“Əhsənül-məxluqin” |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 26-03-2016, 22:15 | Şərh sayı: (0) | Baxılıb: 1820
“Əhsənül-məxluqin”

Biz görürük ki, Allah-Təala insanı çox gözəl bir adla ünvanlayır. İnsana elə bir ad verir ki, bütün başqa məxluqatlar, bütün başqa varlıqlar, bütün başqa yaranmışlar həsrətində olardılar bəlkə də bunun. "Əhsənül-məxluqin" - yəni məxluqların, xəlq olunmuşların ən gözəli. Çünki insanı yaradandan sonra onu yaradan Rəbbi, öz gözəl adlarından ona öyrədib. Biz Qurandan görürük ki, Allah-Təala insanı yaratdığına görə Özünə “əhsən!” deyir.
İlahi, bu nə məntiqdir? Rəbbimiz nə istəyib çatdırsın bizə, insan yaratdığına görə Özünə tərif verməklə? Quran deyir, nə mübarək və nə əzəmətlidir o Allah ki, “əhsənül-xaliqin”dir. “Əhsənül-xaliqin” - “Xaliqlərin ən gözəli” deməkdir. Yəni nə? Yəni nə mübarək və nə əzəmətlidir o Allah ki, məxluqların ən gözəlini yaradıb. Xəlq olunanların ən alisini yaradan - yarada bilənlərin ən Alisidir. Yəni insan - “əhsənül-məxluqin”dir, Allah-Təala isə “əhsənül-xaliqin”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər