: "Qardaşınızın əlində olan şeydən xoşunuz gələndə, buna təəccüblənəndə dərhal deyin: "Təbarəkəllahu əhsənul xaliqin”. Bəli, gözdəymə həqiqətdir.” ("Biharul-Ənvar”, c. 60, s. 26) Kim gördüyü şeydən təəccüblənsə, heyrətlənsə, sevinsə desin: "Əllah, Əllah, maşaəllah, la qüvvətə illa billah”, bu zaman gözündə heç bir mənfi təsir olmayacaq.” (Həmin mənbə)
İmam Sadiq buyurur: "Gözdəymə həqiqətdir. Nə sən başqalarının gözündən amandasan, nə də başqaları sənin gözündən amandadır. Buna görə də gözdəymənin qarşısını almaq üçün üç dəfə de: "Maşaəllahu, la qüvvətə illa billahil-əliyyil əzim.” (Həmin mənbə)
Həzrət peyğəmbərin belə buyurduğu nəql edilir:"Gözdəymə həqiqətdir. Bir insana, heyvana, bir əşyaya baxıb onun gözəlliyindən təəccüblənəndə deyin: "Aməntu billahi və səlləllahu əla Muhəmmədin və alih”. Bundan sonra gözün mənfi təsiri aradan qalxar.” (Həmin mənbə)
Başqa bir yerdə Peyğəmbərdən (s) belə nəql olunur: "Sizlərdən birinizi müsəlman qardaşınızın var-dövləti təəccübləndirəndə dərhal deyin: "Təbarəkallahu əhsənul xaliqin”. Çünki gözdəymə həqiqətdir.” (Musnədi-Hənbəl”, c. 3, s. 447)
İmam Sadiq (ə) buyurur: Mömin qardaşda olan bir şeydən xoşunuz gələndə təkbir, (Allahu-əkbər) deyin ki, ona zərər toxunmasın.” ("Biharul-Ənvar”, c. 60, s. 25)
"Musnədi-Hənbəl” və digər sünni mənbələrində nəql olunur ki, peyğəmbər zamanında Səhl ibn Hənif adlı bir şəxs Mədinədə göldə üzdüyü zaman Abdullah Amir adlı bir şəxs ona baxıb təəccüblə deyir: "Bu günə qədər belə gözəl heykəl görməmişəm!” Bu söz onun ağzından çıxan kimi səhl haldan düşür, vəziyyəti ağırlaşır. Amir özü Peyğəmbərin (s) yanına girir və baş vermiş hadisəni danışır. Həzrət Peyğəmbər (ə) buyurur: Nə üçün öz qardaşınızı öldürürsünüz! Nə zaman müsəlman qardaşa baxıb təəccüblənsəniz deyin: "Təbarəkallahu əhsənul xaliqin.” Sən bunu demədinmi? Axı gözdəymə həqiqətdir.” Sonra Peyğəmbər Amirə göstəriş verir ki, dəstəmaz alsın. Amir dəstəmaz alandan sonra Səhlin vəziyəti yaxşılaşır. ("Təfsirul-Qurtubi”, c. 9) Bir daha qeyd edək ki, gözdəymənin səbəbi baxan insanın paxıllığı, kin-küdurəti deyil. Sevgi ilə, məhəbbət ilə baxış da təsirlidir. Necə ki, ananın öz övladına gözü dəyir. Bunun qarşısını almaq yollarından biri gözü qaçırmaqdır. Bir şeydən xoşunuz gələndə dərhal gözünüzü qaçırmğa çalışın.
Nəticə alırıq ki, həm bizim gözümüz başqalarına təsirlidir, həm də başqalarının gözü bizə təsirlidir. Ətrafdakı insanları ittiham edib özümüzü təmizə çıxarmayaq.
Gözün dağıdıcı enerjisinin qarşısını almaq üçün ən gözəl vasitə bunun üçün nəzərdə tutulmuş dualardır. Demək nigaran olmağa əsas yoxdur, sadəcə bu duaları öyrənmək lazımdır.
Allah qorxusundan, Əhli-beytin (ə), xüsusi ilə İmam Hüseynin (ə) məzlumiyyətinə ağlayan gözlərdən, harama qapanan gözlərdən inşallah zərərli təsir götürülər.
Çalışaq ki, bu sahə üçün nəzərdə tutulmuş duaları əzbərləyək, bir şeyə baxıb təccübləndiyimiz zaman həmin duaları uca səslə oxuyaq. Əgər belə etsək müalicəvi zikr adı altında bir mədəniyyət formalaşar. Bizə göstəriş verilib ki, bir şey gözünüzə xoş görünəndə, gözünüzü tutanda, onu Allahın pənahında qərar verin və Peyğəmbərə (s) salam göndərin. ("Biharul-Ənvar”, c. 60, s. 25)
Nəql olunan rəvayətlərdən görünür ki, gözün mənfi enerjisinin qarşısını almaq üçün dəstəmaz almaq təsirlidir. Dəstəmaz dində bəyənilmiş əməllərdəndir. Öz gözünün mənfi təsirindən ehtiyatlanan insan bir səhnə ilə qarşılaşdıqdan sonra dəstəmaz alıb desin: "Allahu əkbər, maşaallah, təbarəkallahu əhsənul xaliqin...
Gözdəymə hadisəsi bizim ixtiyarımızda deyil və biz istəmədən baş verir. İslam təlimlərində bilməyərəkdən baş verən bütün işlərə görə insan məsuliyyət daşımır. Yəni bu işlər ona günah yazılmır.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor