Mələklər günah etməkdən uzaqdırlar |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-10-2015, 22:26 | Şərh sayı: (0) | Baxılıb: 256
Mələklər günah etməkdən uzaqdırlar
Mələklər, qəzəb, kin, şiddət, qısqanclıq və həsəd kimi bəşərə aid mənfi duyğulardan digər hiss, istək və meyillərdən uzaqdırlar. Dolayısıyla, onları üsyan etmək, baş qaldırmaq, asi olmaq kimi günahları işləməzlər. "Onlar, Allahın onlara verdiyi əmirlərə asi olmazlar və buyurulanları yerinə yetirərlər".
Yemir-içmir, ailə qurmurlar
Mələklər insana aid yemə, içmə, kişi və ya qadın olma evlənmə kimi xüsusiyyətlərindən xali olan ruhani varlıqlardır və məqamları da sabitdir. Onlar üçün mükafat almaq deyə bir şey də yoxdur. Lakin Allah adına yerinə yetirdikləri hər əmirdən lətif bir zövq və xoş ləzzət alırlar. Aldıqları feyzi də ilahi dərgahdakı dərəcələri səviyyəsində olur. Nurdan ibarət varlıqlar olaraq mənəvi qidalara ehtiyac duyurlar. Zikr, təsbeh, həmidlərdən, Allahu-təalaya aid mərifət və məhəbbətin nurlarından ləzzət alırlar. Onlar ibadətdə nə qürrələnir, nə də usanırlar. "Onun dərgahında onlar, Ona ibadət etməyə təkəbbür göstərməz və (bu ibadətdən) yorulmaq bilməzlər. Onlar gecə-gündüz, yorulub-usanmadan (Rəbbini) təqdis edib (böyül hörmət göstərmək, müqəddəs bilmək) Onun şəninə təriflər deyərlər".
Mən ki, qeybət etmirəm!
Bəzi insanlar qeybət edə-edə qeybət etmədiyini idda edir və "Mən ki, qeybət etmirəm, nə varsa, onu deyirəm!" - deyərək özlərini təmizə çıxarmağa çalışır. Onlar bunu bilərəkdən və iradi olaraq deyirsə, çox ciddi səhv edirlər. Çünki bu cür danışmaq haram bir əməli halal saymaq mənasına gəlir və insanın axirət-aqibətini təhlükə altına qoyur. Dolayısıyla, imana xələl gətirən qeybətin hər növü kimi bu cür danışıqlardan da uzaq olmaq lazımdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər