Kamilliyə aparan iki peyğəmbər |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 14-12-2015, 00:45 | Şərh sayı: (0) | Baxılıb: 316
Kamilliyə aparan iki peyğəmbər
İnsanı bütün varlıqlardan fərqləndirərək təkamülə çata biləcək bir varlıq olmasına səbəb , ağıl və düşüncəyə sahib olmasıdır. Ağıl və düşüncə bütün varlıqların insan qarşısında səcdə etməsinə, Xaliqin yer üzərində nümayəndəsi olub və şeytanın onun ən böyük düşməninə çevrilməsinə səbəb oldu. Bu səbəbdən insan üçün ən böyük peyğəmbərdir. Ona yol göstərən, fərqləndirən və laqeyd yaşamaqdan uzaqdlaşdıran ən böyük peyğəmbər ağıl və düşüncəsidir . Amma ilk insan övladının qadağan olunmuş meyvədən yeməsi, Allah tərəfindən onun ağıl və düşüncəsinin Peyğəmbərlik vəzifəsinin öhdəsidən layiqincə gələ bilməyəcəyinə sübut kimi göstərildi. Bu səbəbdən ona ağıl və düşüncəsindən əlavə başqa bir peyğəmbərində lazım olduğunu əməli sübut etdi. Artıq insan üçün ikinci peyğəmbər verildi. Hər iki böyük məqam Xaliq tərəfindən idi. Amma onları fərqləndirən cəhət birinin kamilləşməyə ehtiyac olduğunun, ikincisinin isə birincini kamilləşdirmək üçün seçildiyidir. Bu səbəbdən hər bir millət üçün peyğəmbər göndərildi. İkinci Peyğəmbərin verilməsinə bir başqa səbəb insanın birinci peyğəmbər kamilləşdirə bilmdəyi təqdirdə hər hansı bəhanə gətirməməsidir. Çünki Xaliqin insanı yaratmaqda məqsədi onu kamilləşdirməkdir. İnsanın hər zaman kamilləşməyə ehtiyac olduğu üçün onun daima ikinci bir peyğəmbərə ehtiyac vardır. İslam peyğəmbərinin sonuncu bir peyğəmbər olması, ondan sonra insanın ikinci peyğəmbərdən məhrum qalması demək deyildir. İkinci peyğəmbərlik bir mənada İslam peyğəmbəriylə sona çatsada, başqa bir mənada sonlanmadı. Onun gətirdiyi ideologiya insanı kamilliyə çatdırmağa xidmət edirdi. Bu ideologiyanı qorumaq üçün ondan sonra kamil bir insanın seçilməsi qaçınılmaz idi. Kamil bir insanı yalnız kamil olan tanıyar və xalqa tanıtdırar. İslam peyğəmbəri ömürnün son anında bu kamil insanı Qədir-Xum adlı çöldə tanıtdıraraq, kamilliyə doğru addımlamaq istəyən insanlar üçün özündən sonra rəhbəri müəyyən etdi. Bu məqam imamlıq məqamı kimi tanınsada, peyğəmbərlik məqamının həqiqi davamçısıdır..
Bugün 21-ci əsirdə insan ağlı və düşüncəsinin böyük bir inkişaf dövrü yaşaması, heç vaxt onun ikinci bir peyğəmbərdən ehtiyacsızlığı anlamına gəlməz. İnsan daima kamilləşməyə doğru hərəkət edir, necəki ilk yaranışda birinci peyğəmbərin (ağıl və düşüncəsinin) insanın kamilliyə doğru hərəkətində aciz idi, eləcə də bu gün də acizdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər