RSS
 

Login:
Şifrə:
» » Qeybət fiqh alimlərinin təfsirində

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qeybət fiqh alimlərinin təfsirində

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-05-2016, 04:37 | Şərh sayı: (0) | Baxılıb: 939

Qeybət fiqh alimlərinin təfsirində


Qeybət fiqh alimlərinin təfsirindəFəqihlər qeybətə müxtəlif təriflər vermişlər. Bu təriflər forma cəhətdən müxtəlif olsa da, məzmun baxımından eynidir. Burada mövzunu araşdırmaq və bir-birindən seçmək nəzərindən məzmunlar oxşardır. Başqa bir ifadə ilə desək fəqihlər qeybətə məntiqi tərif vermək niyyətində olmamışlar ki, bir qeydin az və çoxluğu mənanın dəyişilməsinə səbəb olsun. Əksinə, fəqihlər bu qeydləri sadalayıb qeybətin əlamətlərinə zahiri tərif verməklə adətən onlarla zahirən qarışıqlığı düşən töhmət, ifk, söyüş, eyibaxtarma, məsxərəyə qoymaq, təhqir hörmətsizlik, dillə əziyyət vermək, dedi-qodu və s. kimi oxşar hallardan ayırmaq istəmişlər ki, qeyd olunan bütün bu xüsusiyyətlər şəri, hüquqi təsir və xüsusi hökmlərlə özünə məxsus bir tərzdə qavranılsın. Yuxarıda qeyd olunan amillərin hamısı böyük günah hesab olunur, lakin onların haramlığı qeybət olduqlarına görə deyil. Bu günahlardan hər birinin özünəməxsus günah dərəcəsi vardır. Bunlar cərimə və kəffarəsinə (günahını bağışlatma) görə fərqlənirlər. Məsələn, əgər bir kəs hər hansı bir möminin aşkar eybini və ya aşkar günahlarını deyərsə, günaha batmış olur, amma eyibaxtarma və dedi-qodu kimi olunan qeybətin günahı yuxarıda qeyd olunan qeybətin günahından fərqlidir. Başqa bir misal: Bir başqasının arxasınca onda olmayan xüsusiyyəti ona aid edən, yaxud söyüb nalayiq sözlər deyən qeybət etdiyinə görə yox töhmət və nalayiq söz dediyi üçün günahkar sayılır.
İnsan bir əməllə bir neçə günah işlədə bilər, yəni belə bir şəxs qeybət, töhmət, eyibaxtarma, söyüş və hörmətsizliyi bir sözdə, bir yerdə cəmləşdirib günaha batmış olur. Təbii ki, bunun günahı daha ağır və daha böyükdür. Buna görə də fəqihlərdən hər biri bir və ya bir neçə qeydi zikr etməklə qeybətin hökmünün həddini təyin etmişlər. Əlbəttə yuxarıda qeyd olundu ki, kamil bir məntiqi tərif söyləyərək bir qeydi artırıb-azaltmaqla onu başqa təriflərdən ayırmaq əsas məqsəd deyildir.
Buna görə də demək olar ki, qeybət həmin lüğəvi məfhum olan və fəqihlərin xüsusi şərtlərlə o məfhuma işarə etdikləri vahid bir mənaya malikdir. Lakin qeyd etmək lazımdır ki, qeybətin haramlıq məsələsində fəqihlər onun bütün nümunələrində vahid bir nəzərə malik deyillər. Onlardan bəziləri onun haramlığında bir qeydi artırmış və bəzisi də bir qeydi azaltmışdır. Xülasə, bu qeydlər hökmün şərtləridir, nəinki mövzunun meydana gəlmə şərti, yəni bu qeydləri artıranlar qeybətin haramlığının bu qeydlərin baş verən surətdə olmasına inanırlar. Bundan qeyri surətdə fərz edək ki, əgər qeybət doğru olarsa, haram olmur. Belə ki, əgər başqa cəhətdən yəni töhmət, söyüş, əziyyət kimi haram olarsa, bunun qeybətə heç bir dəxli yoxdur. Hər halda fəqihlərin söylədikləri qeyd və şərtlər aşağıdakılardan ibarətdir:
1.Qeybət sirri ifşaetmə xüsusiyyətinə malik olsun. Buna əsasən aşkar eyibləri günahları danışmaq qeybət sayılmır. Hörmətsizlik təhqir və ya pis mənada dedi-qodu olduğuna görə qadağan olmasına baxmayaraq, mümkündür bu günahın dərəcəsi ilə uyğun olmasın.
2.Qeyd olunmuş eyib yalan olmasın. Yəni qeybəti olunan şəxsdə, həqiqətən, bu nöqsan olsun. Deməli, əgər doğru olmazsa bu, töhmət sayılır. Onu deyən şəxs də iftiraçı kimi cəzalandırılıb günahı qeybətdən daha artıq olur.
3.Eyib axtarma bir məqsəd daşısın. Buna əsasən başqalarının eybini danışmaq onların xeyirlərinə görə olarsa sözü gedən şəxsin razılığı olmasa belə şəri cəhətdən heç bir maneəsi yoxdur. Məsələn, xəstənin xüsusiyyətlərini həkimin yanında danışmaq onun həkim tərəfdən düzgün müayinə olunub müalicə olunmasına görədir. Çünki onun sağalması xəstəliyinin ifşa olunması ilə mümkündür. Sözsüz ki, xəstə işin əvvəlində xəstəliyinin ifşa olunmasından narahat ola bilər. Lakin onun narahatçılığı bu işə heç bir xələl gətirmir. Həmçinin bəzilərinin əxlaqi gözəlliklərini tərif etmək niyyəti ilə danışmaq qeybət deyildir. Baxmayaraq ki, onlar öz əxlaqi gözəlliklərinin ifşa olunmasını istəmirlər. Əlbəttə əgər bu əxlaqi gözəlliklərin ifşa olunması həmin şəxsin çətinliyə və əziyyətə düşməsinə səbəb olarsa bu, yaxşı iş deyildir. Amma bu qeybət kimi yox, mömin qardaşa əziyyət vermək kimi hesab olunar. Bunun da özünəməxsus ayrı bir hökmü vardır.
4.Qeybəti olunanın şəxsiyyəti bilinsin. İstər adını və bəzi xüsusiyyətlirini sadalamaqla, istərsə də işarə və kinayə etməklə. Əlbəttə, bu o surətdədir ki, eşidən onu bu yolla tanıya bilir. Deməli əgər ümumi və naməlum surətdə olarsa, yaxud eşidən onu tanımazsa bu, qeybət sayılmır.
5.Qeybəti olunan şəxs müsəlman və din qardaşı olsun. Buna əsasən kafirlərin, müşriklərin və mülhidlərin (dinsiz, dindən çıxmış) qeybətini etməyin heç bir eybi yoxdur.
6.Qeybəti olunan açıq-aşkar qəsdən günah edən olmasın. Deməli, əgər bir kəs açıq-aşkar günaha batırsa onun qeybəti caizdir (onun qeybətini etmək olar). Çünki belə bir şəxs günah etməkdən və günahkar olmaqdan qorxub camaatın onun nalayiq hərəkətlərindən xəbərdar olmasından çəkinmir.
Fəqihlərin, əxlaq alimlərinin və bəzi dilçi alimlərin şəriət şərtləri çərçivəsində qeybət barədə söylədikləri qeyd və şərtlərin toplusu budur. Bu şərtlərdən bəzisinin leksik mənanı doğrultmamasına baxmayaraq, fiqhi mənbələrdə və hədislərdə gəlmiş şərtləri əsasən şəriət hökmləri sırasına daxil etmək lazımdır. İndi isə nəzərinizi bu barədə gəlmiş ayə və hədislərə cəlb edirik.

Qeybət

Böyük günahlardan hesab olunan dilin ziyanverici bəlalarından biri də qeybətdir. Qeybət başqasının arxasınca deyilən pis və xoşagəlməz sözə deyilir. Ümumi tərif kimi hesab olunan bu ifadə qeybətin növlərinə-böhtana, töhmətə, ifk , söyüş və aşkar eybləri söyləməyə şamil edilir, halbuki bunlardan hər birinin özünəməxsus tərifi olub şəriət nəzərindən xüsusi hökmə malikdir. Onların hamısı qeybət hesab olunmur. Qeybət sözünün lüğəvi mənası ümumi xarakter daşıyır və bəzən hədislərdə də belə olur.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor