Düşüncə zəifliyi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-05-2016, 19:01 | Şərh sayı: (0) | Baxılıb: 355
Düşüncə zəifliyi

Yaxşı, belə bir şəraitdə yaşayan insan Əhli-beyt vilayətini qəbul etmirsə o, behiştə gedə bilərmi? Axı rəvayətlərdə buyurulub ki, Əhli-beyt vilayətini qəbul etməyənlər cəhənnəmə gedəsidir. Cəmiyyətin aşıladığı düşüncə tərzindən qeyri bir düşüncə tərzinə əli çatmayan, həqiqəti dərk etmək gücündə olmayan insanlar İslamda «müstəzəf» adlanır. Müstəzəf düşüncə zəifliyinə məhkum insandır. Onun inamı və əməlləri düşüncəsinin zəifliyi qədər üzürlüdür. Bu insanlara əqli və nəqli yolla həqiqətlər sübut olduqca üzr aradan qalxır. İnsan həqiqəti anladığı dərəcədə də məsuliyyət daşıyır.
Bəli, insanın səadəti onun son nəfəsədək qorunmuş imanından asılıdır. İman isə yalnız o vaxt son nəfəsə qədər qorunur ki, insan daim ona nəzarətçi olsun. Əks təqdirdə iman elə asta-asta zəifləyir ki, insan nə vaxt kafir olduğunu hiss etmir. Hansı ki, ardıcıl şəkildə diqqət etsəydi qəlbindəki şəkk-şübhələrə cavab tapıb imanını qoruyardı.
Yaxşı, bəs düzgün etiqadlı insanlar günaha yol verdikdə onlarla necə rəftar edək? Axı bütün insanlar məsum ola bilməz. Sözsüz ki, açıq-aşkar günah edən insanlarla yaxınlıq etmək olmaz. Çirkin sifətlərə malik insanla dostluq nəticəsində, insan bu çirkin sifətlərə yoluxa bilər. Amma onun haqqında pis danışmaq olmaz. Əksinə, ona ürək yandırıb tərbiyələnməsinə çalışmaq lazımdır. Onun günahdan uzaqlaşıb tövbə etməsi üçün dua etməyimiz yaxşı olar. Demək, imanını qoruyan insan əvvəl-axır behiştə gedər. Əlbəttə ki, günahlarının cəzasını aldıqdan sonra! «Kim zərrə qədər yaxşı iş görmüşsə bu işin xeyrini, kim zərrə qədər pis iş görmüşsə bu işin zərərini görəcəkdir»(«Zilzal» surəsi, ayə 7-8.).
Bütün işlər nəzərə alınacaqdır. Əhli-beytin şəfaətinə o qədər ehtiyaclıyıq ki, bu şəfaətə çatmaq ləyaqətini itirməmək üçün günahdan qorunmalıyıq. İmam Sadiq (ə) ömrünün son anlarında belə buyurdu: «Namazı yüngül sayan bizim şəfaətimizə nail olmaz»(«Biharul-ənvar», cild 82, səh. 235.). Tövbə insanın günahını bağışlatdırdığı kimi, bəzi pisliklər də insanı şəfaət ləyaqətindən məhrum edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər