RSS
 

Login:
Şifrə:
» » Qeybətin mənbəyi

Xəbər lenti

Babək müsəlman imiş?
Babək müsəlman imiş?...
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?
Camaat namazı zaman imam-camaat üçün vacib olan “ədalət” anlayışının mənası nədir?...
Yaradılışın Sirləri
Yaradılışın Sirləri...
Valideyn həmişə haqlıdırmı?
Valideyn həmişə haqlıdırmı?...
Mürsəl hədis nə deməkdir?
Mürsəl hədis nə deməkdir?...
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür...
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?
Səfərdə qəzaya gedən namazın qəzası necə qılınmalıdır?...
Şahın xarici görünüşü haqqında..
Şahın xarici görünüşü haqqında.....
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?
Namazdan sonra hansı duaları oxumaq məsləhətdir?...
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA
Xərçəngdən qorunmaq üçün 4 VACİB QAYDA...

Dini Üsiyyət

Saat

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Qeybətin mənbəyi

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-05-2016, 05:04 | Şərh sayı: (0) | Baxılıb: 298

Qeybətin mənbəyi


Qeybətin mənbəyiBelə ayə və rəvayətləri araşdırmaqla bu günahın nə qədər iyrənc, böyük olduğunu və aqibətinin necə də faciəli bitdiyini dərk etdikdən sonra bu xəstəliyin səbəb və müalicəsini arayıb-araşdıraq.

Qeybət edən mömin deyildir
Başqa bir hədisdə belə nəql olunur ki, müsəlmanın arxasınca qeybət edən şəxsin imanı yoxdur. Peyğəmbər(s) buyurur: "Ey dili ilə iman gətirib qəlbi ilə iman gətirməyənlər! Müsəlmanların qeybətini edib gizli eyiblərini aramayın, çünki hər kim öz din qardaşının gizli eyiblərini arayarsa Allah-təala onun sirlərini faş edib onu öz ailəsində rüsvay edər.”
Bəziləri belə təsəvvür edirlər ki, qeybət yalnız dilə aiddir. Halbuki insan başqasının eybini və çatışmamazlığını demək, yazmaq, işarə etmək, kinayə, rəmz, yerişini yamsılamaq və s. kimi yollarla başqasına başa salarsa haramdır. Rəvayətlərdə də bu mətləbə işarə olunmuşdur. Ayişə deyir: "Bizim yanımıza bir qadın gəlmişdi. Evdən çıxıb gedəndə əlimlə işarə etdim ki, boyu balacadır. Peyğəmbər(s) buyurdu: "Onun qeybətini etdin".
Kiminsə müəyyən bir xüsusiyyətinə işarə etməklə yamsılamaq, yaxud adını çəkməməklə eşidənlərin söhbəti gedən şəxsin kim olduğunu bildiyi halda arxasınca danışmaq da qeybətdir. Əgər birisi belə hallarda qeybətə aludə olmaq istəmirsə Peyğəmbər(s) kimi şəriət qanunları pozuntusu görəndə xalqa nəsihət etsin. O Həzrət ümumi surətdə, tək bir nəfər şəxsə işarə etmədən buyurardı: "Niyə bəziləri belə işlər görürlər?" Ayişə nəql edir: "Peyğəmbər(s)-in qaydası bu idi ki, bir şəxsin nalayiq söz danışdığını eşidəndə onu incitməmək üçün adını çəkməyib yalnız buyurardı: "Niyə bəziləri belə sözlər danışırlar?”

Qeybətə qulaq asmağın haramlığı
Qeybət etmək kimi qeybətə qulaq asmaq da haram və günahdır. Bu məsələdə fiqh, əxlaq alimləri arasında heç bir fikir ayrılığı yoxdur. «Cəvahir» adlı kitabın müəllifi Şeyx Ənsari və həzrət İmam Xomeyni(r.ə) buyurublar: "Qeybətə qulaq asmaq haramdır. Onun haram olması barədə heç bir fikir müxtəlifliyi yoxdur".
"Miftahül-kiramə" adlı kitabda yazılır: "Qeybətə qulaq asmağın haramlığı o qədər aydındır ki, fəqihlərin əksəriyyəti öz kitablarında bunu qeyd etməyə ehtiyac duymamışlar".

Hədislər və qeybətə qulaq asmağın haramlığı
Bu barədə istinad edilən hədislərin bəzisini burada nəql edirik. Şeyx Səduq Peyğəmbər(s)-dən nəql olunmuş hədislərdən birində belə yazır: "Peyğəmbər(s) qeybət etməyi və qeybətə qulaq asmağı qadağan etmişdir.”
Həzrəti-Mühəmməd(s) buyurur: "Qeybətə qulaq asan qeybət edən iki nəfərdən biridir.” Yəni qeybətə qulaq asan qeybət edən kimidir
"Qeybətə qulaq asan qeybət edənlərdən biridir.” Demək, qeybət məclisində iki qeybət edən vardır: qeybət edən və qeybətə qulaq asan. Hər ikisi qeybətin günahında şərikdirlər. İmam Sadiq(ə) buyurur: "Müsəlmanın qeybətini etmək küfr, ona qulaq asmaq isə şirkdir.”

Qulağın məsuliyyəti
"Qurani-Kərim”də insan məsuliyyəti dil və danışmaqla məhdudlaşdırılmamışdır. Əksinə, göz, qulaq, qəlb və dil insanın məsuliyyətlərində şərik bilinərək buyurulur:
"(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin sözü demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.” («İsra»-36)
Bir hədisdə belə nəql olunur:
"..Bir nəfər İmam Sadiq(ə)-in xidmətinə yetişib söylədi:
- Qonşunun kənizləri oxuyub-oynayırlar. Bəzən su başına çıxanda onların nəğmələrinə qulaq asmaq üçün çox otururam.
Həzrət buyurdu:
-Belə etmə!
O kişi dedi:
-Allaha and olsun, onların nəğmələrinə qulaq asmaq üçün getmirəm, lakin bəzən orada onların nəğmələrini eşidəndə çox otururam.
İmam Sadiq(ə) söylədi:
-Məgər sən «Quran»ın buyuruğunu eşitməmisənmi?
"Qulaq, göz və qəlb–bunların hamısı sorğu -sual olunacaqdır.”
Dedi:
-Allaha and olsun, elə bil bu ayəni heç kimdən eşitməmişdim. İndi bu işi tərk edib Allahdan bağışlanmaq istəyərəm.
İmam Sadiq(ə) ona buyurdu:
-Dur ayağa get (tövbə) qüslü et. Bacardığın qədər namaz qıl. Çünki pis bir işə adət etmişdin. Əgər indi ölsəydin, çox ağır bir halda bu dünyadan köçüb böyük bir məsuliyyətə düşmüş olardın. İndi isə Allah dərgahında tövbə edib ondan bağışlanmağını dilə.
Çünki insanın boynunda qulağın öz haqqı vardır. İmam Səccad(ə) buyurur: "Qulağın sənin boynunda haqqı budur ki, onu qəlbində xoş düşüncə ideya və gözəl xasiyyət əmələ gətirən hikmətli kəlamları eşidib qəlbə ötürməkdən başqa xariclə qəlb arasında əlaqə vasitəsinə çevirməyəsən, çünki qulaq pis və yaxşı şeyləri ürəyə yetirən bir qapıdır. Bütün qüdrətlər Allahın tükənməz qüdrətinə bağlıdır.”

Qeybəti inkar edib, din qardaşını müdafiə etmək
Qeybət məsələsində dörd şərt vardır:
1.Qeybətin haramlığı.
2.Qeybətə qulaq asmağın haramlığı.
3.Nəhy əz-münkər (pisliklərdən çəkindirmək).
4.Mömin qardaşın nüfuz və həyasını qorumaq.
Qeybət olunan hallarda pisliklərdən çəkindirib, qeybətin baş verməsinin qarşısını almaq və din qardaşının ləyaqətini müdafiə etmək vacibdir. Başqa sözlə desək qeybətə qulaq asmamaq və qeybət edənin sözünə məhəl qoymamaq pisliklərdən çəkindirməyin nümunələrindən biri olmasına baxmayaraq, bununla kifayətlənmək olmaz. Hər bir şəxs öz din qardaşını müdafiə edib onun ləyaqətinin qorunması üçün çalışmalı din qardaşına qarşı yönəldilən tənqid və eyibləri düzgün, Allah bəyənən vasitələrlə dəf edib, şayiə və dedi-qoduların yetişməsinə zəmin yaradan amillərin qarşısını almalıdır. Belə olduqda heç kəs cürət edib hesab-kitabsız möminlər haqda şayiələr yayaraq onların ləyaqətinə töhmət, iftira və qeybətlə ləkə vura bilməz. Çünki mərhəmətli Allah möminlərin izzət, əzəmət və başıucalığını istəyib, bu keyfiyyətləri ləkələməyə çalışan insanlarla düşmənçilik edir. Buna görə də imanlı müsəlmanlara bu cür dağıdıcı amillərə qarşı ciddi olmalarını göstəriş verir ki sükutu pozaraq dedi-qodu və qeybət etməklə cəmiyyəti çirkləndirib möminlərin ləyaqətini ləkələyən və əsassız şaiyələr vasitəsilə insanların inam hissini qıranları yerindəcə susdursunlar. Bəziləri belə güman edirlər ki, qeybəti rədd etmək günahın bütün hallarda baş verməsinin, təkrar olunmasının qarşısını almaq və hamıya vacib olan nəhy əz münkərdir. Lakin deyildiyi kimi, qeybəti rədd etmək başqa bir mövzudur. Təkcə qeybətin qarşısını almaq və qeybətdən çəkindirmək kifayət deyildir. Əksinə, elə bir iş görmək lazımdır ki, suyu qurumuş arxa bir də su gəlsin. Yəni qeybət olunanın şəxsiyyəti və ləyaqəti geri qaytarılsın. Şeyx Ənsari buyurur: "Belə məlumdur ki, qeybəti inkar etmək qeybətdən çəkindirmək deyildir. Qeybəti inkar etməkdən məqsəd qeybəti olunanın müdafiəsinə qalxıb ona kömək etməkdir. Bu mənada ki, əgər qeybət dünyəvi işlərə aid olarsa bunu eşidən müsəlman gərək "bunlar eyib deyildir, eyib odur ki, Allah-təala onu qadağan edib. Allahın qadağan etdiyi əməllərdən biri də müsəlman qardaşına Allahın eyib bilmədiyi bir şeyi aid etməkdir” desin. Ona xatırlatsın ki, sənin qeybət etməyin daha eyibdir. Əgər o, dini zəmində eyib olarsa, (tutaq ki, filan şəxs filan günaha batdı) ona bəhanə gətirməklə bəraət qazandırsın. Məsələn, naməhrəmə baxarsa desin, bəlkə elə bilib məhrəmlərindəndir. Əgər namazı tərk edibsə, desin ki, bəlkə yadından çıxıb,yaxud başqa bir vaxt başqa yerdə qılmışdır və s». Bu qayda ilə şeyx Ənsari sözünə davam edir: "Deməli, əgər bəhanə gətirmək mümkün olmasa başqa bir yolla qeybəti olunana kömək etsin. Məsələn, belə demək olar ki, mömin məsum deyil, bəzən o da günaha batır. Yaxşısı budur, insan onun danlanmağını və rüsvay olmasını deyil, Allahdan bağışlanmasını diləsin. Ola bilsin ki, Allah dərgahında sənin günahın onun günahından da çoxdur".
Hər halda insan bacardığı qədər din qardaşının qeybətini inkar edib onu müdafiə etməlidir.


Qeybətin inkar edilməsinin müsbət təsirləri
Dünya və axirət köməkliyi
Peyğəmbər(s) buyurub: "Bir nəfərin yanında din qardaşının qeybəti edilərsə və o da imkan daxilində onun köməyinə yetişərsə Allah-təala dünya və axirətdə onun köməyinə yetişər.”
Bəlaların dəf edilməsi
Peyğəmbər(s)-dən belə nəql olunur: "Bir kəs məclisdə din qardaşının qeybətini eşidib onu inkar edərək müdafiəsinə qalxarsa dünya və axirət bəlaları ondan uzaqlaşar."
Behiştə daxil olmaq
Peyğəmbər(s) buyurur: "Hər kim öz müsəlman qardaşının ləyaqət və həyasını qoruyarsa behişt ona vacib olar.”
Qeybətin inkar edilməməsinin mənfi təsirləri
Dünya və axirət alçaqlığı
Peyğəmbər(s) buyurur: "Bir nəfərin yanında din qardaşının qeybəti olunarsa və o da imkanı olduğu halda, onu müdafiə etməzsə Allah-təala dünya və axirətdə onu özbaşına buraxar (və onu xar edər).”
Qeybətin inkar edilməsi yetmiş günaha bərabərdir:
Şeyx Səduq Peyğəmbər(s)-in buyurduğu bir hədisi İmam Sadiq(ə)-dən belə nəql edir: "Hər kim imkanı olduğu halda, din qardaşının qeybətini inkar etməzsə onun günahı qeybət edənin günahından yetmiş dəfə çoxdur.”
Şeyx Ənsari bu hədisi nəql etdikdən sonra söyləyir: "Bəlkə də qeybətə qulaq asanın bu yerdə günahının artmasının səbəbi budur ki, onun susması qeybət edənin cürətlənib sözünü davam etdirməsinə bais olub nəticədə yeni-yeni qeybətlərin və başqa günahların yaranması üçün rəvac verir".
Müəllifin nəzərincə, sükut edib qeybəti inkar etməyən surətdə qeybəti eşidənin günahı daha da artır. Şeyxin buyurduqlarından əlavə, belə hallarda onun susmağı şayiələrin yayılması və hörmətsizliyin artması üçün zəmin yaradıb insanları bir-birinə qarşı bədbin edərək hamının inamsızlığına bais olur. Nə çox faydalı və xalq üçün çalışan vicdanlı şəxslər əsassız şayiələr nəticəsində məzlumcasına ictimai səhnədən uzaqlaşdırılmış və heç kim də onları müdafiə etməmişdir. Həqiqətən, töhmət və qeybətlərə məruz qalan şəxsləri müdafiə etmədikdə cəmiyyət ümidsizliyə, sədaqətli xidmətçilər isə ruh düşkünlüyünə düçar olurlar. Belə olan halda təkcə pislikdən çəkindirməklə kifayətlənmək olmaz, həm də bu zaman edilən töhmət və qeybətləri inkar etmək lazımdır, yəni məntiqi əsaslarla müdafiə edərək səhv düşüncələri qəlblərdən silib bədbinlikləri nikbinliyə çevirərək qeybəti olunmuş şəxsin ləyaqətini özünə qaytarmaq əsas işdir.



Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Hacı Sahib - Allah günahkarla həlim davranır
Hacı Sahib - Cənnətlə müjdələniblər - Bu yalnış hədisdir
Hacı Sahib - Cənnət əhlinin məqamı
Hacı Sahib - Dinin gözəlliyi budur ki...
Hacı Sahib - İlahi təqva nədir?
Hacı Sahib - İnsan özünü necə aldadır?
Hacı Sahib - Xanım Zəhra və Peyğəmbərin münasibəti əxlaqı
Hacı Sahib - Siratal mustəqimin mənası
Hacı Sahib - Rəcəb ayında belə zikr etmə OLMAZ
Hacı Sahib - İstəyirsən ölümün gözəl olsun?
Hacı Sahib - İslamın gözəllikləri
Hacı Zahir Mirzəvi - Hüseynə canlar fəda
Hacı Zahir Mirzəvi - Bağışla Ey Bağışlayan
Hacı Zahir Mirzəvi - Ay Zəhra
Hacı Zahir Mirzəvi - Başına Dolanım Əbəlfəz
Hacı Zahir Mirzəvi Hacı Elşən Xəzər - Susuz balam
Hacı Zahir Mirzəvi - Biz Həsrətdəyik
Hacı Zahir Mirzəvi - Gəl ey Şahım
Hacı Zahir Mirzəvi - Bir Ümid Var O Da Sənsən
Hacı Şahin - Allaha təvəkkül et, hər işini həll edəcək
Hacı Şahin - Allah bir bəndəsini Sevərsə ona nələr verər
Hacı Şahin - Məyusluğun səbəbi
Baqir Mənsuri - Qurbanın olum Abbas
Baqir Mənsuri - Məhərrəm rozəsi
Baqir Mənsuri - Həzrəti Əbəlfəz
Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Ən Çox Oxunanlar

Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor