RSS
 

Login:
Şifrə:
» » Həqiqət yolunun pillələri: İrfanda HAL və MƏQAM anlayışları

Xəbər lenti

Duaların qəbulu üçün şərtlər
Duaların qəbulu üçün şərtlər...
Vaxtımızın qədrini bilək
Vaxtımızın qədrini bilək...
Bir tövbənin tarixçəsi
Bir tövbənin tarixçəsi...
Qarışqanın təvəkkülü və qənaəti
Qarışqanın təvəkkülü və qənaəti...
Allah heç kimə zülm etmir
Allah heç kimə zülm etmir...
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)
Ruhuna zülm edilən məzlum imam (İkinci hissə)...
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri
İmam Zamana (ə.f) qarşı müxalifətin səbəbləri...
İzdivacda vasitəçilik
İzdivacda vasitəçilik...
Hədislərdə vəhdətə çağırış
Hədislərdə vəhdətə çağırış...
Erkən nikah: İslam buna “hə” deyirmi?
Erkən nikah: İslam buna “hə” deyirmi?...

Dini Üsiyyət

Saytı bəyəndin?

Bəli
Xeyr

Namaz vaxtları

Saat

Son Şərhlər

FaceBook

Qan yaddaşımız

Dini yьkləmələr


Hacı Sahib


Hacı Şahin


Ocaq Necad ağa


Firuqi ağa


Mir Cəfər ağa


Hacı Qürbət


Hacı Əhliman


Hacı Ələmdar


Hacı Ramil


Hacı Samir


Hacı Vasif

Reklam






Həqiqət yolunun pillələri: İrfanda HAL və MƏQAM anlayışları

 
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-04-2016, 02:01 | Şərh sayı: (0) | Baxılıb: 217

Həqiqət yolunun pillələri: İrfanda HAL və MƏQAM anlayışları


Həqiqət yolunun pillələri: İrfanda HAL və MƏQAM anlayışlarıGərçi fəraqə düşmüşəm, eyni-vüsal içindəyəm,

Gəl nəzər eylə halimə, gör ki, nə hal içindəyəm.

İ.Nəsimi


Tarix boyunca düşüncə və mənəviyyat adamları insanın mənəvi təkamülü, Haqqa çatması üçün yollar və üsullar təklif etmişlər. Bu yolların bəzi fərqli cəhətləri də olub. Lakin onları birləşdirən ümumi cəhətlər daha çoxdur. Hətta ilk baxışda fərqli görünən tərəflərin də kökündə bir bənzərlik və eynilik durur, fərqlilik təqdimatdadır. Bütün “qəlb” adamları bu fikirdə yekdildirlər ki, Haqqa çatmağın ən səmərəli və düzgün yolu öz nəfsini idarə etmək bacarığına yiyələnmək, özündə mənəvi gözəllikləri yetişdirib əxlaqi rəzalətlərdən qurtulmaqdır. Bu məqalədə danışılan “məqam” və “hal” anlayışları çox zaman sırf təsəvvüf mövzusu kimi təqdim olunsa da, ümumilikdə insanı Allaha doğru aparan bütün təlimlərə aid edilə bilər.

Məqam və hal – haqq yolçusunun seyrü-sülük (mənəvi təkamül) yolunda marşrutu və mənzilləri sayılır. Yalnız bu anlayışlarla tanış olduqdan sonra həqiqət yolçusunun nəyə və necə nail olmaq istədiyini dərk etmək olar.

Mənbələrdə məqamlar və hallar barəsində ətraflı məlumatlar verilmiş, onların təsnifatı təqdim olunmuş, bir-birindən fərqləri açıqlanmışdır. Təsəvvüf nəzəriyyəçilərinin dünyagörüşündən asılı olaraq, bu məlumatlar arasında fərqlər mövcuddur. Bu məqalədə mövcud mənbələrdəki məlumatları ümumiləşdirməyə və hər bir məfhum barədə qısaca söhbət açmağa çalışmışıq.

“İrfani söz, termin və ifadələr lüğəti”ndə məqam haqqında yazılır: “Ariflərin nəzdində hər kəsin məqamı müəyyən ədəb və ayinləri icra etdikdən, xüsusi hazırlığı keçdikdən və lazımi çətinliklərə dözdükdən sonra tutduğu yerdən ibarətdir. Bir məqamda durub onun əməllərini yerinə yetirən adam həmin məqamın əməllərini lazımınca başa vurub, haqqını icra etməyincə, digər məqama keçə bilməz” (səh. 735).

Həmin kitabda “hal” məfhumu barədə bu məlumat verilir: “Haqq yolçularının (saliklərin) dilində hal – qəlbə ixtiyarsız, qəsdsiz və qazanılmadan daxil olan mənalardır” (səh. 62). Hal tez ötüb-keçəndir və qəlbdə qərar tutub qalmaz. Halı söz vasitəsilə təsvir və əhatə etmək mümkün deyil. Fərəh, hüzn, şövq, heybət və s. bu kimi emosiyaları hallara aid etmişlər.

İzzəddin Mahmud Kaşani “Misbah əl-hidayə” əsərində məqamla halın fərqini belə izah edir: “Sufilərin fikrincə, hal - uca aləmdən hərdən salikin qəlbinə enən elə qeybi məlumatdır ki, ilahi cazibə kəməndi ilə saliki alçaq məqamdan uca məqama qaldırar. Məqam isə seyrü-sülukun (haqq yolunun) bir mərtəbəsidir, salikin ayaqları altında qərar tutar və onun məkanı olar. Məqam itməz, ötüb-keçməz. Hal yuxarıdan (Allahdan) gələr və salikin ixtiyarına keçməz. Əksinə, salik ona tabe olub, ixtiyarına keçər. Məqam isə aşağı mövqedə olduğundan, salikə tabe olar. Buna görə sufilər demişlər ki, hallar hədiyyədir, məqamlar isə qazanılandır (kəsb ediləndir). Hal və məqamlar barədə şeyxlərin fikir ayrılığının səbəbi bundadır ki, bəziləri bir şeyi hal, digərləri isə məqam saymışlar. Elə bütün məqamlar əvvəldə hal, axırda məqam olur”.

İrfan ədəbiyyatından bəlli olur ki, hal daimilik qazanarsa, salikin xasiyyətinə çevrilər və ona “məqam” deyərlər. Məqam sahibi öz səy və çalışmalarına bağlı olar. Hal sahibi isə özündən fani olub, Allahın onda yaratdığı hala bağlanar və ondan asılı vəziyyətə düşər.

Məşhur sufi Həllac Mənsur hal əhli barədə belə söyləmişdir: “Peyğəmbərlər öz halları üzərində hakimdirlər, hal onları dəyişdirə və özünə tabe edə bilməz. Bütün başqa adamlar isə öz hallarına tabedirlər. Hal onları dəyişdirər, onlar halı istədikləri kimi dəyişdirib idarə edə bilməzlər”.

Sədi Şirazi “Gülüstan” əsərində maraqlı bir əhvalatın təsvirini verir. Livan əhlindən olan və kəramətlər sahibi kimi tanınmış bir şeyx Dəməşq məscidinə gəlir. Hovuz kənarında dəstəmaz alarkən ayağı sürüşüb hovuza yıxılır, çox böyük çətinliklə sudan kənara çıxır. Ardıcıllarından biri hadisəni görüb təəccüblənir və ondan soruşur: “Sən həmin adamsan ki, vaxtilə dənizin səthində gəzdiyini müşahidə etmişik. O vaxt heç ayaqların da islanmamışdı. Bəs indi nə oldu ki, az qalmışdı hovuzda boğulub həlak olasan?!” Şeyx uzun düşüncələrdən sonra ona belə cavab verir: “Məgər eşitməmisənmi, Həzrət Rəsulüllah buyurub: “Allahla mənim aramda elə anlar olur ki, nə bir mələk, nə də peyğəmbər bu məqama çata bilməz”. Amma peyğəmbər buyurmayıb ki, belə hallar ona həmişə müyəssər olur və həmişə davam edir. Peyğəmbər bəzən mələklərlə ünsiyyətdə olur, bəzən isə Həfsə və Zeynəblə (həyat yoldaşları ilə) vaxt keçirirdi. Böyüklər demişlər ki, yüksək dərəcəli şəxslərin muşahidəsi təcəlla və örtük arasında olar (yəni, gah ilahi təcəlla onlara göstərilər, gah da onlardan gizlədilər)”.

Yenə Sədinin “Gülüstan”ında Həzrət Yəqub Peyğəmbərin (ə) hallarının təfavütü incə bir lətifə şəklində göstərilmişdir. Həzrət Yəqubdan (ə) soruşurlar ki, Yusif (ə) öz köynəyini Misirdən sənə göndərəndə uzaqdan onun ətrini hiss etdin, köynək yolda ikən onun gətirilməsindən xəbərdar oldun. Bəs niyə Yusif (ə) qat-qat yaxında, quyuda olarkən, ətrini duymadın və yerini bilmədin? Yəqub (ə) suala belə cavab verir: “Bizim halımız şimşək kimi ani olaraq dəyişər, bir an görünüb tez itər. Mən bəzən ən yüksək nöqtəyə qalxıb ətrafı görürəm, bəzən isə heç ayağımın altını seçə bilmirəm”. Axırda Sədi öz fikrini bu beytdə cəmləşdirir:

Əgər dərviş eyni bir halda durub qalsa,

Hər iki aləmdən əli üzülər (yəni heç olar).

Mənbələrdə əsasən yeddi haldan və on məqamdan bəhs edilir. Hallar bunlarıdır: tövbə, vərə, zöhd, fəqr, səbr, təvəkkül və riza. Məqamların adı isə bunlarıdr: müraqəbə, qürb, məhəbbət, xovf, rəca, şövq, üns, itmiynan (arxayınlıq), müşahidə və yəqin.

Məqalənin növbəti bölümlərində bunların hər biri haqqında ayrı-ayrılıqda qısa və anlağıqlı dildə məlumat verməyə çalışacağıq. Bu zaman təsəvvüf ədəbiyyatının mühüm mənbələrindən sayılan Əbu Nəsr Sirac Tusinin “Əl-Lümə” əsərindəki ardıcıllıq əsas tutacaq, yeri gəldikcə digər klassik mənbələrdən müvafiq məlumatları bura əlavə edəcəyik.


(Ardı var)


Şərhlər

 
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Banner

Sizin Reklam Burada

------------------------
------------------------

En Son Yükləmələr

Vasif Vəsfinur - Xanım Zeynəb
Vasif Vəsfinur - Əbəlfəz
Kamran Fərat - Vətən marşı
Hacı Eldayaq - Rəcəb ayinın duası
Hacı Eldayaq - Rəcəb ayının savabı
Hacı Eldayaq - Rəcəb ayında oruc olmaq
Hacı Samir - İmam Əli (ə) qızını Ömərə veribmi
Hacı Samir - Qiyamətin peşmançılığı
Hacı Samir - Bəni İsrail
Hacı Ramil - İnsanın batini və zahiri
Hacı Ramil - İnsan öləndən sonra
Hacı Ramil - Həsəd
Hacı Zahir Mirzəvi - Günahlardan yoruldum
Hacı Zahir Mirzəvi - Ağlama ey nuri eynim
Hadi Kazemi - Kərbəladır vətənim
Hadi Kazemi & Rza İgidoğlu - Su görəndə
Mamed Sadiq - Həzrət Əli
Mamed Sadiq - Hüseynim deyərəm
Mamed Sadiq - Gözlədiyim vardı mənim
Hacı Şahin - Coun
Hacı Şahin - Arzu və dua
Hacı Şahin - Allahın rəhminə sığınmaq
Hacı Sahib - Novruz Bayramının namazı
Hacı Sahib - Novruz Bayramının duası
Hacı Sahib - Novruz günü İslamda
Hacı Eldayaq - Bəhlul Danəndə və Harun ər Rəşid
Hacı Eldayaq - İmamın alimlərlə bəhsi
Hacı Eldayaq - Allahın qüdrəti
Hacı Eldayaq - Ana haqqı
Hacı Eldayaq - Ağlamaq
Hacı Sahib - Şəhidin haqqı
Hacı Sahib - Şəhidliyə şövq
Şəhidlik haqqında
Hacı Sahib - Şəhidlər haqqında
Fizuli Fəzli - Cəfəri Sadiq
Əbu Bəkr Cayır - Zeynəbim
Əhli-Beyt qrupu - Can Zeynəb
İntizar qrupu - Can Hüseynim
Heydəri Kərrar qrupu - İmam Rza
Hacı Sahib - xanım Zəhranın təkvini vilayəti
Hacı Sahib - Xanım Zəhranın şəfaəti
Hacı Ramil - Zəhracan
Elşən Xəzər - Ya Zəhra
Hacı Samir - Xanım Zəhra buyurur
Hacı Şahin - Xanım Zəhraya təvəssül
Vasif Vəsfinur - Zəhradadır dərmanın
Vasif Vəsfinur - Allah Allah
Vasif Vəsfinur - Əli oğlu Həsən
Vasif Vəsfinur - Qara zindanlara qardaş
Hacı Əhliman - Namaz qılanın ictimai vəzifəsi
Hacı Əhliman - Azanı gözəl səsli biri oxumalıdır
Hacı Əhliman - Hicablı xanım facebookda
Hacı Əhliman - Dindarın ailədə rəftarı
Hacı Əhliman - Geyiminizə fikir verin
Vasif Vəsfinur - İnsan bilə bilməz
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ağa Maştağalı Tərlan Maştağalı - İmamət tərəfə
Ammar Halwachi - Haydar
Hacı Zahir Mirzəvi - Əbəlfəz
Hacı Mehdi Dərbəndi - Xudaya
Hacı Ramil - Bədgüman insanlar
Hacı Ramil - Ailədə kişi və qadın
Hacı Ramil - Bəlanı tezləşdirən günahlar
Kamran Fərat - Zeynəb
Hacı Sahib - Yeni ili qeyd eləmək olar?
Muhəmməd Nardarani - Ya İmam Zaman
Muhəmməd Nardarani - Məzlum Həsən Əskəri
Badi Kubə - Ey vay Ruqəyyəm
Zühur İlahi nəğmələr qrupu - Gəl anacan
Dönməz Nuri Pərvin Quluzadə - Ya Hüseyn
Vasif Vəsfinur - Tərəfdarı-Hüseynəm
Vasif Vəsfinur - Ruqəyyə
Vasif Vəsfinur - Muxtaram
 

Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Quran Dinlə

Eşq Vilayəti

Banner

Hicab bağlamaq dərsləri


--------

--------

--------

--------

--------

--------

--------

 
 
Created by Donamor