RSS
 

Login:
Şifrə:
» » Qeybət müstəsna olan hallarda

Xəbər lenti

Həyatı Cənnətə çevirəcək həyat yoldaşı
Həyatı Cənnətə çevirəcək həyat yoldaşı...
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB
Hicab taxmamaq üçün bəhanə gətirənlərə CAVAB...
20 il yalnız Quran ayələri ilə danışmış qadın
20 il yalnız Quran ayələri ilə danışmış qadın...
Naməhrəmlə əl verənin aqibəti
Naməhrəmlə əl verənin aqibəti...
Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qeybət müstəsna olan hallarda

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-05-2016, 22:12 | Şərh sayı: (0) | Baxılıb: 831

Qeybət müstəsna olan hallarda


Qeybət müstəsna olan hallardaQeybətin böyük günahlardan olmasına, "Qurani-Kərim” və hədislərdə onun ciddi surətdə qadağan edilməsinə baxmayaraq, elə hallar da vardır ki, istisna olaraq bu zaman qeybət etmək haram sayılmır. Bu bəhsin xüsusi əhəmiyyəti olduğundan əgər onun bütün incəliklərinə burada varsaq, bizim üçün çox vaxt tələb olunar. Buna görə də bəhsin ən mühüm yerlərinə qısaca olaraq işarə edirik.
Bəhsə başlamazdan qabaq qeyd etmək lazımdır ki, qeybət böyük günahlardan və zatən çirkin, iyrənc bir əməl olduğuna görə istisna olunmuş hallar gərək xüsusi əhəmiyyətə malik olsun ki, buna görə qeybətin pozucu hallarına qarşı durub onu öz nuruna qərq etsin. Aydındır ki, bunlardan ən əhəmiyyətlisini ayırmaq, birinin digərinə nisbətən imtiyazı və üstünlüyü düzgün (Allah istəyən kimi) meyarlarla seçmək lazımdır. Təbii olaraq, şəxsi qərəz, nisgil, bəhanə, nəfsani çirkinlikləri nəzərə gözəlliklər kimi çarpdıran aldatma və şeytani şübhələrdən hasil olan gümana məxsus meyarlar qeybətin edilməsində müstəsna hal hesab oluna bilməz. Elə bir yerdə qeybətə icazə verilir ki, qəti surətdə mühüm bir məsələni qorumaq üçün qeybət etməkdən başqa çarəmiz olmasın. Deməli, əgər bir kəs şeytani şübhələrin təsiri altına düşüb başqasının qeybətinin caiz olmasını bəhanə gətirərək və ya "bu qeybətin müstəsna hallarındandır."-deyib qeybət edərsə, günahkardır. Ehtiyat, uzaqgörənlik, reallıq və insafla bir-birindən fərqləndirilən hallardan başqa bu cür bəhanələr gətirib qeybət etmək haramdır. İndi isə bu başlığa diqqət yetirməklə müstəsna halları qeyd edirik.
1. Şikayət
Birinin hüququ pozularkən hakimə şikayət edib ona qarşı yol verilmiş hüquq pozuntusunu söyləmək və şəxsin adını, şəxsiyyətini tanıtdırmaqdan başqa çarəsi yoxdur, çünki zərərçəkən ona qarşı haqsızlıq etmiş şəxsin adını və baş vermiş hadisəni hakim üçün başdan-ayağa danışmasa, hakim bu hadisəni araşdırıb hakimlik edə bilməz. Buna görə də zərərçəkənin özünə qarşı edilən haqsızlığın qarşısını almaq və öz hüququnu tələb etmək üçün hakimin yanına gedib şikayət etməkdən başqa çarəsi yoxdur. Misal üçün, borclu olan şəxs öz borcunu ödəmək imkanına malik olduqda səhlənkarlıq edib borcunun ödənilməsini gecikdirərsə, tələbkar onu pisləyib haqqını geri almaq üçün onun qeybətini edə bilər. Biz belə hallarda fiqhi və hüquqi qanuna əsaslanaraq ümumi, qəbul olunmuş bir dəlil kimi Peyğəmbər(s)-dən misal gətirməklə qeybətin caiz olmasını sübuta yetirmək istəyirik: "Borcunu ödəməkdə səhlənkarlıq edən və borcunu təxirə salan imkanlı şəxs cəzaya, rüsvayçılığa layiqdir". Yəni borcun ödənilməsinin yersiz təxirə salınması, tələbkarın hakimin yanına gedib şikayət etməsinə və hakimin təhqiqat aparıb səhlənkarlığı sübut edərək borclunu cəzalandırmasına səbəb olur. İmkanı olan şəxsin borcu ödəməməsi tələbkarın haqqını tapdalamaqdır.
Peyğəmbər(s) buyurur: "İmkanlı şəxsin borcu ödəməyib təxirə salması zülmdür."
Buna əsasən tələbkar öz hüququnu müdafiə edib onun əleyhinə qalxa bilər. Bu barədə Peyğəmbər(s) söyləmişdir: "Haqlı olan kəsin söz demək ixtiyarı vardır. (Yəni haqlı olan şəxsin təcavüzkarın əleyhinə danışmağa haqqı vardır)
Hüququnu müdafiə etmək o qədər əhəmiyyətlidir ki, hətta hakimin özündən də şikayət etmək olar. Ola bilsin ki, hakim birinə zülm edib rüşvət və ya bu kimi şeylər almaqla əlaqələri qanunlardan üstün tutaraq, nəticədə, islam hökmlərinin əksinə hökm versin. Belə hallarda haqqı tapdalanan şəxsə şikayət edən zaman səlahiyyətli şəxslərin yanında qeybət edib hakimin adını çəkmək icazəsi verilmişdir. Hər halda «Qurani-Məcid»in qəti hökmlərinə əsasən şikayət (öz hüququnu müdafiə) edən zaman pisləmək və qeybət etməyin heç bir maneəsi yoxdur. Müqəddəs kitabda göstəriş verilir ki, haqqı tapdanan şəxs öz haqqını tələb etməlidir.
"Allah pis sözün açıq (ucadan) deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah eşidəndir, biləndir!" («Nisa»-148)
"Zülmə məruz qaldıqdan sonra (həddi aşmadan) əvəzini çıxanlara heç bir cəza verilməz. Cəza ancaq insanlara (haqsız yerə) zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir!" («Şüəra»-41,42)
Heç deyilməsə də, aydındır ki, belə yerlərdə məhz zalımın zülmü və məzlumun müdafiəsi ilə bağlı olan hadisələr haqda qeybət etmək olar, amma başqa eyibləri barədə heç bir söz demək olmaz. Bu, günah və haramdır. Çox ehtimal ki, həmin qanundan sui-istifadə etməmək üçün qeyd etdiyimiz ayənin sonunda buyurulur: "Allah biləndir, eşidəndir!" Yəni siz istər öz hüququnuzu qoruyasınız, istərsə də öz qərəzli fikirlərinizi söyləməklə qəlbinizi soyudasınız, onsuz da Allah-təala sizin niyyətinizdən xəbərdardır.
2. Qadağan olunmuş şeylərin qarşısını almaq üçün kömək diləmək
Qeybətin müstəsna hallarından biri də əmr be məruf (yaxşılıqlara sövq etmək) və nəhy əz münkərdir (pisliklərdən çəkindirmək). Bəzi vaxtlarda insan təkbaşına qadağan olunmuş şeylərin qarşısını ala bilmədiyindən çarəsiz qalıb başqalarından kömək istəyir və ya əlaqədar orqanlara (polis, məhkəmə) xəbər verir ki, onların vasitəsilə ilə çirkin işlərin qarşısını alsın. Buna görə də həmin şəxsin adını deməkdən və nə kimi qadağan olunmuş əməlləri yerinə yetirdiyini söyləməkdən başqa çarəsi qalmır. Məsələn, siz bir evin əxlaqsızlıq yuvasına dönməsindən və oraya müxtəlif adamların gedib-gəlməsindən xəbər tutarkən onları bu işdən çəkindirmək istəsəniz, sizin xalqı ayıltmaqdan və polis orqanlarına xəbər verməkdən başqa bir çıxış yolunuz yoxdur. Aydındır ki, belə hallarda qeybətin haram olması bəhanəsi ilə daşıdığınız məsuliyyəti boynunuzdan ata bilməzsiniz, çünki bu kimi əxlaqsızlıq yuvaları cəmiyyətdə əxlaq və mədəniyyətin əsasını laxladaraq xalqı əxlaqsızlığa çəkir, onların varlığını məhv edib cəmiyyətin fəaliyyətini süstləşdirir. Buna görə də fəqihlərin (İslam alimləri) əksəriyyəti belə mərkəzlərin qulluqçularını "yer üzündə fəsad törədənlər" adlandıraraq onları ölümə məhkum edirlər. Buna əsasən belə hallarda əgər bir kəs pozğunçuluğun qarşısını almaq üçün əxlaqsızlıq mərkəzlərini və oraya yığışanları ifşa edərsə, bu, qeybət və haram sayılmır. Əksinə, belə bir iş hər bir müsəlmana cəmiyyətin saflaşdırılması üçün zəruri və vacibdir.
3. İstifta (soruşmaq)
İstifta nadir hallarda rast gəlinən qeybət formasıdır. Bəzən şəri hökmü soruşarkən insanın məsələni ətraflı surətdə danışmaqdan başqa çarəsi qalmır. Burada mümkündür ki, hər hansı bir məsələdə iştirakçı olmuş şəxs adının hallanmasına razı olmasın. Belə hallarda əgər söylənilən məsələ mühüm və həyati bir məsələ olarsa, bunun heç bir məneəsi yoxdur. Məsələn, biri deyir ki, filan alış-verişdə atam, qardaşım və s. mənə zülm edib haqqımı tapdaladı. Mənim nəzərim bu barədə doğrudurmu və fərz edək ki, doğrudur, mən onlardan şikayət edə bilərəmmi? Bu baradə mənə yol göstərib hökmü mənə başa salın ki, öz hüququm çərçivəsindən kənara çıxaraq haqqımı almaq üçün şəriət ölçülərini aşıb, nahaqdan onların şəxsiyyətini alçaltmayım. Ad açıq-aydın çəkildiyi surətdə baş vermiş hadisə fəqih üçün tam aydın olar və ona münasib cavab verə bilər. Əgər məsələni açıqlayarkən adların çəkilməsinin heç bir təsiri yoxdursa, ad çəkmək caiz deyildir. Buna görə də belə hallarda bacardıqca işarə ilə kifayətlənmək lazımdır ki, hər hansı bir şəxsin adı arada hallanmasın. Məsələn, soruşmaq olar ki, sizin fikriniz atası və qardaşı tərəfindən zərər çəkmiş şəxs barədə nədir? Əgər tam surətdə açıqlamadan başqa bir çıxış yolu olmazsa, belə qeybətlərin heç bir günahı yoxdur.
4. Xəbərdarlıq etmək yolu ilə qeybət
Bir müsəlmanı onu gözləyən təhlükədən xəbərdar etməyin özü də qeybətin bir növüdür. Dostlarımızdan birinin nalayiq adamlara qoşulduğunu bildiyimiz zaman onu bu işdən xəbərdar edib ayıltmaq bizim ən müqəddəs vəzifəmizdir. Məsələn, biri elə adamlarla ünsiyyət saxlayır ki, əgər onu xəbərdar etməsələr, tədricən onların pis əxlaqının təsiri altına düşəcəkdir. Bu zaman belələrinin eyiblərini ona başa salmaq lazımdır ki, həmin adamları olduğu kimi tanıyıb onlardan uzaqlaşsın. Peyğəmbər(s) buyurur: "Camaatın tanımaması üçün günahkar və pozğun adamların barəsində bildiklərinizi deməkdənmi çəkinirsiniz? Onların eyiblərini camaata deyin. Camaat da bu cür insanları tanıyıb onlardan uzaqlaşsın".
5. Məşhur ləqəb
Əgər bir şəxs əslində onun eyib və nöqsanını bəyan edən, lakin zaman keçdikcə öz qəbihliyini itirmiş (bu adı, ləqəbi daşıyan şəxsin inciməməsi, razılığı şərtilə) bir adla və ya ləqəblə məşhur olarsa, onu həmin adla, ləqəblə çağırmağın heç bir eybi yoxdur. Məsələn, kor və ya axsaq şəxs haqqında danışarkən "filan kor kişi belə dedi” və ya "filan axsaq kişi belə söhbətlər etdi” və s. hallarda bu sifətlərlə onların adını çəkmək qeybət sayılmaz. Çünki həmin adı daşıyanlar belə adlarla çağırılanda narahat olmurlar. Eyni zamanda onları çağıran şəxsin də heç bir eyib tutmaq niyyəti yoxdur. Hətta hədis rəvayət edənlər arasında elələri olmuşdur ki, onlarda fiziki cəhətdən çatışmamazlıq olmuş və hədislərdə də elə həmin naqisliklə adlandırılıb qeyd olunmuşlar. Məsələn, "Maur" (taygöz) və ya "Əməş" (gözü zəif olan və həmişə gözündən yaş axan şəxs) kimi hədislərdə hallandırılmışlar. Yaddan çıxmasın ki, bu müstəsna hal müşahidə olunan və olunmayan eyibləri danışarkən qeybət olarsa, həqiqətdə öz əksini tapır. Lakin qeybət sirri ifşa etmək məqsədi daşıyarsa, belə hallar qeybət numunələrindən sayılmır. Bu, əlbəttə, şəxsin razılığı olmayan surətdə qeybət kimi yox, təhqir və ya mömini incitmək kimi irad tutulur. Ən yaxşısını Allah bilir!
6. Məşvərət zamanı qeybət
Məşvərət zamanı qeybət etməyə icazə verilir. Mühüm şəxsi və ya ictimai məsələlərdə (evlənmək, alış-veriş, işçiləri, müdirləri işə götürmə və ya təyin etmə kimi) bir başqası ilə məşvərət edərkən nəzərdə tutulan şəxsin zəif cəhətlərini və eyiblərini söyləməyə ehtiyac olarsa, bunlar barədə məlumat verməyin heç bir zərəri yoxdur, əksinə, bəzən bunu söyləmək hətta lazım olur. Əmirəlmöminin Əli(ə) buyurur: "Məşvərətə çağırılan şəxs əmin olmalı və xəyanətə yol verməməlidir". Buna görə də məşvərət edənə bütün həqiqətlər bəlli olmalıdır ki, o, qabaqcadan xəbərdar olub işini düzgün qura bilsin. Əgər həqiqət deyilməsə, məşvərətçi tərəflərdən biri xəyanət etmiş olur. Şeyx Ənsari buyurur: "...Qeybətin müstəsna hallarından biri də məşvərət edənin nəsihətidir, çünki məşvərət edilən şəxsin vəzifəsi, məşvərətçi tərəfin xeyrinə lazım olanları söyləməkdir, əgər həqiqəti deməsə, ona xəyanət etmişdir. Bəzi vaxtlar nəsihət etməməyin ziyanı qeybət etməkdən daha çox olur. ...Hətta əgər bir şəxs məşvərət etmədən haqqında heç bir məlumatı olmayan bir qadınla evlənmək istəyərkən onun yaxın adamı bu qadının eyiblərini bilib ona deməsə, bu, pis aqibətlə nəticələnə bilər. Burada qeybətə mübtəla olsa da, onu gerçəklikdən xəbərdar etməlidir. Şübhəsiz, belə qeybət möminə nəsihət etməməkdən yaxşıdır, xüsusilə bəzi rəvayətlərin zahiri mənası möminə nəsihət etməyin vacib olmasına dəlalət edir".
7. Bidətçinin (dində olmayanı artırıb-əskildən) qeybəti
Əgər bir nəfər digərini xalqı azdırdığını və Allahın dinində bidət əmələ gətirdiyini müşahidə edərsə, fəsadın qarşısını almaq üçün onu pisləyə bilər. Burada qeybətin günah olmamasından əlavə Allah-təala onun nameyi-əmalına (əməllər kitabçasına) hətta savab da yazar. İmam Sadiq(ə) nəql edir: "...Peyğəmbər(s) buyurdu: "Məndən sonra reyb (dinə şübhə toxumu atanlar) və bidət əhlinə rast gəlsəniz, onlara qarşı öz narazılığınızı bildirin, onları bərk söyün və pisləyin ki, islama zərər vurmaqdan çəkinsinlər. İnsanlar belələrindən uzaqlaşıb onların gətirdiyi bidətləri öyrənməsinlər. (Əgər bu işi etsəniz) Allah-təala bunun müqabilində sizə savab yazıb axirətdə dərəcələrinizi qaldırar".
8. Qəsdən, açıq-aşkar günah edənin qeybəti
Şəriətdə qəsdən günah edənin qeybətini qılmağa yol verilir, çünki günah qəsdən, açıq-aşkar olduğuna görə qeybət öz əksini tapmır. Bu barədə bir neçə hədis qeyd edirik:
Peyğəmbər(s) buyurur: "Üç nəfərə ehtiram etmək lazım deyildir: bidətçi həvəs və fikirlərə malik olana, zülmkar əmirə və açıq-aşkar günah edənə".
Eynilə bu məzmunda başqa bir hədis də vardır. Peyğəmbər(s) buyurur: "Üç nəfərin qeybətini etmək haram deyildir: Bihudə və batil fikirlərə malik olanın, açıq-aşkar, qəsdən günah edənin və zülmkar əmirin".
Başqa bir hədisdə o Həzrətdən belə nəql olunur:
«Qəsdən, açıq-aşkar günah edənin qeybəti haram deyildir".
"Abır-həya pərdəsini üzündən qaldıranın qeybəti haram deyildir".
İmam Sadiq(ə) buyurur: "Fasiq öz günahını açıq aşkar göstərmək istəyərsə, onun hörməti yox, qeybəti isə caizdir"
Qeyd: Bu bəhsin sonunda bir neçə mətləbi xüsusilə vurğulamaq istəyirik:
Birinci mətləb: Əgər qeybəti sirri ifşa etmək kimi təfsir etsək (mənalandırsaq), qəsdən, açıq-aşkar günah edənin qeybəti, qeybətin müstəsna hallarından yox, əslində qeybət sayılmaz. Çünki qeyd etdik ki, açıq-aşkar günah barədə danışmaq sirrin üstünü açmaq deyil.
İkinci mətləb: Qeybətin müstəsna halları təkcə nəzərdən keçirdiklərimizlə bitmir. Əksinə, başqa hallar da vardır ki, sözü uzatmamaq üçün onları burada sadalamırıq.
Üçüncü mətləb: Bu və ya digər qeybətin müstəsna hallarıdır demək bəhanəsi ilə qeybətə mübtəla olmamaq üçün diqqətli olmaq lazımdır. Başqa sözlə desək, şəxsi qərəzlər üzündən bu hallardan sui-istifadə etmək, yaxud səhv edərək və qeybətin müstəsna hallarını bilməmək üzündən cəhənnəm əzabını özünə qazanmaq olmaz. Əksinə, ikisindən birinin ən əhəmiyyətlisini seçmək qaydasını həmişə yadda saxlamaq lazımdır. Bu barədə lazımi məsləhət sabit olarsa, tam hərtərəfli araşdırmaqla qeybət edilə bilər. Çünki biz bilirik ki, qeybət həqqünnasdır (insanların hüququdur). Qeybəti olunan razı olmayınca günah bağışlanmır.
Dördüncü mətləb: Bəzən başqasının günah və eyiblərini danışmaq xalq arasında əxlaqsızlığın yayılmasına səbəb olub günahın iyrəncliyi itir. Belə hallarda insanın qəsdən açıq-aşkar günah etməsinə baxmayaraq, mühüm bir məsələ olmazsa, qeybətdən çəkinmək lazımdır. Bəhsin xülasə və nəticəsi budur ki, ümumiyyətlə qeybət iki məqamda caizdir: mühüm bir məsələ nəzərdə tutulduqda və qeybəti olunan qəsdən, açıq-aşkar günah etdikdə. Onun icazəsi lazımi məsələ ilə bağlı deyildir. Bu iki haldan başqa tam surətdə diqqətli olub müstəsna halların bəhanəsi ilə günaha batmaq olmaz.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor