Elm gözdəymə barədə nə deyir? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 23-05-2016, 22:07 | Şərh sayı: (0) | Baxılıb: 415
Elm gözdəymə barədə nə deyir?
Göz fiziki baxımdan çox mürəkkəb quruluşa malikdir. Göz üzərində elmi araşdırmalar nəinki gözdəymənin təsirini rədd etmir, hətta bəzi gözlərdə xüsusi maqnit qüvvəsinin olduğu bildirilir. Gözdə olan metafiziki qüvvə elm əhlinin diqqətini cəlb edib. Hazırda böyük elmi mərkəzlərdə tanınmış alimlər insan ruhunun malik olduğu enerjilər üzərində araşdırma aparır. Onlar inanırlar ki, insanda elə bir enerji var ki, nəinki bir əşyanı yerindən tərpədir, hətta lazer şüası kimi məhv etməyə qadirdir. Gözün dağıdıcı qüvvəsi insanın daxili enerjisindən asılıdır. Bu təsirlər xarici və daxili amillərlə bağlı güclənib zəifləyə bilər. Hipnotizm, telepatya kimi sahələr insan ruhunun gücündən danışır. Gözdəymə insan ruhunun malik olduğu enerjinin kiçik bir hissəsidir.
Maqnit enerjisində güc və dalğa uzunluğu meyarları var. Bu enerji və dalğa uzunluğunu artırmaq mümkündür. İnsan ruhunun belə imkanları var. Nəinki insanda, hətta heyvanda belə istedadlar mövcuddur. Onlar öz gözlərindən şüa buraxırlar. ("Təfsiri-Nümunə”, "Əl-Mizan”, "Nəsim”...)
Gözdəymə oradan başlayır ki, ətrafda nəsə insanın diqqətini cəlb edir, onun ruhunu təsirləndirir. Bu zaman ruhun həmin əşyaya mənfi enerji verməsi mümkündür. Ruhşünas, insanşünas alimlər insanda metafizik qüvvənin olduğunu təsdiqləyirlər. İnsanda bu günə qədər sonadək araşdırılmamış xüsusiyyətlər var. Bu xüsusiyyətlərdən biri onun əsnəməsidir. Biri qarşınızda əsnədiyi zaman sizdə ondan təsirlənmə olurmu? Diqqət yetirmisinizmi ki, bir şəxs əsnəyəndə onun yaxınlığındakı insanlardan da əsnəyənlər olur. Ətrafdakı insanların şadlığı, qəm-qüssəsi insan ruhuna təsir göstərir. İnsanın gözü, qulağı, bədən üzvləri sadəcə vasitədir. Enerji mənbəsi isə ruhdur.
Nəticə olaraq deyə bilərik ki, gözdəyməni inkar edənlər bütün hadisələri ağıl əsasında izah etməyə çalışanlardır. Amma onlar unudublar ki, insan ağılı metafizik hadisələrin izahında acizdir. Onlar kifayət qədər dəlil tapmadıqlarından həmin hadisəni inkar edirlər. Hansıki özləri də şahiddirlər ki, gözdəymə hadisəsi var.
Heyvanların gözündə enerji nümunələri
Tısbağanı misal göstərə bilərik. Bu heyvan üzərində araşdırma aparan alimlər təsdiqləyirlər ki, tısbağa yumurta qoyduqdan sonra ona baxmaqla, bir növ gözünü yumurtaya zilləməklə onu mayalayır, inkişaf etdirir. Sonda yenə də yumurtaya baxmaqla onu çartladır və bala tısbağa yumurtadan çıxır.
Balıqlarda necə göz təsiri varmı?
Taylandda maraqlı bir balıq növü var. Bu balıqların cütləşməsi və toxum qoyması yalnız baxışladır.
Araşdırmalar göstərir ki, itlər insanın gözünə baxmaqla onun fikirini oxuyur. Təsadüfi deyil ki, itlər adətən ondan qorxmayan insana hücum etmir.
Bayquşun da baxışında əsrarəngiz təsir var. Tədqiqatlar göstərir ki, bayquşun görmə gücü insandan 82 dəfə güclüdür. Bayquş adətən qarşısında olan heyvanı ovlayır. O gözlərini heyvana zilləməklə bir növ onu sehirləyir və həmin heyvan hərəkət edə bilmir. Qədim dövrdən bu günə qədər hindli mürtəzlar öz əsrarəngiz güclərini nümayiş etdiriblər. Bu gün də Hindistana turist səfərinə gedənlər buna şahid olur. Mürtəzlar göz qüvvəsi ilə qatarı dayandırır, insanlara təsir göstərirlər. Onlar gözləri ilə hərəkət edən nəqliyyat vasitəsinə təsir etmək qabiliyyətinə malikdirlər.
Elə qədim dövrlərdə də gözü ilə dəmir əşyanı, məsələn qaşığı əyənlər olub. Gözü ilə elektrik lampasını yandırıb söndürənlər var. Bu mövzuda nümunələr kifayət qədərdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər