RSS
 

Login:
Şifrə:
» » Həqiqi Əhli-beyt (ə) ardıcıllarının mükafatı

Xəbər lenti

Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?
BEHİŞTƏ DAXİL OLACAQ İLK ŞƏXS KİMDİR?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Həqiqi Əhli-beyt (ə) ardıcıllarının mükafatı

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 23-05-2016, 20:15 | Şərh sayı: (0) | Baxılıb: 225

Həqiqi Əhli-beyt (ə) ardıcıllarının mükafatı


Həqiqi Əhli-beyt (ə) ardıcıllarının mükafatıƏməldə səbəb və səmimiyyət

İmam Sadiq (ə) buyurur: «Mömin qardaşının arzusunu yerinə yetirmək üçün qədəm götürən insan Səfa və Mərvə arasında səy (həcc əməllərindən biri) etmiş kimidir. Şəxsən din qardaşının ehtiyacını ödəyən kəs Allah yolunda Bədr və Ühüd döyüşündə cihad edib qanına boyanan şəxs kimidir». Bu mövzu ilə başqa rəvayətlərdə də rastlaşırıq. Bu rəvayətlərdə zahirən kiçik əməllərə görə çox böyük savablar vəd olunur. Əlbəttə ki, bu rəvayətlərdən sui-istifadə oluna bilər. Bəziləri rəvayətin mötəbər olmadığını, bir başqaları hər kiçik işə böyük savab veriləcəyini iddia edə bilərlər. Bu fikirlərdən biri ifrat, digəri isə təfritdir.
Zahirən əhəmiyyətsiz görünən bəzi ibadətlər böyük savaba malik ola bilər. Savab kəmiyyətdən yox, səbəbdən, niyyətdən, ixlasdan, səmimiyyətdən daha çox asılıdır. Məsələn, din qardaşına xidmət elə şəkildə ola bilər ki, bu işi görən şəhidin savabını əldə edər. Yəni niyyət və səmimiyyətdən çox şey asılıdır. Milyonçu ehtiyaclıya yüz manat verməklə çətin ki, şəhadət savabını qazana bilər. Amma özü və ailəsi ehtiyaclı ikən din qardaşına yardım edən həmin savaba nail ola bilər. Din tələbələri arasında bəzilərinə əfsanə görünə biləcək bir qayda var. Ehtiyac içində yaşayan tələbə öz din qardaşının müşkülünü aradan qaldırmaq üçün tərəddüd etmədən təqaüdündən keçir. Əlbəttə ki, gecəni ac qalmaq hesabına möminin ehtiyacını ödəməyin dəyəri böyükdür. İslam dinində ehtiyaclı olduğun şeyi başqasına vermək «isar» adlanır. İsar olduqca böyük bir savaba malik əməldir. «Həşr» surəsinin 9-cu ayəsində oxuyuruq: «Mühacirlərdən əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara qənimət verildiyinə görə həsəd duymaz, ehtiyacları olduqları halda onları özlərindən üstün tutarlar». Ehtiyaclı olduğunu başqasına vermək fədakarlıq tələb edir. Möminin istəyini yerinə yetirmək isə fədakarlıqsız ötüşmür. Bu fədakarlıqları dəqiq qiymətləndirmək mümkün olsaydı məlum olardı ki, möminin istəyini xalis niyyətlə yerinə yetirənlərə nə üçün şəhid savabı verilir. «Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən var. Allah istədiyi şəxs üçün bunu qat-qat artırır»(«Bəqərə» surəsi, ayə 261.).
İmam Riza (ə) buyurur: «La ilahə illəllah kəlməsi» insanı əzabdan qurtarmaq gücünə malikdir. Amma müəyyən şərtlər daxilində»(«Biharul-ənvar», cild 49.). Bəli, müəyyən şərtlər daxilində «La ilahə illəllah» nicatvericidir. Bu şərtlərdən biri Əhli-beyt vilayətini qəbul etməkdir. Əslində hər bir işin nəticə verməsi üçün şərait lazımdır. Od yandırıcı olsa da bu iş yalnız oksigen olan mühitdə baş tutur.
Din qardaşlarına etinasızlıq
İmam Sadiq (ə) buyurur: «Qədim qövmlərdən bir çoxu ilahi əzaba düçar oldular. Amma fəqirlərin haqqına riayət etsəydilər bu əzabdan amanda qalardılar». Cəmiyyətdə imkanlı şəxslər fəqirlərin ehtiyacını ödəməlidirlər. Bu haqqı ödəməməklə günaha batanlar əzaba düçar olur. Firon insanları özünə səcdəyə vadar edən zalım bir padşah idi. Amma bir çox fəqirlər onun süfrəsindən faydalandığı üçün Allah Fironun cəzasını təxirə salır.
Demək, mömin qardaşının hüququna riayət etməyənləri dünya və axirət əzabı gözləyir. Əgər cəmiyyətdə fəqirlərin hüququna riayət olunmazsa, bu cəmiyyəti sel, zəlzələ kimi ictimai fəlakətlər gözləyir. Öz xoşbəxtliyini başqalarının bədbəxtliyi üzərində quran istismarçı sərmayədarların cəzası yalnız cəhənnəm əzabıdır.
İlahi vədlərin həyata keçmə şəraiti
İmam Sadiq (ə) öz ardıcıllarına xəbərdarlıq edir ki, şeytan ilahi vədələrin gerçəkləşmə şəraitindən nəzərinizi yayındırmaqla sizi aldada bilər. Tarixdə insanların ilahi vədələrdən düzgün faydalanmaması faktı çoxdur. Məsələn, Bəni-İsrail Firon tərəfdarlarının caynağında olarkən Allah onlara vəd edir ki, iman gətirsəniz xilas olacaqsınız. «Bəqərə» surəsinin 47-ci ayəsində buyurulur: «Ey İsrail övladı, sizə bəxş etdiyim nemətlərimi və sizi aləmdə xəlq olunmuşlardan üstün tutduğumu yadınıza salın». Bəni-İsrail bu ayədən belə nəticə çıxarmışdı ki, daha onlar üçün axirət əzabı olmayacaq. Uyğun surənin 80-cı ayəsində Allah-təala buyurur: «Siz Allahdan belə bir vəd almısınızmı?!» . «Maidə» surəsinin 18-ci ayəsində isə belə buyurulur: «Yəhudilər və xaçpərəstlər deyir ki, biz Allahın oğulları və sevimliləriyik. Onlardan soruş ki, bəs nə üçün Allah günahlarınıza görə sizə əzab verir?» Bu gün də yəhudilər özlərini digər millətlərdən üstün bilib onlara ağalıq etmək üçün plan çızırlar. Məsum imamların dövründə də «murciə» adlanan tayfa əzabdan qurtulmaq üçün iman gətirməyi kifayət hesab edirdilər. Təəssüf ki, Əhli-beyt (ə) ardıcılları arasında da belə yanlış qənaətə gələnlər də var. Bəziləri elə düşünür ki, cəhənnəm əzabından qurtarmaq üçün Əhli-beyti sevmək kifayətdir. Hətta imam Baqir (ə) və imam Sadiqin (ə) dövründə də belələri olub. Hansı ki, imam Baqir (ə) buyurmuşdur: «İlahi göstərişlərə əməl edənlər bizim dostumuz, etməyənlər isə düşmənlərimizdir!»(«Biharul-ənvar», cild 70.).
İnsanları Əhli-beyt məhəbbətinə dəvət etməkdə məqsəd günah qorxusunu qəlblərdən çıxarmaq deyil. Əgər Əhli-beyt yolu Allaha yaxınlaşma yoludursa, necə ola bilər ki, Əhli-beyti sevən insan günaha bata?! İmam Baqirin (ə) buyuruğundan belə nəticə çıxarmaq olar ki, Əhli-beyt məhəbbəti insanın əməl və rəftarından hiss olunmalıdır. Bir sözlə «sevirəm» demək kifayət deyil. İmam Sadiq (ə) İbn Cündəbə buyurur: «Bütün şiələrə çatdır ki, məqsədsiz vurnuxub yolu itirməsinlər. Günahdan çəkinib, vəzifələrə ciddi əməl etmədən bizim vilayətə yetişmək olmaz. Vilayətə yetişməyin digər şərti mömin qardaşının ehtiyacını aradan qaldırmaqdır». İnsan öz səadəti üçün çalışdığı kimi mömin qardaşının səadəti üçün də çalışmalıdır. Eləcə də, başqalarına zülm edən Əhli-beyt şiəsi ola bilməz. Əhli-beytə məhəbbətin izharı, onlar haqqında şer oxuyub əzadarlıq etmək, vilayət əhli olmaq üçün azdır. Sözsüz ki, bir damla Əhli-beyt məhəbbəti də qənimətdir. Amma həqiqi şiəlik üçün təkcə məhəbbət kifayət deyil.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor